Month: July 2024

  • Bu ölkə ilə Azərbaycan arasında vizasız gediş-gəliş rejimi qüvvəyə minəcək

    “Bir ay ərzində Mərakeş və Azərbaycan arasında vizasız gediş-gəliş rejimi qüvvəyə minəcək”.

    Apa-nın məlumatına görə, bunu Mərakeş kralının taxta çıxmasının 25-ci ildönümünə həsr edilən tədbirdə krallığın ölkəmizdəki səfiri Adil Embarş bildirib:

    “2023-cü ildən 2024-cü ilə qədər ölkələrimiz arasındakı turizm göstəricilərində 90%-dan çox artım müşahidə olunub. Bu tendensiyanı təşviq etmək üçün hər iki ölkə adi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş imzalayıb. Məmnuniyyətlə bildimək istəyirəm ki, sözügedən sənəd təxminən bir ay ərzində qüvvəyə minəcək. Son dövrdə ölkələrimiz arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin sayında artım qeydə alınıb. Belə ki, 2023-cü ilin noyabrında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Kralığına rəsmi səfər edib. Bu səfər çərçivəsində o həmkarı Naser Burita ilə Mərakeş-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının iclasında həmsədr qismində iştirak edib”.

  • Qarabağ” şou göstərir: 5-ci qol gəldi (YENİLƏNİB)

    “Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.

    Median.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsinin cavab görüşündə Cəbəllütariqin “Linkoln” klubunu qəbul edəcək.

    Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək.

    Matçın baş hakimi danimarkalı Yakob Sandberq olacaq.

    Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb – 2:0.

    Çempionlar Liqası
    II təsnifat mərhələsi
    Cavab oyunu

    30 iyul
    20.00 Qarabağ (Azərbaycan) – Linkoln (Cəbəllütariq) 5:0
    Qollar: Juninyo, 18; 32; 44. Yassin Benzia, 66. Leandro Andrade, 73.
    Qarabağ: 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yanukoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo.
    Ehtiyat oyunçular: 1.Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 2.Mateus Silva, 20. Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19.Redon Cica
    Linkoln: 1. Nauzet Santana, 5. İbrahim Ayu, 6. Bernardo Lopes (k), 15. Rafael Munyos, 24. Con Serqeant, 21. Nano, 8. Mustafa Yahaya, 22. Qrem Torrilya, 11. Julian Valarino, 17. Pedro Martin, 20. Etan Britto.
    Ehtiyat oyunçular: Villanueva, Hankins, Ayeş, Yahaya, Qomez, Martin, Klinton, Cid, Çiortino, Burnet, Villakanas.
    Baş hakim: Yakob Sandberq (Danimarka).
    Tofiq Bəhramov adına Respublika stadionu.
    İlk oyun – 2:0.

  • Trampın qardaşı oğlu: Əmim Donald dəlidir

    ABŞ-ın keçmiş prezidenti Donald Trampın qardaşı oğlu Fred seçkilərdə hazırkı vitse-prezident Kamala Harrisə səs verməyi planlaşdırır.

    Median.Az xəbər verir ki, o, bu barədə ABC televiziyasına müsahibəsində bildirib.

    Onun sözlərinə görə, Trampa səs verməsə də, əmisi qalib gəlsə və o, dəvət edilərsə, inauqurasiyada iştirak etməyi planlaşdırır.

    “Ailələr mürəkkəbdir. Hər ailənin dəli əmisi olur. Mənim əmim Donald dəlidir”, – Fred Tramp deyib.

  • “Qarabağ”dan “Linkoln”a 4-cü qol – YENİLƏNİR – VİDEO

    UEFA Çempionlar Liqası

    II təsnifat mərhələsi, cavab oyunu

    30 iyul

    20:00. “Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllütariq) – 4:0 (İkinci hissə)

    Qollar: Olavio Juninyo, 17, 31, 44, Yassin Benzia, 66

    Baş hakim: Yakob Sandberq (Danimarka)

    Tofiq Bəhramov adına Respublika stadionu

    İlk oyun – 2:0

  • Qəzzada hepatitə yoluxanların sayı 40 minə çatır

    Qəzza zolağında Hepatit A xəstələrinin sayı, demək olar, 40 min nəfərə çatıb, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə qədər isə cəmi 85 yoluxma halı qeydə alınmışdı.

    Median.Az xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyi (UNRWA) məlumat yayıb.

    Bildirilib ki, hər həftə anklavda 800-dən 1000-ə qədər yeni yoluxma halları qeydə alınır. Xüsusilə Hepatit A UNRWA tərəfindən Qəzza sakinləri üçün təşkil edilmiş sığınacaqlarda yayılmağa davam edir. Agentlik qeyd edir ki, hepatitin yayılmasına səbəb sığınacaqlarda yer, təmiz su və gigiyena vasitələrinin çatışmazlığıdır. (Axar.az)

  • Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

    Sabah Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Median.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, “Lökbatan” QPS-də və Binəqədi rayonundakı Ayna Sultanova ölçü qovşağında 31 iyul 2024-cü il tarixində saat 10:00-dan etibarən təmir-bərpa işləri aparılacaq.

    İşlər yekunlaşanadək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində və bir sıra qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bununla bərabər Binəqədi rayonunun Atatürk, Ziya Bünyatov prospekti və Səttar Bəhlulzadə, Naxçıvani küçələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • UEFA Çempionlar Liqası: “Qarabağ” – “Linkoln” matçında ikinci hissə başlayıb – YENİLƏNİB -5

    Bakıda “Qarabağ” və Cəbəllütariqin “Linkoln” klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında ikinci hissə başlayıb.

    “Report”un məlumatına görə, Azərbaycan çempionunun üstünlüyü davam edir – 3:0.

    “Köhlən atlar”ın hər üç qolunu Olavio Juninyo vurub.

    Braziliyalı forvard 17, 31 və 44-cü dəqiqədə qonaqları məyus edib.

    ***

    Bakıda “Qarabağ” və “Linkoln” klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında ilk hissə başa çatıb.

    Median.Az xəbər verir ki, Azərbaycan çempionu fasiləyə üstün yollanıb – 3:0.

    “Köhlən atlar”ın hər üç qolunu Olavio Juninyo vurub.

    Braziliyalı forvard 17, 31 və 44-cü dəqiqədə qonaqları məyus edib.

  • “Sumqayıt”ın futbolçusu: Komanda yoldaşlarıma bildirəcəyəm ki, hər kəs bizə inanır

    Əlimizdən gələnin ən yaxşısını ortaya qoymalıyıq

    Median.Az xəbər verir ki, bunu “Sumqayıt” klubunun futbolçusu Rövlan Muradov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində səfərdə Macarıstan təmsilçisi “Fehervar”la oyunöncəsi mətbuat konfransında bildirib.

    Yarımmüdafiəçi sabah yaxşı nəticə qazanacaqlarına inandığını bildirib:

    “Məğlub olduğumuz oyun keçmişdə qaldı. Əlimizdən gələnin ən yaxşısını ortaya qoymalıyıq. İnanırıq ki, yaxşı nəticə qazana biləcəyik. Baxmayaraq ki, ağır oyun olacaq. Yaxşı nəticə qazanmağa çalışacağıq. İnam qələbənin yarısıdır. Komanda yoldaşlarıma bildirəcəyəm ki, hər kəs bizə inanır. Ümidvaram ki, sabah sevinən tərəf biz olacağıq”.

    Qeyd edək ki, “Fehervar” – “Sumqayıt” matçı sabah Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. Sumqayıtda baş tutan ilk görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

  • Əri tərəfindən binadan atılan Ayşənin görüntülərini yayan “Xaqocan” HƏBS EDİLDİ

    Bir neçə gün əvvəl Baş Prokurorluq tərəfindən şəxsi və ailə həyatına aid sirr olan məlumatların, istintaq sirrinin, zorakılıq və qəddarlığı təbliğ edən informasiyanı ictimailəşdirən şəxs həbs edilib.

    Median.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, həmin cinayət əməllərinə haqq qazandıran informasiyaların yayılmasının yolverilməzliyi barədə müvafiq xəbərdarlıq verilməsinə baxmayaraq, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyd olunan qanunazidd davranışlar davam etdirilib:

    “Belə ki, vətəndaş Xəqani Hüseynovun “Telegram” informasiya ehtiyatında “Xaqocan” adı ilə qeydiyyatdan keçdiyi səhifədə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi faktı üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Araşdırma zamanı qeyd olunan səhifədə Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işi üzrə istintaq sirrini təşkil edən, zərərçəkmiş şəxs Ayşən Kazımovaya aid şəxsi və ailə sirrini açıqlayan, o cümlədən zorakılığın təbliğinə dair qanunvericiliklə yayılması qadağan edilən məlumatların yer aldığı bir neçə videogörüntünün ictimailəşdirilməsi müəyyən edilib”.

    Məlumatda qeyd olunub ki, X.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (internet informasiya ehtiyatında və yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Suraxanı rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə sonuncu 10 gün müddətinə inzibati qaydada həbs edilib.

    Qeyd edək ki, iyulun 23-də səhər saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü A.Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşərək ölməsi barədə polisə məlumat daxil olub.

    Aparılan araşdırmalar zamanı A.Kazımovanın həyat yoldaşı 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı onu qəsdən mənzildən yerə atıldığı müəyyən edilib. Daha sonra hadisə ilə bağlı sosial şəbəkələrdə yayılması qadağan olunan videogörüntülər paylaşılıb.

  • Какова ситуация в затопленных селах Габалинского района?

    В результате продолжающихся в течение нескольких дней сильных дождей паводковые воды создали проблемы в некоторых селах Габалинского района.

    Как сообщает Oxu.Az, в результате разлива протекающих по территории района рек Демирапаран, Тиканлы и Дуруджа жизнь в селах Улудаш, Абрых и Тиканлы парализована. Затоплены дворы, дома и хозяйства, скот и птица находятся под угрозой гибели.