Month: July 2024

  • Реакция Эрдогана на жест “бозгурд”, показанный Азерин – ВИДЕО

    Мероприятие, проведенное в Президентском дворце в Турции по случаю Дня демократии и национального единства 15 июля, завершилось песней Çırpınırdı Qaradəniz в исполнении известной азербайджанской певицы Азерин.

    Как сообщает Median.Az со ссылкой на TRT Haber, после завершения песни Азерин показала жест “бозгурд” (“серый волк” – ред.), что вызвало овации присутствующих. Президент Турции Реджеп Тайип Эрдоган и другие гости долго аплодировали исполнительнице.

    Напомним, член сборной Турции Мерих Демирал был дисквалифицирован на два матча за то, что показал вышеупомянутый жест в матче 1/8 финала чемпионата Европы против сборной Австрии. Он не смог сыграть в матче 1/4 финала против Нидерландов. Это решение вызвало недовольство среди многих болельщиков и экспертов, считающих такое наказание несправедливым.

  • Azərinin “bozqurd” işarəsinə Ərdoğandan REAKSİYA – VİDEO

    Türkiyədə Prezident Sarayında 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən tədbir azərbaycanlı məşhur müğənni Azərinin “Çırpınırdı Qara dəniz” mahnısı ilə yekunlaşıb.

    Median.Az-ın “TRT Haber”ə istinadla verdiyi məlumata görə, mahnıdan sonra ifaçı “bozqurd” işarəsi göstərib.

    Bildirilir ki, onun bu addımı rəğbətlə qarşılanıb, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər qonaqlar uzun müddət ifaçını alqışlayıblar.

    Xatırladaq ki, Türkiyə yığmasının üzvü Merih Demiral Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərdiyi üçün iki oyunluq cəzalandırılıb. O, 1/4 final mərhələsində Niderlanda qarşı matçda oynaya bilməyib. M.Demirala qarşı bu münasibət bir çoxları tərəfindən narazılıqla qarşılanıb.

  • В Баку из курицы-гриль вылез червь – ВИДЕО (ОБНОВЛЕНО)

    В связи с распространившейся в социальных сетях информацией о черве, обнаруженном в гриле, купленном в одной из расположенных на проспекте 8 Ноября в Баку тандырных, начато расследование.

    Об этом в ответ на запрос oxu.az заявили в Агентстве продовольственной безопасности Азербайджана (АПБА).

    “Подробная информация о его результатах будет предоставлена позже”, – отметили в структуре.

    * * * * *

    В Баку из курицы-гриль вылез червь.

    Соответствующие кадры распространились в социальных сетях.

    Отмечается, что курица была приобретена в тандырной, расположенной на проспекте 8 Ноября.

  • Bakıda qrilin içindən qurd çıxdı – VİDEO (YENİLƏNİB)

    “Bakıda 8 Noyabr prospektində yerləşən təndirxanalardan birindən alınan qrildən qurd çıxması ilə bağlı məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb”.

    Bunu oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.

    “Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”, – deyə məlumatda vurğulanıb.

    * * * * *

    Bakıda qrilin içindən qurd çıxıb.

    Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

    Bildirilib ki, qril 8 Noyabr prospektində yerləşən təndirxanalardan birindən alınıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb – VİDEO

    Su polisi Xəzərdə brakonyer əməliyyatı keçirib.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, balıq, həmçinin digər su bioresurslarının istifadəsinə, eləcə də mühafizəsinə nəzarəti gücləndirmək məqsədilə DİN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan İlham Heydərov saxlanılıb.

    Yoxlama zamanı ondan “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıq, sintetik sapla toxunmuş qanunsuz balıq ovunda istifadə olunan tor, digər qadağan olunmuş balıqovlama alətləri və 96 ədəd kefal balığı aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı bu şəxsin su bioresurslarından qanunsuz istifadə etməsi nəticəsində ekologiyaya 1056 manat maddi ziyan vurduğu müəyyən edilib. Faktla bağIı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar aparılır.

    Qeyd edək ki, hazırda balıqların kürü verən vaxtı olduğu üçün balıqovlama mövsümü sentyabr ayına qədər dayandırılıb. Bütün qadağalara baxmayaraq, xüsusən körpə balıqların qanunsuz ovlanması hallarına hələ də rast gəlinməkdədir. Qeyd edilən qanunsuz əməllərə yol verən brakonyerlərə xəbərdarlıq edilərək bildirilir ki, onlar barəsində cinayət və inzibati qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.

    Su polisləri tərəfindən Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların ovlanmasının qarşısını almaq məqsədilə nəzarət tədbirləri sahil boyu bütün ərazilərdə davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.

  • В Азербайджане произошло массовое заражение тутовых деревьев

    В Билясуварском районе произошло массовое заражение тутовых деревьев.

    Об этом iqtisadiyyat.az сообщили жители района.

    Местные жители отметили, что до сих пор такого не происходило и добавили, что впервые столкнулись с фактом распространения болезни на листьях шелковицы.

    Они выразили обеспокоенность возможностью передачи этой болезни на ветви и стволы деревьев.

    “Мы в основном встревожены тем, что эта болезнь высушит сами деревья. Мне кажется, не совсем правильно связывать данный случай с жаркой погодой. Мы сами не понимаем, почему такое могло случиться”, – рассказали жители.

    Специалист по сельскому хозяйству и экологии Мирсахиб Закиев заявил, что листья и плоды тутового дерева всегда были привлекательными для человека и животного мира, а также для насекомых, поскольку они богаты минералами, органическими кислотами, сахарами.

    Он напомнил, что производство шелка происходит именно в результате обертывания кокона тутового шелкопряда белой смолистой жидкостью, выделяемой тутовым шелкопрядом (коконным червем), питающимся листьями тутового шелкопряда.

    “Поэтому ствол и ветви, листья тутового дерева постоянно подвергаются нападению различных видов вредителей. Наибольший вред тутовому дереву наносят полифаги и различные виды совок. Среди них широко распространены хлопковая совка, черви, которые повреждают фруктовые деревья и т.д. В основном отмеченные паразиты наблюдались на стеблях и листьях тутовых деревьев, посаженных вблизи сельскохозяйственных угодий. После того как вредители питаются стволом, молодыми ветвями и листьями тутового дерева, общее развитие дерева ослабевает, если это продолжается в течение многих лет, его развитие прекращается.

    В борьбе с вредителями большую роль играют в основном полевые птицы, различные виды пчел и насекомые. Для химической борьбы целесообразно применять инсектициды различного химического состава (фумиганты и контактные пестициды)”, – заключил эксперт.

  • Azərbaycanda tut ağaclarında kütləvi xəstəlik yayılıb

    Biləsuvar rayonunda tut ağaclarının yarpaqlarında kütləvi xəstəlik yayılıb.

    Bu barədə İqtisadiyyat.az-a rayon sakinləri məlumat veriblər.

    İndiyədək belə bir halın baş vermədiyini söyləyən yerli sakinlər ilk dəfədir tut yarpaqlarında xəstəlik yayılması faktı ilə rastlaşdıqlarını bildiriblər.

    Onlar deyiblər ki, bəzi ağacların yarpaqları xəstəlik səbəbindən, demək olar ki, quruyaraq tökülüb.

    Sakinlər bu xəstəliyin yarpaqlardan sonra ağacların budaqlarına və gövdəsinə keçmə ehtimalından narahatlıqlarını ifadə ediblər:

    “Biz əsasən ondan narahatıq ki, bu xəstəlik ağacların özünü də qurudar. İlk dəfədir belə bir halla rastlaşırıq. Fikrimcə, bu vəziyyəti isti hava və ya şüa ilə əlaqələndirmək düzgün deyil. Çünki indiyə qədər belə bir hal baş verməmişdi. Belə bir vəziyyətin baş verməsi bizə də qaranlıqdır”.

    Məsələ ilə bağlı kənd təsərrüfatı və ekoloji məsələlər üzrə mütəxəssis Mirsahib Zəkiyev bildirib ki, tut ağacının yarpaqları və giləmeyvələri mineral maddələrlə, üzvi turşularla, şəkərlə zəngin olduğu üçün daim insanlar və heyvanat aləmi üçün, həmçinin həşəratlar üçün cəlbedici olub.

    O xatırladıb ki, dünyanın ən qiymətli və möhkəm ipliyi olan ipəyin istehsalı da məhz tut ipəkqurdunun (barama qurdunun) tut yarpaqları ilə qidalandıqdan ifraz etdiyi ağ rəngli qatranabənzər mayenin barama qurdunun barama sarıması nəticəsində baş verir:

    “Odur ki, tut ağacının gövdəsi və budaqları, yarpaqları daim müxtəlif növ polifaq zərərvericilərin hücumuna məruz qalır. Tut ağacına ən böyük zərər verən polifaq yarpaq yastıcası və müxtəlif növ sovkalardır. Bunların arasında pambıq sovkası, meyvə ağaclarına zərər verən qurdlar və s. geniş yayılıb. Əsasən, əkin sahələrinə yaxın yerlərdə əkilmiş tut ağaclarının gövdələrində və yarpaqlarında qeyd olunan parazitlər müşahidə olunub. Zərərvericiləri tut ağacının gövdəsi, cavan budaqları və yarpaqları ilə qidalandıqdan sonra ağacın ümumi inkişafı zəifləyir, uzun illər davam edərsə, ağacın inkişafı dayanır”.

    Mütəxəssisin sözlərinə görə, zərərvericilərlə mübarizədə əsasən çöl quşları, müxtəlif növ arılar, parabüzənlər və böcəklərin rolu böyükdür. Çünki onlar bu zərərvericilərlə qidalanırlar. Kimyəvi mübarizə aparmaq üçün müxtəlif kimyəvi tərkibli insektisidlərin (fumiqant və kontakt tərkibli pestisidlərin) tətbiq edilməsi məsləhət görülür.

    Qeyd edək ki, tut ağaclarının yarpaqlarındakı xəstəlik faktı rayonun əksər ərazisində müşahidə olunur.

  • Суд вынес приговор убившему жену мужчине

    Завершилось судебное следствие по уголовному делу Эльшана Гулиева, обвиняемого в убийстве и краже в Гяндже, и его знакомого Самира Фараджова, обвиняемого в краже.

    Как сообщает pravda.az, на заседании под председательством судьи Гянджинского суда по тяжким преступлениям Абдуллы Мамедова был зачитан приговор, согласно которому Э.Гулиев приговорен к 13 годам и 6 месяцам, а С.Фараджов – к 2 годам 4 месяцам и 4 дням лишения свободы.

    Отметим, убийство произошло в марте 2023 года на территории города. Так, между жителем Шамкирского района Эльшаном Гулиевым (1985 г.р.) и его супругой – уроженкой села Алакёл Товузского района Егяной Гумбатовой (1980 г.р.) произошел конфликт. Тогда же мужчина, не сумев совладать с эмоциями, нанес жене удар ножом в область сердца. Женщина скончалась на месте от полученных тяжелых травм. После инцидента Эльшан Гулиев был задержан, и выяснилось, что он вместе с Самиром Фараджовым совершил кражи из нескольких домов.

    Добавим, Е.Гумбатова являлась военнослужащей сверхсрочной службы в азербайджанской армии. По информации, первый супруг женщины скончался. В 2022 году она вышла замуж за Эльшана Гулиева. У Егяны Гумбатовой от первого брака были дочь и сын.

    В материалах уголовного дела отмечается, что Эльшан убил свою супругу на почве ревности.

  • Hərbçi arvadını öldürən ərə HÖKM OXUNDU

    Gəncədə qətl və oğurluq hadisəsi törətməkdə təqsirləndirilən Elşən Quliyev və onun tanışı, oğurluqda ittiham olunan Samir Fərəcovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Elşən Quliyev 13 il 6 ay və Samir Fərəcov isə 2 il 4 ay 4 gün müddətinə azadlıqdan məhrum ediliblər.

    Qeyd edək ki, qətl hadisəsi 2023-cü ilin mart ayında Gəncə şəhəri ərazisində qeydə alınıb. Belə ki, Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Elşən Quliyevin həyat yoldaşı – Tovuz rayon Alakol kənd sakini, 1980-ci il təvəllüdlü Yeganə Hümbətova ilə aralarında mübahisə düşüb. Bu zaman əsəblərinə hakim ola bilməyən kişi həyat yoldaşının ürək nahiyəsinə bıçaqla zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisədən sonra Elşən Quliyev saxlanılıb və onun Samir Fərəcovla birlikdə bir neçə evdən oğurluq etdiyi məlum olub.

    Xatırladaq ki, Yeganə Hümbətova Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) işləyirmiş. Məlumata görə qadının birinci həyat yoldaşı dünyasını dəyişib. O, 2022-ci ildə Elşən Quliyevlə evlənib. Yeganə Hümbətovanın birinci evliliyindən bir qızı, bir oğlu olub.

    Cinayət materiallarında qeyd edilib ki, Elşən arvadını qısqanclıq zəminində öldürüb.

  • В Баку мастер упал с третьего этажа

    В Баку произошел несчастный случай, в результате которого серьезно пострадал мастер.

    Как сообщает Report, Шамиль Умудов, нанося штукатурку в строящемся здании на улице Джафара Хандана в Бинагадинском районе столицы, упал с третьего этажа и получил тяжелые травмы.

    Мужчина был госпитализирован.

    По данному факту ведется расследование.