Month: July 2024

  • Роковые минуты: как полицейский упустил шанс предотвратить покушение на Трампа

    Полицейский видел снайпера за несколько минут до покушения на бывшего президента США Дональда Трампа на митинге в Пенсильвании.

    Как передает Median.Az со ссылкой на gazeta.ru, об этом пишет газета New York Post.

    По данным корреспондента, стрелок был на крыше заводского здания и сначала его заметили участники мероприятия и сообщили о нем полицейским. Офицер поднялся по лестнице и столкнулся с Томасом Мэтью Круксом. Тот направил на него винтовку, и полицейский начал спускаться обратно. Через несколько минут Крукс открыл стрельбу по Трампу и толпе, успев ранить и самого экс-президента, и несколько зрителей.

    Покушение на Дональда Трампа произошло вечером 13 июля. В политика выстрелили несколько раз, после чего его увели со сцены с окровавленным ухом и госпитализировали. После оказания помощи Трампа выписали из больницы.

    Стрелявшего ликвидировали и опознали. По данным ФБР, им является 20-летний уроженец Пенсильвании Томас Мэтью Крукс. По информации источников New York Post, молодой человек открыл огонь с крыши производственного предприятия примерно в 120 метрах от сцены, на которой выступал Трамп.

  • Polis məmuru atəş açan şəxsi Trampa sui-qəsd cəhdindən bir neçə dəqiqə əvvəl görüb

    ABŞ-nin keçmiş prezidenti Donald Trampa Pensilvaniya ştatında keçirilən mitinqdə sui-qəsd cəhdindən bir neçə dəqiqə əvvəl polis əməkdaşı snayper görüb.

    Median.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

    Məlumata görə, atəş açan şəxs fabrik binasının damında olub. İlk olaraq onu tədbir iştirakçıları görüblər və polisə məlumat verilib. Zabit pilləkənlərlə yuxarı qalxıb və Tomas Metyu Kruksla qarşılaşıb. O, silahı polisə tuşlayıb və polis pilləkənlərlə geriyə enməyə başlayıb. Bir neçə dəqiqə sonra Kruks Trampa və kütləyə atəş açıb, həm eks-prezidentin özünü, həm də bir neçə tamaşaçını yaralayıb.

    Qeyd edək ki, Donald Trampa sui-qəsd cəhdi iyulun 13-də axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən çıxarılaraq xəstəxanaya yerləşdirilib. İlkin yardım aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.

  • Azərbaycanda benzin ucuzlaşdı – QİYMƏT

    Aİ-95 markalı avtomobil benzini 40 qəpik ucuzlaşıb.

    Bu barədə SOCAR-dan məlumat verilib.

    Məlumata görə, görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb.

    Bildirilib ki, 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzin daxili istehsal hesabına təmin ediləcək.

    Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulmuşdu.

  • Sumqayıtda 21 yaşlı gənc dənizdə batdı

    Sumqayıtda 21 yaşlı gənc dənizdə çimərkən batıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Novxanı çimərliyində qeydə alınıb.

    2003-cü il təvəllüdlü İlham Zülfiqar oğlu Abbasov dənizdə çimərkən boğulub.

    Meyit dənizdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

    Fakt araşdırılır.

  • Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub

    Ermənistanda zəlzələ olub.

    Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

    Zəlzələ Ordubad stansiyasından 29 km şimalda, Naxçıvan MR-in Ordubad şəhərində 3 bala qədər hiss olunub.

  • İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “15 İyul hadisələrinin səkkizinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.

    Qardaş Türkiyənin qan yaddaşına əbədi olaraq həkk olunmuş bu gecədə baş vermiş mənfur çevriliş cəhdi ölkənizin milli maraqlarına, demokratik əsaslarına və hüququn aliliyinə qəsd idi. Müdrik və mərd Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda qətiyyətlə mübarizə apararaq və sinəsini sipər edərək növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu hadisələr ilə əlaqədar təsis edilmiş 15 İyul – “Demokratiya və Milli Birlik Günü” mətin xalqınızın həmrəylik, mübarizlik və milli birlik rəmzi olaraq daim yaşayacaq və əsrlər ötdükcə daha böyük qürurla xatırlanacaqdır.

    Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş bu çevriliş cəhdinin dəf olunmasında və bununla da ölkənizi böyük faciələrdən xilas edilməsində şəxsən Sizin gördüyünüz təxirəsalınmaz qəti addımların və liderliyinizin xüsusi rolu olmuşdur. Xalqınız Sizin ətrafınızda sıx birləşərək dövlətinə, azadlığına və demokratiyasına sahib çıxmaqla dünyaya milli qürurunu, gücünü və sarsılmaz iradəsini bir daha sübut etdi.

    Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən bu xəyanəti şiddətlə qınamış və həmişə olduğu kimi qardaş Türkiyə dövlətinin və xalqının yanında yer almışdı. Bu bizim sevincimizi və kədərimizi birgə paylaşdığımız Türkiyəyə qardaşlıq və vəfa borcumuz idi.

    Hörmətli cənab Prezident, bu yaxınlarda Sizinlə Astanada görüşümüzü, apardığımız ətraflı fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrini, çoxşaxəli əməkdaşlığını və strateji müttəfiqliyini genişləndirmək, dünyada bənzəri olmayan dövlətlərarası münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırmaq naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

    Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Belə qarpızları almayın! – Zəhərli qarpızı necə ayırd edək?

    Qarpız hamının xoşladığı məhsul olsa da, bəzən onun fəsadları ilə üzləşməli oluruq. Qarpız zəhərlənməsi yayda ən çox rast gəlinən qida zəhərlənmələrindən sayılır.
     
    Bəs bundan qorunmaq mümkündürmü? Zəhərlənmədən necə qorunmaq olar? Mütəxəssislər hesab edir ki, qarpız zəhərlənməsi daha çox onun tərkibində nitratların miqdarının çox olmasından qaynaqlanır. Pravda.az saglamolun.az-a istinadla bildirir ki, qarpızın iç qabığının sarı rəngdə olması onun tərkibində nitratların miqdarının çox olmasına dəlalət edir.
     
    Eyni zamanda qarpızın lətli hissəsində sarı zolaqların olması bu qarpızda nitratların çox olmasının göstəricisidir.
     
    Qarpızın içində boşluq varsa, bu da pis əlamətdir. Bu qarpızdaa böyümə hormonların olmasına içarı edə bilər. Belə qarpız da zəhərlənməyə səbəb ola bilər.
     
    Qarpızın üzərində deşiklər varsa, bu qarpıza nitratların iynə vasitəsi ilə yeridilməsinin əlaməti ola bilər. Belə halda qarpızı kəsəndə bu izlər lətin üzərində də olur.
     
    E-tibb.az bildirir ki, çox böyük ölçülü, eyni zamanda içində böyük boşluq olan qarpızı da yemək düzgün sayılmır. Bildirilir ki, çox böyük qarpız böyümə hormonları, çoxlu kimyəvi maddələr, gübrələr sayəsində bu hala gəlir. Ona görə də qarpız alanda nisbətən kiçik ölçülü olanları seçmək lazımdır.
     
    Qarpızı yoxlamaq üçün yeməzdən əvvəl bir hissə kəsib suya qoymaqla yoxlamaq olar. Su parlaq çəhrayı rəng alsa, bu, qarpızda nitratın çoxluğuna və təhlükəli olduğuna işarədir.
     
    Gözəl görünən qarpızlar aldadıcı ola bilər. Qarpız seçərkən onun yüngül, yoxsa ağır olması da nəzərə alınmalıdır. Ələ alanda daha ağır gələn qarpızları seçmək lazımdır.
     
    Saplağı yaşıl yox, quru olan qarpızlar daha keyfiyyətli sayılır. Saplağı olmayan qarpızları isə almaq məsləhət görülmür. Bundan başqa, kəsilmiş qarpızı almaq düzgün hesab olunmur.
     
    Qarpız zəhərlənməsinin olduğunu necə bilmək olar?
     
    Mütəxəssislərə görə, qarpız zəhərlənməsinin gizli dövrü 2-4 saat çəkir. Qarpız zəhərlənməsi varsa, bulantı, köp, ishal, baş ağrısı, baş gicəllənməsi, titrətmə, qızdırma, çox tərləmə, ürək ritminin pozulması, ümumi halsızlıq kimi əlamətlər yaranır. Bu əlamətlər varsa, mütləq həkimə müraciət etmək lazımdır.

  • ADY tələbləri pozduğu üçün bu qədər cərimələndi – ŞOK RƏQƏM

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” QSC barəsində işə baxılmanı yekunlaşdırıb.

    Məlumata görə, qurum rəqabət mühitinin qorunması, hökmran mövqedən sui-istifadə və inhisarçı davranışlarla mübarizə tədbirləri çərçivəsində müxtəlif bazarlarda rəqabət qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirir. Bu xüsusda təsərrüfat subyektlərindən daxil olan şikayətlər əsasında Dövlət Xidməti ekspeditor xidmətləri və konteyner daşımaları bazarında təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması və onlara qarşı dempinqin tətbiqi üçün şərait yaradılması, müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi, kontragentə (qarşı tərəf) sərfəli olmayan müqavilə şərtlərinin məcburi qəbul etdirilməsi, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan üfüqi və şaquli sazişlərin bağlanması, rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması əlamətləri ilə bağlı araşdırmalar aparıb. Nəticədə, “Azərbaycan Dəmir Yolları” barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
     
    İşə baxılma zamanı müvafiq sahədə təbii inhisar subyekti olan səhmdar cəmiyyətinin müvafiq bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin yüklərin daşınması ilə bağlı verdiyi sifarişlərdən əsassız olaraq imtina etdiyi, tabeliyində olan təsərrüfat subyektinə yüklərin daşınması ilə bağlı dempinqin tətbiqi üçün şərait yaratdığı və infrastrukturdan istifadə ilə bağlı xüsusi güzəştlər tətbiq etdiyi aşkarlanıb. Qeyd edilən inhisarçı davranışlar nəticəsində bazarda fəaliyyət göstərən digər təsərrüfat subyektlərinin fəaliyyət və rəqabət imkanlarının məhdudlaşdırıldığı, təbii inhisar subyektinin tabeliyində olan törəmə müəssisələrinə birtərəfli rəqabət üstünlüklərinin qazandırıldığı müəyyənləşdirilib.
     
    “Antiinhisar fəaliyyəti haqqında” qanunun tələblərinin pozulduğu əsas götürülərək “Azərbaycan Dəmir Yolları”na 24 iyun 2024-cü il tarixində 246 241 manat maliyyə sanksiyası tətbiq olunub və müvafiq bazarda sahə inhisarçılığı hallarının aradan qaldırılması məqsədilə bir sıra icrası məcburi göstərişlər verilib.
     
    Hazırda təbii inhisar subyektlərinin fəaliyyətinin əsasları 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir.
    //pravda.az

  • İnsanların Marsa ilk səfəri nə qədər davam edəcək?

    İnsanın Marsa ilk səfərləri bir aydan çox olmayacaq.

    Qaynarinfo xəbər verir ki, bu barədə Moskva Aviasiya İnstitutunun baş müəllimi, texnika elmləri namizədi Yelena Karpoviç danışıb.

    “Bir missiyaya başlamazdan əvvəl uzunmüddətli biotibbi tədqiqatlar aparmaq lazım gələcək. İlkin mərhələdə Marsa uçuşlar qısa olacaq”, deyə Karpoviç bildirib.

    Üstəlik, alimin fikrincə, planetin müstəmləkələşdirilməsindən söhbət gedə bilməz. Həmçinin, Marsa tez uçmaq və Aya geri qayıtmaq mümkün olmayacaq. Qırmızı Planet yüksək radiasiya, aşağı cazibə qüvvəsi və daimi soyuqluq səbəbindən astronavt üçün son dərəcə əlverişsiz yerdir. Marsda orta temperatur -63°C-dir.

  • Dünyada ilk ölkə olacaq: Pilotsuz təyyarələr lazer silahı ilə vurulacaq

    Koreya lazer silahından bir atəşin dəyəri 2 dollardan az olacaq

    Cənubi Koreya pilotsuz təyyarələrlə mübarizə üçün lazer silahı yerləşdirən dünyada ilk ölkə olacaq. Bu barədə Cənubi Koreyanın Müdafiə Proqramı Administrasiyası (DAPA) bildirib. “

    Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, ulduz döyüşləri” adlanan lazer sistemi Şimali Koreyanın pilotsuz təyyarələrinin onun hava məkanına daxil olmasının qarşısını alacaq.

    Lazer silahını “Hanwha Aerospace” şirkəti hazırlayıb və bu, onun bir atəşini təxminən 1,45 dollara başa gələcəyini vəd edir. DAPA bu lazer silahını gələcək döyüş sahəsi üçün əsas adlandırıb və qeyd edib:

    “Ölkəmiz dünyada lazer silahı yerləşdirən və tətbiq edən ilk ölkə olur və ordumuz Şimali Koreyanın pilotsuz təyyarələrinin təxribatlarına cavab vermək imkanları daha da gücləndiriləcək”.

    DAPA sözçüsü izah edib ki, lazer silahları gələn pilotsuz təyyarələri hədəf alaraq onların mühərriklərini və ya digər elektrik avadanlıqlarını işıq şüaları ilə 10-20 saniyə yandıraraq vura bilir. Elan və başlıq kimi ictimaiyyətə açıqlanan məlumatlardan başqa, Cənubi Koreyanın StarWars sistemi haqqında çox az şey məlumdur.

    Dekabr ayında Şimali Koreyanın beş pilotsuz təyyarəsi texniki cəhətdən hələ də Pxenyanla müharibədə olan Cənubi Koreyaya keçib. Bu, Seulun döyüş təyyarələrini vurmağa və onları vurmaq üçün helikopterlərə hücum etməyə sövq edib. Bu, 2017-ci ildən bəri ilk belə müdaxilə olub.

    1950-1953-cü illər Koreya müharibəsi sülh müqaviləsi ilə deyil, atəşkəslə başa çatıb və bununla da Şimali və Cənubi Koreya arasında silahsızlaşdırılmış zona yaradılıb. Pilotsuz təyyarələr, şarlar və digər uçan obyektlər hər iki Koreyanın hava məkanını daim pozur.