Bakının Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində yaşayış binasının tikintisi ilə əlaqədar yaşıllıq məhv edilir.
Bununla əlaqədar Dövlət Ekoloji Ekspertiza Agentliyinin keçirdiyi dinləmədə məlumat verilib.
Dinləmədə müstəqil ekspertlər və media nümayəndələri iştirak ediblər.
Bildirilib ki, “İnvest M Construction” MMC-nin 2 il öncə aparılan söküntü işləri ilə bağlı təbiətə 1 milyon manata yaxın ziyan dəyib.
İctimai dinləmədə məlumat verilib ki, şirkət sözügedən ərazidə qalan yaşıllıqların da məhvini istəyir.
Dinləmədə iştirak edən media nümayəndələri şirkət rəhbərlərinə icazəsiz olaraq ağacların kəsilməsi ilə bağlı suallar ünvanlayıblar.
“İnvest M Construction” MMC-nin hüquqşünası Yavər Yavərzadə bildirib ki, sakinlər ağaclarını yox, ev tələb edirlər:
“Sakinlər bizə bildirirlər ki, onlara ağac maraqlı deyil, evimizi tikib verin”.
Bu fikir müzakirə iştirakçıları arasında narazılığa səbəb olub. Bildirilib ki, ağaclarla bağlı qərarı həmin ərazidə evlə təmin olunacaq şəxslər və ya tikinti şirkəti yox, əlaqədar qurumlar müvafiq dəyərləndirmələrdən sonra verə bilər. Digər mübahisəli məqam tikinti şirkətinin öz layihəsini sosial layihə kimi təqdim etmək cəhdi olub. //oxu.az
Mərkəzi Seçki Komissiyası (MSK) daha bir neçə partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək səlahiyyətli nümayəndələrini qeydə alıb.
Bu barədə məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə edilib.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Azad Vətən Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yeni Zaman Partiyası, Haqq, Ədalət Partiyası və Ağ Partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə əlaqədar qərar verilib.
Qərar səsverməyə çıxarılaraq qəbul edilib.
Beləliklə, ümumilikdə MSK 20 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.
В органы полиции были вызваны воспитательница и директор детского сада №310, расположенного в Сабунчинском районе Баку, в связи с видеокадрами, на которых запечатлено грубое обращение с ребенком.
Об этом Unikal сообщил старший инспектор пресс-службы Министерства внутренних дел (МВД) лейтенант полиции Эльбрус Ибрагимов.
По словам представителя МВД, у них были получены объяснения.
Э.Ибрагимов отметил, что обеспечивается принятие в их отношении мер правового характера. * * * * *
В одном из детских садов Баку произошел вопиющий случай жестокого обращения с ребенком.
Соответствующее видео было опубликовано в соцсетях.
Согласно данным, инцидент произошел в детском саду №310, расположенном в Сабунчинском районе столицы. На кадрах видно, как воспитательница кричит на ребенка и применяет физическое насилие из-за того, что малыш не спит.
В связи с этим редакция сайта направила запрос в Управление образования города Баку. В учреждении сообщили, что проведено расследование неподобающего поведения воспитателя-преподавателя по отношению к малолетнему в детсаду:
“Принимая во внимание недопустимость подобных случаев, не соответствующих учебно-воспитательному процессу, воспитатель была освобождена от должности. Также, согласно соответствующей статье Трудового кодекса, были прекращены полномочия заведующей детским садом №310.
При регулировании подобных вопросов в дошкольных образовательных учреждениях главным приоритетом является предотвращение психологического вреда детям. В этом направлении проводится необходимая просветительская работа”. //oxu.az
Sabunçu rayonunda yerləşən 310 nömrəli bağçada tərbiyəçinin uşaqla kobud davranışını əks etdirən görüntülərlə bağlı bağça rəhbərliyi və tərbiyəçi polis orqanına dəvət olunublar.
Bu barədə “Unikal”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib.
DİN rəsmisinin sözlərinə görə, onların izahatları alınıb.
E.İbrahimov qeyd edib ki, barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur.
* * * * *
Bakıda bağçaların birində tərbiyəçi azyaşlıya şiddət göstərib, təhqir edib.
Bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.
Videonun Sabunçu rayonunda yerləşən 310 saylı bağçada çəkildiyi bildirilib. Kadrlarda tərbiyəçinin yatmadığı üçün uşağa qışqırdığı və zorakılıq etdiyi əks olunub.
Məsələ ilə bağlı oxu.az Bakı Şəhəri Təhsil İdarəsinə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb:
“Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib.
Həmçinin, Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib”.
“Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”, – deyə məlumatda vurğulanıb.
Bakıda yerləşən “Hollivud” restoranında bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə bir neçə gün əvvəl qeydə alınıb. Restorandakı insident zamanı Zeynal Mütəllim oğlu Usubova bir neçə bıçaq zərbəsi vurulub.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb.
Məlumat üçün bildirək ki, restoranın sahibi kimi tanınan iş adamı Şərurlu İsfəndiyar açıqlamasında bıçaqlanmadan xəbərsiz olduğunu deyib: “Hollivud” restoranını 10 illik icarəyə vermişəm. Hadisədən xəbərim yoxdur. Mənə heç nə deməyiblər…”
Yerli mətbuatda yayılan məlumatlara görə, bıçaqlanaraq ağır bədən xəsarətləri alan Zeynal Usubov uzun müddət prokurorluq orqanlarında çalışıb, Nərimanov rayon prokurorunun sabiq müavini olub.
Mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 356, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 119 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 179 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.
Diqqətə çatdırılıb ki, qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılıb və 296 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində mühüm vəzifələrin icrasının davamlı nəzarətdə olduğu, bu baxımdan mediada qabaqcadan məlumat verilməklə 2764 şəxsin qəbul edildiyi və qaldırılan məsələlərin əksəriyyətinin öz qanuni həllini tapdığı vurğulanıb.
Bakıda Dənizkənarı Bulvar ərazisində skuterlərin istifadəsi qadağan edilib.
Bu barədə “Qafqazinfo”ya nəqliyyat sahəsində ekspert Aslan Əsədov məlumat verib.
Onun sözlərinə görə bulvar ərazisində fəaliyyət göstərən skuterlərlə bağlı qeyri-rəsmi qadağa bu gündən etibarən tətbiq olunur: “Bu məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi tərəfindən rəsmi açıqlama verilmir. Amma bildiyimizə görə, bulvarda fəaliyyət göstərən sahibkarların arendaları ləğv olunub. Yalnız bulvara aid olmayan kənar ərazilərdə skuter sürmək olar”.
Ekspert həmçinin əlavə edib ki, oxşar hal əvvəllər də yaşanıb. Bundan əvvəlki illərdə də bir neçə dəfə bulvar ərazisində skuterlərin hərəkətinə mədudiyyət qoyulub.
Əldə etdiyimiz digər məlumata görə, bulvarda skuterlərin qadağan olunması qərarı həmin ərazidə fəaliyyət göstərən operatorlar tərəfindən verilib.