Month: July 2024

  • Sumqayıtda bir nəfər dənizdə batıb

    Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) bir nəfər batıb.

    Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

  • Bu il Aşurada qanvermə məntəqələrinin sayı iki dəfədən çox artırılıb

    Azərbaycanda ötən il Aşura ilə əlaqədar 16 ünvanda keçirilən qanvermə aksiyasının əhatə dairəsi bu il genişləndirilərək 35-ə çatdırılıb.

    Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Məlumata görə, iyul ayının 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçiriləcək.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli QHT Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri qatılacaqlar.

    Qeyd edək ki, bu il aksiyalar Naxçıvan Muxtar Respublikası daxil olmaqla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi ünvanlarda (ali təhsil müəssisələri, xəstəxana, məscid və ziyarətgahlar) təşkil ediləcək. Sevindirici haldır ki, İslam dünyası üçün nümunə olan aksiyaya ildən ilə maraq artır, Aşurada qan donorluğu təşəbbüsü cəmiyyətdə geniş dəstək qazanır. Qan vermək sağlamlığımıza faydalı olmaqla yanaşı, hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan insanların həyatını xilas edir.


  • Cerdan Şakiri İsveçrə millisi ilə vidalaşıb

    İsveçrə millisinin futbolçusu Cerdan Şakiri yığma karyerasını başa vurub.

    Bu barədə futbolçu özü sosial şəbəkə hesabında bildirib.

    ABŞ-nin “Çikaqo” klubunun 32 yaşlı üzvü 14 il İsveçrə millisinin formasını geyinib. O, bu müddət ərzində 125 matça çıxıb və 32 qol vurub.

  • На прошлой неделе на освобожденных территориях обезврежено 147 мин

    На освобожденных территориях с 8 по 14 июля было обнаружено и обезврежено 68 противотанковых и 79 противопехотных мин, 397 неразорвавшихся боеприпасов (НБП).

    Об этом говорится в еженедельном отчете Агентства по разминированию Азербайджана (ANAMA).

    Отмечается, что от мин очищено 1284,4 гектара территории.

    Операции по разминированию проводились ANAMA, Министерством обороны, Министерством по чрезвычайным ситуациям (МЧС) и Государственной пограничной службой (ГПС).

  • Ötən həftə azad olunan ərazilərdə 147 mina zərərsizləşdirilib

    Azad olunan ərazilərdə iyulun 8-14-də 68 tank əleyhinə mina, 79 piyada əleyhinə mina, 397 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd olunub.

    Bildirilib ki, 1284,4 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.

  • Yeni Klinika получила разрешение на трансплантацию печени и почек

    В “Перечень специализированных медицинских учреждений, осуществляющих трансплантацию донорских органов”, утвержденный постановлением № 234 Кабинета министров от 20 августа 2021 года, внесены изменения.

    Соответствующее решение подписал премьер-министр Али Асадов.

    Согласно решению, в данный список добавлено публичное юридическое лицо Yeni Klinika. Это значит, что указанная клиника впредь сможет проводить трансплантацию печени и почек.

  • “Yeni Klinika”ya qaraciyər və böyrək köçürülməsi icazəsi verilib

    Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

    Qərara əsasən, sözügedən siyahıya “Yeni Klinika” publik hüquqi şəxs əlavə olunub.

    Qərarla klinika qaraciyər və böyrəklərin transplantasiyasını həyata keçirə biləcək.

  • Pakistanda İmran Xanın siyasi partiyasının fəaliyyətini qadağan etmək planlaşdırılır

    Pakistanda keçmiş baş nazir İmran Xanın siyasi partiyasının fəaliyyətini qadağan etmək planlaşdırılır.

    Bu barədə ölkənin informasiya naziri Attaullah Tarar məlumat yayıb.

    O bildirilib ki, federal hökumət “Pakistan Təhrik-i-İnsaf” partiyasını qadağan etmək üçün bir iddia qaldıracaq.

    “Bundan başqa, hökumət İmran Xan və keçmiş prezident Arif Alviyə qarşı ölkə konstitusiyasına uyğun olaraq dövlətə xəyanət ittihamı ilə Ali Məhkəmə qarşısında hüquqi arayış təqdim edəcək”, – deyə informasiya naziri əlavə edib.
    //report

  • Испания направила Украине партию из 10 танков Leopard

    Власти Испании отправили в Украину новую партию из 10 танков Leopard.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом говорится в сообщении Минобороны королевства.

    “Началась мультимодальная перевозка в Украину 10 танков Leopard 2A4 после завершения комплексного процесса ремонта”, – отметили в ведомстве.

    Ожидается, что груз окажется в польском порту до предстоящих выходных, а затем будет передан Вооруженным силам Украины.

  • İspaniya Ukraynaya 10 “Leopard” tankı göndərib

    İspaniya Ukraynaya 10 “Leopard” tankından ibarət yeni partiya göndərib.

    Bu barədə Krallığın Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

    “Kompleks təmir prosesi başa çatdıqdan sonra 10 “Leopard” 2A4 tankının Ukraynaya multimodal daşınmasına başlanılıb”, – məlumatda bildirilib.

    Yükün gələn həftəsonuna qədər Polşa limanına çatacağı, daha sonra isə Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcəyi gözlənilir.