Month: July 2024

  • “Neftçi” Ramil Şeydayevi transfer edib

    “Neftçi” klubu yeni transferini açıqlayıb.

    Median.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevlə 3 illik müqavilə imzalanıb.

    28 yaşlı hücumçu paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək.

    Qeyd edək ki, R.Şeydayevin son klubu Türkiyənin I Liqa təmsilçisi “Kocaelispor” olub.

  • Aşura günü 611 litr qan tədarük olunub

    “Aşura günü” könüllü olaraq qanvermə aksiyaları davam edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

    Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, qanvermə aksiyaları Respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanlarda keçirilir:

    “Aksiyalar səhər 9:00-dan başlanıb.

    Saat 12:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 815, respublikanın digər şəhər və rayonları üzrə isə 542 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən ümumilikdə 611 litr qan tədarük olunub”.

  • DİN-dən qəzanı mobil telefona çəkənlərə XƏBƏRDARLIQ

    Yol-nəqliyyat hadisələri baş verdikdə bəzi sürücülər avtomobili saxlayıb hadisəni mobil telefonla qeydə alırlar.

    Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.

    “Müşahidələr göstərir ki, bu kimi hallar tez-tez yaşanır. Nəticədə istər qəzanın baş verdiyi istiqamətdə, istərsə də digər zolaqlarda yolda ciddi sıxlıq yaranır. Bu da bəzən yanğından mühafizə, polis, təcili tibbi yardım və qəza-xilasetmə bölmələrinin avtomobilinin hadisə yerinə vaxtında çata bilməməsi ilə nəticələnir.”
    DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək həm sıxlığın yaranmaması, həm də qəza zamanı lazımi şəxslərin hadisə yerinə vaxtında gəlməsi üçün bu kimi hallara yol verməməyə çağırıb.

  • В Нахчыванской АР назначен новый министр финансов

    Гасан Исмайылов назначен министром финансов Нахчыванской Автономной Республики (НАР).

    Как сообщает АПА, соответствующее распоряжение 16 июля подписал заместитель председателя Али Меджлиса НАР Анар Ибрагимов.

    Отметим, Гасан Исмайылов занимал пост замминистра финансов Нахчыванской АР с 27 мая 2019 года. С 10 января 2023 года он временно исполнял обязанности главы ведомства.

  • Naxçıvanda nazir vəzifəsinə TƏYİNAT

    Naxçıvan Muxtar Respublikasına (MR) maliyyə naziri təyin edilib.

    APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 16 iyul 2024-cü il tarixli Sərəncama əsasən, Həsən Bayram oğlu İsmayılov Naxçıvan MR-in maliyyə naziri təyin olunub.

    Qeyd edək ki, Həsən İsmayılov 27 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini təyin edilib. O, 10 yanvar 2023-cü il tarixdən isə nazir vəzifələrini müvəqqəti icra edirdi.

  • III kurs tələbəsinin ölüm səbəbi BİLİNDİ

    В Азербайджане скончался студент третьего курса.

    Об этом сообщили в Азербайджанском государственном экономическом университете (UNEC).

    Имран Джебраилов учился на факультете “Финансы и бухгалтерский учет” по специальности “финансы”.

    Как сообщили Oхu.Az в UNEC, вчера И.Джебраилов утонул в море.

    “Имран поступил в университет с 554 баллами. Он был очень активным студентом. Учился хорошо и был ответственным. Это тяжелая утрата для нашего вуза. Выражаем соболезнования семье и желаем терпения”, – говорится в заявлении.

  • III kurs tələbəsinin ölüm səbəbi BİLİNDİ

    Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsinin vəfat səbəbi bəlli olub.

    Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) oxu.az-a bildirilib ki, İmran Cəbrayılov ötən gün dənizdə batıb:

    “İmran 554 bal ilə universitetə daxil olmuşdu. Çox fəal tələbə idi. Dərslərini yaxşı oxuyur və məsuliyyətli idi. Üzücü xəbər oldu. Universitetimiz üçün ağır itki oldu. Çox kədərləndik. Ailəsi ilə birlikdə Nardaranda yaşayırdı. Ailəsinə başsağlığı verib, səbir diləyirik”.

    * * * * *

    Azərbaycanda III kurs tələbəsi vəfat edib.

    Bu barədə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) məlumat yayıb.

    Bildirilib ki, universitetin III kurs tələbəsi İmran Əli oğlu Cəbrayılov faciəvi şəkildə dünyasını dəyişib.

    O, ali təhsil müəssisəsinin “Maliyyə və mühasibat” fakültəsinin “Maliyyə” ixtisasında təhsil alırdı.

  • Министр обороны Азербайджана находится с визитом в Казахстане

    Министр обороны Азербайджанской Республики генерал-полковник Закир Гасанов по приглашению министра обороны Республики Казахстан генерал-полковника Руслана Жаксылыкова отбыл с визитом в братскую страну для наблюдения за международными оперативно-тактическими командно-штабными учениями “Бірлестік-2024”.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    В Международном аэропорту Актау генерал-полковника З.Гасанова встретил его казахстанский коллега генерал-полковник Р.Жаксылыков.

    На церемонии официальной встречи, состоявшейся в воздушной гавани, министры обороны прошли перед почетным караулом. В сопровождении образцового военного оркестра прозвучали государственные гимны обеих стран.

    В рамках визита министр обороны понаблюдает за эпизодами учений “Бірлестік-2024”, которые будут выполнены на полигоне “Оймаша” и на мысе Токмак в акватории Каспийского моря.

  • Zakir Həsənov Qazaxıstana getdi

    Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini izləmək üçün qardaş ölkəyə səfər edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Aktau Beynəlxalq hava limanında general-polkovnik Z.Həsənovu qazaxıstanlı həmkarı general-polkovnik R.Jaksılıkov qarşılayıb.

    Hava limanında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

    Müdafiə naziri səfər çərçivəsində “Birləşdik-2024” təliminin “Oymaşa” təlim poliqonu və Xəzər dənizinin akvatoriyasının Tokmak burnunda icra ediləcək epizodlarını izləyəcək.

  • Azərbaycanda 17 yaşlı gənc doğuşa girdi: Körpəsi öldü (YENİLƏNİB)

    İyulun 15-də Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova 40 həftəlik dölün (USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Qeyd edilib ki, müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım üçün təcili tibbi yardım ilə saat 15:45-də Lənkəran Regional Perinetal Mərkəzə göndərilib:

    “Pasiyent qeyd olunan xəstəxanada yatmaqdan imtina edib, iyulun 16-da saat 04:00-da 40 həftəlik (USM-ə görə 36) baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

    Saat 05:30-da cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü uşaq doğulub”.

    * * * * *

    Masallıda körpə ölümü qeydə alınıb.

    APA nın məlumata görə, Masallı rayonunun Böyük Təklə kənd sakini 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova doğuş üçün Masallı Rayon Mərkəzi Xəstəxanasının ginekologiya və doğum şöbəsinə müraciət edib.

    Ananın müayinəsi aparılıb və Lənkəran Regional Perinatal Mərkəzə göndərilib. Lənkəranda bildiriblər ki, doğuş təbii yolla olmalıdır və Lənkəranda qalmağı məsləhət görülüb.

    Özünü yaxşı hiss etdiyini deyən ana yenidən Masallıya qaytarılıb. Bu səhər ağrıları olan S. Qubadova doğuşa götürülüb. Doğuş zamanı çəkisi 2,8 kq olan ölmüş qız uşağı dünyaya gəlib.

    Yaxınları bildirirlər ki, uşağın ölümünə səbəb həkim səhlənkarlığıdır.

    Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.