Month: July 2024

  • Çimərlikdə qadınların əşyalarını oğurlamaqda şübhəli bilinən 66 yaşlı şəxs saxlanılıb

    İyulun 12-də Sumqayıt şəhəri ərazisində yerləşən çimərlikdə iki qadının içərisində mobil telefonu, geyim əşyaları, avtomobil və ev açarları olan çantalarının oğurlanması barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 66 yaşlı Y.Hacıyev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Kirayə evdə gizli kameranın olmasını harada yoxlamaq olar? – Şəxsi detektivdən məsləhət

    Kirayə evdə yaşayanların gizli kameraları aşkarlanması hallarının artması təhlükəsizlik və məxfilik problemlərini gündəmə gətirir. Mülk sahiblərinin qeyri-münasib məqsədlərə görə qonaqları izləmək üçün cihazlardan istifadə etdiklərini etiraf ediblər.

    Gizli kameralar tez-tez hamam və ya soyunub-geyinmə otaqları kimi həssas yerlərdə quraşdırılır.

    İcarəyə götürülmüş mənzildə gizli cihazları aşkar etmək üçün zəngli saatlar, lampalar və güzgülər kimi gündəlik əşyaları diqqətlə yoxlamağı tövsiyə olunur. Çünki onlar kameraları gizlədə bilər. Obyektlərin qeyri-adi təşkilinə və kiçik çuxurların olmasına diqqət yetirmək vacibdir.

    Detektiv vurğulayır ki, şübhələri təsdiqləmək üçün mobil telefondan, eləcə də qaranlıqda kamera obyektivindən yansımaları aşkar etmək üçün fənərdən istifadə etmək olar.

    O bildirir ki, nəzarət cihazlarının istifadəsinə ciddi şəkildə diqqət edin. Ev sahiblərindən hər hansı kameraların olması barədə kirayəçilərə məlumat verməsini tələb edin.
    //lent.az

  • 100 ildən sonra sükan arxasında: dünyanın ən yaşlı sürücüsü kim oldu?

    Amerikalı Fred Harold Heyl eyni vaxtda bir neçə rekord qırıb. Birincisi, o, 100 yaşı ötüb. Heyl 2004-cü ilin payızında 113 yaşında vəfat edib. İkincisi, adam ən qədim pərəstişkarlardan biri olub: ölümünə qədər Boston Red Sox beysbol komandasını dəstəkləyib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, Heylin “Ginnesin Rekordlar Kitabı”nda ən yaşlı sürücü kimi də adı çəkilir.

    Heyl neçə yaşında maşın sürdü?

    Kişinin 108 yaşında avtomobilini idarə etdiyi məlum olub. Bu nailiyyət sayəsində amerikalı “Ginnesin Rekordlar Kitabı”na düşüb. Heyl sonradan bir daha avtomobil sürməmək qərarına gəlib. Rekordçu qərarını digər hərəkət iştirakçılarına müdaxilə etmək istəməməsi ilə izah edib. Heylin dediyinə görə, yaşlı sürücülər digər sürücüləri qıcıqlandırır.

    Uzunömürlü amerikalını başqa nə təəccübləndirdi?

    Heylin həmişə ağlı başında olduğu məlumdur. Yaşının qocalmasına baxmayaraq, kişi həyatdan həzz alırdı və aktiv idi: səyahətlərə çıxır, oyunlara həvəs göstərir, arıçılıqla məşğul olurdu.

    Amerikalı qocalığında belə mükəmməl görürdü: onun görmə qabiliyyəti ilə bağlı heç bir problemi yox idi. Heyli hər səhər oyananda bir qaşıq bal yeyirmiş. Bəlkə də bu, rekordçunun inanılmaz uzunömürlülüyünün sirlərindən biridir.
    //lent.az

  • Sağlamlığınız üçün bu vərdişlərdən imtina edin

    Sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə, bir çox alışqanlığınızı atmalısınız.

    Axşam.az xəbər verir ki, bu haqda ingilis mediası məlumat yayıb. Amerikalı fizioterapevt Kris Boettçer sağlamlığa zərər verən 10 vərdişi araşdırıb və sadalayıb.

    Səhər ilk iş qəhvə içmək

    Günə oyandığınız zaman telefon zəngi ilə başlamaq.

    Yatmadan əvvəl telefonla məşğul olmaq və mavi işığa məruz qalmaq.

    Səhər yeməyi üçün qarğıdalı lopa kimi taxılların istehlakı.

    Çox az protein istehlakı.

    Həmişə oturmaq.

    Qazlı içkilər və meyvə şirələri içmək.

    Axşam yeməyi ilə spirtli içki qəbul etmək.

  • Antalyada yaxtada həbs edilən azərbaycanlı kimdir?

    Antalya polisi Rusiya Federasiyasında rüşvət aldığı üçün axtarılan və barəsində İnterpolun qırmızı bülleteni olan rusiyalıını saxlayıb.
     
    Antalya valiliyindən həmin şəxsin qaçmağı planlaşdırdığı və Ukrayna bayrağı altında üzən yaxtada saxlanıldığı bildirilib.
     
    Saxlanılan 58 yaşlı A.P. Rusiya vətəndaşıdır. Yaxtanın göyərtəsində onun Azərbaycan vətəndaşlığı olan oğlu və Ukrayna vətəndaşı da olub. Əməliyyat şübhəlinin Türkiyəni dəniz yolu ilə tərk etməyə çalışacağı barədə polisə məlumat daxil olduqdan sonra həyata keçirilib.
     
    A.P. yaşayış icazəsinin müddəti bitdiyi üçün saxlanılaraq Antalya Miqrasiya İdarəsinə aparılıb. Onun oğlu və yaxtada saxlanılan ukraynalı sərbəst buraxılıb. Axtarış zamanı A.P adlı şəxsdən 7 min avro, 5 min dollar, 200 tailand bahtı, Türkiyə şəxsiyyət vəsiqəsi, Rusiya pasportu, 4 ədəd mobil telefon və 1 ədəd noutbuk götürüb.
     
    Bakupost.az

  • “Xalq artisti deyiləm deyə, ev almayım?”

    Əməkdar artist Qorxmaz Əlili ev istəyir. Axşam.az xəbər verir ki, aktyor bu haqda “Elgizlə izlə” verilişində deyib. O bildirib ki, övladlarının toyuna görə bağ evini satıb:
     
    “Aktyorlara, rejissorlara, incəsənət adamlarına ev tikib versinlər. Xalq artisti var ki, 3 dəfə ev alıb, sağlığına qismət. “Xalq artisti” deyiləm deyə evim olmayacaq? Söhbət yaxşı aktyorlardan gedir. Mənim xasiyyətimdə yoxdur ki, efirdən şikayət edim. Deyim ki, evim yoxdur.
     
    1995-ci ilə qədər qazanmışam. Şəxsi teatrımdan qazanırdım. Pulumu yığırdım ki, ev alaram. Sonra başladım o pulları o gəncə ev almağa, bu gəncin evini təmir etdirməyə xərclədim.
     
    Telman Adıgözəlov ikiotaqlı evdə rəhmətə getdi. Mən sənət vədayisiyəm. Çəkilişə gedəndə filmin sonunda bilmişəm ki, nə maaş verəcəklər. Elə olub pulsuz çəkilmişəm”.

  • Hərbi liseylərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

    Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirəcək.

    Bu barədə DİM-dən məlumat verilib.

    Abituriyentlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

    Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər.

    Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)

    Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

  • Günəş eynəyi taxanlara XƏBƏRDARLIQ – KÖKƏLDİR

    Günəş eynəyi taxan insanların gözünə təbii günəş işığı daxil ola bilmədiyi üçün doyma siqnalları beyinə çata bilmir və bu, insanı daim yemək haqqında düşünməyə vadar edir, nəticədə kökəlməyə səbəb olur. 
     
    Bu sözləri türkiyəli dietoloq Ersin Özdəmir deyib. 
     
    Mütəxəssis bunu da bildirib ki, D vitamini əlavələri bədəndə 1 ay, günəşin yaratdığı D vitamini isə 4 ay qalır: 
     
    “Günəşdən gələn D vitamini kükürdlüdür və bütün hüceyrələrə nüfuz edir. D vitamini immun hüceyrələrin mənbəyidir və onları yetişdirən əsas amildir. Bunun üçün D vitamini səviyyəmiz ən az 50 olmalıdır. Davamlı günəş eynəyindən istifadə etdikdə toxluq siqnalları beyinə çata bilmir. Toxluq hormonlarımızın 35%-ni ləngidir və bu, çəki artımına gətirib çıxarır. Toxluq hormonları yemək yedikdən, təxminən, 20 dəqiqə sonra ifraz olunmağa başlayır. Bu səbəbdən yeməyi tez istehlak edənlər tox olduqlarını anlamır və qədərindən artıq yeyirlər. Yemək yediyimiz zaman yaxşı çeynəməli, fasilə ilə yeməliyik ki, doyduduğumuzu anlaya bilək. Yeməyi günəş batmazdan əvvəl yeməyə çalışın, çünki bütün həzm mexanizmi günəşlə birlikdə daha effektiv işləyir”. 
    //pravda.az

  • “Aztelekom”da 900 minlik yeyinti – “Mis Nazim” kimdir?

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialında maliyyə təftişi aparılıb. Aparılan təftişin nəticəsi olaraq RİNN “Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialında 900 min manatlıq maliyyə kəsiri aşkarlayıb. Bu xəbər elektron poçta göndərilmiş məktubdandır. Arif Qasimovun adından göndərilmiş məktubda deyilir ki, cəmiyyətdə “Mis Nazim” kimi tanınan Nazim Əliyevin rəhbərlik etdiyi “Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialında maliyyə vəsaitindən düzgün istifadə edilməyib, külli miqdarda yeyinti və mənimsənilməyə yol verilib. “RİNN-nin həyata keçirdiyi maliyyə təftişinin ardınca Hesablama Palatasının bu qurumda daha genişmqiyaslı maliyyə təftişi aparacağı gözlənilir”.

    O bildirib ki, Nazim Əliyev bölgədə “mis alverçisi” kimi ad çıxarıb. “Nazim Əliyev mis kabellərin optik kabellərlə əvəzlənməsi prosesindən milyonlarla manat məbləğində qanunsuz vəsait əldə edib, bir çox hallarda RİNN-ə şişirdilmiş məlumatlar, saxta rəqəmlər təqdim edib”.

    Məlumatı verən şəxs daha sonra bildirib ki, bu yoxlama təkcə Nazim Əliyev üçün deyil, onun rəhbəri olduğu qurumdakı iki yaxın adamı – texniki işlər müdiri Rasim Dərgahquluyev və baş mühəndis Elnur Abduləzizov üçün də yaxşı qurtarmayacaq. “Çox güman ki, hər üç şəxs yaxın günlərdə dövlət büdcəsi əvəzinə ailə büdcəsinə axıtdıqları milyonların hesabını qanun qarşısında verməli olacaqlar”.Tribunainfo.az

  • “Cavanşir” körpüsü bu tarixdə açılacaq – RƏSMİ

    Xəbər verdiyimiz kimi, 20 may tarixindən etibarən təmir-tikinti işləri ilə əlaqədar “Cavanşir” körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
     
    Bəs, körpü nə vaxt istifadəyə veriləcək? Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Metbuat.az-a bildirib ki, hazırda təmir-tikinti işləri davam etdirilir.
     
    “Artıq körpü sökülüb. Ərazidən söküntü materialları çıxarılıb. Torpaq yatağı işlənəcək. Təqribən 3 ay ərzində körpünün istifadəyə veriləcəyi planlaşdırılır”.