Month: İyul 2024

  • “Qarabağ”dan “Linkoln”a 4-cü qol – YENİLƏNİR – VİDEO

    UEFA Çempionlar Liqası

    II təsnifat mərhələsi, cavab oyunu

    30 iyul

    20:00. “Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllütariq) – 4:0 (İkinci hissə)

    Qollar: Olavio Juninyo, 17, 31, 44, Yassin Benzia, 66

    Baş hakim: Yakob Sandberq (Danimarka)

    Tofiq Bəhramov adına Respublika stadionu

    İlk oyun – 2:0

  • Qəzzada hepatitə yoluxanların sayı 40 minə çatır

    Qəzza zolağında Hepatit A xəstələrinin sayı, demək olar, 40 min nəfərə çatıb, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə qədər isə cəmi 85 yoluxma halı qeydə alınmışdı.

    Median.Az xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyi (UNRWA) məlumat yayıb.

    Bildirilib ki, hər həftə anklavda 800-dən 1000-ə qədər yeni yoluxma halları qeydə alınır. Xüsusilə Hepatit A UNRWA tərəfindən Qəzza sakinləri üçün təşkil edilmiş sığınacaqlarda yayılmağa davam edir. Agentlik qeyd edir ki, hepatitin yayılmasına səbəb sığınacaqlarda yer, təmiz su və gigiyena vasitələrinin çatışmazlığıdır. (Axar.az)

  • Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

    Sabah Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Median.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, “Lökbatan” QPS-də və Binəqədi rayonundakı Ayna Sultanova ölçü qovşağında 31 iyul 2024-cü il tarixində saat 10:00-dan etibarən təmir-bərpa işləri aparılacaq.

    İşlər yekunlaşanadək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində və bir sıra qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bununla bərabər Binəqədi rayonunun Atatürk, Ziya Bünyatov prospekti və Səttar Bəhlulzadə, Naxçıvani küçələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • UEFA Çempionlar Liqası: “Qarabağ” – “Linkoln” matçında ikinci hissə başlayıb – YENİLƏNİB -5

    Bakıda “Qarabağ” və Cəbəllütariqin “Linkoln” klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında ikinci hissə başlayıb.

    “Report”un məlumatına görə, Azərbaycan çempionunun üstünlüyü davam edir – 3:0.

    “Köhlən atlar”ın hər üç qolunu Olavio Juninyo vurub.

    Braziliyalı forvard 17, 31 və 44-cü dəqiqədə qonaqları məyus edib.

    ***

    Bakıda “Qarabağ” və “Linkoln” klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında ilk hissə başa çatıb.

    Median.Az xəbər verir ki, Azərbaycan çempionu fasiləyə üstün yollanıb – 3:0.

    “Köhlən atlar”ın hər üç qolunu Olavio Juninyo vurub.

    Braziliyalı forvard 17, 31 və 44-cü dəqiqədə qonaqları məyus edib.

  • “Sumqayıt”ın futbolçusu: Komanda yoldaşlarıma bildirəcəyəm ki, hər kəs bizə inanır

    Əlimizdən gələnin ən yaxşısını ortaya qoymalıyıq

    Median.Az xəbər verir ki, bunu “Sumqayıt” klubunun futbolçusu Rövlan Muradov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində səfərdə Macarıstan təmsilçisi “Fehervar”la oyunöncəsi mətbuat konfransında bildirib.

    Yarımmüdafiəçi sabah yaxşı nəticə qazanacaqlarına inandığını bildirib:

    “Məğlub olduğumuz oyun keçmişdə qaldı. Əlimizdən gələnin ən yaxşısını ortaya qoymalıyıq. İnanırıq ki, yaxşı nəticə qazana biləcəyik. Baxmayaraq ki, ağır oyun olacaq. Yaxşı nəticə qazanmağa çalışacağıq. İnam qələbənin yarısıdır. Komanda yoldaşlarıma bildirəcəyəm ki, hər kəs bizə inanır. Ümidvaram ki, sabah sevinən tərəf biz olacağıq”.

    Qeyd edək ki, “Fehervar” – “Sumqayıt” matçı sabah Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. Sumqayıtda baş tutan ilk görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

  • Əri tərəfindən binadan atılan Ayşənin görüntülərini yayan “Xaqocan” HƏBS EDİLDİ

    Bir neçə gün əvvəl Baş Prokurorluq tərəfindən şəxsi və ailə həyatına aid sirr olan məlumatların, istintaq sirrinin, zorakılıq və qəddarlığı təbliğ edən informasiyanı ictimailəşdirən şəxs həbs edilib.

    Median.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, həmin cinayət əməllərinə haqq qazandıran informasiyaların yayılmasının yolverilməzliyi barədə müvafiq xəbərdarlıq verilməsinə baxmayaraq, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyd olunan qanunazidd davranışlar davam etdirilib:

    “Belə ki, vətəndaş Xəqani Hüseynovun “Telegram” informasiya ehtiyatında “Xaqocan” adı ilə qeydiyyatdan keçdiyi səhifədə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi faktı üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Araşdırma zamanı qeyd olunan səhifədə Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işi üzrə istintaq sirrini təşkil edən, zərərçəkmiş şəxs Ayşən Kazımovaya aid şəxsi və ailə sirrini açıqlayan, o cümlədən zorakılığın təbliğinə dair qanunvericiliklə yayılması qadağan edilən məlumatların yer aldığı bir neçə videogörüntünün ictimailəşdirilməsi müəyyən edilib”.

    Məlumatda qeyd olunub ki, X.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (internet informasiya ehtiyatında və yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Suraxanı rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə sonuncu 10 gün müddətinə inzibati qaydada həbs edilib.

    Qeyd edək ki, iyulun 23-də səhər saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü A.Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşərək ölməsi barədə polisə məlumat daxil olub.

    Aparılan araşdırmalar zamanı A.Kazımovanın həyat yoldaşı 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı onu qəsdən mənzildən yerə atıldığı müəyyən edilib. Daha sonra hadisə ilə bağlı sosial şəbəkələrdə yayılması qadağan olunan videogörüntülər paylaşılıb.

  • Qəbələnin su altında qalan kəndləri: Vəziyyət necədir?

    Son günlər havanın qeyri-sabit keçməsi Qəbələnin bəzi kəndlərində fəsadlar yaradıb.

    Durucaçayının daşması nəticəsində Uludaş kəndinin sakinləri təhlükə ilə üz-üzə qalıblar, 80-ə yaxın şəxsi təsərrüfata ziyan dəyib.

    “Neçə gündür ki, suda batırıq, selin içində qalmışıq. Təsərrüfat məhv olub gedib, həyətdə inək, toyuq-cücə, heç nə qalmayıb. Dərdimizi kimə deyək bilmirik, qapısını döymədiyimiz qurum qalmayıb”, – kənd sakini narazılığını bildirib.

    Məsələ ilə bağlı Uludaş kənd inzibati ərazi dairəsindən bildirilib ki, problemin aradan qaldırılması üçün əraziyə texnikalar cəlb olunub, qısa müddətdə suyun qarşısı alınacaq.

    Ətraflı Baku TV-nin süjetində:

  • Olimpiadanın açılış mərasimində Dionis rolunu oynayan aktyor üzr istəyib

    2024-cü ildə Parisdə keçirilən Olimpiadanın açılış mərasimində Dionis obrazını canlandıran aktyor Filip Katerin üzr istəyib. O, heç kimə zərər vermək istəmədiyini qeyd edib.

    Median.Az bu barədə “Championship”ə istinadən xəbər verir.

    “Bu, kiminsə xətrinə dəydisə, şoka saldısa, çox üzr istəyirəm. Demək istədiyim tam olaraq bu deyildi. Mən xristian dini ilə tərbiyə almışam və bunun ən gözəl tərəfi bağışlamaqdır. Ona görə də sizi incitmişəmsə, üzr istəyirəm.

    Görüntülərə baxdım. Onlar mənə çox günahsız göründülər”, – deyə Katerin bildirib.

  • İran lideri Paris Olimpiadasının açılışında İsa peyğəmbərin təhqir edilməsini pisləyib

    İranın rəhbəri və ruhani lideri Ayətullah Əli Xamenei bütün müsəlmanların İsa peyğəmbərə qeyd-şərtsiz ehtiramla yanaşdığını və İslam Respublikasının ona qarşı təhqirləri qəti şəkildə pislədiyini bildirib.

    Bu barədə o özünün “X” hesabında yazıb.

    “İsa Məsihə ehtiram müsəlmanlar üçün danılmaz, birmənalı məsələdir. Biz ilahi dinlərin müqəddəs şəxslərinə, o cümlədən İsa Məsihə qarşı bu təhqirləri pisləyirik”, – o yazıb.

    Xatırladaq ki, Oyunların açılış mərasimində təşkilatçılar Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərinin təxribat xarakterli LGBT parodiyasını nümayiş etdiriblər.

  • Azərbaycanda taksi şirkəti BAĞLANDI

    Naxçıvan Muxtar Respublikasında taksi xidməti ilə məşğul olmuş “Nax Taxı” şirkəti ləğv olunub.

    İqtisadiyyat.az-ın məlumatına görə, taksi şirkətinin bağlanmasının səbəbləri açıqlanmayıb.

    Xatırladaq ki, “Nax Taxı” ötən ilin fevralın 9-da yaranıb.

    Amma şirkət cəmi dörd ay sonra fəaliyyətini müvəqqəti olaraq dayandırmağa məcbur olub.

    Qeyd edək ki, “Nax Taxı” tamamilə bağlandığını elan edib.