Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar paytaxtdakı bəzi şadlıq saraylarında toyların keçirilməsi təxirə salınıb.
Median.Az-ın Report-a istinadən məlumatına görə, artıq tədbirin baş tutacağı Bakı Olimpiya Stadionu ətrafındakı bəzi şadlıq sarayları noyabr ayı üçün sifarişləri qəbul etmir.
Onlar bunu COP29-la əlaqədar ölkəyə gələcək xarici vətəndaşların çoxluğu və bu mühüm tədbirin uğurlu keçirilməsi ilə bağlı paytaxtda yarana biləcək sıxlığın aradan qaldırılmasına dəstək göstərməkləri ilə əlaqələndirirlər.
Bakıdakı bir sıra restoranlardan bildiriblər ki, noyabrın 8-dən 22-nə qədər toyların sifarişini qəbul etmirlər və əvvəlcədən həmin ay üçün qəbul olunan toy sifarişlərinin vaxtı dəyişdirilib.
Month: July 2024
-
Bakıda toylar bu tarixdən TƏXİRƏ SALINIR
-
Biləsuvarın ən yaşlı sakini VƏFAT ETDİ
Biləsuvar rayonunun ən yaşlı sakini vəfat edib.
Rayonun Amankənd kənd sakini olan Əliyeva Balış Rüstəm qızı uzun sürən xəstəlikdən sonra iyulun 30-da 103 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, doqquz övladı, 100-ə yaxın nəvə, nəticə və kötücəsi olan 103 yaşlı B.Əliyeva ötən il vəfat edən Kubra Kazımovadan sonra Biləsuvar rayonunun ən yaşlı sakini idi. -
Азербайджанский дзюдоист завершил выступление на Олимпиаде-2024
На летних Олимпийских играх в Париже продолжаются соревнования по дзюдо.
Сегодня на татами вышел азербайджанский дзюдоист Зелим Цкаев (81 кг).Как сообщает Report, его соперником в 1/16 финала стал представитель Франции Альфа Умар Джало.
Цкаев, проиграв схватку, завершил выступление на Олимпиаде.
Отметим, что Париж-2024 завершится 11 августа.
-
Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb
Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
“Report”un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Fransa təmsilçisi Umar Alfa Djalo ilə üz-üzə gəlib.Rəqibinə uduzan Tçkayev yarışla vidalaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
-
Президент Польши посетит Азербайджан для участия в COP29
Президент Польши Анджей Дуда посетит Азербайджан в ноябре для участия на 29-ой сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29).
Об этом в интервью Report заявил посол Польши в Азербайджане Рафал Поборски, который завершает дипломатическую миссию в нашей стране.“Мы говорим о самом высоком уровне участия Польши на COP29, поскольку готовимся к визиту нашего президента Анджея Дуды с делегацией. Разумеется, на конференции также будет представлена делегация польского Министерства по климату и окружающей среде. Это профильное министерство, ответственное за вопросы, которые будут обсуждаться на COP29. Таким образом, участие Польши в конференции будет максимально полным”, – сказал он.
Дипломат подчеркнул, что визит президента Дуды в Азербайджан также станет возможностью для проведения двусторонней встречи с Президентом страны
//oxu.az -
Polşa Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcək
Polşa Prezidenti Andjey Duda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün noyabrda Azərbaycana səfər edəcək.
Bunu “Report”a müsahibəsində ölkəmizdə diplomatik fəaliyyətini başa vuran Polşanın Azərbaycandakı səfiri Rafal Poborski deyib.“Söhbət COP29-da Polşanın ən yüksək səviyyədə iştirak edəcəyindən gedir, çünki prezidentimiz Andjey Dudanın nümayəndə heyəti ilə səfərinə hazırlaşırıq. Əlbəttə ki, konfransda Polşanın İqlim və Ətraf Mühit Nazirliyinin nümayəndə heyəti də iştirak edəcək. Bu, COP29-da müzakirə olunacaq məsələlərə cavabdeh olan müvafiq nazirlikdir. Beləliklə, Polşanın konfransda iştirakı maksimum səviyyədə olacaq”.
Diplomat Prezident Andjey Dudanın Azərbaycana səfərinin həm də ölkə Prezidenti İlham Əliyevlə ikitərəfli görüş üçün fürsət olacağını vurğulayıb.
//oxu.az -
“Gənclik”də iş rejimi gücləndirilir – “Qarabağ”a görə
Bu gün metronun “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, bu, UEFA Çempionlar Liqası turnirinin II təsnifat mərhələsində “Qarabağ” Futbol Klubunun bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq oyunu ilə əlaqədardır.Bu səbəbdən də Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək:
“Görüşə tamaşaçı marağı nəzərə alınaraq, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək. Bu arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyası qarşılaşma ərəfəsində gücləndirilmiş iş rejimi şəraitində çalışacaq. Plana uyğun qaydada nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli əsasında stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyat tədbirlər “Nərimanov” və “28 May” stansiyalarında da görüləcək.
Gün ərzində qatarlar yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Həmçinin, oyundan sonra qatarların hərəkətinin məhz bu stansiyanın iş rejimi nəzərə alınmaqla xüsusi qaydada təşkili də nəzərdə saxlanılacaq”.
-
Azərbaycanda Torpaq Məcəlləsi dəyişib
Prezident İlham Əliyev Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
“Report” xəbər verir ki, yenilənmiş məcəlləyə əsasən, yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) tərəfindən həyata keçirilir və onların müraciəti əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı andan başa çatır.Bundan başqa, məcəlləyə aşağıdakı məzmunda yeni maddə əlavə edilib:
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər
1. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Həmin tikililərin inşa edilməsinə və quraşdırılmasına torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə verilir. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur.
2. İstixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı bu maddənin 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin minimum həddinə və tikinti əmsalının maksimum ölçülərinə dair məhdudiyyətlər tətbiq edilmir.
3. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün inşa edilmiş tikililər, işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililər, tikintisinə icazə tələb olunan suvarma infrastrukturu və istixanalar üzərində hüquqlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.
4. Tikinti əmsalından tam istifadə edildikdə torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, torpaq sahəsinin həmin hissəsinin yenidən tikinti əmsalına cəlb edilməsinə yol verilmir. Bu qadağa həmin hissənin bölündüyü və ya digər torpaq sahəsinə birləşdirildiyi hallara da şamil edilir.
5. Tikinti əmsalından qismən istifadə edildikdə, torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, həmin hissədə tikililərin inşası üçün yol verilən hədd müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydaya uyğun olaraq hesablanır.
6. Bu maddənin 4-cü hissəsində nəzərdə tutulmuş məhdudiyyət və 5-ci hissəsinə əsasən hesablanan tikintinin yol verilən hədləri yalnız inşa edilmiş əsaslı tikilinin mövcud olduğu dövrdə tətbiq olunur.
7. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində layihələndirilən tikinti obyektinin tikinti layihəsində həmin obyektin inşası üçün bu maddənin 1-ci hissəsində müəyyən olunan faiz nisbəti nəzərə alınmaqla torpaq sahəsinin tələb olunan hissəsinin sərhədləri ayrıca göstərilir.
8. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tikinti əmsalına cəlb edilməsi və tikinti əmsalı tətbiq edilən torpaq sahəsi barədə məlumatlar daşınmaz əmlakın dövlət reyestrində və dövlət torpaq kadastrında saxlanılan məlumatlara əlavə edilməsi üçün tikintiyə və istismara icazə verən orqan (qurum) tərəfindən daşınmaz əmlakın dövlət reyestrinə ötürülür.
9. Bu maddənin 1-ci hissəsinə uyğun olaraq inşasına yol verilən tikinti obyektlərinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadəsi halları istisna olmaqla, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən digər məqsədlər üçün istifadəsinə və istismar təyinatının dəyişdirilməsinə yol verilmir.
-
В Баку 17-летнего юношу ударило током
В бакинском поселке Ахмедли произошел несчастный случай с летальным исходом.
Как сообщает АПА, инцидент зафиксирован возле школы №245.
По информации, предоставленной АПА в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB), 29 июля в 20:45 в отделение Республиканского центра скорой и неотложной медицинской помощи поступило обращение в связи с поражением 17-летнего юноши электрическим током.
Бригада скорой медицинской помощи констатировала доврачебную смерть человека.
-
Bakıda 17 yaşlı gənci elektrik cərəyanı vurub
Bakıda 17 yaşlı gənc oğlanı elektrik cərəyanı vurub.
APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində, 245 nömrəli məktəbin yanında qeydə alınıb.Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-ya verilən xəbərə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29.07.2024-cü il tarixində saat 20:45-də təcili tibbi yardım bölməsinə cərəyan vurma səbəbi ilə gətirilən 17 yaşlı şəxsin (kişi cinsli) müraciəti daxil olub.
Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölümü qeydə alınıb.






