Month: July 2024

  • Bakı-Qazax yolunda qəza olub, 9 nəfər xəsarət alıb

    Bakı-Qazax magistralının Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində zəncirvari qəza olub.

    APA-nın yerli bürosu xəbər verir ki, qəza zamanı 2 mikroavtobus və yük avtomobili toqquşub.

    Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan 5-i Şirvan şəhər xəstəxanasına yerləşdirilib, 4 nəfərə isə yerində ambulator yardım göstərilib.

  • Ötən altı ay ərzində Azərbaycanda 736 nəfər İİV-ə yoluxub

    Ötən altı ay ərzində Azərbaycanda 736 nəfər İİV-ə (İnsanın immunçatışmazlığı virusu) yoluxub.

    “Report” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

    Qeyd olunub ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

    Belə ki, ötən altı ay ərzində İİV-ə 736 nəfər yoluxub. Onlardan 723 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 33 nəfəri (5.4%-i) inyeksiyalı narkotik istifadəçiləri olub.

  • В Азербайджане сократилось число правонарушений среди молодежи

    Превентивные меры по предотвращению противоправных действий подростков и молодежи в стране дают положительные результаты.

    Об этом говорилось на заседании коллегии Министерства внутренних дел, посвященном итогам оперативно-служебной деятельности за первое полугодие 2024 года.

    Было отмечено, что совместные мероприятия министерств внутренних дел, науки и образования привели к заметному падению динамики противоправных действий среди подростков и молодежи.

  • Azərbaycanda gənclərin hüquqazidd hərəkətləri azalıb

    Ölkədə yeniyetmə və gənclərin hüquqazidd hərəkətlərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər müsbət nəticələr verir.

    Bu barədə 2024-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Daxili İşlər Nazirliyinin Kollegiya iclasında vurğulanıb.

    Qeyd edilib ki, Daxili İşlər, Elm və Təhsil nazirliklərinin birgə tədbirləri yeniyetmə və gənclərin hüquqazidd əməllərinin dinamikasında nəzərəçarpan azalmaya səbəb olub. Dövlətin gələcəyi olan gənclərin bəzi sosial şəbəkə seqmentlərində yayımlanan zərərli informasiyaların təsiri altına düşməməsi, sağlamlığa ziyanlı vərdişlərdən çəkindirilməsi istiqamətində həyata keçirilən maarifləndirmə və təbliğat işləri səmərəli olub.

    Bildirilib ki, respublikanın təhsil müəssisələrində aparılan antinarkotik maarifləndirmə və təbliğat tədbirlərində iştirak edən dövlət qurumlarının mütəxəssisləri, yüksək ixtisaslı pedaqoqların, ictimaiyyətin tanınmış nümayəndələrinin tərkibi daha da genişləndirilməli, məktəblərdən, valideynlərdən gələn hər bir aidiyyəti siqnala çevik reaksiya verilməlidir.

    İclasda gənclərin Polis Akademiyasında təhsilə təşviq edilməsi sahəsində son bir neçə ildə tətbiq olunan yeniliklər, xüsusən Elm və Təhsil Nazirliyi ilə birgə yaradılmış işçi qrupunun fəaliyyəti də vurğulanıb. Dövlət səviyyəsində keçirilən imtahanlarda yüksək nəticələr göstərən, polis peşəsini sevən və fiziki hazırlıqlı abituriyentlərin hər tədris dövründə artması, bu işin müasir polis əməkdaşının hazırlanmasında əhəmiyyətli rolu təqdir edilib. Müvafiq tədbirlərin sistemli və əlaqəli davam etdirilməsi üçün DİN-in aidiyyəti qurumlarına lazımi göstərişlər verilib.

    Vurğulanıb ki, Daxili İşlər və Ədliyyə nazirliklərinin əlaqəli fəaliyyəti əvvəllər məhkum olunmuş şəxslərin və qrup halında törədilən cinayətlərin açılmasına və azalmasına müsbət təsir göstərib.

    Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə birgə görülən işlərin səmərəliliyinin və nəticələrinin yüksək qiymətləndirildiyi iclasda qeyd edilib ki, əvvəllər məhkum olunmuş şəxslərin və qrup halında törətdiyi cinayətlərin açılması cəzanın labüdlüyü prisipinin təmin olunmasına xidmət edir.

  • “Qalatasaray” iki futbolçusu üçün 60 milyon avro tələb edir

    “Qalatasaray” klubu iki ulduz futbolçusunun transferi üçün ümumilikdə 60 milyon avro tələb edib.

    Məlumata görə, “sarı-qırmızılar” AVRO-2024-də özünü yaxşı tərəfdən göstərən Barış Alper Yılmaz üçün 35 milyon avro təklif gözləyirlər.

    Türkiyə nəhənginin rəsmiləri təcrübəli müdafiəçi Davinson Sançes üçün təklif göndərən komandalara isə 25 milyon avro qarşılığında razılıq verəcəklərini bildiriblər.

    Qeyd edək ki, İngiltərə klublarından “Aston Villa” və “Nyukasl Yunayted” Barış Alper Yılmazın keçidi üçün 25 milyon avro təklif etsə də, “Qalatasaray” rəsmiləri təklifləri qəbul etməyiblər.

    Mənbə: Sporx.com

  • COP29 Beynəlxalq Məşvərət Şurasının ilk iclası keçirildi

    COP29 Beynəlxalq Məşvərət Şurası bu həftə ilk iclasını keçirib.
     
    Bu barədə COP29-un “X” hesabında məlumat verilib.
     
    “Beynəlxalq institutları, milli siyasətləri və iqlim siyasətini təmsil edən dünya liderləri tərəfindən yaradılan komitə bu il COP29 sədrinin vacib məsləhətçisi kimi fəaliyyət göstərəcək”, – paylaşımda qeyd olunub.

  • Sərnişin avtobusu ağır qəzaya düşdü – VİDEO

    Sumqayıtda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə məlumat Bakuws-in “qaynar xətti”nə daxil olub.

    Bildirilib ki, Bakı-Quba yolunda 3 saylı marşurut xətti üzrə hərəkət edən sərnişin avtobusu saat 16:30 radələrində qəzaya düşüb.

    Nəticədə ölən və ya xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

    Hadisə yerindən görüntüləri təqdim edirik:

  • Dövlət Xidmətinin ADY barəsində qərarını məhkəmə ləğv etdi

    Ötən ay İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı yükdaşıma sifarişlərinin təsdiqindən əsassız imtina, törəmə şirkətlərə güzəştlərin tətbiqi nəticəsində rəqabətin məhdudlaşdırılması üzrə qanun pozuntularının aşkarlanması ilə bağlı qərar qəbul edib və icrası ilə bağlı göstəriş verib.

    Median.Az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, “Alliance Logistics” MMC və “Caspian Rail” MMC-nin müraciəti əsasında Dövlət Xidməti tərəfindən “pozuntu” adlandırılan məsələyə hüquqi qiymət verilməsi üçün ADY tərəfindən məhkəməyə iddia ilə müraciət edilib.

    Diqqətə çatdırmaq lazımdır ki, yükdaşıma sifarişlərindən imtinalar əsassız olmayıb, Dövlət Xidmətinə müraciət etmiş şirkətlərin ADY-yə külli miqdarda borc öhdəlikləri olduğuna görə imtina edilib. ADY-nin borclu təşkilatların yüklərini pulsuz daşımaq kimi bir öhdəliyi olmadığını və daşımalarla əlaqədar tarif və əmsallar barədə məlumatların ADY tərəfindən eyni tarixdə bütün fraxt-agentlərə kommunikasiya və tətbiq edildiyini nəzərə alsaq, hər hansı qanun pozuntusuna yol verilmədiyini əminliklə demək olar.

    Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iki il bundan öncə də ADY-yə qarşı oxşar məzmunlu qərar və göstəriş qəbul edib. Qərarda ADY-yə qarşı onun törəmə müəssisələrinin ekspeditor fəaliyyətinin dayandırılması, ADY-nin balansında olan vaqon parkının özü tərəfindən idarə edilməsi, tarif və güzəştlərin tətbiq edilməsi mexanizminin müəyyənləşdirilməsi və s. tələblər irəli sürülüb. Həmin qərar ADY tərəfindən mübahisələndirilib və bütün məhkəmə instansiyaları tərəfindən qanunsuz hesab edilərək ləğv edilib.

    Regionun və Avropanın əksər ölkələrinin dəmiryol administrasiyalarında olduğu kimi, Azərbaycanda da ADY-nin yükdaşımalar üzrə ekspeditor fəaliyyəti göstərən törəmə şirkətləri var. ADY bu sahədə şəffaflığı daim qoruyur və həm törəmə, həm də özəl agent-ekspeditor şirkətləri ilə vahid şərtlər, bərabər yanaşma və tariflər əsasında əməkdaşlıq edir. Həmçinin ADY-nin törəmə şirkətləri bazarda “marketmeyker” (bazar tənzimləyicisi) funksiyasını yerinə yetirir. Bununla da xidmətlərin son müştəriyə ADY-nin təqdim etdiyi tariflərdən fərqli, böyük marja ilə satılmasının, yəni süni qiymət (tarif) artımının qarşısı alınır.

    Məhkəmə tərəfindən qəbul edilmiş qərar bu cür fəaliyyətin tam qanunauyğun olduğu və heç bir pozuntu və ya rəqabətin məhdudlaşdırılmasına yol açmadığının bariz nümunəsidir.

  • В России потерпел крушение самолет: есть погибшие – ФОТО / ВИДЕО

    МЧС России подтвердило падение самолета Superjet 100 в Подмосковье.

    Как передает Median.Az, об этом ТАСС сообщили в ведомстве.

    “В Московской области потерпел крушение самолет Sukhoi Superjet 100. Борт упал в лесном массиве. На борту находились 3 человека (члены экипажа), по предварительной информации, они погибли”, – сказали в МЧС.

    Других жертв катастрофы нет.

    * * * * *

    Самолет Sukhoi Superjet 100 разбился в Коломенском районе Подмосковья (РФ) во время тестового полета после планового ремонта.

    Как передает Median.Az, об этом ТАСС сообщили в оперативных службах.

    “Самолет принадлежит “Газпрому”. Он находился на плановом ремонте. Сегодня проводился тестовый полет. На борту был только экипаж из трех человек”, – сказал собеседник агентства.

    Он уточнил, что на борту были пилоты компании “Гражданские самолеты Сухого”. Они вылетели на облет из аэропорта Жуковского.

    Все трое пилотов погибли, отметили в оперативных службах.

  • Moskva vilayətində təyyarə qəzaya uğrayıb – FOTO / VİDEO

    “Sukhoi Superjet 100 NEW-95” təyyarəsi Moskva vilayətinin (Rusiya) Kolomenski rayonunda qəzaya uğrayıb, ilkin məlumata görə, göyərtəsində sərnişin olmayıb, cəmi üç ekipaj üzvü olub.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə əməliyyat xidmətləri məlumat yayıb.

    Qəzaya uğrayan sərnişin təyyarəsi uzun müddət Voskresensk üzərində dövrələr vurub. Hazırda təcili yardım xidmətləri hadisə yerinə gəlir.