Month: July 2024

  • Ağdam Dövlət Dram Teatrı mövsümü Mübariz İbrahimovla bağlayacaq – FOTO

    İyulun 17-də Ağdam Dövlət Dram Teatrınının səhnəsində şair, yazıçı-publisist Şahnaz Şahinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Mübariz” poemasının senarisi əsasında hazırlanmış tamaşanın premyerası baş tutacaq.

    Tamaşanın rejissoru Kərim Həsənovdur. Qəhrəmanın rolunu aktyor Fərhad Fərhadzadə ifa edir.

    Giriş sərbəstdir.

    Qeyd edək ki, teatr bu tamaşa ilə mövsümə yekun vuracaq.

  • Moskva payızda yeni səfərbərlik səbəbindən sərhədi bağlamağa hazırlaşır – Kəşfiyyat

    Rusiya hökuməti Rusiya ordusuna potensial çağırışçıların və səfərbər olunanların ölkəni tərk etmələrinin qarşısını almaq üçün sistem hazırlayır.

    Bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, iyulun 11-də Rusiyanın “Meduza” müstəqil media təşkilatı Rusiya hökumətinin Müdafiə Nazirliyi ilə Federal Təhlükəsizlik Xidməti (FTX) arasında potensial çağırışçılar haqqında ətraflı məlumatı FTX Sərhəd Xidmətinə ötürmək və onların ölkədən qaçmasının qarşısını almaq üçün “informasiya mübadiləsi sistemi” tətbiq etdiyini bildirib. Bildirilir ki, sistem 2024-cü ilin payızına qədər tam işlək olmalıdır.

    Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya hər il iki çağırış keçirir və hər il 250 mindən çox insanı bir illik icbari hərbi xidmətə çağırır.

    “2022-ci ildə qismən səfərbərlik elan edildikdən sonra yüz minlərlə Rusiya sakini ölkəni tərk edib, onların arasında gənc və yüksək təhsilli insanlar qeyri-mütənasib şəkildə təmsil olunur və bu, əmək bazarına mənfi təsir göstərib”, – Britaniya Müdafiə Nazirliyi qeyd edir.
    //qaynar.az

  • Alimlər Ayda gələcəkdə elmi bazanın yerləşə biləcəyi mağara aşkar etdilər

    İtalyan alimləri ilk dəfə radardan istifadə edərək Ayda mağara aşkar ediblər.

    Qaynarinfo xəbər verir ki, bu barədə BBC “Nature Astronomy” elmi jurnalına istinadən məlumat yayıb https://www.bbc.com/russian/articles/c72v8ndyz40o?ocid=wsrussian.social.in-app-messaging.telegram..russiantelegram_.edit .

    Mağaranın dərinliyi ən azı 100 metrdir. Tədqiqatçılar Ayın “hələ araşdırılmamış yeraltı dünyasında” daha yüzlərlə oxşar mağaranın ola biləcəyi ehtimalını irəli sürürlər.

    Alimlərin fikrincə, kəşf edilən mağara nəzəri olaraq Yerin peykində yaşayışa əlverişli baza yaratmaq üçün ideal yer ola bilər.

    Mağaranın girişi Ay səthindədir və altında şaquli divarlar və maili daxili məkan var. Mağara milyonlarla, hətta milyardlarla il əvvəl yaranıb, alimlər deyirlər ki, isti lava Ayda hərəkət edərkən onu daşların içində yarada bilərdi. İspaniyanın Lanzarote adasındakı vulkanik mağaralar da oxşar mənşəli ola bilər, mağaranı kəşf edən alimlərdən biri, Trento Universitetinin əməkdaşı Leonard Karrer deyir. O, tədqiqatları zamanı digər alimlərlə birlikdə bu adaya səfər edib.

    Ayda mağaraların olması ilə bağlı fərziyyə tədqiqatçılar arasında təxminən 50 il əvvəl yaranıb. Yalnız 2010-cu ildə Amerika kosmik agentliyi NASA Ay orbitinə “Lunar Reconnaissance Orbiter” aparatını göndərib və bu, mağaralara girişlərin yerləşə biləcəyi yerləri öyrənə bilib. Aldığı görüntülərin təhlili nəticəsində hazırki kəşf edilib.

    Karrerin fikrincə, Ay mağarası astronavt bazası üçün yaxşı yer ola bilər.

    “Axı, Yerdəki həyat məhz mağaralarda başlayıb, insanlar Ayda belə mağaralarda yaşaya bilərlər”, – alim deyir.

    İndi alimlər radarlar, kameralar və hətta robotlardan istifadə edərək aşkar edilmiş mağaranı tədqiq etməyi planlaşdırırlar.

  • COP29 keçirilən ərəfədə Bakıda toy-nişan olmayacaq? – Şadlıq evləri nə deyir

    Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Noyabr ayının 11-25 tarixlərində baş tutacaq beynəlxalq tədbirin keçirilməsi Bakının müxtəlif istiqamətlərində planlaşdırılıb.

    Məlumatlara görə, həmin vaxt Bakıda bəzi məhdudlaşdırıcı addımlar atılacaq. Dərslərin onlayın qaydada keçirilməsi, toy-nişan, ad günləri, bir sözlə, təntənəli mərasimlərin keçirilməsinin müvəqqəti təxirə salınacağı deyilir. Hətta bununla bağlı şəhərdə fəaliyyət göstərən şadlıq evlərinə xəbərdarlıq da edildiyi bildirilir.
    Doğrudanmı COP 29 keçirilən ərəfədə Bakıda toy olmayacaq?

    Qaynarinfo bu sualın cavabını Bakıda fəaliyyət göstərən şadlıq evlərində axtarıb.

    “Sərin” şadlıq sarayından Qaynarinfo-ya bildiriblər ki, COP 29 tədbiri keçirilən ərəfə üçün heç bir sifariş götürülmür:

    “Nə toy, nə nişan? Yox, Bakıda böyük tədbir keçiriləcək. Bununla bağlı mərasimlərin keçirilməsinə məhdudiyyətlər qoyulub. Noyabrın 11-dən 25-nə kimi heç bir sifarişimiz yoxdur”.

    “Venera” şadlıq evindən də həmin tarixə sifariş qəbul edilmədiyi vurğulanıb:

    “Bilmirik, biz də qalmışıq belə. Ölkədə vəziyyət başqadır. Hələ ki, həmin günlərə sifariş götürülmür. Bir neçə günə bizə məlumat verəcəklər, bu səbəbdən də sifarişi dayandırmışıq. Məsələyə aydınlıq gətirilsin, sonra”.

    “Kəmalə-Nərmin” şadlıq evi isə hələlik məsələ ilə bağlı onlara hər hansı bir məlumatın verilmədiyini diqqətə çatdırıb:

    “Bizə heç nə deməyiblər. Şayiəni camaat yayır. COP 29-un toya nə aidiyyatı? Tədbirlər ayrı-ayrı məkanlarda baş tutacaq. Belə məlumatları yayıb camaatı toyunu ləngidirlər”.

    “Yeganə” şadlıq evi isə həmin tarixə sifariş götürdüyünü açıqlayıb:

    “Hazırda sifariş götürürük. Bizə aidiyyatı qurumlardan hər hansı məlumat daxil olmayıb, heç nə deyilməyib”.

  • Mask fikrini dəyişdi: Trampın kampaniyasına ayda 45 milyon ayıracaq – WSJ

    Amerikalı iş adamı İlon Mask Donald Trampın seçki kampaniyasını dəstəkləyən Amerika PAC siyasi fəaliyyət komitəsinə ayda 45 milyon dollar göndərməyi planlaşdırır.

    Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır.

    “The New York Times” qəzetinin yazdığına görə, o, bu planları haqqında öz ətrafına danışsa da, fonda hələ vəsait göndərməyib.

    WSJ-ə görə, America PAC 8 milyon dollardan çox vəsait toplayıb (hansı dövr üçün göstərilmir). NYT yazır ki, fond son bir neçə həftə ərzində Donald Trampın seçki kampaniyasını dəstəkləmək üçün təxminən 15 milyon dollar xərcləyib. Təşkilat rəsmi olaraq onun seçki qərargahı ilə əlaqəli deyil.

    Xatırladaq ki, ötən həftə “Bloomberg” İlon Maskın artıq Amerika PAC-a əhəmiyyətli məbləğdə ianə etdiyini yazıb. İlon Mask açıq şəkildə bildirib ki, o, Donald Tramp və ya Co Baydenin kampaniyasını maliyyələşdirməyi planlaşdırmır. İyulun 14-də Pensilvaniyada Trampa qarşı sui-qəsd cəhdindən sonra İlon Mask onu dəstəklədiyini bildirib və onu Teodor Ruzveltdən sonra ən cəsarətli namizəd adlandırıb.
    //qaynar.az

  • Hansı bölgədə qadın sahibkar çoxdur? – FOTO

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2024-cü il iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 356 mini keçib.

    Azərbaycanda hazırda fərdi sahibkarların 77 faizini kişilər, 23 faizini isə qadınlar təşkil edir.

    Bu barədə Qaynarinfo-ya Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib.

    Kişi fərdi sahibkarların sayı 1 045 014, qadın fərdi sahibkarların sayı 311 572 nəfərdir.

    Rəsmi statistikaya görə, qadın fərdi sahibkarlar daha çox kənd təsərrüfatında (41,3%), ticarət sahəsində (18%), təhsildə (3,5%), peşə, elmi və texniki fəaliyyətdə (3,3%), ictimai işaşə sektorunda (2,6%), emal sənayesində (1,9%) çalışırlar,

    Sahibkar qadınların 28,6%-i Bakıda, 10,2%-i Lənkəran-Astara, 9,6%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (28,2%), Naxçıvan Muxtar Respublikası (26,7%), Gəncə-Daşkəsən (25,9%), Bakı (24,8%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

  • Aktrisa ittiham etdi, Hikmət Rəhimov cavab verdi

    Aktyor Hikmət Rəhimov rejissorluğunu etdiyi “Apatiya” filminin ikinci hissəsinin çəkilişlərində qalmaqal yaranıb.

    Bu barədə ekran işində rol alan aktrisa Sanura Cəfərova sosial media hesabında yazıb. Sanura H.Rəhimovu onun və digər işçilərin qonorarını ödəməməkdə ittiham edib:

    “Rejissor” Hikmət Rəhimov, məni hər yerdən blok etdiyin üçün səni buraya işarələyə bilmirəm. Amma əminəm ki, sənə çatdıracaqlar. Buradan demək istəyirəm. Sənə yalnız bir həftə vaxt verirəm (yəni, 22 iyula qədər). Əgər sənin “Apatiya 2″ filmi zamanı mənə və komandanın digər üzvlərinə etdiyin haqsızlıq və əxlaqsızlıqla bağlı məsələlərin qabarmasını istəmirsənsə, çəkiliş meydançasındakı insanların haqqını ver! vaxt getdi”.

    Hikmət Rəhimov Sanura Cəfərovanın onun haqqında yazdığı qalmaqallı fikirlərə cavab verib. Bu barədə sənətçi OLAY-a danışıb.

    O bildirib ki, aktrisa və komandasının ödənişinin gecikməsinə səbəb sponsordur:

    “Sponsor ödəniş eləməlidir. Bir az gecikmə var. Bunu hamı bilir. Qayda və qanun mövcuddur”.

  • Али Багери Кани: Тегеран готов к перезагрузке отношений с Западом

    Тегеран готов к перезагрузке отношений с Западом, но следующий шаг для их улучшения должна сделать западная сторона.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил исполняющий обязанности министра иностранных дел исламской республики Али Багери Кани.

    “Мы считаем, что теперь [пришло] время и настал черед другой стороны доказать ее искренние [намерения], чтобы начать взаимодействие и открыть новую главу в отношениях. Мы всегда были крайне честными и серьезными, конечно, будем честными и серьезными, когда дело дойдет до обеспечения взаимодействия со всеми международными игроками”, – сказал политик в интервью журналу Newsweek.

    Так он прокомментировал вопрос, какова вероятность улучшения отношений с Западом после избрания нового президента Ирана Масуда Пезешкиана.

  • Rəsmi Tehran: İran Qərblə münasibətləri bərpa etməyə hazırdır

    Tehran Qərblə münasibətləri bərpa etməyə hazırdır, lakin əlaqələrin yaxşılaşdırılması üçün növbəti addımı Qərb tərəfi atmalıdır.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri səlahiyyətlərini müvəqqəti icra edən Əli Baqeri Kəni bildirib.

    “İnanırıq ki, bununla bağlı indi vaxt gəlib çatıb. Növbə qarşı tərəfin qarşılıqlı fəaliyyətə başlaması və münasibətlərdə yeni səhifə açmaq üçün səmimi niyyətlərini sübut etməsidir”, – siyasətçi “Newsweek” jurnalına müsahibəsində bildirib.

    Bizim Telegram kanalımıza abunə olun

  • Госдолг Азербайджана превысил 25 млрд манатов

    Государственный долг Азербайджана на 1 июля текущего года составил 25 млрд 696,65 млн манатов.

    Как сообщает Median.Az со ссылкой на Министерство финансов, из них 16 млрд 571,9 млн манатов приходится на внутренний государственный долг, 5 млрд 367,5 млн долларов США или 9 млрд 124,75 млн манатов – на внешний государственный долг.

    “В результате целенаправленной политики заимствований, направленной на увеличение внутренних государственных заимствований, поддержку развития рынка государственных ценных бумаг, формирование среднесрочной и долгосрочной кривой доходности государственного долга и замещение внешнего долга внутренним в соответствии со Стратегией управления государственным долгом на средне- и долгосрочный периоды, внутренний государственный долг приблизился к 17 млрд манатов”, – отмечается в сообщении.