Month: July 2024

  • Bakıda plastik əməliyyat olunan qadının bədəni çürüyür

    Bakıda daha bir pasiyent estetik cərrahın qurbanı olub.

    Süleymanova Həmayıl Yaşar qızı “Sputnik Azərbaycan”a müraciət edərək bildirib ki, 2023-cü il sentyabrın 11-də “Badam Medical Center” klinikasında plastik cərrah Vüsal Abdullayev tərəfindən abdominoplastika, liposaksiya və mamoplastika əməliyyatı olunub. Əməliyyatdan az sonra pasiyentin bədənində əməliyyat olunan hissələr nekrozlaşmağa başlayıb.

    S.Həmayıl bildirib ki, həkimin tövsiyyəsi üçün üç əməliyyatı birgə etdirib. Bu cərrahi əməliyyatlar üçün klinikaya 7 min manat ödəniş edib.

    “Əməliyyatdan sonra bədənimdə cürümə getməyə başladı. Buna görə həkimə müraciət etsəm də Vüsal həkim səhvini düzəltmədi. Sadəcə bir-neçə dəfə sarğıya gedib-gəldim. Sonra öyrəndim ki, əslində liposaksiya zamanı dəri ilə çox təmas edilib. Digər əməliyyatları da düzgün icra etməyib. Mən də, həyat yoldaşım da dəfələrlə həkimin qəbuluna getsək də, şikayətimizə cavab vermədi. Bizə dedi ki, “gedib hara istəsəniz şikayət edin, onsuz da şikayətinizə baxan olmayacaq”.

    H.Süleymanova bu şikayətlə Səhiyyə Nazirliyinə müraciət etsə də, tibbi ekspertiza aparılmadan ona məhkəməyə müraciət etməyi tövsiyə olunub.

    “Prokurorluğa şikayətim də səmərə vermədi. Bir sözlə, bədənimdə nekrozlaşmanın olduğu şəkillərlə hansı quruma müraciət etdimsə, şikayətimə baxmadılar. Artıq son ümidim məsələnin mətbuat vasitəsilə işıqlandırılmasına qalıb”, – deyə Həmayıl Süleymanova bildirib.

    Sputnik Azərbaycan redaksiyamıza daxil olan şikayəti araşdırmaq üçün plastik cərrah Vüsal Abdullayevlə əlaqə saxlamağa cəhd edib. Telefona cavab verən köməkçisi Sputnik Azərbaycan-a bildirib ki, H. Süleymanovaya hər cür kömək olunub, lakin o tibbi dəstəklərdən imtina edib. Pasiyentin bədəninin hansı səbəbdən nekrozlaşmasına isə V. Abdullayevin köməkçisi cavab verə bilməyib. O, bu barədə həkimlə danışıb məlumat verəcəyini söyləsə də, telefonlara cavab verməyib.

    Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə şikayət olunduğu təqdirdə klinika və həkimlə bağlı araşdırma aparılacağını bildiriblər.

    Qeyd edək ki, plastik cərrah Vüsal Abdullayev tanınmış müğənnilərə bədən şəkilləndirmə əməliyyatı etməklə populyarlaşıb və reklam olunur.

  • Hollivud ulduzunun oğlu anasına silahlı hücum etdi

    Hollivud ulduzunun oğlu Nikolas Keycin oğlu Los-Ancelesdə həbs edilib.

    Nikolas Keycin oğlu Veston anasına silahlı etdiyi üçün saxlanılıb.

    Los-Anceles Polis Departamentinin məlumatına görə, aktyorun oğlu psixoloji problemlərdən əziyyət çəkir, o anası Kristina Fultona hücum edib və onu döyüb.Onun əlində odlu silah olub.

    Nikolas Keyc 150 min dollar girov müqabilində oğlunu azad edib.

    Bu, Veston Keycin anasına qarşı ilk zorakılığı deyil.
    //lent.az

  • Film çəkilişi üçün dünyanın ilk süni intellektli kamerası hazırlandı

    ABŞ-da süni intellektin köməyi ilə filmlərə xüsusi effektlərin verilməsini təmin edən kamera hazırlanıb.

    Kameradan istifadə edərək o süni intellektin köməyi ilə real vaxtda filmə effektlər tətbiq edə bilir.

    Kamera süni intellekt modelinə qoşulub. Əməliyyat zamanı kamera çəkilişləri bulud xidmətində saxlanılır, orada neyron şəbəkəsi tərəfindən emal edilir və operator və rejissorun ekranına göndərilir. Beləliklə, filmi çəkərkən xüsusi effektlər tətbiq olunmaqla real görüntünün necə göründüyünü dərhal görə bilirsiniz.

    Kamera vasitəsilə əvvəlcədən təyin edilmiş filtr yaradılaraq kadrdakı qəhrəmanı istənilən geyimdə geyindirmək, şəhər mənzərəsini cəngəlliyə çevirmək mümkün olur.

  • Evinizdə duş başlığı tutulub? – Belə TƏMİZLƏYİN

    Təmizliyi sevən insanların işlərini asanlaşdıracaq sadə həyat üsulları var. Bu praktik addımlar görəcəyiniz işi dəfələrlə yüngülləşdirə bilər.

    Lent.az vaxtaşırı evdə edə biləcəyiniz maraqlı təmizləmə üsullarıdetalları sizə təqdim edəcək.

    Onlardan biri də duş başlığını təmizləməklə əlaqəlidir.

    Salafana sirkə tökün və duş başlığını içinə qoyun. Bir saatdan sonra duşu açın və nəm dəsmal ilə təmizləyin.

  • Çinin bazara təsir edir: Porşenin satışları kəskin azalıb

    Porşe, Çində tələbin azalması səbəbi ilə qlobal avtomobil satışlarının ilin birinci yarısında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz azaldığını açıqlayıb.

    Alman avtomobil istehsalçısı Volkswagen Group-un lüks brendi olan Porşe ilin yanvar-iyun ayları üçün avtomobil satışlarının nəticələrini açıqlayıb.

    Açıqlamada lüks avtomobil istehsalçısının satışlarının ilin yanvar-iyun dövründə keçən ilin eyni dövrünə görə 7 % azalaraq 155 min 945 olduğu bildirilir.

    Sözügedən dövr ərzində Porşenin Çindəki satışı illik 33 % azalaraq 29 551 avtomobil təşkil edib

  • Zaqatalada parkın hovuzunda çimən dilənçi uşaqlar saxlanıldı – VİDEO

    Zaqatalada dilənçiliklə məşğul olanlar cərimələnib.

    Ötən gün ZAQATALA NEWS-un Instagram səhifəsində Zaqatala parkındakı hovuzda dilənçiliklə məşğul olan uşaqların çimməsini əks etdirən görüntülər yayılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, iyulun 10-da polis əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 4 nəfər (azyaşlıların valideynləri) barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və qeydiyyatda olduqları ünvanlara göndəriliblər.

  • “Eurovision-2025” keçirilməyə bilər – İsveçrə müsabiqədən imtina edir

    “Eurovision 2024″ün qalibi olan İsveçrə rəhbərliyi müsabiqəni ləğv etmək istəyir.

    Qaynarinfo RTS-yə istinadən xəbər verir ki, yerli siyasi partiyaların təklifləri ilə ölkə musiqi müsabiqələrini qəbul etməyə bilər.

    Federal Demokratik İttifaq müsabiqə üçün vəsait ayrılmasının əleyhinədir. “Eurovision”dan çıxmaq qərarı yaxın vaxtlarda verilə bilər.

    Siyasətçilər müsabiqənin, xüsusən də 2024-cü ildə “antisemit hadisələri və şeytani töhfələrlə müşayiət olunduğunu” əsas gətirirlər. Bildiyiniz kimi, bu il şou İsveçin Malmö şəhərində keçirilib. Final günü şəhərin küçələrində etiraz aksiyaları baş tutub. İnsanlar Qəzzadakı müharibəyə görə İsrail təmsilçisi Eden Qolanın müsabiqədən çıxarılmasını tələb ediblər.

    “Son vaxtlar antisemit hadisələr tez-tez baş verir. Bu il israilli müğənniyə qarşı etirazlar İsveçrədə Eurovision Mahnı Müsabiqəsinin keçirilməsi ilə bağlı narahatlıq doğurur və bu, ölkənin təhlükəsizliyinə ciddi təhlükə yarada bilər, biz bunu da unutmuruq. Satanizmi və okkultizmi tərənnüm edən tətbiqlərin sayı getdikcə artır, buna misal olaraq “Bambie Thug”u (İrlandiya nümayəndələri) göstərə bilərik”, deyə bəyanatda bildirilir.

    Buna görə də federal birlik öz ölkəsinin vətəndaşları üçün narahatlığını ifadə edib. Onlar təhlükəsizlikdən narahatdırlar, çünki hesab edirlər ki, “Eurovision” müsabiqəsi zamanı toqquşmalar baş verə bilər.

    Yeri gəlmişkən, İsveçrə yarışa 20 milyon frankdan çox pul ayırmaq istəyirdi. Lakin siyasətçilər pul ayrılması qərarına etiraz etmək və şou keçirmək üçün imza toplanması təşkil etmək istəyirlər.

  • UEFA İcraiyyə Komitəsinin üzvü TFF prezidenti seçkilərində namizəd olmayacaq

    UEFA İcraiyyə Komitəsinin üzvü Sərvət Yardımçı Türkiyə Futbol Federasiyasının (TFF) prezident seçkilərində namizəd olmayacaq.

    Bu barədə funksioner özü məlumat verib.

    S.Yardımcı namizədliyini geri götürdüyünü açıqlayıb.

    Qeyd edək ki, TFF-nin hazırkı prezidenti Mehmet Büyükekşi namizəd olacağını ötən gün bəyan edib.

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi cərimələnir

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi cərimələnə bilər.

    Nazirlik barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə inzibati iş başlanıb.

    İş baxılması üçün Ysamal Rayon Məhkəməsinə göndərilib və hakim Sevinc Quliyevanın icraatına verilib.

    339.1-ci maddə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Qanunla müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmaqla bağlıdır.

    Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 50 manat, vəzifəli şəxslərin 100 manat, hüquqi şəxslərin isə 300 manat cərimə edilməsi nəzərdə tutulur.
    //qaynar.az

  • Səs-küy salındı, yoxlamaya əngəl oldu… – Restoran sahibi niyə həbs edilib?

    Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Cənnət” restoranında yoxlama aparılıb.

    Qaynarinfo-nun məlumatına görə, yoxlama vətəndaş Ofelya Şərifova tərəfindən restoranda səs-küy olması ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə edilən şikayət zəngindən sonra keçirilib.

    DİN əməkdaşlarının keçirdiyi yoxlama zamanı restoran sahibinə İnzibati Xətalar Məcəlləsinin 521 və 535.1 maddəsi ilə protokol tərtib edilib.

    Aparılan yoxlama zamanı restoranda səs-küyün səbəbi müyyənləşib. Məlum olub ki, restoran açıq ərazidə yerləşir və yaşayış sahələrindən 400-500 metr məsafədədir. Buna görə də musiqi səsi əraziyə daha tez yayılır.

    Həmçinin restoranın icrarədarı, 1984-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qabıllı kəndində anadan olmuş, Kəngərli rayonunun Qabıllı kəndində qeydiyyatda olan şəxs yoxlamaya maneəçilik də törədib.

    Məhkəmənin qərarı ilə icarədar İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.