Month: July 2024

  • Yeni təyin olunan icra başçısı kimdir?

    Prezident İlham Əliyevin sərəncamı ilə, Cavid Teyrun oğlu Əbdul-Qədirov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Cavid Teyrun oğlu Əbdul-Qədirov 1984-cü ildə Bakı şəhərində anadan olub.

    2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib.

    2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

    2008-2013-cü illərdə Səhiyyə Nazirliyi-HİV/AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Proqramın layihə Əlaqələndirmə Bürosunda maliyyə mütəxəssisi, direktor, 2013-2018-ci illərdə isə “RMDM” ASC-baş direktorun müavini, baş direktor vəzifələrində işləyib.

    2018-ci ildə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2018-2020-ci illərdə Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi, 2020-2021-ci illərdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

    2021-ci ildən etibarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışır.

    İngilis, rus dillərini sərbəst bilir.

    Ailəlidir, iki övladı var.

  • В Азербайджане создается новое юридическое лицо публичного права

    Президент Азербайджана Ильхам Алиев подписал указ о создании и обеспечении деятельности юридического лица публичного права “Республиканский банк крови”.

    Текст документа опубликован на President.az.

    Согласно указу, при Министерстве здравоохранения Азербайджанской Республики создается юридическое лицо публичного права “Республиканский банк крови”.

    Установлено, что Банк крови является юридическим лицом публичного права, осуществляющим деятельность в области удовлетворения спроса на кровь и ее компоненты, обеспечивающим поставку, переработку, проверку, хранение и распределение крови и ее компонентов.

    Для осуществления общего руководства и контроля за деятельностью Банка крови создается наблюдательный совет, состоящий из пяти членов, в том числе председателя

  • Azərbaycanda yeni publik hüquqi şəxs yaradılır

    Prezident İlham Əliyev “Respublika Qan Bankı” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

    Bununla bağlı President.az xəbər yayıb.

    Fərmana əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” publik hüquqi şəxs yaradılır.

    Müəyyən edilir ki, Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölüşdürülməsini təmin edən publik hüquqi şəxsdir.

    Qan Bankının fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla beş üzvdən ibarət Müşahidə Şurası yaradılır

  • Президент Ильхам Алиев освободил от должности главу ИВ – НОВОЕ НАЗНАЧЕНИЕ

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение об освобождении Эйваза Дашдемир оглу Гурбанова от должности главы Исполнительной власти (ИВ) Огузского района.

    Текст документа опубликован на President.az.

    Другим распоряжением главы государства главой ИВ Огузского района назначен Джавид Тейрун оглу Абдул-Гадиров.

  • İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi – YENİ TƏYİNAT

    Eyvaz Daşdəmir oğlu Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Dövlət başçısının digər sərəncamı ilə, Cavid Teyrun oğlu Əbdul-Qədirov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

  • Названа дата завершения выплаты пенсий за июль по Азербайджану

    Государственный фонд социальной защиты при Министерстве труда и социальной защиты населения Азербайджана 17 июля планирует завершить выплату пенсий по республике в полном объеме.

    Об этом сообщили в Министерстве труда и социальной защиты населения Азербайджана.

    Было отмечено, что в тот же день пенсии будут выплачены и лицам, имеющим право на пенсию на льготных условиях.

  • Bütün ölkə üzrə pensiyalar sabah ödəniləcək

    İyulun 17-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

  • Azərbaycanda turizmin inkişafını əngəlləyən bərbad yollar – Nə zaman düzələcək?

    Azərbaycan yay turizminin qaynar dövrüdür. Sərhədlər bağlı olduğundan, təyyarə ilə xarici səfərlərə çoxlarının maddi imkanı çatmadığından insanlar yay tətili günlərini ölkə daxilində keçirməyə üstünlük verirlər. Ölkə daxilində də turizmin yüksək qiymətləri diqqət çəkir. Adamlar rayonlardan bir meçə gündən artıq istirahət eləyə bilmirlər. Çünki otellər, hətta şəxsi kirayə evlər əhalinin gəlirləri ilə müqayisədə çox yüksəkdir. Bundan başqa və əsas məsələ yay turizmi üçün önəmli olan bölgələrin yolları bərbad vəziyyətdədir. Bəs görəsən bu vəziyyət nə zamana qədər davam edəcək?

    Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Moderator.az-a danışıb.

    “Sosial-iqtisadi inkişafı, dövlət proqramına uyğun olaraq bölgələr üzrə avtomobil yollarının təmir olunması, o cümlədən ölkənin sərhəd olan qonşu ölkələrə çıxışlarının təmin olunması üçün artıq təxminən 15 ildir dövlət proqramı var, bu proqram çərçivəsində hər il avtomobil yollarına böyük sərmayelər yatırılır. Təbii ki, Azərbaycanın hər bir ərazisi gözəldir və daha cəlbedici, füsunkar təbiətə malik olan bölgələrimiz var. O cümlədən paytaxt Bakı daxil turist məkanlarının inkişaf etdirilməsi, elə Respublikanın özünün inkişafı deməkdir. Turizmdən əlavə gəlirlərin gəlməsi özü dövlətin, əhalinin sosial rifahına təsir edən amillərdir. Nəzərə alsaq ki, elə dövlətlər var, təxminən onların dövlət büdcəsinin 70-80%-i turizmdən əldə olunan gəlirlər hesabına baş verir, yəni bu gəlirlər onun dövlət büdcəsinin təminatının açarıdır. Qaldı ki, konkret Azərbaycana bizim turizm potensialına malik olan və əsas 3 istiqamət üzrə avtomobil yollarının vəziyyəti qənaətbəxşdir.
    Yeni qurulan yollar özü güclü və həmin regionun potensial güc mərkəzinə çevrilə bilir. Misal üçün, istər cənub bölgəsi olan magistralımızda, Bakı-Ələt-Astara magistralı, o cümlədən Quba-Rusiya istiqamətində, istər Bakı-Ələt-Qazax magistralı, Bakı-Şamaxı-Yevalx, Gürcüstan dövlət sərhəd istiqamətində olan yollardır. Bu yollarda işlər demək olar ki, surətlə aparılıb. Bu da birbaşa müəyyən 5-10-15 km məsafə ilə bəzən maksimal 30 km olan turizm obyektlərinə müəyyən bir məsafədə yerləşirlər. Yəni o şaxəli yollardan turizm məntəqələrinə təxminən maksimal 30 km var. Misal üçün, istər yay, istər qış mövsümü üçün açıq olan Qəbələ ərazisində turizm obyektləri, cənub bölgəsində olan turizm obyektləri, o cümlədən şimal bölgəmizdə Quba, Xaçmaz reginonunda olan, Gəncə-Qazax-Tovuz-Gədəbəy, bu ərazilərdə hal-hazırkı vəziyyətə görə Gədəbəy, Daşkəsən vəs. bu ərazilər üzrə yolların təmirinə qismən ehtiyac var. Bəzən də olur ki, təbii fəlakətlər ( Daşqın, sel, sürüşmələr) yolların keyfiyyətinə təsir edir. Təbii ki, təmirə ehtiyac olan yollarımız var. Bu yollar ümumiyyətlə həllin gözləyən məsələlər çərçivəsindədir. Naxçıvan Muxtar Respublikası ərazisində turizm obyeklərinin demək olar ki, əksəriyyətinə böyük miqadarda vəsait ayrıldı və o yollar hamardır. Sevindirici və qürurverici məsələni də qeyd edim, hal-hazırda böyük investisiyalar yatırılan, işğaldan azad olunmuş və qürur mənbəyimizə çevrilən Şuşa, Kəlbəcər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində olan ərazilərə yollar çəkilir”.

    Ekspert qeyd edir ki, Azərbaycan-Ermənistan dövlət sərhədi istiqaməti bizim 1051 km-ə yaxın bir dövlət sərhədimiz var:

    “Bu km-dən istər Sovetlər vaxtı, istər də müstəqillik qazanıldıqdan sonra demək olar ki, oradan istifadə etmədik. Amma indiki dövrdə bizim dövlət sərhədləri, yaşayış məskənləri üzrə yollar olmayıb və Azərbaycan dövləti öz daxili imkanları, təbii maliyə resusları, dövlət büdcəsinə bunlar çəkilib. Misal üçün istər Qubadlı rayon ərazisində olan sərhəd boyunca yaşayış məntəqələrini birləşdirən, bir-biri ilə əlaqələndirən geniş yol olmayıb, bu ən çox Kəlbəcərdə hiss olunur. Digər ərazilər var ki, onlar bir-biri ilə rayon mərkəzlərinə getmədən əlaqəli yolları olmasın. Hal-hazırda dövlət tərəfindən bunların əsası yenidən qurulur. Ümumiyyətlə yeni yollar çəkiləcək. Bu da çox böyük bir uğurun təcəssümüdür və sevindirici bir haldır. Təbii ki, biz də dövlətimizlə, xalqımızla, dövlətçiliyimizlə qürur duyuruq”.

  • Террористы убили 8 военнослужащих в Пакистане

    Восемь военнослужащих армии Пакистана погибли при атаке террористов на военный гарнизон в районе Банну в пограничной с Афганистаном северо-западной провинции Хайбер-Пахтунхва.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщает Министерство обороны страны.

    Террорист-смертник на заминированном автомобиле и группа вооруженных экстремистов, среди которых также находились смертники, ворвались на территорию расположения военнослужащих. От сильного взрыва машины с взрывчаткой были разрушены казармы и дома мирных жителей, восемь из которых пострадали. В бою с террористами погибли по меньшей мере восемь военных, еще 12 получили ранения. На месте инцидента продолжается антитеррористическая операция.

  • Pakistanda terror olub: Ölən və yaralanan hərbçilər var

    Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin şimal-qərbində yerləşən Bannu rayonunda hərbi qarnizona terror hücumu nəticəsində Pakistan ordusunun səkkiz hərbi qulluqçu həlak olub.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

    Bomba yerləşdirilmiş avtomobildə kamikadze və bir qrup silahlı ekstremist, o cümlədən kamikadze hərbçilərin qaldığı əraziyə daxil olub. Partlayıcı maddə olan avtomobilin güclü partlaması kazarmaları və mülki vətəndaşların evlərini dağıdıb. Terrorçularla döyüşdə azı səkkiz hərbçi həlak olub, 12-si yaralanıb. Hadisə yerində antiterror əməliyyatı davam edir.