Month: July 2024

  • Стоимость биткоина превысила 70 000 долларов

    Стоимость биткоина в ходе торгов поднялась до 70 079 долларов.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом свидетельствуют данные площадки Binance на 16:06 мск (17:07 по Баку – ред.).

    По состоянию на 16:10 мск (17:10 по бакинскому времени – ред.) биткоин замедлил рост, находился на уровне 69 786 долларов.

    Биткоин – децентрализованная система одноименной криптовалюты на основе технологии блокчейн, которую может “добывать” (эмитировать) любой пользователь – участник системы. Для этого нужно создавать новые блоки системы.

    Концепция была опубликована в ноябре 2008 года ее автором (возможно, коллективом авторов) под псевдонимом Сатоси Накамото. Пик популярности биткоина отмечен лишь в последние годы. Эмиссия биткоина естественным образом ограничена, в настоящее время большая часть биткоинов уже “добыта”.

  • “Bitcoin”in qiyməti iyunun 10-dan bəri ilk dəfə rekord həddinə çatıb

    “Binance” platformasının Moskva vaxtı ilə saat 16:06-da (Bakı vaxtı ilə 17:06-də) əldə etdiyi məlumata görə, ticarət zamanı “Bitcoin”in dəyəri 70 079 dollara yüksəlib.

    Median.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Moskva vaxtı ilə saat 16:10-a (Bakı vaxtı ilə saat 17:10) olan məlumata görə, “Bitcoin” artımını ləngidib və 69 786 dollar olub.

  • В Шамкире произошло ДТП с участием автомобиля, ехавшего в составе свадебного кортежа – ВИДЕО

    В Шамкирском районе автомобиль, двигавшийся в составе свадебного кортежа, попал в ДТП.

    Как передает avtosfer.az, соответствующую видеозапись водитель разместил на своей странице в социальных сетях.

    Согласно информации, мужчина, находившийся за рулем машины марки Mitsubishi Outlander, стал совершать опасные маневры на дороге, но потом внезапно потерял управление. В результате транспортное средство въехало в придорожную зону с зелеными насаждениями.

    По утверждениям очевидцев, причиной возникновения аварии стала неисправность левого колеса автомобиля.

    В ходе происшествия водитель и его пассажиры не пострадали, однако транспортному средству был нанесен материальный ущерб.

  • Toy karvanında avtoxuliqanlıq edən şəxs qəza törətdi – VİDEO

    Şəmkirdə toy karvanında qaydaları kobud şəkildə pozan sürücünün törətdiyi qəza anbaan kameraya düşüb.

    Avtosfer.az-ın məlumatına görə, sürücü görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Hərəkətdə olan “Mistsubishi Outlander” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, “şou” göstərən sürücü anidən idarəetməni itirərək maşını yaşıllıq sahəyə salıb.

    Şahidlərin iddialarına görə, qəzaya səbəb maşının sol təkərinin qırılması olub. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

  • “The National News” portalı Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün hazırlığından yazıb

    Birləşmiş Ərəb Əmirliklərinin “The National News” nəşrində Azərbaycanın bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşmasına dair məqalə yayımlanıb.

    AZƏRTAC xəbər verir ki, 2-ci Şuşa Qlobal Media Forumunun iştirakçısı Con Dennehinin müəllifi olduğu yazıda Prezident İlham Əliyevin Forumun açılış mərasimində jurnalistlərin suallarını cavablandırarkən səsləndirdiyi fikirlərə də yer verilib.

    Məqalədə qeyd olunub ki, Azərbaycan bu ilin noyabrında COP29-a ev sahibliyi etməklə dünyanın müxtəlif bölgələri arasında növbəti dəfə körpü rolu oynayacaq. Azərbaycan Prezidentinin “Bizim üçün bu, misilsiz bir şansdır ki, ən yüksək liqaya daxil oluruq”, – sözlərini xüsusi vurğulayan müəllif qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qurduğunu diqqətə çatdırıb.

    Yazıda Azərbaycanın neft sənayesinin tarixindən geniş bəhs olunub, dünyada sənaye üsulu ilə ilk neft quyusunun ölkəmizdə qazıldığı, Bakının bir vaxtlar dünyanın neftə olan tələbatının yarısını ödədiyi vurğulanıb. Bildirilib ki, məhz buna görə Azərbaycan qədim dövrlərdən “Odlar yurdu” adlandırılır.

    Müəllif qeyd edib ki, zəngin qazıntı yanacağı resurslarına malik ölkə hazırda iqlim dəyişikliyi məsələlərinin müzakirə olunduğu COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşır. Təxminən üç aydan sonra 200-ə yaxın ölkədən nümayəndələr Bakıda bir araya gələrək iqlim dəyişikliyini məsələsini həll etməyə çalışacaqlar. Azərbaycanın iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrin problemlərinə xüsusi həssaslıq göstərdiyi vurğulanıb, Prezident İlham Əliyevin iqlim dəyişikliyi məsələsində hələ də qeyri-müəyyənliklərin olması, xüsusilə Qərbin bu məsələdə qeyri-obyektiv mövqeyi barədə fikirləri diqqətə çatdırılıb: “Bir tərəfdən Avropa bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən, onlar bunu maliyyələşdirmirlər… Yəni, biz ağılsızıq ki, onların ehtiyacı olmadığı qaza 10 milyardlarla vəsait qoyaq? Yəni, sonra da deyək ki, bizim qazımız haradadır. Yəni, mənim mesajım o oldu ki, gəlin, bu oyuna son qoyaq, faydalı qazıntı yanacağı olmadan yaşamaq mümkün deyil”.

    Yazıda Azərbaycanın bərpaolunan enerjinin inkişafı, ölkəmizin bu sahədə həyata keçirdiyi layihələr barədə ətraflı söhbət açılıb, dövlətimizin başçısının Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atması barədə fikri xüsusi vurğulanıb. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin inşa etdiyi 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının ötən il istifadəyə verildiyi xatırlanıb. “Masdar” şirkətinin Azərbaycan üzrə meneceri Murad Sadıqov bildirib ki, neft hasilatında qabaqcıl ölkə olan Azərbaycan yaşıl enerji sahəsində də ön sıralarda olmaq istəyir: “Əgər dünya dəyişirsə, Azərbaycan da liderlərdən biri olmalıdır. Bakının havası əvvəlkindən qat-qat təmizdir. Hökumət bu işləri davamlı olaraq həyata keçirir”.

    Müəllif Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da iqlim danışıqlarında maliyyə məsələsinin ön planda olacağını vurğulayıb: “COP29-u uğurla keçirmək üçün Bakının qarşısında məsul vəzifə var – maliyyə. Bu tədbirdə qalıq yanacağından uzaqlaşmaq prosesinin necə maliyyələşdiriləcəyi ön plana çıxacaq. Dünya inkişaf etməkdə olan ölkələr üçün illik 100 milyard dollar həcmində yeni maliyyə öhdəliyi ilə razılaşmalıdır”.

    Yazıda COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayevin bu mühüm məsələ barədə danışıqların aparılmasına dair fikrindən sitat gətirilib: “Hazırda danışıqlar prosesindəyik. Bütün ölkələr bu yeni məqsədləri başa düşür və daha iddialı olmalıdırlar”.

    Məqalədə Azərbaycanın onilliklərlə davam edən münaqişəyə son qoyulması məqsədilə aparılan sülh prosesi fonunda Ermənistanı COP29-a dəvət etdiyi qeyd olunub. Jurnalist Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu məsələ ilə bağlı fikirlərinə istinad edib: “Azərbaycan indi Qarabağ münaqişəsinin sonundadır. İndi biz bu səhifəni çevirdik və sülh haqqında düşünürük. Biz, həmçinin sülh və COP29 anlayışını birləşdiririk”.

    Qeyd edilib ki, COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək. Hazırda bu arenada COP29-a geniş hazırlıq işləri görülür. COP29-un baş icraçı direktoru, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov burada yaradılacaq zonalar barədə məlumat verib. O bildirib ki, Azərbaycan bu tədbirə ev sahibliyi etmək üçün geniş logistik imkanlara və yüksək qonaqpərvərliyə malikdir.

  • Bakıda əri tərəfindən döyülən üç uşaq anası evdən qaçdı

    Bakının Nəsimi rayonunda 1976-cı il təvəllüdlü Rasim qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Arzuya (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rasim yaşadıqları evdə həyat yoldaşı Arzu ilə qısqanclıq zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı Arzunun baş və bədən nahiyələrindən qəsdən əl və ayaq zərbələri vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

    Hadisəni törədən Rasimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rasim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə yaşayır: “Həyat yoldaşım Arzu ilə 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşam. Birgə nikahımızdan üç övladımız dünyaya gəlib. Arzu ilə aramızda əvvəllər də müxtəlif səbəblərlə söz-söhbətlərimiz, mübahisələrimiz baş verib”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, son vaxtlar bu mübahisələr çox olduğu üçün həyat yoldaşı boşanmaq qərarına gəlib və bununla bağlı Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edib: “Boşanmaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, uşaqlarına görə birlikdə yaşamağa davam etmişik. Hadisə günü, səhər saat 09:00-da qızımı məktəbə qoyub yaşadığımız mənzilə qayıtdıqdan sonra Arzunun özünə məxsus mobil telefonla videozənglə kiminləsə söyüşlə zarafat edərək danışdığını gördüm. Onun bu hərəkətini özümə qarşı saymazyana davranış qəbul edərək əsəb keçirdim. Ona yaxınlaşaraq əlindəki telefonu aldım və kənara atdım. Telefonda danışdığı şəxsin kim olması ilə maraqlandım. Arzu aqressiv və kobud cavablar verdi. Mənim və valideynlərimin ünvanına nalayiq ifadələr işlədərək təhqir etdi”.

    Rasimin ifadəsinə görə, bu zaman o, həyat yoldaşının saçından tutaraq yerə yıxıb və bir qədər sürüyüb: “Üzündən və başından əl zərbələri, bədənin müxtəlif yerlərindən isə ayaq zərbələri vurdum. Bundan sonra həyat yoldaşım yaşadığımız ünvandan qaçdı. Mən isə onun arxası ilə getmədim. Sonra o qayıtdıqda məsələni aydınlaşdırmağı gözlədim. Baş vermiş hadisədən bir neçə saat sonra mənə məxsus mobil nömrəyə polis əməkdaşı zəng edərək həyat yoldaşımın məndən şikayətçi olduğunu, bununla bağlı izahatımın alınması üçün məni 19-cu polis şöbəsinə dəvət etdiyini bildirdi”.

    İş üzrə zərərçəkmiş Arzunun sözlərinə görə, hadisə günü, səhər saat 09:00-da yaşadığı ünvanda özünə məxsus mobil telefonla işlə əlaqədar olaraq tanışı ilə videozənglə danışan zaman Rasim evə gəlib: “Heç nə demədən mənə yaxınlaşdı. Əlimdəki telefonu alıb kənara atdı. Rasimə nə olduğunu və nə üçün belə etdiyi soruşdum. Rasim isə məni xəyanət etməkdə, başqası ilə danışmaqda günahlandıraraq saçımdan tutdu, məni yerə yıxaraq sürüdü. Bundan sonra üzümdən və başımdan əl zərbələri, bədənimin müxtəlif yerlərindən isə ayaq zərbələri vurdu. Onun əlindən çıxdıqdan sonra evi tərk etdim. Hadisə barədə “102” xidmətinə məlumat verdim”.

    Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Rasimin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

  • Признание французского дзюдоиста: Хидаят Гейдаров очень силен

    Хотя я проиграл, бой мне очень понравился.

    Oб этом заявил французский дзюдоист Жоан-Бенджамин Габа (73 кг).

    23-летний дзюдоист прокомментировал финальную встречу с Хидаятом Гейдаровым на летних Олимпийских играх-2024 в Париже. Габа признал, что наш чемпион мира был сильнее:

    “Бой был невероятным. Я боролся изо всех сил, стремился к золоту. Хотя никто в это не верил, я верил до конца. Естественно, я счастлив, что выиграл медаль. В следующий раз буду бороться за золото. Думаю, что и в этот раз я сражался храбро. Никого не виню в поражении. Гейдаров очень силен”.

    Отметим, что Гейдаров завоевал первую медаль Азербайджана во Франции.

  • Hidayət Heydərovun rəqibindən etiraf: “Çox güclüdür”

    Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının finalında Hidayət Heydərova məğlub olaraq gümüş medalla kifayətlənən fransalı idmançı Con Benjamin Qaba azərbaycanlı cüdoçu haqqında təəssüratlarını bölüşüb.

    23 yaşlı idmançı Fransa mətbuatına açıqlamasında final qarşılaşmasının çox gərgin keçdiyini vurğulayıb:

    “Mən var qüvvəmlə mübarizə aparırdım, qızıl medalı əldə etməyə çalışırdım. Heç kim buna inanmasa da, mən özüm sona qədər inandım. Təbii ki, medal qazandığım üçün sevinirəm. Növbəti dəfə qızıl uğrunda mübarizə aparacağam”.

    Con Benjamin Qaba etiraf edib ki, finalda qarşılaşdığı Hidayət Heydərov çox güclü rəqibdir:

    “Düşünürəm ki, yaxşı mübarizə apardım. Məğlubiyyətə görə heç kimi günahlandırmıram. Heydərov çox güclüdür”.

  • Охранник впервые прокомментировал драку с Агададашем Агаевым – VİDEO

    Я посмотрел заявления, сделанные Агададашем Агаевым вчера, видео с извинениями перед народом, и подумал: “Как я мог поднять руку на такого прекрасного человека”. Он заявил, что я оскорбил мусульман. Разве Агададаш Агаев представляет мусульман? Я оскорбил лично его, и то в ответ на его слова. Зачем мне оскорблять мусульман?

    Об этом сказал охранник больницы MedEra Нуреддин Джалилов в прямом эфире TV Musavat.

    Он затронул многие нюансы и предоставил интересную информацию.

    Нуреддин Джалилов отметил, что является ветераном первой Карабахской войны.

    “Я воевал на передовой в 1992-1993 годах. Был тяжело ранен в ногу”, – сказал он.

  • Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı – VİDEO

    “Ağadadaş Ağayevin ötən gün verdiyi açıqlamalara, xalqdan üzr istəmə videosuna baxdım, öz-özümə dedim ki, “bu cür gözəl insana necə əl qaldırmışam”. O bildirib ki, mən müsəlmanları təhqir etmişəm və s. Məgər Ağadadaş Ağayev müsəlmanları təmsil edir? Onun mənə söyüşlərinə qarşılıq olaraq onu söymüşəm. Müsəlmanları niyə söyüm ki?”

    Bu sözləri “TV Musavat”ın canlı efirində qonaq olan “MedEra” hospitalının mühafizəçisi Nurəddin Cəlilov deyib.

    O, bir çox nüanslara toxunub və maraqlı məlumatlar verib.

    Nurəddin Cəlilov qeyd edib ki, Birinci Qarabağ müharibəsi qazisidir:

    “Mən özüm Birinci Qarabağ savaşının iştirakçısıyam, 1992-93-cü illərdə ön cəbhədə vuruşmuşam. Ayağımdan ağır yaralanmışam”.