Month: July 2024

  • Dörd nəfərin bank kartından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

    Paytaxtın Nərimanov, Nəsimi, Yasamal və Suraxanı rayonlarında Bakı şəhər sakini olan dörd nəfərin bank kartlarından müxtəlif vaxtlarda 500, 714, 4 590 və 2 000 manat olmaqla ümumilikdə 7 804 manat vəsaitlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Q.Əmirxanov, T.İsmayılov, G.Rəhimova və Ş.Babayeva müəyyən olunaraq saxlanılıblar.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Aşura günündə ənənəvi qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb

    Bu il məhərrəm ayının Aşura günündə ənənəvi qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

    Ünvanları aşağıdakılardır:

    Bakı şəhəri üzrə:

    l. Yasamal rayonu, Təzə pir məscidi;

    2. Nəsimi rayonu, Əjdərbəy məscidi;

    3. Səbail rayonu, “Bibiheybət” məscid-ziyarətgahı;

    4. Xəzər rayonu, “Mir Mövsüm Ağa” ziyarətgah kompleksi;

    5. Nizami rayonu, Sahib-əz-Zaman məscidi;

    6. Nizami rayonu, Keşlə qəsəbəsi, Şah Abbas məscidi;

    7. Suraxanı rayonu, Qaraçuxur məscidi;

    8. Binəqədi rayonu, İmam Əli məscidi.

    Regionlar üzrə:

    1. Gəncə şəhəri, “İmamzadə” məscid ziyarətgah kompleksi;

    2. Sumqayıt şəhəri, Cümə məscidi;

    3. Lənkəran şəhəri, Böyük Bazar məscidi;

    4. Masallı şəhəri, Cümə məscidi;

    5. Mingəçevir şəhəri, Heydər məscidi;

    6. Şəki şəhəri, İmam Əli məscidi;

    7. Şirvan şəhər məscidi;

    8. Bərdə şəhəri, “İmamzadə” ziyarətgah məscidi;

    9. Quba şəhəri, Ərdəbil məscidi

    10. Göyçay şəhəri, Əbülfəzl Abbas məscidi;

    11. Xaçmaz şəhər məscidi;

    12. Salyan şəhəri, Mərkəzi Hacı Tağı məscidi.

  • Prezident İlham Əliyevin Pakistana dövlət səfəri başa çatdı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri iyulun 12-də başa çatıb.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyevi Pakistanın daxili işlər naziri Syed Mohsin Raza Naqvi və digər rəsmi şəxslər yola salıblar.

  • В Азербайджане с начала года уволен 21 заведующий детсадами

    В первую половину текущего года (1 января – 30 июня) по итогам проверок был уволен 21 заведующий детскими садами.

    Об этом Report сообщили в Госагентстве дошкольного и общего образования.

    Еще 86 заведующих получили предупреждения, выговоры и строгие выговоры.

    Кроме того, за указанный период в 41 детсад был назначен новый заведующий. В настоящее время вакантными остаются должности заведующих в 246 детских садах.

  • 21 bağça müdiri işdən çıxarılıb

    Bu ilin altı ayı ərzində (1 yanvar-30 iyun) keçirilən yoxlamalar nəticəsində 21 bağça müdiri işdən azad edilib.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

    Qeyd olunub ki, həmin müddətdə xəbərdarlıq, töhmət, şiddətli töhmət alan müdirlərin sayı 86 olub.

    “Eyni zamanda, son altı ayda bağçalara 41 müdir təyinatı olub. Hazırda müdir vəzifəsi üçün 246 yer vakantdır”, – deyə məlumatda bildirilib.

  • Bakının ən böyük prospektlərindən biri BAĞLANIR

    Sabah saat 06:00-dan 14 iyul saat 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində (Mikayıl Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, Mikayıl Müşfiq dairəsi də daxil olmaqla) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

  • Bir neçə universitetin tələbə yataqxanası tikiləcək

    2024-cü ilin sonunadək, yəni növbəti təhsil dövrləri üçün bir, ən yaxşı halda iki universitetin tələbə yataqxanasının tikintisinə başlanıla bilər.

    Median.Az trend-ə istinadən xəbər verir ki, bunu bu gün Təhsilin İnkişafı Fondunun hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

    “Daha bir neçə universitetlə danışıqlar aparılır, hətta razılıq ərəfəsindəyik. Bilirsiniz ki, 30 ildən artıq bir müddətdə keçmiş məcburi köçkünlər bir sıra tələbə yataqxanalarında məskunlaşmışdılar. Ölkə başçısının tapşırığı ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlər öz ata-baba yurdlarına köçürülürlər.

    Bu da bizə və özəl sektorun nümayəndələri ilə bu istiqamətdə danışıqlar aparılmasına şərait yaradır. Ötən həftə Gəncə Texnologiyalar Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti ilə danışıqlar aparılır. Bu proses, təbii ki, birtərəfli ola bilməz. Müəyyən şərtlər, tədbir proqramı olmalıdır.

    Eyni zamanda, özəl sektor üçün də gəlirlilik, dayanıqlılıq olmalıdır. Bu prosesləri yoluna qoymaq müəyyən müddət alır. 2024-cü ildə Gəncə Texnologiyalar Universiteti və Azərbaycan Texniki Universitetində tələbə yataqxanalarının tikintisinə başlanıla bilər”, – o qeyd edib.

  • ÜST: “COVID-19-un yeni variyantı “FLiRT” virusu yayılır”

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada COVID 19-un başqa variyantı olan “FLiRT” virusu yayılmağa başlayıb.

    Bu səbəbdən yeni virusun simptomları, baş vermə səbəbi o cümlədən qarşısını almağın yolları araşdırılıb.

    İngiltərənin İctimai Səhiyyə Agentliyi yeni variantların nə qədər ağır və yoluxucu ola biləcəyini anlamaq üçün “daha çox məlumat”a ehtiyac olduğunu açıqlayıb.

    FLiRT variantlarının simptomları hansılardır?

    Simptomlar digər COVID-19 növləri ilə eynidir. Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, simptomlar adətən virusun təsiri altında 5-6 gün sonra başlayır və 1-14 gün aralığında davam edir.

    Peyvəndlər FLiRT variantlarına qarşı effektivdirmi?

    Nyu-Yorkun “Mount Sinai South Nassau” Xəstəxanasının infeksiya xəstəlikləri üzrə baş həkimi Dr. Aaron Qlett, bazarda olan peyvəndlərin yeni variantlara qarşı təsirli olmasının lazım olduğunu söyləyib.

    COVID-19-un variyantları artmaqdadır?

    Ümumdünya Səhiyyə Təşkilatının may ayındakı yoluxmaların son hesabatı göstərir ki, yoluxma hallarının sayı əvvəlki aylarla müqayisədə azalıb, lakin bu məlumatlar hələ də müntəzəm olaraq hesabat verən məhdud sayda ölkədən alınır. Dünyada COVID-19 testləri və hesabatları əvvəlki kimi geniş yayılmır.

    Bəzi ölkələrdə isə yoluxma hallarının sayı artmaqdadır.

    Məsələn İngiltərədə may və iyun aylarında SARS-CoV-2 testində müsbət nəticə verənlərin sayı artıb. COVID-19 halları Avropanın bəzi bölgələrində artıb, ABŞ-də müsbət nəticələrinin sayı da artmaqdadır. COVID-19-un göstəriciləri il ərzində dəyişir, lakin mütəxəssislər infeksiya səviyyəsini daim izləyirlər.

    Mütəxəssislər vaksin istehsalçılarından 2022-ci ildən etibarən yeni variantları daha yaxşı hədəf almaq üçün COVID-19 peyvəndlərinin yeni versiyalarını hazırlamalarını tələb edir.
    //Baku.ws

  • Tələbələrə nəqliyyatda güzəştlər edilə bilər? – AÇIQLAMA

    Vahid tələbə kartının yaradılması zərurətdir.

    Bunu bu gün Təhsilin İnkişafı Fondunun hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

    O bildirib ki, xarici ölkələrdə tələbələ güzəşt təcrübəsi mövcuddur.

    “Yerüstü, yeraltı nəqliyyatın məsul şəxsləri ilə vahid tələbə kartı vasitəsilə güzəştlərin edilməsi ilə bağlı danışıqlar aparılacaq”.

    ///Trend

  • Bəzi dağlıq rayonlarda şimşək çaxıb, qısamüddətli leysan yağıb

    Saat 9:00-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Lazada (Qusar) 13 mm, Şəki, Qax, Şahdağ, Qrız, Balakən, Gədəbəy, Şəmkir, Qəbələ, Zaqatala, Balakən, Tərtər, Yevlaxda 5 mm-dək olub.

    Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Goranboyda 19 m/s, Balakəndə 18 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s, Şirvan, Naftalanda 16 m/s, Zaqatalada 15 m/s-dək güclənib.

    Qrızvə Şahdağda duman müşahidə olunub.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 38, Aran rayonlarında 40, dağlıq rayonlarda 31 dərəcəyədək isti olub.