Month: July 2024

  • Bakıda şəkər xəstəsi insulindən öldü

    Bakıda şəkər xəstəsi insulindən ölüb.

    Lent.az xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

    Böyrək çatışmazlığı və şəkər xəstəliyindən əziyyət çəkən, 63 yaşlı Esmira Əliyeva yaşadığı evdə özünə yüksək dozada insulin iynəsi vurub.

    Vəziyyəti qəfil pisləşən xəstə dərhal xəstəxanaya yerləşdirilib.

    Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • AVRO-2024-ün final oyununun yayımı zamanı yaranan problemlə bağlı İTV-dən AÇIQLAMA

    Avropa Çempionatının final oyunu zamanı şərhçinin səsi və oyunun videogörüntüsü arasında bəzi epizodlarda uyğunsuzluq tamaşaçılarda narazılığa səbəb olub.

    Məsələ ilə bağlı çempionatın Azərbaycanda rəsmi yayım hüququnu əldə edən İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) açıqlama yayıb.

    İTV-dən verilən məlumata görə, problemə səbəb yeni sistemin tətbiqi olub:

    “İyun ayının 14-dən etibarən bütün dünyanın diqqətlə izlədiyi bu idman turnirini biz də yüksək keyfiyyət və təqdimatda tamaşaçılarımıza nümayiş etdirdik. Belə ki, çempionatın 51 oyununu milyonlarla tamaşaçı həm efirimizdən, həm də “YouTube” kanalımızdan canlı olaraq izləyə bilib. Azərbaycan televiziya məkanında ilk dəfə olaraq Avropa Çempionatının final oyununu şərhçimiz Tural Dadaşov məhz oyun keçirilən stadiondan şərh edib. Təəssüflə qeyd edirik ki, iyulun 14-də Avropa Çempionatının final oyununun yayımı zamanı şərhçimizin səsi və oyunun videogörüntüsü arasında bəzi epizodlarda uyğunsuzluq yaranıb. Buna səbəb AVRO-2024-də ilk dəfə olaraq şərhçinin səsinin internet, görüntünün isə peyk üzərindən ötürülməsi sisteminin tətbiqi olub”.

    Qeyd olunub ki, sözügedən sistemin tətbiqi nəticəsində çempionat zamanı bir sıra ölkələrin yayımçı telekanalları da eyni vəziyyətlə üzləşiblər:

    “Xatırladaq ki, efirdən əvvəl edilən test zamanı bu kimi problem qeydə alınmayıb. Vəziyyətin yaranma səbəbkarı birbaşa İTV olmasa da, problemin aradan qaldırılması üçün tərəfimizdən müvafiq addımlar atıldı. Təəssüf edirik ki, qısa müddət ərzində texniki nasazlığı aradan qaldırmaq mümkün olmayıb. Belə bir mötəbər turnirin yayımında hər bir qüsurun izləyicilərin haqlı narazılıqlarına səbəb olduğunu anlayır və bir daha yaranmış vəziyyətdən narahatlıq yaşamış tamaşaçılarımızdan üzr istəyirik”.

  • Oğlunu əsgər yola saldı, özünü asdı – FOTO

    Şəmkirdə intihar hadisəsi baş verib.

    Gununsesi.info-nun xəbərinə görə, rayonun orta məktəb müəlliməsi olan Könül Cabbarova özünü asaraq intihar edib.

    Yaxınlarının dediklərinə görə, bu gün kiçik oğlunu hərbi xidmətə yola salıb.

    Onun intihar etməsinə səbəb kimi isə borcunun olduğu göstərilib.

  • İrandan ölkəyə 13 kiloqram metamfetamin keçirənlərə qarşı əməliyyat – ANBAAN GÖRÜNTÜLƏR

    Bakıda əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən tranzit yükdaşıma fəaliyyəti ilə məşğul olan Sahil Cabbarov və əvvəllər məhkum olunmuş Səfadar Ağazadə tutulublar.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Məlumata görə, onlardan və S.Cabbarovun idarə etdiyi qoşqulu yük avtomobilindən ümumilikdə 19 litr həcmində 13 kiloqram maye halında olan psixotrop maddə metamfetamin və narkotiklərin dövriyyəsində istifadə edilən 3 ədəd bank kartı aşkarlanıb. S.Cabbarov və S.Ağazadə izahatlarında metamfetamini şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından götürərək maddi qazanc qarşılığında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiklərini bildiriblər.

    Onlar şübhə oyatmamaq üçün metamfetamini maye halına salaraq ölkəyə gətiriblər. Burada isə onu kristal formaya qaytararaq satışını təşkil etməyi planlaşdırıblar.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • Один из районов Баку остался без воды – ПРИЧИНА

    В связи с подключением новопроложенного магистрального водопровода к сети на проспекте 8 Ноября города Баку сегодня было ограничено водоснабжение части Хатаинского района (от круговой развязки Наргиля до круговой развязки Нахчыван).

    Об этом сообщает Median.Az со ссылкой на Объединенную службу водоснабжения крупных городов Государственного агентства водных ресурсов Азербайджана.

    По информации, в ближайшие часы будут завершены монтажные работы и восстановлена подача воды.

  • Bakının bir rayonu susuz qaldı – SƏBƏB

    Bakının 8 Noyabr prospektində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün Xətai rayonunun bir hissəsinə (Nargilə dairəsindən Naxçıvanski dairəsinə qədər) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

    Məlumata görə, yaxın saatlarda quraşdırma işləri yekunlaşacaq və suyun verilməsinə başlanılacaq.

  • В Абшеронском районе задержан наркокурьер

    Сотрудники отдела по борьбе с наркотиками Абшеронского районного управления полиции по подозрению в незаконном обороте наркотических средств задержали ранее судимого за умышленное причинение вреда здоровью и разбой Тамерлана Расулова (1993 г.р.).

    Об этом сообщает Median.Az со ссылкой на Министерство внутренних дел.

    При личном досмотре и осмотре автомобиля обнаружены 3 кг марихуаны, героина, метамфетамина и две единицы весов.

    Т.Расулов заявил, что был вовлечен в наркокурьерство гражданином Ирана, личность которого устанавливается следствием. Согласно информации, с наркодилером задержанный познакомился в соцсетях. Тамерлан Расулов должен был оставить часть запрещенных веществ в заранее определенном месте, за что получил бы материальное вознаграждение, а другую часть планировал продать.

    По данному факту возбуждено уголовное дело по соответствующим статьям Уголовного кодекса, расследование продолжается.

  • Abşeronda narkokuryerdən üç kiloqram narkotik aşkarlanıb

    1993-cü il təvəllüdlü Tamerlan Rəsulov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, həmin şəxs əvvəllər qəsdən sağlamlığa zərər vurma və quldurluq cinayətlərinə görə məhkum olunub.

    Onun üzərindən və avtomobilindən üç kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin və narkotiklərin satışında istifadə olunan iki ədəd tərəzi aşkarlanıb. T.Rəsulov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, narkotiklərin bir hissəsini əvvəlcədən müəyyənləşdirilmiş yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş, digər hissəsinin isə satışını həyata keçirəcəkmiş.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • В Азербайджане абитуриент пытался пронести телефон на экзамен: необычный прием не сработал – ВИДЕО

    Минувшим днем Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана провел вступительные экзамены по I и IV группам специальностей (в том числе по географии для выбравших одновременно подгруппы DT и TC III группы).

    ГЭЦ опубликовал видео, на котором абитуриент попытался пронести на экзамен мобильный телефон, спрятав его в подошве обуви. Идея была весьма оригинальна, тем не менее, она не сработала. Во время проверки при входе в экзаменационный зал “тайник” быстро обнаружили.

    “У намеренно пытавшихся спрятать мобильные телефоны при проверке на входе и потому не допущенных в экзаменационный зал, либо тех, у кого обнаружили мобильные телефоны в экзаменационном зале, а также допустивших иные нарушения, результаты аннулируются, и они теряют возможность участвовать в конкурсе”, – заявили в ГЭЦ.

  • Abituriyentin imtahandan keçmək üçün “fənd”i baş tutmadı – VİDEO

    Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanları keçirilib.

    DİM həmin gün imtahana girərkən bir iştirakçının öz mobil telefonunu ayaqqabısının altında gizlətməyə cəhd göstərdiyinə dair video yayımlayıb.

    Videodan aydın olur ki, imtahan iştirakçısı mobil telefonunu çox səliqəli şəkildə ayaqqabısının altında gizlədib. Buna baxmayaraq, imtahan zalına daxil olarkən, aparılan yoxlama zamanı onun bu “fənd”i işə yaramayıb.

    “İstər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər”, – DİM-in bununla bağlı məlumatında vurğulanıb.