Month: July 2024

  • MN-dəki 143 milyonluq mənimsəmə: Nəcməddin Sadıkova stəkanlar alınmasına 21 min manat xərclənib

    Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Cəlal Kazımovun müdafiəçisi Əli Adıgözəlov vəsatətini bildirib və qeyd edib ki, cinayət işində çoxsaylı şəxsin ad və soyadı var. Ə.Adıgözəlov həmçinin qeyd edib ki, həmin şəxslərin kart hesablarına pullar köçürülüb və mənimsənilib.

    “Həmin şəxslərin cinayət işində izahatları var və onlar “ölü canlar” deyillər. Kartlara köçürülmə yolu ilə 1 milyon manata yaxın pulun mənimsənilməsindən söhbət gedir. Adları qeyd olunan şəxslərin məhkəməyə çağırılması və dindirilməsi təmin olunmalıdır”.

    Məhkəmə həmin şəxslərin cinayət işində izahatları olduğunu əsas gətirərək vəsatəti təmin etməyib və sənədlərin tədqiqi mərhələsində həmin izahatların açıqlanacağını və araşdırma aparılacağını bildirib.

    Məhkəmənin gedişatında cinayət işində olan sənədlər tədqiq edilib. Həmin sənədlərin arasında təqsirləndirilən şəxslərin xidməti fəaliyyətləri ilə bağlı xasiyyətnamələr də var.

    Hərbi Dəniz Qüvvələrinin istintaq orqana göndərdiyi xasiyyətnamədən məlum olur ki, Vüsal Əlizadə xidməti dövründə şəxsi heyətlə münasibətləri həmişə yaxşı olub, xidməti dövründə heç bir nöqsan və cəza almayıb.

    Amma Hərbi Hava Qüvvələrinin ovaxtkı rəisi olmuş Ramiz Tahrovun Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinə göndərdiyi rəydə maliyyə xidmətinin rəisi olmuş Cəlal Kazımov mənfi xarakterizə olunub.

    Cəlal Kazımovun vəkili Əli Adıgözəlov müdafiə etdiyi şəxsə qarşı verilən xasiyyətnamə qərəzli olduğunu deyib; “Cəlal Kazımov döyüş bölgələrində olub, xidmətinin, ona verilən tapşırıqların öhdəsində layiqincə gəlib”.

    Cəlal Kazımov da bu xasiyyətnamənin qərəzli olduğunu deyib. C.Kazımov 30 il xidmət etdiyini və heç vaxt töhmət və ya cəza almadığını bildirib.

    Təqsirləndirilən Bayram Bayramovla bağlı Quru Qoşunların rəhbərliyi tərəfindən göndərilən rəydə o, xidməti dövründə müsbət xarakterizə olunub. Həmin rəydə göstərilir ki, Bayram Bayramov xidməti dövründə heç vaxt töhmət almayıb.

    Lakin hakimlərin açıqlandığı sənədlərdən məlum olub ki, Bayram Bayramov əvvəllər məhkum olunub. Rəsmi sənədlərə görə, Bayram Bayramov Cəlilabad Hərbi Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib, ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla cəzadan da aşağı həddə cəza təyin olunub. Belə ki, həmin hökmlə Bayram Bayramov 500 manat miqdarında cərimə olunub.

    Daha sonra hakimlərin açıqladığı sənədlərə görə, Vüsal Əlizadə 2020-ci ildə Vətən müharibəsində iştirak edib. Buna görə də o, “Ağdamın işğalından azad olunması”, “Azərbaycan Ordusunun 100 illiyi” medalları ilə təltif olunub.

    Müdafiə nazirinin göndərdiyi rəydə isə məlum olub ki, general Nizami Məmmədov xidməti dövründə heç vaxt töhmət və ya cəza almayıb. Rəydə general xidməti ilə bağlı müsbət xarakterizə olunub.

    Daha sonra hakimlər Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi Elnur Süleymanovun istintaqa göndərdiyi hesabat açıqlanıb. Elnur Süleymanov nazirlikdə son illər ərzində xərcləri açıqlayıb. Həmin hesabatda qeyd olunub ki, nazirlikdə 2015-2019-cu illərdə tədbirlərə 713 min xərc çəkilib.

    Belə ki, bəzi mühüm tədbirlər üçün nazirliyin sifarişi ilə “Ağ Çiçəyim” gül salonları şəbəkəsindən həmin illər ərzində 60 min manatlıq gül alınıb. Dibçəklərin alınması üçün isə 14 min manat xərclənib.

    Hesabatda həmçinin Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkovla bağlı bəzi xərclər açıqlanıb.

    Nəcməddin Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat xərclənib.

    Bundan əlavə Nəcməddin Sadıkova 80 çaxır alınıb ki, həmin çaxırların birinin qiyməti 100 manat olmaqla 8 min manat xərclənib.

    Növbəti məhkəmə iclası iyulun 19-na təyin edilib.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

    Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

    Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

    Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

    Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

  • Taxıl sahələrini yandıranlar cəzalandırılacaqlar – RƏSMİ BƏYANAT

    “Əkin sahələrində texniki cəhətdən saz vəziyyətdə olmayan kənd təsərrüfatı texnikaları yanğın təhlükəsi yaradır”.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, yay mövsümü insanların təbiət qoynunda istirahətə marağının artması ilə yanaşı kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi ilə müşayiət olunur:

    “Havanın yüksək temperaturu, xüsusilə bəzi vaxtlarda güclü küləklərin müşahidə olunması, eləcə də əkin sahələrində texniki cəhətdən tam saz vəziyyətdə olmayan kənd təsərrüfatı texnikalarının istismarı yanğınların baş verməsi və sürətlə yayılması təhlükəsini artırır. Bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, o cümlədən biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli sərvətlərimizə, meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur.”

    Məlumatda qeyd olunub ki, baş verən hər bir yanğın hadisəsi araşdırılaraq hüquqi qiymət verilir və günahkar şəxslərlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görülür.

    “Göstərilənləri nəzərə alaraq, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə, xüsusilə sahibkarlara, fərdi təsərrüfat sahiblərinə, təbiət qoynunda istirahət edən vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladır və daha diqqətli olmağa çağırır”, – deyə nazirlikdən bildirilib.

  • В Губе задержаны пытавшиеся силой отобрать сумку у женщины

    12 июля около 16:00 на территории города Губа трое неизвестных напали на женщину и попытались отобрать у нее сумку.

    В результате мероприятий, проведенных сотрудниками Губинского районного отдела полиции, по подозрению в совершении преступления были задержаны ранее судимые местные жители Зохраб Гасанов, Исмайыл Алиев и Али Ахмедов.

    По данному факту ведется расследование.

  • Qubada qadının çantasını zorla əlindən almağa çalışan şəxslər tutuldular

    Quba polisi qadının çantasını zorla almağa cəhd edən şəxsləri yaxalayıb.

    İulun 12-si saat 16 radələrində Quba şəhəri ərazisində şəxsiyyəti məlum olmayan üç nəfər bir qadına zor tətbiq edərək çantasını almağa cəhd göstərib.

    Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən rayon sakinləri əvvəllər məhkum olunmuş Zöhrab Həsənov, İsmayıl Əliyev və Əli Əhmədov saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане подорожали новые квартиры

    Во втором квартале 2024 года цены на рынке жилья выросли на 9,2% по сравнению с аналогичным периодом 2023 года.

    Об этом сообщает Median.Az со ссылкой на Государственный комитет статистики.

    Было отмечено, что во втором квартале текущего года цены на первичном рынке жилья выросли на 10.3% по сравнению с соответствующим периодом прошлого года, а цены на вторичном рынке жилья выросли на 9.2%.

    Во втором квартале 2024 года квартиры подорожали на 2.2% по сравнению с предыдущим кварталом, в том числе на 3.3% по первичному рынку жилья и на 2.2% по вторичному рынку жилья.

  • Azərbaycanda yeni mənzillər bahalaşıb

    2024-cü ilin II rübündə mənzil bazarında qiymətlər 2023-ci ilin II rübünə nisbətən 9.2% artıb.

    Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Bildirilib ki, cari ilin II rübündə ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.3%, təkrar mənzil bazarında qiymətlər isə 9.2% artıb.

    Belə ki, 2024-cü ilin II rübündə mənzillər əvvəlki rüb ilə müqayisədə 2,2%, o cümlədən ilkin mənzil bazarı üzrə 3.3%, təkrar mənzil bazarı üzrə 2,2% bahalaşıb.

  • Lənkəranda arvadının və övladının həsrətinə dözməyən kişi intihar etdi

    Lənkəranda intihar hadisəsi baş verib.

    Lent.az-ın məlumatına görə, hadisə Lənkəran şəhərində qeydə alınıb.

    Şəhər sakini, 1994-cü il təvəllüdlü Ceyhun Süleymanzadə yaşadığı evdə özünü asıb.

    Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

    İlkin məlumata görə, Ceyhun Süleymanzadə bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Onun ayrıldığı həyat yoldaşından 1 azyaşlı övladı olub.

    İddia olunur ki, arvadının və övladının həsrətinə dözməyərək C.Süleymanzadə çoxlu spirtli içki qəbul etdikdən sonra özünü öldürüb.

    Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Назначен новый глава ИВ Дашкесанского района – РАСПОРЯЖЕНИЕ

    Орхан Иршад оглу Аббасов назначен главой Исполнительной власти (ИВ) Дашкесанского района.

    Как сообщает АЗЕРТАДЖ, соответствующее распоряжение 15 июля подписал Президент Азербайджана Ильхам Алиев.

  • Prezident Daşkəsənə icra başçısı təyin etdi

    Orxan İrşad oğlu Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

  • Азербайджанские военные пилоты демонстрируют высокий профессионализм на учениях “Бірлестік-2024” – ВИДЕО

    На международных оперативно-тактических командно-штабных учениях “Бірлестік-2024”, проводимых в казахстанском городе Актау, авиационные средства Военно-воздушных сил Азербайджана совершили учебно-тренировочные полеты с боевой стрельбой.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    После доведения до сведения личного состава правил безопасности было проверено состояние здоровья военных пилотов.
    В соответствии с планом учений самолеты Су-25ML совершили полеты по заданным маршрутам в дневное и ночное время, выполнив задачи по совершению сложных пилотажных и боевых маневров на различных высотах.

    Азербайджанские военные пилоты успешно выполнили задачи по ведению воздушной разведки, определению координат наземных целей условного противника, нанесению ударов и уничтожению целей.

    Следует отметить, что на международных оперативно-тактических командно-штабных учениях “Бірлестік-2024” азербайджанские военные пилоты продемонстрировали высокий уровень профессионализма, успешно выполнив все поставленные задачи.