Monakoda 1,5 litr içməli su orta hesabla 5,8 dollara başa gəlir.
Bu şəhər dövlətini içməli suyun ən baha olduğu ölkələrin antireytinqində lider edir.
Siyahıda sonrakı yerləri əsasən Karib hövzəsi və Afrika ölkələri tutur: Antiqua və Barbuda, Mərkəzi Afrika Respublikası, Barbados, Baham adaları, Kosta-Rika, Qrenada və Eritreya.
Birləşmiş Ştatlar dünyanın ən böyük iqtisadiyyatları arasında ən bahalı içməli suya sahib olan yeganə dövlətdir. ABŞ-də 1,5 litr içməli su üçün orta hesabla 2,19 dollar ödəməli olacaqsınız. Bu göstərici ilə ölkə səkkizinci yerdə qərarlaşıb.
//oxu.az
Month: July 2024
-
İçməli suyun baha olduğu ölkələr
-
Qadınlarda tez-tez aşkarlanan XƏSTƏLİK
Polikistik yumurtalıq sindromuna hər 5 qadından birində rast gəlinir. O da diabet və təzyiq kimi xroniki bir xəstəlikdir.
Mütəxəssislər bu xəstəliyin qidalanma ilə aradan qaldırılmasının mümkünlüyünü bildirib. Dünyada hər 10 qadından birində bu xəstəliyə rast gəlinir. Xəstəliyin əsas göstəricilərindən biri çəkinin sürətlə artmasıdır.
Mütəxəssislər xəstəlik zamanı Aralıq dənizi pəhrizini tövsiyə edir. Sonra isə fol turşusu və D vitamini əlavələri tövsiyə olunur.
Təzə tərəvəz və meyvələr, qoz-fındıq, bütün taxıllar, turş xəmir, paxlalılar və zeytun yağı ilə daha zəngin olan, kifayət qədər miqdarda balıq, toyuq, hinduşka, süd məhsulları, daha az qırmızı ət və nadir hallarda şirniyyatla zəngin olan Aralıq dənizi pəhrizinə tam əməl edilməlidir. Bu, pəhriz piylənmənin də qarşısını alır.
Aralıq dənizi pəhrizi zəngin mono doymamış yağ turşuları və pəhriz lifi tərkibi, aşağı doymuş və trans yağ turşuları və balanslaşdırılmış omeqa 6/omeqa 3 əsas yağ turşuları nisbətinə görə endotel funksiyasını yaxşılaşdırır, oksidləşdirici zədələri azaldır, iltihabı saxlayır, trombozu azaldır. O, bədən toxumalarının müxtəlifliyini tənzimləyən, immuniteti yüksəldən, zərdabın lipid profilini yaxşılaşdıran, insulin müqavimətini qıran və yağ toxumasını azaldan təsirlərə malikdir. (Axşam.az) -
Keçmiş direktor nazirlikdən nə tələb edir?
Bakıda fəaliyyət göstərən 252 nömrəli məktəb-liseyin keçmiş direktoru Xədicə Eminova Elm və Təhsil Nazirliyini məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə Xədicə Eminovanın iddiası işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsini tələb edir.Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq.
İş hakim Ramin Quliyevin icraatındadır.
-
FHN-nin Tibb Xidməti İdarəsi ilə işçisi arasında nə baş verib?
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidməti İdarəsi məhkəməyə verilib.
İddiaçı Xudabaxışov Laçın Fəxrəddin oğludur.Onun iddiasına Sumqayıt İnzibati Məhkəməsində baxılacaq.
İş hakim Vəfa Əzizovanın icraatındadır.
Laçın Xudabaxışov FHN-nin Tibb Xidməti İdarəsinin işçisi olub. Onun işdən çıxarıldığı bildirilir.
Tərəflər arasıındakı məhkəmə çəkişməsi də elə əmək münasibətləri ilə bağlıdır.
//qaynar.az -
1 milyon manatdan artıq pulu qanunsuz yollarla leqallaşdıranların məhkəməsi başlayır
Bir qrup şəxsin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitini leqallaşdırması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, istintaqla Mehraliyev İlahim Ərəstun oğlu, Alməmmədov Mehman Allahverdi oğlu və şəxsiyyətləri istintaqla araşdırılan qeyrilərinin cinayət əlaqəsinə girərək 2017-2019-cu illər ərzində rəhbərlik etdikləri fəaliyyətsiz şirkətlərə dövlət müəssisələri tərəfindən satınalma təyinatı ilə köçürülmüş 1 milyon manatdan artıq pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəmələrinə, bununla da cinayət yolu ilə əldə etdikləri həmin pul vəsaitini leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında hazırda azadlıqdan məhrumetmə növündə cəzaçəkən İlahim Mehralıyev və Mehman Alməmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Şəxsiyyətləri istintaqla araşdırılan digərləri barəsində isə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İş üzrə vurulmuş maddi ziyanın istintaq dövründə tam ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Əhalinin banklarda nə qədər əmanəti var?
Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 10,3 faiz artaraq 2024-cü il iyun ayının 1-nə milli valyuta ekvivalentində 13678,7 milyon manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.Bildirilib ki, əmanətlərin 65,3 faizi milli, 34,7 faizi xarici valyutada qoyulmuş, xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 16,2 faiz artıb.
-
Qubada dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
Qubada dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, qurumun”112″ qaynar telefon xəttinə Quba rayonunun Qəçrəş kəndi ərazisində bir nəfərin dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qayalıq ərazidə gəzintidə olan şəxs hündürlükdən yıxılaraq təxminən 40 metr dərinliyi olan dərəyə düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər polis əməkdaşları ilə birgə bədən xəsarətləri alan şəxsə müvafiq köməklik göstərərək, xüsusi vasitələrin köməyi ilə dərədən təxliyə edib təcili tibbi yardım briqadasına təhvil veriblər.
-
Azyaşlıların dini mərasimlərə aparılması düzgün deyil – RƏY
Dini mərasimlər azyaşlı uşaqların psixologiyasına mənfi təsir göstərə bilər.
Bunu “Report”a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Anar İsgəndərli deyib.O bildirib ki, Azərbaycanda din və dövlət münasibətləri hüquq əsasında tənzimləndiyi üçün vətəndaşlar bu məslədə müvafiq qanunların tələblərinə uyğun davranmalıdırlar:
“Azərbaycan dünyəvi dövlət olsa da, ölkədə dini dəyərlərə böyük ehtiram var. Bəzən keçirilən dini mərasimlərə məktəb yaşlı uşaqlar da gedir və yaxud aparılır. Bu, qanunla qadağandır.
Hər bir valideyn bilməlidir ki, azyaşlıların belə mərasimlərə aparılması düzgün deyil. O mərasimlər uşaqların psixologiyasına mənfi təsir göstərə bilər”.
A.İsgəndərlinin sözlərinə görə, əlaqədar orqanlar bu sahədə lazımı tədbirlər görür. O, valideynləri övladlarını kiçik yaşlarından vətənpərbərlik aşılayan mərasimlərə daha çox aparmağa çağırıb:
“Əgər valideyn övladını vətənpərvər ruhda tərbiyə etmək istəyirsə, onların oxuduğu və öyrəndiyi kitablarda bunun üçün kifayət qədər matreal var”, – deputat deyib.
-
Əcnəbi kibercinayətkar müalicə müəssisəsinə köçürülüb, azadlığa çıxmaq istəyir
Azərbaycanda həbsdə olan beynəlxalq kibercinayətkar şəbəkənin üzvü, Ukrayna vətəndaşı Serb Andrii Borisoviç saxlandığı cəzaçəkmə müəssisəsindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Kibercinayətkar səhhətindəki problemlərlə bağlı vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib.Müraciətə Nizami rayon Məhkəməsində baxılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci ilin mayında yaydıqları birgə məlumata əsasən, müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması məlum olub.
Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç saxlanılaraq istintaqa cəlb olunub, onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulub, vətəndaşların oğurlanmış təxminən 2 milyon manata yaxın vəsaitinin özlərinə geri qaytarılması təmin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib.
-
В Сумгайыте в море утонул человек
В поселке Джорат города Сумгайыта в море на неконтролируемой территории (около 1 км от спасательной станции в ближайших водах) утонул человек.
Об этом сообщает Median.Az со ссылкой на МЧС.К поискам привлечены водолазы-спасатели Государственной службы МЧС по контролю за маломерными судами и спасению на водах.









