Month: July 2024

  • “Səbail” Türkiyə klubuna məğlub olub

    Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün ilk yoxlama oyununu keçirib.

    Şahin Diniyevin baş məşqçisi olduğu komanda qardaş ölkənin I Liqa təmsilçisi “Ərzurumspor”la üz-üzə gəlib.

    Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, iyulun 13-də Superliqa klubu “Hatayspor”la qarşılaşacaq “dənizçilər”in sonuncu rəqibi hələlik bəlli deyil.
    //report

  • Ermənistan iki yol arasında qalıb: konstitusiya dəyişikliyi, yoxsa Qərbə boyun əymək? – ŞƏRH

    Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması bu gün heç vaxt olmadığı qədər yaxındır. Çünki sülh sazişinə mane olan əsas problemlər artıq həllini tapıb. Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazi bütövlüyünü təmin edib. Həmçinin, Qarabağda separatçı rejimin varlığına son qoyulub.

    Rəsmi Bakının mövqeyinə görə, indi sülh sazişinə mane olan əsas amil Ermənistan konstitusiyasında öz əksini tapmış Azərbaycana qarşı ərazi iddialarıdır.

    Ümumiyyətlə, Ermənistanda keçirilən son sorğular bu ölkədə revanşizm meyillərinin gücləndiyini göstərir. Mahiyyət etibarilə, aydın görünür ki, etibarlı təminatlar olmadan Ermənistanla davamlı sülhə getmək mümkün olmayacaq.

    Qərb, xüsusilə ABŞ və Fransa sözdə sülhü dəstəklədiklərini desələr də, əməldə bunun əksini edirlər. Paris və Vaşinqtonun İrəvanla bağlı siyasəti aydındır: onu şirnikləndirməklə öz tərəfinə çəkmək, özündən asılı vəziyyətə salmaq. Bundan sonra isə Qərb Ermənistan vasitəsilə özünün regional maraqlarını təmin etməyə çalışır.

    Regional əməkdaşlıq mühitinin təmin olunması Qərbin maraqlarına cavab vermir. Çünki bu, perspektivdə üçüncü güclərin bölgəyə müdaxiləsinin qarşısının alınması deməkdir. Elə buna görə də bəzi aktorlar Ermənistana təzyiq və təhriklər vasitəsilə regional gərginliyin qorunmasına çalışırlar.

    Yeri gəlmişkən, xatırladaq ki, iyulun 15-dən 24-dək Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə “Eagle Partner” hərbi təlimləri keçiriləcək. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ ordusunun Avropa və Afrikadakı hərbi qulluqçuları və Kanzas Milli Qvardiyası iştirak edəcək. Bildirilib ki, təlimin keçirilməsində məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, döyüş hazırlığının artırılmasıdır.

    Bu isə o deməkdir ki, Ermənistan artıq siyasi poliqon olub. Regionda Azərbaycanla Ermənistan arasında birbaşa təmasların intensivləşməsi, əldə olunan nəticələr və proseslərin sülh sazişinə doğru getməsi ABŞ-ni narahat etməmiş deyil. Çünki üçüncü güclər ancaq gərginlik sayəsində bölgədəki mövcudluqlarını qoruya bilərlər. Ağ Ev hər nə qədər sülhü dəstəklədiyini desə də, əslində, səmimi deyil. ABŞ mümkün qədər çalışacaq ki, sülhün və Rusiyanın regiondakı təsir gücünün artmasının qarşısını alsın. Əgər bunu bacarmasa, onda “B” variantı üzərində çalışacaq və sülh sazişinin öz vasitəçiliyi ilə imzalanmasına səy göstərəcək.

    Ümumiyyətlə, ABŞ-Ermənistan təlimləri yaxşıya əlamət deyil.

    Bu, bir tərəfdən dünyada gedən qütbləşmənin növbəti təzahürüdür. İkincisi, ABŞ maksimum çalışır ki, Ermənistanı “öz ayağına bağlasın”. Bu isə gələcəkdə Ermənistanın ABŞ və Rusiya arasında hərbi poliqona çevrilməsi ilə nəticələnə bilər. Eynilə Ukrayna kimi… Belə təhriklər nəticəsində payıza doğru bölgədə yeni gərginlik yarana bilər.

    Sülh sazişi bağlanandan sonra Qərb və Ermənistanın yenidən və daha aqressiv formada Qarabağ mövzusunu gündəmə gətirməməsi və sülhə etibarlı zəmanət yaratması üçün Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər olmalıdır. Konstitusiyadan ərazi iddiaları, milli və dini ayrı-seçkiliyə yol açan müddəalar çıxarılmalıdır.

    İndi Ermənistan faktiki olaraq iki yol arasındadır: ya ən qısa vaxtda konstitusiya dəyişikliyinə getməklə sülhün təmin olunmasına şərait yaratmalıdır, ya da Qərbin təhriklərinə boyun əyməlidir.

    Görünən budur ki, Qərb Ermənistanı qızışdırır və onu revanşizmə sürükləyir. Bu, Ermənistanın dövlətçiliyini təhdid altına alır. İrəvan hakimiyyəti Ukrayna və Gürcüstanın aqibətindən dərs çıxarsa, yaxşı olar. Əks halda rəsmi Bakının dəfələrlə xəbərdarlıq etdiyi kimi, revanşist cəhdlərin cavabı ağır olacaq. Regionda sülhün qarşısının alınması istiqamətində cəhdlər olacaqsa, bunun qarşısı qətiyyətlə alınacaq.
    //report

  • Yurgen Klopp ABŞ millisinin baş məşqçisi ola bilər

    İngiltərənin “Liverpul” klubunun sabiq baş məşqçisi Yurgen Kloppa ABŞ millisinə rəhbərlik etmək təklif olunub.

    Bu barədə “The Independent” nəşri məlumat yayıb.

    Tanınmış mütəxəssislə ilkin danışıq da gerçəkləşib.

    Amerika Kubokundakı uğursuzluğa görə yığmanın baş məşqçisi Qreq Berhalter istefaya göndərilib.
    //report

  • Euronews Naxçıvanla bağlı videoçarx hazırlayır

    Euronews telekanalı Naxçıvanla bağlı videoçarx hazırlayır.

    Naxçıvanla bağlı videoçarx hazırlamaq məqsədilə muxtar respublikaya gələn Euronews telekanalının əməkdaşları müxtəlif yerlərdə çəkiliş aparıblar.

    Videoçarxda Naxçıvanın qədim və zəngin tarixi irsi, abidələri, təbiəti, turizm potensialı, milli mətbəxi öz əksini tapacaq. Naxçıvan şəhərindəki Xan Sarayında aparılan çəkilişlər əsnasında yaradıcı heyət xalqımızın tarixini əks etdirən eksponatlarla tanış olublar.

    Bundan əlavə, Naxçıvan şəhərindəki Nuh peyğəmbərin məzarüstü türbəsində, Ordubad və Culfa rayonlarında da çəkilişlər aparılıb.

    Euronews telekanalının əməkdaşı Anka Ulea yerli jurnalistlərlə söhbətində Naxçıvanda çoxlu tarixi və maraqlı, əvvəllər başqa ölkələrdə rast gəlmədiyi məkanların olduğunu deyib. O, Naxçıvan təbiətinin füsunkar, insanlarının isə çox qonaqpərvər olduğunu qeyd edib.

  • Ukrayna millisinin ev oyunlarını keçirəcəyi ölkələr açıqlanıb

    Ukrayna Futbol Assosiasiyasının (UAF) İcraiyyə Komitəsi milli komandanın Millətlər Liqasında ev oyunlarının keçiriləcəyi ölkələrin adlarını açıqlayıb.

    Sergey Rebrovun rəhbərlik etdiyi yığma sentyabrın 7-də Çexiyada Albaniyanı, oktyabrın 11-i və 14-də isə Polşada müvafiq olaraq Gürcüstan və Çexiya millilərini qəbul edəcək.

    Qeyd edək ki, Ukrayna yığması Çexiya, Albaniya və Gürcüstan komandaları ilə birlikdə B Liqasının 1 qrupunda yer alıb.

  • Курсанты Бакинского военного колледжа выполнили занятия по стрельбе

    Курсанты Бакинского военного колледжа, действующего при Национальном университете обороны, отработали практическую стрельбу в полевых условиях.

    Об этом сообщили в Министерстве обороны.

    Занятия прошли в соответствии с учебным планом и программой на 2024 год.

    Во время практических занятий личный состав успешно выполнил поставленные задачи.

  • Kursantlarla praktiki atış çalışmaları yerinə yetirilib – VİDEO

    2024-cü ilin tədris planı və proqramına uyğun olaraq, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin kursantları ilə səhra şəraitində praktiki məşğələlər keçirilir.

    Müdafiə Nazirliyindən bildirilib ki, əvvəlcə təlim sahəsində silah və hərbi sursatların təyinatı, döyüş və texniki xassələri, istismar qaydaları və sıfırlanması üzrə kursantların bilikləri yoxlanılıb, havanın və ərazinin istənilən şəraitində atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin aşkar olunaraq düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üsulları izah olunub.

    Sonra hədəflərin müşahidə olunması, silah ilə hərəkətdə, həmçinin yerindən əl qumbaralarının atılması, peyda olan və hərəkət edən yerüstü hədəflərə atəş açılması üzrə tapşırıqlar icra edilib.

    Praktiki məşğələlər zamanı şəxsi heyət tərəfindən qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

    Məşğələlərin keçirilməsində məqsəd kursantların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılması, o cümlədən silah və hərbi sursatlardan effektiv istifadə bacarıqlarının təkmilləşdirilməsidir.

  • В прошлом году ЦБА продал более 2 500 юбилейных, памятных и инвестиционных денежных знаков

    В 2023 году Центральный банк Азербайджана (ЦБА) продал 2 530 юбилейных, памятных и инвестиционных денежных знаков.

    Об этом Report сообщили в ЦБА.

    Согласно информации, продажа юбилейных и памятных денежных знаков осуществлялась посредством ООО “Азерсувенир”, принадлежащего Управлению делами президента, а продажа инвестиционных денежных знаков – через банки-агенты.

    Напомним, что в прошлом году Центробанк в честь 100-летия со дня рождения общенационального лидера Гейдара Алиева впервые в истории страны выпустил инвестиционные денежные знаки из высокопробного золота весом 1 тройская унция (31,1 г), 1/2 унции (15,55 г), 1/4 унции (7,78 г) и 1/10 унции (3,11 г). Также были выпущены юбилейные монеты весом 10 унций (311 г), 5 унций (155,5 г) и 1 унция (31,1 г), предназначенные для особых государственных мероприятий.

  • AMB ötən il 2 500-dən çox yubiley, xatirə və investisiya pul nişanı satıb

    2023-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 2 530 ədəd yubiley, xatirə və investisiya pul nişanı satıb.

    Bu barədə “Report”a qurumdan bildirilib.

    Məlumata görə, yubiley və xatirə pul nişanlarının satışı Prezidentin İşlər İdarəsinə məxsus “Azərsuvenir” MMC, investisiya pul nişanlarının satışı isə müəyyən edilmiş agent banklar vasitəsilə həyata keçirilib.

    Xatırladaq ki, AMB ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkəmizin tarixində ilk dəfə yüksək əyarlı yerli qızıldan hazırlanmış 1 troy unsiya (31.1 qr.), 1/2 troy unsiya (15.55 qr.), 1/4 troy unsiya (7.78 qr.) və 1/10 troy unsiya (3.11 qr.) çəkilərdə investisiya pul nişanlarını, eləcə də 10 troy unsiya (311 qr.), 5 troy unsiya (155.5 qr.) və 1 troy unsiya (31.1 qr.) çəkilərdə yubiley pul nişanlarını tədavülə buraxıb. Bu yubiley pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub.

  • В Лачыне до конца года откроется текстильная фабрика

    В Лачыне до конца этого года будет введена в эксплуатацию текстильная фабрика.

    Об этом сказал Report заместитель директора Службы благоустройства Баку Насими Асадов.

    Он отметил, что на фабрике работой будут обеспечены около 100 жительниц Лачына. По его словам, в городе также будут открыты несколько промпредприятий.