Month: July 2024

  • Автобусный лабиринт: как не заблудиться в новой маршрутной сети Баку – ВИДЕО

    С 1 июля изменены номера автобусов, курсирующих по регулярному маршруту №175.

    Как сообщает хezerxeber.az, позже выяснилось, что под таким же номером курсируют и другие автобусы.

    В связи с данным вопросом в Агентстве наземного транспорта Азербайджана (AYNA) отметили, что в Баку для улучшения возможностей мобильности населения и обеспечения доступности общественного транспорта разработана новая маршрутная сеть.

    Согласно информации, также оптимизируются маршрутные линии – они выставляются на конкурс и обновляются, после чего также меняются номера для различения внутригородских, пригородных и межпоселковых маршрутов.

    В настоящее время повторяются номера только некоторых автобусных маршрутов, это скоро будет устранено.

    Подробнее – в сюжете.

  • Bakıda eyni nömrəli iki avtobus fərqli istiqamətlərə gedir? – RƏSMİ CAVAB (VİDEO)

    İyulun 1-dən 175 nömrəli müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların nömrəsi dəyişdirilib.

    Xezerxeber.az-ın məlumatına görə, sonradan aydın olub ki, eyni nömrədə başqa marşrut avtobusları da var.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Bakı şəhərində əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması üçün yeni marşrut şəbəkəsi hazırlanıb.

    Marşrut xətləri optimallaşdırılır. Bununla əlaqədar olaraq marşrut xətləri müsabiqəyə çıxarılaraq yenilənir. Yenilənmə zamanı şəhərdaxili, şəhərkənarı və qəsəbələrarası marşrutların fərqlənmələri üçün nömrələrində də dəyişiklik edilir.

    Hazırda cəmi iki nömrə təkrarlanır və bu, tezliklə aradan qaldırılacaq.

    Ətraflı süjetdə:

  • Трагическая развязка истории любви: в Азербайджане год назад произошло двойное самоубийство

    Стали известны шокирующие подробности в деле о пропаже 27-летнего Ясина Ибрагимова, жителя Кельбаджарского района, исчезнувшего 10 июня 2023 года.

    Трагедия разыгралась в лесном массиве села Тоганалы Гёйгёльского района.

    Согласно полученной информации, Ясин Ибрагимов и его возлюбленная, 38-летняя уроженка Ходжалинского района Эсмира Мамедова, совершили двойное самоубийство. Влюбленные приняли роковое решение уйти из жизни вместе, повесившись в лесу.

    Сотрудники Гёйгёльского районного отделения полиции обнаружили останки тел погибших. Мотивы, толкнувшие молодых людей на столь отчаянный шаг, пока остаются неизвестными.

    В настоящее время правоохранительные органы проводят тщательное расследование обстоятельств произошедшего.
    //oxu.az

  • Azərbaycanda DƏHŞƏT: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

    2023-cü il iyunun 10-da itkin düşən Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü Yasin İbrahimovun intihar etdiyi məlum olub.

    O, sevgilisi, Xocalı rayon sakini, 1985-ci il təvəllüdlü Esmira Əhliman qızı Mamedova ilə birgə Göygöl rayonunun Toğanalı kəndinin meşə zolağında özlərini asaraq canlarına qəsd ediblər.

    Göygöl Rayon Polis İdarəsinin əməkdaşları onların cəsədlərinin qalıqlarını aşkarlayıblar.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Soğanın möcüzəvi faydaları

    Soyuq aylarda ehtiyac duyulan tərəvəzlərdən biri də soğandır. Qoxusuna görə bir çoxlarının çiy-çiy yeməkdən imtina etdiyi quru soğanın insan orqanizminə bir çox faydaları var.

    Median.Az xarici mediaya istinadən soğanın faydalarını təqdim edir:
    – İmmunitet sistemini gücləndirir

    – Həzm sistemini gücləndirir və strukturlaşdırır

    – Xərçəngdən qoruyur

    – Sümük strukturlarını gücləndirir

    – Qandakı şəkər səviyyəsini tarazlaşdırır

    – İnsanların əhvalını yaxşılaşdırmaq qabiliyyətinə malikdir

    – Ürək xəstəliklərinə qarşı qoruyur

    – Bədəndə infeksiyanı aradan qaldırmağa kömək edir

    – Maddələr mübadiləsinin daha sürətli işləməsini təmin edir

    – Yuxusuzluğa yaxşı gəlir

    – Sidikqovucu xüsusiyyətlərə malikdir

    – Bəzi diş problemlərinin müalicəsində təsirli olur

    – Dərinin və saçın sağlamlığını yaxşılaşdırır

    – İştah açıcı xüsusiyyətlərə malikdir

    – Detoks effektinə malikdir

    – Bronxlara xeyirlidir

    – Qadınların nizamsız aybaşı dövrünü tənzimləyir

    – Sinüzit və bəlğəm problemlərinə yaxşı gəlir

    – Göz və beyin sağlamlığının qorunmasına töhfə verir

    – Yüksək hərarəti azaltmağa kömək edir

    – Menopoz əlamətlərini azaldır

    – Bədəndən zərərli toksinləri çıxarmağa kömək edir.

  • Aşura günü məsciddə dəhşət yaşandı – VİDEO

    Omanda məsciddə baş verən atışma nəticəsində 4 nəfər ölüb, 30 nəfər yaralanıb.

    Bu barədə Reuters bildirib.

    Qeyd olunur ki, hadisə Əli ibn Əbu Talib şiə məscidində baş verib. Ölənlər Pakistan vətəndaşlarıdır. Pakistan hakimiyyəti hadisəni terror aktı adlandırıb.
    //Bakupost.az

  • Şirkətlər bu bankdan pullarını geri çəkir – Rəqəmlər KƏSKİN DƏYİŞDİ

    2024-cü ilin birinci yarısında “Yapı Kredi Bank Azərbaycan”da hüquqi şəxslərə məxsus olan depozitlərin həcmində 6,3 faiz azalma qeydə alınıb.
     
    Bankın açıqladığı məlumatlara görə, altı ay ərzində hüquqi şəxsin depozitlərinin həcmi 276,7 milyon manatdan 259,3 milyon manata qədər azalıb. Şirkətlər qısa müddətdə bankdan 17,4 milyon manat vəsaiti götürüblər.
     
    “Yapı Kredi Bank Azərbaycan” orta böyüklükdə olan bankdır. Onun aktivlərinin həcmi 527 milyon manat, məcmu kapitalı isə 102 milyon manat təşkil edir.
     
    Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan” Türkiyənin “Yapı ve Kredi Bankası”na məxsusdur. “Yapı ve Kredi Bankası” isə Türkiyənin ən böyük şirkətlərindən olan “Koç Holding”ə daxildir.
    //sfera.az

  • “Kapital Bank” vətəndaşın xəbəri olmadan kredit ayırıb? – İDDİA

    Vətəndaş Aysel Sahib qızı Xəlilova Kapital Bank tərəfindən aldadıldığını iddia edir. 
     
    O, Pravda.az-a ünvanladığı şikayətdə bildirib ki, 2021-ci ildə “Kapital Bank”dan təklif edilən kredit əsasında 500 manat kredit götürüb və krediti vaxtında ödəsə də, bəzi aylarda adına gecikmə düşüb. 
     
    2024-cü ildə vətəndaşa deyilib ki, onun Banka 400 manat borcu var. A.Xəlilova iddia edir ki, Bankın Xalqlar Dostluğu filialının mütəxəssisi T.Xəlilov onun adına istehlak krediti ayırıb. A.Xəlilova bu barədə ərizədə heç bir imzası olmadığını, özünün isə heç yerdə işləmədiyini deyir. 
     
    Maraqlıdır, işsiz olduğu halda vətəndaşa kredit necə ayrılıb? 
     
    İşə Nəsimi Rayon Məhkəməsində baxıldığını, prosesinin davam etdiyini deyən A.Xəlilova iddia edir ki, Bank məhkəməyə özünün də xəbərsiz olduğu sənədlər təqdim edir: 
     
    “Qarşı tərəf məni səhv çıxarmaq üçün hüquqşünasla iş görür. Mən isə müdafiəsizəm. Xahiş edirəm, köməklik göstərin. Cənab Prezident İlham Əliyevə, Milli Məclisə müraciət etmişəm. Məhkəməni uduzmağım üçün Bank məhkəməyə daha əvvəl xəbərim olmayan sənədlər təqdim edir. Bank tərəfindən mənə zənglər gəlir, qorxudurlar…” 
     
    Məsələni dəqiq araşdırmaq üçün “Kapital Bank”a iyulun ayının 10-da sorğu ünvanlanıb, lakin mövqe bildirilməyib.

  • İcra hakimiyyətinin cavabı müzakirələrə səbəb oldu: “Pişikdir də, xanım, girər də, çıxar da…”

    “Nəriman Nərimanov prospekti 2a, İçərişəhər metrosu yaxınlığında pişik balası bir dəlikdə ilişib qalıb, çıxa bilmir. Günlərdir, o darısqal yerdə, öldürücü istidə, ac-susuz qalıb. Oradan elektrik naqilləri də keçir deyə heç kim pişiyi çıxara bilmir. Bu gün Fövqəladə Hallar Nazirliyinə zəng vurulub, məlumat verilib. Deyiblər, bu məsələlərə icra hakimiyyəti baxır, bizlik deyil. Sonra icra hakimiyyəti ilə əlaqə saxlanılıb. İcranın cavabını olduğu kimi deyirəm: “Pişikdir də, xanım, girər də, çıxar da. Biz nə edə bilərik?!””

    Bunu “M.Teatr”ın aktrisası Günəş Bağırsoy sosial şəbəkədəki hesabında yazıb.

    “Mənə bir vətəndaş kimi maraqlıdır, belə məsələlərdə hüququm nədir, kimin üstünə getməliyəm, kimə ağız açmalıyam? Ümumiyyətlə, belə bir mənzərə görəndə nə etməliyik? Göz yumub yazıq heyvanı ölümə tərk etməliyik? Yəni, doğrudan, bunu həll edəcək səlahiyyətli bir qurum yoxdur bu boyda ölkədə? Sabah özüm mismar, çəkic aparıb balanı çıxarmağa çalışacağam. Məni “tok” vurub öldürsə, çox maraqlıdır cavadeh kim olacaq?”, – o bildirib.
    //pravda.az

  • “Estetik Dental” məhkəməyə verildi

    “Estetik Dental” MMC-yə inzibati protokol yazılıb.

    Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

    İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.