Month: July 2024

  • Ermənistanda təcili yardım xidmətinin rəhbəri rüşvət almaqda ittiham olunur

    Ermənistan Respublika təcili yardım xidmətinin rəhbəri Saak Akopyan rüşvət almaqda ittiham olunur.

    Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi xəbər verib.

    O, çağırışçıların ordudan azad edilməsi məqsədi ilə iri korrupsiya sövdələşmələrində iştirakda ittiham olunur. Məhkəmə bu işlə əlaqəli olan daha 3 nəfəri həbs edib.

  • Pakistanın keçmiş baş nazirinin həyat yoldaşı onlarla terror aktında ittiham olunur

    Pakistanın Ravalpindi şəhərinin polisi və prokurorları keçmiş baş nazir İmran Xanın həyat yoldaşı Büşra Bibiyə qarşı 11 terror aktı üzrə ittihamları Pakistan Ali Məhkəməsinə göndəriblər.

    Bu barədə “Dawn” qəzetinə istinadən bildirir.

    Məlumata görə, Bibi, əsasən, Pakistan Silahlı Qüvvələrinin Baş Qərargahına hücumda və hərbi obyektin yandırılmasında, Xidmətlərarası Kəşfiyyatın ofisinə hücumda, hökumət əleyhinə iğtişaşlara çağırışlarda və Xanın lideri olduğu Ədalət Uğrunda Hərəkat müxalifət partiyası tərəfdarlarının 9 may 2023-cü ildə keçirilən etiraz aksiyaları zamanı vandalizm aktlarında ittiham olunur. İttihamlar polisin Bibiyə qarşı bir il əvvəl qeydə aldığı cinayət işlərinə əsaslanır.

    Məhkəmənin terrorçuluq ittihamlarına baxması və bu cür cinayətlərə görə cəza kəsməsi halında əvvəllər yalnız nikah qanununu pozmaqda ittiham olunan Xanın 44 yaşlı arvadının vəziyyəti ciddi şəkildə çətinləşə bilər. Bu, Adiala həbsxanasında saxlanılan keçmiş baş nazirin özünə də güclü zərbə olacaq.

    Xatırladaq ki, yanvarda siyasətçi dövlət sirri haqqında qanunu pozmaqda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib, fevralda Xan və Bibi qeyri-qanuni nikaha girdikləri üçün 7 il həbs cəzası alıblar. Daha sonra hər iki hökm ləğv edilib.

    Nazirlər Kabinetinin keçmiş rəhbəri bu ay müxtəlif cinayətlərə görə 12 yeni ittiham irəli sürüldükdən sonra hələ də həbsdə qalır.

  • Bakıda iki avtobus toqquşdu: Xəsarət alanlar var

    Bakıda, metronun “Ulduz” stansiyası yaxınlığında 36 və 38 saylı müntəzəm marşrut xətləri üzrə hərəkət edən iki avtobus toqquşub.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.

    Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15 radələrində Nərimanov rayonu ərazisində iki avtobusun toqquşması səbəbi ilə çağırış daxil olub:

    “Qəza zamanı müştərək travmalar alan iki qadını hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası Kliniki Tibbi Mərkəzə çatdırıb”.

  • Браузер Google Chrome потерял пароли 15 млн пользователей

    В июле в браузере Google Chrome произошел масштабный сбой, из-за которого миллионы пользователей Windows лишились возможности доступа к сохраненным паролям.

    Как передает Median.Az со ссылкой на gazeta.ru, об этом сообщает Forbes.

    Из-за возникшей проблемы пользователи не могли найти свои старые пароли и сохранять новые. Проблема затронула примерно 2% пользователей Chrome 127 на Windows, что составляет примерно 15 млн человек. Однако, учитывая, что Chrome используется более чем 3 млрд человек, эта цифра может быть выше.

    Предложенное Google временное решение требовало запуска браузера через командную строку с использованием флага “enable-features=SkipUndecryptablePasswords”, что оказалось неудобным для большинства пользователей. Однако компания быстро отреагировала на инцидент и уже 25 июля выпустила исправление ошибки, для которого требовалось всего лишь перезапустить браузер.

    Google принесла извинения за доставленные неудобства и рекомендовала пользователям, столкнувшимся с проблемой, обратиться в службу поддержки Google Workspace.

  • “Google Chrome” 15 milyon istifadəçinin parolunu itirib

    İyul ayında “Google Chrome”da böyük nasazlıq yaranıb və nəticədə milyonlarla “Windows” istifadəçisi parolla brauzerə daxil ola bilməyib.

    Median.Az “Forbes”a istinadən xəbər verir ki, problemə görə istifadəçilər köhnə parollarını tapa və ya yenilərini yadda saxlaya bilməyiblər. Problemin “Windows”da “Chrome 127” istifadəçilərinin təxminən 2%-nə təsir etdiyi qiymətləndirilir ki, bu da təxminən 15 milyon istifadəçi təşkil edir. Ancaq “Chrome”un 3 milyarddan çox insanın istifadə etdiyini nəzərə alsaq, bu rəqəm daha da çox ola bilər.

    “Google”un təklif etdiyi müvəqqəti həll yolu brauzerin “enable-features=SkipUndecryptablePasswords” bayrağından istifadə edərək komanda xətti vasitəsilə işə salınmasını tələb edirdi ki, bu da əksər istifadəçilər üçün əlverişsiz idi. Bununla belə, şirkət insidentə tez reaksiya verib və artıq iyulun 25-də yalnız brauzerin yenidən işə salınmasını tələb edən xəta üçün düzəliş təqdim edib.

    “Google” narahatlığa görə üzr istəyib və problem yaşayan istifadəçilərə “Google Workspace” dəstəyi ilə əlaqə saxlamağı tövsiyə edib.

  • Çində tironozavrın yeni növü tapıldı

    Çində yeni tironozavr növü kəşf edilib.

    Zhejiang Təbiət Tarixi Muzeyinin alimləri dinozavrlar ailəsinə aid yeni növünü aşkar ediblər. “Kiçik kərtənkələ” digərlərindən fərqli ekoloji mühitdə yaşayıb.

    O, öz qohumlarından kiçik olsa da, onun uzunluğu 3,5-4 m olaraq qiymətləndirilib. Nəsli kəsilmiş heyvan məşhur Çin paleontoloqu Xu Xingin – Asiatyrannus Xui-nin adını daşıyır.

    Asiatyrannus Xui təxminən 66-72 milyon il əvvəl yaşayıb. Onun kəlləsi qeyri-adi nisbətlərə malikdir. Belə ki, digər dinozavrlarla müqayisədə onun kəllə sümüyü daha uzundur. Alimlər hesab edirlər ki, Asiatyrannus cəld və sürətli olub.

  • Yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

    Azərbaycanın dağlıq və dağətəyi rayonlarında iyulun 31-də əsasən gündüz, avqustun 1-də gündüzdən avqustun 2-də səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, yağışın ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

  • Премьер-министр Азербайджана отбыл в Иран

    Премьер-министр Азербайджана Али Асадов отбыл в Иран.

    Али Асадов примет участие в церемонии инаугурации новоизбранного президента Ирана Масуда Пезешкиана.

    Отметим, что церемония состоится сегодня.

  • Azərbaycanın Baş naziri Əli Əsədov İrana gedib

    Bu gün Baş nazir Əli Əsədov İrana səfər edib.

    Əli Əsədov İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edəcək.

    Qeyd edək ki, bu gün Məsud Pezeşkianın andiçmə mərasimi keçiriləcək.

  • Azərbaycanda bu taksi şirkəti bağlandı

    Naxçıvan Muxtar Respublikasında taksi xidməti ilə məşğul olmuş “Nax Taxı” şirkəti ləğv olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.
     
    Taksi şirkətinin bağlanmasının səbəbləri açıqlanmayıb.
     
    Xatırladaq ki, “Nax Taxı” ötən ilin fevralın 9-da yaranıb. Amma şirkət cəmi 4 ay sonra fəaliyyətini müvəqqəti olaraq dayandırmağa məcbur olub. Bugünlərdə isə “Nax Taxı” tamamilə bağlandığını elan edib.