Month: July 2024

  • “Apple” süni intellekti dəstəkləyən iOS 18-i təqdim etdi

    “Apple” öz yeni süni intellekti dəstəkləyən xüsusiyyətləri ilə istifadəçilərin işini asanlaşdıracaq iOS 18-i təqdim edib.

    Ağıllı assistant olan “Siri” qabaqcıl kamera imkanları və təhlükəsizlik tədbirləri ilə texnologiya dünyasında böyük maraq doğurub.

    Qabaqcıl süni intellekt imkanları ilə təchiz edilmiş iOS 18 avtomatik olaraq foto və video çəkilişləri üçün ən yaxşı parametrləri seçəcək.

    Əməliyyat sistemində diqqət çəkən yeniliklərdən biri də istifadəçilərin gündəlik vərdişlərini və üstünlüklərini öyrənən və onlara fərdi təkliflər təqdim edən “Ağıllı köməkçi” funksiyasıdır. Bu funksiya istifadəçilərə mesajlaşmadan tutmuş foto redaktəyə kimi bir çox sahədə kömək edir.

    Apple həmçinin yeni versiya ilə “Siri”ni əhəmiyyətli dərəcədə təkmilləşdirib. Süni intellekt tərəfindən dəstəklənən “Siri” daha təbii və səlis danışıq təcrübəsi təqdim edir. Siri istifadəçilərin suallarına daha sürətli və daha dəqiq cavab verir, həmçinin çoxdilli dəstəyi ilə müxtəlif dillərdə effektiv işləyir.
    //lent.az

  • Bu qidalar xərçəngə tutulma riskini artırır – YEMƏYİN!

    Xərçəngə tutulma riski qidalanma və həyat tərzimizlə birbaşa bağlıdır. Tədqiqatlar göstərir ki, bir insanın pəhrizi müxtəlif xərçəng növlərinə yoluxma ehtimalına təsir edə bilər.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, dietoloq Matthev Lambert lobya və mərcimək kimi bütün taxıllar, duzsuz qoz-fındıq və toxumlar da daxil olmaqla, hər gün ən azı beş porsiya müxtəlif meyvə və tərəvəz yemək daha çox vitamin əldə etməyin vacib olduğunu söyləyib.

    “Bu qidalar vitaminlər, minerallar və liflə zəngindir ki, ona görə də digər şeylərlə yanaşı, bağırsaq xərçəngi riskini azaltmaq üçün vacib hesab edilir”, – ekspert əlavə edib.

    Lambert, həmçinin emal edilmiş ət, spirt, qırmızı ət, şirniyyat və qızardılmış qidalar da daxil olmaqla, qaçınılması lazım olan qidaların siyahısını təqdim edib.

    Hansı qidalardan çəkinməlisiniz?

    Emal edilmiş ət

    2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Xərçəng üzrə Beynəlxalq Tədqiqat Agentliyi (IARC) emal olunmuş əti “insanlar üçün kanserogen” kimi təsnif edərək, emal olunmuş ətin yeyilməsinin kolorektal xərçəngə səbəb olmasına dair kifayət qədər epidemioloji sübutların olduğunu qeyd edib.

    Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, işlənmiş ətlər dadını yaxşılaşdırmaq və ya saxlama müddətini artırmaq üçün duzlanır, qurudulur, mayalanır, hisə verilir və ya başqa üsullarla bişirilir. Bu üsullardan bəziləri potensial kanserogen kimyəvi maddələr yarada bilər. Emal edilmiş ətlərə misal olaraq sosis, vetçina, kolbasa və mal ətini göstərmək olar.

    Alkoqol

    Spirtli içkilər ağız, boğaz, qırtlaq, yemək borusu, yoğun bağırsaq, düz bağırsaq, qaraciyər və döş xərçənginin inkişaf riskini artırır. Lambert “Spirt içməyin sağlamlığa heç bir faydası yoxdur” deyib.

    Kiçik miqdarda spirt belə xərçəng riskini artıra biləcəyi üçün onu içməkdən tamamilə imtina etmək tövsiyə olunur. Qadınlara spirtli içki qəbulunu gündə bir içki ilə, kişilərə isə gündə ikidən çox olmamaq tövsiyə olunur. 65 yaşdan yuxarı böyüklər gündə birdən çox içki içməməlidirlər.

    Qırmızı ət

    Həmçinin 2015-ci ildə IARC qırmızı əti – mal, dana, donuz əti, quzu, at əti və keçi – “insanlar üçün kanserogen” kimi təsnif edib. Ən əhəmiyyətli, lakin hələ də məhdud sübut qırmızı əti kolorektal xərçənglə əlaqələndirir. Pankreas xərçəngi və prostat xərçəngi ilə əlaqənin sübutu da var. Qırmızı ət qəbulunu həftədə üç porsiya ilə məhdudlaşdırmaq tövsiyə olunur ki, bu da təxminən 350-500 qrama bərabərdir.

    Şirin və qızardılmış yeməklər

    Artıq çəki və ya piylənmə 13 növ xərçəngin inkişaf riski ilə əlaqələndirilir. Doymuş yağ, şəkər və duzda yüksək olan işlənmiş qidaların qəbulunu azaltmaq tövsiyə olunur. Buraya tortlar, peçenyelər, xəmirlər, çipslər, şirinləşdirilmiş içkilər və fast food daxildir.

    Qənnadı məmulatlarının birbaşa xərçəngə səbəb olması ilə bağlı sübut olmasa da, onların yüksək kalorili olması artıq çəkiyə səbəb ola bilər. Bu da öz növbəsində xərçəngə tutulma riskini artırır.
    //lent.az

  • Tesla çoxdan gözlənilən robot taksini təxirə salıb

    Müştərilərin maraqla gözlədiyi Teslanın avtonom rejimdə çalışan robot taksi avtomobilinin təxirə salındığı bildirilir.

    Şirkətin təqviminə görə avtomobilin avqustda təqdimatının keçirilməsi gözlənilirdi.

    Bütün resurslarını tam avtonom olan Tesla robot taksi modelinə xərcləyən şirkət ucuz avtomobil istehsalı layihəsini dayandırıb.

    Qeyd edək ki, Teslanın rəhbəri Elon Mask aprel ayında verdiyi açıqlamada şirkətin robot taksi avtomobilinin avqustun 8-də təqdim ediləcəyini açıqlamışdı.

    Tam avtonom rejimdə fəaliyyət göstərəcək robot taksinin istehsalını görünür planlaşdırılan tarixə çatdırmaq mümkün olmayacaq.

    Tesla layihə üzərində işləyən komandalara əlavə prototiplər istehsal etmək üçün daha çox vaxt vermək məqsədilə təqdimat tədbirini oktyabr ayına qədər təxirə salmağa qərar verib.

    Təxirə salınma ilə bağlı ictimaiyyətə hələ ki, açıqlama verilməyib
    //lent.az

  • Ət, süd və yumurta istehsalı artıb

    2024-cü ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 290,3 min ton ət, 1134,1 min ton süd, 1189,1 milyon ədəd yumurta, 13,8 min ton yun, 239,5 ton barama istehsal olunub.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7%, süd istehsalı 1%, yumurta istehsalı 7,4% artıb, yun istehsalı 1,6%, barama istehsalı isə 32,8% azalıb.
    Qeyd edilib ki, 2024-cü il iyulun 1-i vəziyyətinə ölkə üzrə 7132,1 min baş qoyun və keçi, 2505,1 min baş iribuynuzlu mal-qara, o cümlədən 1240,1 min baş inək və camış, 3905 baş donuz mövcud olub.

    İribuynuzlu mal-qaranın 49,5%-ni inək və camışlar təşkil edir. Cari ilin yanvar-iyun aylarında quşçuluq müəssisələrində diri çəkidə 45 min ton (keçən ilin yanvar-iyun aylarında 40,3 min ton) quş əti və 584,2 milyon ədəd (keçən ilin yanvar-iyun aylarında 510,4 milyon ədəd) yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 11563,3 min baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 127 ədəd yumurta alınıb.

  • Azərbaycan əsgərlərinin səsi Açarkutda eşidilir – VİDEO

    Azərbaycan sərhədçiləri artıq Tavuşun Kirants kəndində yerləşən dövlətlərarası yolun ərazisinə gəliblər.

    Median.Az globalinfo.az-a istinadla xəbər verir ki, bunu Kirantsa yaxın olan Açarkut kəndinin sakini Karen Qazaryan deyib.

    Sakinlər “Sputnik Ermənistan”ın əməkdaşına Kirantsa gələn Azərbaycan əsgərlərinin səslərinin Açarkutda eşidildiyini bildiriblər.

    Qeyd edək ki, bir neçə gün öncə Ermənistan-Gürcüstan dövlətlərarası yolunun Kirants kəndindən keçən hissəsinin bağlandığı, ərazinin bir hissəsinin Azərbaycana təhvil verilməsi üçün hazırlıq görüldüyünə dair məlumatlar yayılıb. Yolun bu hissəsinin Kirantsa yaxın olan Açarkut kəndindən keçəcəyi, bu istiqamətdə tikinti işlərinin başlandığı açıqlanıb. Hazırda sözügedən ərazinin qanunauyğun olaraq Azərbaycana təhvil verildiyi iddia olunur.

    Xatırladaq ki, bir qədər əvvəl demarkasiya prosesi çərçivəsində Azərbaycana təhvil verilən ərazilərlə Tavuş kəndləri arasında sərhəd divarının çəkilməsini əks etdirən görüntülər yayılıb. Məlumata görə, eyni səddin Kirantsda təhvil verilən yol boyunca da çəkilməsi üçün artıq əraziyə avadanlıqlar gətirilib

  • Bakıda yaxta “kirayəsi”: pulu alıb yox oldular – VİDEO

    İnstaqramda endirimli qiymətlərlə Xəzərdə yaxta kirayəsi təklifi edən “Rentyaxt.baku” səhifəsi dələduzluq edir.

    Bu barədə “Xəzər Xəbər” məlumat yayıb.

    Məlumata görə, vətəndaş Nazlı Mahmudlu “Rentyaxt.baku” ilə əlaqə saxlayaraq, yaxta kirayələmək istəyib.

    “Kirayəçi”lər yaxtanı 6 saatı 140, 12 saat 190, 24 saatı isə 240 manata təklif edib.

    İnstaqramda bir çox istifadəçiinin qarşısına çıxan yaxta kirayəsi səhifəsi ödənişi öncədən alaraq, əlaqə nömrəsini başqa nömrəyə yönləndirib, sonra “yoxa çıxıb”lar.

  • Ermənistanda bu xəstəlik sürətlə yayılır

    Ermənistanda son 1 həftədə qızılcaya yoluxanların sayı 151 nəfər artıb.

    Bu barədə Ermənistan Nazirliyi məlumat yayıb.

    Mərkəzin məlumatına görə, 2024-cü il yanvarın 1-dən indiyədək 521 qızılcaya yoluxma faktı qeydə alınıb.

  • Azərbaycan və Gürcüstan arasında cüdo üzrə qarşılıqlı liqa təşkil olunacaq

    Azərbaycan və Gürcüstan arasında cüdo üzrə qarşılıqlı liqa təşkil olunacaq.

    Bu barədə qurumun icraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib.

    Qurum rəsmisi bununla bağlı hər iki federasiya arasında razılıq əldə oldunduğunu bildirib.
    //report

  • Bu il Bakıda törədilən cinayətlərin sayı açıqlandı

    2024-cü ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8011 cinayət hadisəsi qeydiyyata alınıb.

    Bu barədə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 2024-cü ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd edilib.

    Bildirilib ki, onların 88,6%-nin açılması təmin olunub.

    “Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə törədilən 24 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilib.

    Qəsdən sağlamlığa ağır zərər vurma, qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, mənimsəmə və israf etmə, qaçaqmalçılıq, ekoloji cinayətlərin, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalmış, dələduzluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, narkotik vasitələrin dövriyyəsi, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma hadisələrinin sayında isə artım müşahidə olunub”, – deyə əlavə edilib.

  • Bu şəxslər 2000 manat cərimə ediləcək

    Məhdud məsuliyyətli cəmiyyətin (MMC) nizamnamə kapitalının tamamilə ödənilməməsi və ya ödənilmiş nizamnamə kapitalı barədə məlumatın verilməməsinə görə yeni cərimələr müəyyənləşib.

    Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

    Belə ki, Mülki Məcəllədə nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə ediləcək.

    Bundan əlavə, Məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1 000 manat məbləğində cərimə olunacaq.