Month: July 2024

  • Pakistanın Baş nazirinin adından Azərbaycan Prezidentinin şərəfinə rəsmi nahar verilib

    İyulun 11-də İslamabadda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.

    Bu barədə “Report”un Pakistana ezam olunmuş əməkdaşı məlumat verir.

  • Bu gün vəfat edən hərbçimizin FOTOSU

    Bu gün vəfat edən 21 yaşlı hərbçi Xanlar Əhmədov əslən Sabirabad rayonunun Qalaqayın kəndindəndir.

    Median.Az xəbər verir ki, o, doğulduğu kənddə torpağa tapşırılacaq.

  • Bakıda azyaşlıdan ailəsinin lüt şəkillərini alan oğlan binanın damında ona təcavüz etdi

    Bakıda 1996-cı il təvəllüdlü Şirvan Abbasov yetkinlik yaşına çatmayan Aqil Məmmədliyə (adlar şərti göstərilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.

    Demokrat.az-ın məlumatına görə, Şirvan 2023-cü ilin aprel ayının ortalarında 2010-cu il təvəllüdlü Aqil ilə elan saytlarından birində tanış olub.

    O, Aqilin “iPhone” markalı mobil telefonu satmaq adı ilə ilkin ödəniş kimi 74 manat pul alıb, mobil telefonu və ya aldığı ilkin ödənişi geri qaytaracağına inandırıb.

    Daha sonra Şirvan 2023-cü ilin may ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən tarixdə Aqili yaşadığı Abşeron rayonun, Atyalı qəsəbəsində yerləşən marketin yaxınlığından öz motosikleti ilə götürüb və yaşadığı Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən yaşayış binasının damına aparıb.

    Orada Aqili qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur edib. Aqil etiraz etdikdə onu rüsvay edəcəyini bildirib və köməksiz vəziyyətdə olmasından istifadə edərək zor tətbiq etmə hədəsi ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

    Hadisəni törədən Şirvanın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şirvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

    O qeyd edib ki, elan saytında tərəfindən 250 manat müqabilində mobil telefon satışa qoyulub:

    “Telefonu satacağım zərərçəkmiş Aqil dayısının yoldaşının şəklini, şəxsiyyət vəsiqəsini mənə ataraq qadın olduğunu bildirdi. Mobil telefonun alınması üçün Aqil tərəfindən ilkin ödəniş təqdim edildi. Qalan pul vəsaitinin hissə-hissə ödənilə biləcəyi barədə aramızda razılıq əldə edildi. Pulun tam hissəsinin ödənilməsindən sonra telefonu Aqilə verməyi nəzərdə tutdum. Aqil telefonun pulunu mənə iki gün ərzində verəcəyini bildirdi. Telefona görə ilkin ödənişi ona görə əldə etdim ki, Aqili dayısının arvadının şəxsiyyət vəsiqəsini göndərmişdi. Lakin Aqilin dayısının arvadının adını bilməmişəm. Onun yaşının 30-dan çox olduğunu güman etmişəm”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, həmin saytdan başqa “WhatsApp” mobil tətbiqi vasitəsilə də Aqillə danışıb:

    “Aqil ödənişi gecikdirdiyinə görə ondan şübhələnməyə başladım. Sonradan mənimlə danışan şəxsin oğlan olduğunu bildim. Aqilin oğlan olduğunu bildikdən sonra ondan valideynlərinin olub-olmamasını soruşdum. Aqil ilk dəfə məktəbin yanında mənə 20 dollar pul verərkən görmüşəm. Aqil mənim yaşadığım evdə olmayıb. 20 dollar verib getdikdən sonra Aqil telefon vasitəsilə danışıqlar zamanı mənə 30 manat, 60 manat müqabilində görüşməyi təklif etsə də, onunla razılaşmamışam”.

    Şirvan vurğulayıb ki, Aqilin başqa şəxslər tərəfindən əxlaqsız hərəkətlərə məruz qalması barədə onun anasına bildirib:

    “Aqilin anası mənim nömrəmi uşaqla yazışarkən görərək mənə yazmağa başlayıb. Aqilin anası məni polisə şikayət etdi. Könüllü olaraq Polis Bölməsinə getdim. Aqillə mənim heç bir yaxın münasibətim olmayıb”.

    İş üzrə zərərçəkmiş Aqilin sözlərinə görə, elan saytında mobil telefon axtararkən Şirvanın sayta yerləşdirdiyi telefon qarşısına çıxıb:

    “Telefonla bağlı Aqilə mesaj yazdım. Şirvan ilkin olaraq 40 manat verməyimi, daha sonra məbləğin qalan hissəsini ödəməyimi bildirdi. Şirvan bir müddət sonra mənə pulu gecikdirdiyimə görə əlavə pul verməli olduğumu bildirdi. Bundan sonra Şirvanla məktəbin yanında görüşərək ona 20 dollar məbləğində pul verdim. Şirvanla bir müddət “WhatsApp”da yazışmağa başladıq. Aqillə görüşdükdən sonra məndən kiminlə qaldığımı soruşdu. Mən də ailəm barədə ona məlumat verdim”.

    Zərərçəkmiş qeyd edib ki, Şirvanla mobil telefonla bağlı danışmaq üçün gedib və onların söhbət mövzusu yalnız mobil telefon olub:

    “Pulunu ödədiyim təqdirdə mobil telefonun mənə verilməməsini gördüyümdən əslində bacıya malik olmasa da, Şirvanı aldatmaq məqsədilə ona şəkil göndərdim, guya həmin şəxsin mənim bacım olduğunu bildirdim. Şirvan ya telefonun pulunun hamısını verməyimi, ya da ki, ailə üzvlərimin şəkillərini istədi. Mən dayımın yoldaşının şəklini Şirvana atdım. Lakin Şirvan məndən dayımın arvadının lüt şəkilinin göndərməyimi tələb etdi. Şirvanın ailə üzvlərimin şəkllərini istəməsi ilə bağlı mənə mütəmadi olaraq yazdığı mesajlar anam tərəfindən aşkar edildi”.

    Zərərçəkmiş qeyd edib ki, ibtidai istintaq zamanı həm aralarında həyata keçirilən üzləşmə, həm də dindirilməsi zamanı Şirvanın onunla cinsi əlaqədə olduğunu bildirsə də, Şirvan onunla cinsi əlaqədə olmayıb:

    “Həmin ifadəmi verərkən yanımda psixoloq olsa da, anam olmayıb. Anamın otaqdan çıxmasını özüm müstəntiqdən xahiş etmişəm. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir tələb və şikayətim yoxdur”.

    İş üzrə zərərçəkmiş Aqilin qanuni nümayəndəsi olan anasının sözlərinə görə, oğlunun mobil telefonla mütəmadi olaraq danışdığını gördükdən bir gün sonra mobil telefonunu alaraq yoxlamağa başlayıb:

    “Telefonda Şirvanın yazdığı mesajları gördüm. Həmin mesajlar Aqillə Şirvan arasında telefon alqı-satqısı barədə idi. Şirvan eyni zamanda Aqilə bacısının, anasının, dayısı arvadının şəkillərinin göndərilməsini xahiş edib. Oğlum Aqil mənə Şirvanla evin damına gedərək orada cinsi əlaqədə olduqlarını dedi. Hazırda isə məndən qorxduğu üçün Şirvanla cinsi əlaqədə olmadığını deyir”.

    Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

    Məhkəmənin hökmü ilə Şirvan 15 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

    Təqsirləndirilən şəxsin ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

  • Hirkan Milli Parkında yanğın olub

    Bu gün axşam saatlarında Hirkan Milli Parkının Lənkəran rayonu Yuxarı Təngivan kəndi yaxınlığında yanğın hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

    Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, ilkin ehtimala görə, yanğına səbəb meşədə giləmeyvə yığan kənd sakinlərinin odla ehtiyatsız davranmaları olub:

    “Hadisə yerinə Milli Parkın, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın tez bir zamanda söndürülüb. Yanğın nəticəsində quru ot örtüyü yanıb”.

    Xidmət rəisi qeyd edib ki, təbiətdə olarkən vətəndaşların ehtiyatsızlığı, yanğın təhlükəsizliyi qaydalarına əməl etməmələri, təəssüf ki, belə fəsadlarla nəticələnir, meşə sahəsinə, ətraf mühitə ziyan dəyir:

    “Bir şəxsin ehtiyatsızlığı bəzən hektarlarla meşəlikdə yanğın fəlakətinə gətirib çıxarır. Odur ki, hər kəsə, xüsusilə ətraf kəndlərdə yaşayan sakinlərə müraciət edirik, təbiətdə olarkən məsuliyyətli davranmağı, odla ehtiyatlı olmağı unutmayın və yanğına səbəb olmayın”.

  • В Ереване состоится внеочередное заседание парламента Армении

    В Ереване 12 июля состоится внеочередное заседание Национального Собрания Армении, в повестку которой войдет в общей сложности 7 вопросов.

    Об этом сообщают армянские СМИ.

    Согласно информации, в рамках заседания все законопроекты будут обсуждены во втором и окончательном чтении.

    Отмечается, что среди них законопроекты о внесении дополнений в закон “О структуре и деятельности Правительства”, о внесении изменений и дополнений в Уголовно-исполнительный кодекс; пакет законопроектов о внесении изменений и дополнений в закон “О военной службе и статусе военнослужащих” и поправок в смежные законы, а также дополнений в закон “О геодезической и картографической деятельности” и поправок в смежные законы; законопроекты о внесении поправок в закон “О службе в органах национальной безопасности” и о внесении изменений и дополнений в закон “О возмещении вреда, причиненного жизни или здоровью военнослужащих при обороне Республики Армения” и другие.

  • Ermənistan parlamentnin növbədənkənar iclası çağrılır

    Ermənistan parlamentinin iyulun 12-də növbədənkənar iclası çağırılıb.

    Məlumatı “Novosti Armeniya” yayıb.

    Bildirilib ki, gündəlikdə yeddi məsələ var. Bildirilib ki, məsələlər yekun oxunuşda qəbul ediləcək.

    Gündəlikdə duran məsələlərə bunlar daxildir: “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi barədə , “Cinayət-İcra məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” , “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə, “Hərbi qulluqçular haqqında” və bununla bağlı qanunlara dəyişikliklər, “Geodeziya və kartoqrafiya fəaliyyəti haqqında” qanunda dəyişikliklər və bununla bağlı qanun layihələri zərfi, “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” qanuna dəyişikliklər edilməsi barədə, “Ermənistan Respublikasının müdafiəsi zamanı hərbi qulluqçuların həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında” qanuna əlavə və dəyişikliklər haqqında qanun layihələri.
    //report

  • Aygün Kazımovanın dəniz kənarında istirahəti – VİDEO

    Xalq artisti Aygün Kazımovanın istirahət videosu yayılıb. Axşam.az xəbər verir ki, görüntüləri Pop kraliça özü paylaşıb.

    Videoda Kazımovanın səhər saatlarında dənizkənarında gəzməsi, idman etməsi və iti ilə oynaması əks olunub.

    Qeyd edək ki, Kazımova açıqlamasında hər gün səhər erkən saatlarda dənizkənarına yollanıb günə orada başlayır.

  • Süni intellekt türk kişilərinin ən çox bəyəndiyi qadın modelini hazırladı – FOTO

    Süni intellekt türk kişilərinin xoşu gələn qadın modeli hazırlayıblar.
     
    Median.Az
    Türkiyə KİV-ə istinadən xəbər verir ki, inkişaf edən texnologiya sistemi süni intellekt alqoritmləri ilə analiz edilərək yeni bir model qadın ortaya çıxıb.
     
    Bu analizlərdə sosial şəbəkələr, xüsusi anketlər və müxtəlif platformalardan əldə edilən məlumatlar da yer alıb.
     
    Burada əsasən türk kişisinin seçdiyi qadının saç rəngi, göz rəngi, üz forması və fiziki xüsusiyyətləri nəzərə alınıb. 
     
    Nəticələrə görə türk kişilərinin müəyyən xarakter və fiziki quruluşa sahib qadınları çox sevir.
     
    Onlar estetik görünüşə də üstünlük verirlər.  Bundan başqa, türk kişiləri qadınlarda gülərüzlü olmağa və səmimiliyə də önəm verirlər.

  • “Avita” valyuta vəsaitini xaricdən geri qaytarmayıb

    “Avita” MMC-yə inzibati protokol yazılıb.
     
    Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
     
    İş Zaqatala Rayon Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə araşdırılacaq.

  • Keniyada prezident hökuməti buraxdı

    Keniya Prezidenti Uilyam Ruto hökumətin buraxılmasını elan edib.

    Bu barədə Median.Az TASS-a istinadən məlumat verib.

    Yalnız vitse-prezident Riqati Qaçaqua və xarici işlər naziri Musaliya Mudavadi öz vəzifələrini saxlayacaqlar.

    “Düşündükdən sonra vitse-prezident və xarici işlər naziri istisna olmaqla, Nazirlər Kabinetini buraxmağa qərar verdim”, – deyə o, etirazlardan iki həftə sonra xalqa müraciətində bildirib.

    Xatırladaq ki, iyunun 25-də Keniyada vergi artımına qarşı etiraz edən nümayişçilər inzibati binalara, o cümlədən parlamentə daxil olaraq dağıntı və yanğın törədiblər.

    Polis qüvvələri rezin güllələrlə etirazçılara atəş açıblar. Həmçinin gözyaşardıcı qazdan da istifadə edilib. Etirazlar zamanı azı səkkiz nəfər ölüb, 50 nəfər yaralanıb. Xəsarət alanlar arasında ABŞ-nin 44-cü prezidenti Barak Obamanın bacısı da olub.