Month: July 2024

  • KTM: “Son iki ayda 36 nəfəri ilan sancıb”

    Son iki ayda ilan sancması ilə bağlı müraciət edənlərin sayında artım müşahidə edilib.

    Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

    Mərkəzin Toksikologiya şöbəsindən verilən məlumata görə, may-iyun ayı ərzində ilan sancması ilə bağlı ümumilikdə 36 nəfər müraciət edib.

    Yaralıların hər birinə zəruri tibbi xidmətlər göstərilib və ölüm halı qeydə alınmayıb.

  • Azərbaycanda dəhşət! Qadının ağzına qaynar su töküb, videosunu çəkdi

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Seymur Şahalıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    Seymur Şahalıyevə Cinayət Məcəlləsinin 16 maddəsi ilə ittiham irəli sürülüb. İttihamlar sırasında zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma, pornoqrafik məzmunlu materialları qanunsuz yayma, adam oğurluğu, azyaşlıya qarşı seksual xarakterli hərəkətlər və digəriləri var. İttihamlar təsdiqlənsə, Seymur Şahalıyevə ömürlük cəza verilə bilər.

    Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Seymur Şahalıyevin vəkili iş üzrə ibtidai istintaqın düzgün aparılmadığını, bu səbəbdən ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatətlə çıxış edib. Vəsatət müzakirə olunub, dövlət ittihamçısı Elvin Mirzəyev təmin edilməməsini, işin məhkəmə baxışına verilməsini istəyib. Məhkəmə qısa müşavirədən sonra vəkilin vəsatətini təmin etməyib. İşin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

    İttihama görə, Seymur Şahalıyev qeyri-rəsmi münasibətdə olduğu qadına qarşı xüsusilə ağır işgəncələr verib. O, qadına müxtəlif işgəncələr verəndən sonra ağzına qaynar su tökərək yandırıb. Bundan başqa Seymur Şahalıyev qadının 9 yaşlı qızını zorlamaqda və oğlunu girov saxlamaqda, qadının çılpaq videosunu çəkərək ərinə göndərəcəyi ilə hədələməklə ondan 50 min manat tələb etməkdə təqsirləndirilir.

    İş materiallarına görə qadın Seymur Şahalıyevin tələb etdiyi pulu verməyib, o, çəkidiyi pornoqrafik məzmunlu videonu qadının ərinə göndərib. Seymur Şahalıyev Cinayət Məcəlləsinin hamilə qadına əzab vermə (133.2.2), yetkinlik yaşına çatmayana əzab vermə (133.2.4), işgəncə ilə əzab vermə (133.2.6), öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda(134), adam oğurluğu, iki və ya daha çox şəxs barəsində törədildikdə(144.2.1), qanunsuz azadlıqdan məhrum etmə (145.2.2), yetkinlik yaşına çatmayanı qanunsuz azadlıqdan məhrum etmə (145.2.3-cü), qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə (145.2.5), 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri (150.3.3), şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının yayılması (156.1), zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma (157.2), təkrar dələduzluq (178.2.2), hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə(182.2.2), hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə(182.2.3), xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə (182.2.4-cü) və pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma (242) maddələri ittiham elan olunub.

    Məhkəmə iyulun 24-də davam etdiriləcək.

    ///Musavat.com

  • DSMF ilə Pantomima Teatrı arasında nə baş verir? – Məhkəmə işi

    Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı Azərbaycan Dövlət Pantomima Teatrını məhkəməyə verib. İşə Bakı İnzibati Məhkəməsində baxılacaq. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

    “Qaynarinfo” təfərrüatı öyrənmək üçün Azərbaycan Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevlə əlaqə saxlayıb. Onun sözlərindən aydın olub ki, dövlət qurumu ilə məhkəmə çəkişməsinin kökündə teatrın kadrlar şöbəsinin keçmiş mütəxəssisi Aytən Kərimovanın cinayət işi dayanır.

    Elman Rəfiyev bildirib ki, 322 min manat mənimsədə ittiham edilən Aytən Kərimova barəsindəki cinayət işinin məhkəmə istintaqı hələ davam edir:

    “Aytən Kərimova teatra küllü miqdarda ziyan vurduğu üçün korrupsiya işi açılıb. Həmin iş bu gün də davam edir. Qız həmin pulu köçürüb. Hazırda Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi və Pantomima Teatrı ilə birlikdə pulun Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi prosesi gedir”.

    Elman Rəfiyev prosesin iki ilə yaxındır davam etdiyini qeyd edib:

    “Mən özüm nazirliyə məlumat verdim, yoxlama ilə bağlı nümayəndə çağırdım. Qız da etiraf etdi ki, bu boyda yeyintiyə yol verib. Götürülən məbləğ DSMF-yə köçürülməli puldur. Yəni mənimsənilən 332 min 156 manat DSMF-yə köçürülməlidir. Hazırda həmin məbləğin geri qaytarılması ilə məşğuluq. Məhkəmə də bununla bağlıdır. Pantomima Teatrı olaraq biz bu prosesdən alnıaçıq çıxdıq”.

    Qeyd edək ki, Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar şöbəsinin mütəxəssisi Aytən Kərimova 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə -külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb. Aytən Kərimova 2019-22-ci illərdə bu vəzifədə çalışıb.

  • На одной из улиц в Баку проводятся ремонтные работы

    В связи с ремонтными работами на улице Микаила Мушфига в Ясамальском районе Баку (от круговой развязки “Волчьи ворота” до транспортной развязки перед Управлением государственной дорожной полиции города Баку) с сегодняшнего дня вводится ограничение движения автотранспортных средств по отдельным полосам.

    Об этом сообщили в Государственном агентстве автомобильных дорог Азербайджана.

    Частичное ограничение движения на указанном участке будет действовать до завершения ремонтных работ.

    Агентство просит водителей соблюдать требования установленных на участке временных дорожных знаков.

  • DİQQƏT: Paytaxtın bir küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

    Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (“Qurd qapısı” dairəsindən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşısındakı dairəyədək ) aparılan təmir işləri ilə əlaqədar bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Sözügedən hissədə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

  • Президент Ильхам Алиев посетил национальный мемориал в Исламабаде – ФОТО

    11 июля Президент Азербайджанской Республики Ильхам Алиев посетил национальный мемориал в Исламабаде.

    Об этом сообщает АЗЕРТАДЖ.






  • İlham Əliyev İslamabadda milli abidəni ziyarət edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda milli abidəni ziyarət edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.






  • İranda yüzlərlə “Telegram” və “Instagram” fəalı məhkəməyə çağırılıb

    İranın Məhkəmə-Ədliyyə Sisteminin sözçüsü Əsgər Cahangiri prezident seçkisinə görə 100-ə yaxın sosial media fəalının məhkəməyə çağırıldığını açıqlayıb.

    “Azad İran” “Telegram” kanalı bu barədə İran mətbuatına istinadən məlumat verib.

    Onun sözlərinə görə, prezident seçkisi ilə bağlı paylaşım edən daha iki “Telegram” kanalına məhkəmə işi açılıb və 500 “Instagram” hesabı müəyyən edilib.

    Əsgər Cahangiri bildirib ki, sözügedən media fəalları, “Telegram” kanalları və “Instagram” hesabları 14-cü prezident seçkisi zamanı insanları seçkini boykot etməyə çağıran cinayət məzmunlu paylaşımlar ediblər.

    Ə.Cahangiri, habelə qeyd edib ki, 14-cü prezident seçkisi ərəfəsində hökumət qurumları xəbərdarlıq etmişdilər ki, seçki ilə bağlı qanunsuz paylaşımlar edənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

  • Azərbaycan Prezidenti İlham Əliyev Pakistanda dövlət səfərindədir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərindədir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb.

    Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılayıb.

    Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşüblər.

  • За попытку незаконно проникнуть на освобожденные от оккупации территории задержаны 4 человека

    За попытку незаконно проникнуть на освобожденные от оккупации территории без соответствующего разрешения задержаны 4 человека.

    Об этом сообщили в Министерстве внутренних дел (МВД).

    В отношении этих лиц составлены административные протоколы и направлены в суд.

    Решением суда нарушители были привлечены к ответственности.