Month: July 2024

  • Azərbaycanda daha 149 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

    İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində 149 yeni, tam təmirli mənzili vətəndaşların seçiminə verir.

    Bu barədə fond məlumat yayıb.

    Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 376 manatdan başlayır.

    Yeni mənzillər seçim üçün 22 iyul 2024-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

    Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.

    Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi “YouTube” kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

    İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5 078 kirayə müqaviləsi bağlanılıb.

  • “Çelsi” klubunun yeni mövsüm üçün təqdim etdiyi formaları tənqid atəşinə tutulub

    “Çelsi” 2024/2025 mövsümü üçün yeni ev formasını təqdim edib.

    Bu barədə klubun rəsmi saytında xəbər verilib.

    Yeni mövsüm forması klub azarkeşləri tərəfindən tənqid olunub və bəyənilməyib.

    Qeyd edək ki, “Çelsi” klubu formaların satışını növbəti həftədən etibarən gerçəkləşdirəcək.

  • Əhalinin banklarda nə qədər əmanəti var?

    Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 10.3 faiz artaraq 2024-cü il iyun ayının 1-nə milli valyuta ekvivalentində 13 678.7 milyon manat təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

    Bildirilib ki, əmanətlərin 65.3 faizi milli, 34.7 faizi xarici valyutada qoyulmuş, xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 16.2 faiz artıb.

  • AVRO-2024-də iştirak edən komandaların qazancları bəlli olub

    AVRO-2024-də çıxış edən bütün millilərə iştirak üçün 9.25 milyon avro ödənilib.

    Məlumata görə, futbol üzrə Avropa Çempionatında (AVRO-2024) iştirak edən komandalara paylanacaq ümumi pul mükafatının (331 milyon avro) 28 milyon 250 min avrosunu çempion İspaniya qazanıb.

    Turnirdə komandalara 9 milyon 250 min avro iştirak haqqı ödənilib və qrupdakı hər qələbəyə görə 1 milyon avro verilib.

    Qrupdan çıxan 16-lığa düşən komandalar əlavə 1.5 milyon avro, 1/4 finala yüksələnlər əlavə 2.5 milyon avro mükafata layiq görülüblər. Yarımfinal iştirakçıları isə əlavə 4 milyon avro mükafat əldə ediblər. AVRO-2024 çempionuna 8 milyon avro əlavə ödəniş edilib.

    Beləliklə, çempion İspaniya ümumilikdə 28 milyon 250 min avro mükafat qazanıb.

    Türkiyə seçməsi isə 1/4 finalda Niderlanda məğlub olsa da, 15 milyon 250 min avro mükafat qazanıb.

    Qeyd edək ki, ikinci yerin sahibi İngiltərə millisi isə 24 milyon 250 min avro qazanıb.

    Mənbə: IFFHS.com

  • Yeni təyin edilən icra başçısı kimdir?

    Prezident İlham Əliyevin Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə icra başçısı təyin edilib. Bu vəzifə Orxan İrşad oğlu Abbasova verilib.

    Median.Az Daşkəsən Rayon İcra Hakimiyyətinə yeni təyin edilmiş icra başçısı haqqında qısa bioqrafik məlumatı oxucuların diqqətinə təqdim edir.

    Orxan İrşad oğlu Abbasov ABŞ-nin Qərbi Miçiqan Universitetinin məzunudur.

    O, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb.

    Atası İrşad Abbasov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktorudur.

  • Azərbaycan və Qırğızıstan arasında imzalanmış iki saziş təsdiqlənib

    Azərbaycan və Qırğız Respublikası arasında imzalanmış sazişlər təsdiqlənib.

    President.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sənədləri imzalayıb.

    Belə ki, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş” təsdiq edilib.

    Həmçinin, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” də təsdiqlənib.

  • Daha bir ölkə ilə viza tələbi ləğv edilib

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

    Bu barədə President.az məlumat yayıb.

    Sənədə əsasən, 2024-cü il mayın 4-də Bancul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

    Xatırladaq ki, Azərbaycan vətəndaşları Makedoniya, Monteneqro, Bosniya və Herseqovina, Albaniyaya vizasız gedə bilərlər.

  • “Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün 1,9 milyon manat ayrılıb

    Prezident İlham Əliyev “Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Sərəncamla “Sağlam məhəllə” layihəsi çərçivəsində cari ildə 25 şəhər və rayonda açıq meydançaların tikintisi və avadanlıqla təchizatı işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,9 milyon (bir milyon doqquz yüz min) manat vəsait ayrılıb.

  • Освобождены от должности два зампреда Госкомитета по работе с религиозными организациями

    Первый заместитель председателя Государственного комитета по работе с религиозными организациями Сайяд Салахлы и зампредседателя Сиявуш Гейдаров освобождены от должности.

    Как сообщает АПА, соответствующее распоряжение подписал Президент Азербайджанской Республики Ильхам Алиев.

    Информацию подтвердили в отделе медиа и коммуникаций госкомитета.

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib.

    APA xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və sədr müavini Siyavuş Heydərov Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə vəzifələrindən azad olunublar.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Media və kommunikasiya şöbəsindən məlumatı təsdiqləyiblər.