Month: July 2024

  • İslamabadda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

    Pakistan İslam Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 11-də İslamabadda rəsmi qarşılanma mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

    Əvvəlcə rəsmi foto çəkdirilib.

    Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının Dövlət himnləri səsləndirilib.

    Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.

    Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçib.

    Pakistan nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Baş nazir Məhəmməd Şahbaz Şərifə təqdim olunub.

  • Hərbi qulluqçumuz vəfat edib

    İşğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

    Bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, 21 yaşlı Xanlar Əhmədova bir neçə gün göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Goranboy polisindən ƏMƏLİYYAT: Saxlanılan var

    Goranboyda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

    Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2107 markalı avtomobili qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş N.Aslanov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Генпрокурор Азербайджана произвел новые назначения

    Фарид Нагиев назначен прокурором Гарадагского района.

    Об этом сообщили в пресс-службе Генеральной прокуратуры Азербайджана.

    Соответствующий приказ подписал генпрокурор Кямран Алиев.

    Отмечается, что до этого назначения Фарид Нагиев работал заместителем прокурора города Баку.

    Другим приказом генпрокурора Тогрул Мухтаров назначен на должность заместителя прокурора города Баку. До этого назначения Т.Мухтаров работал замначальника Управления по надзору за исполнением законов в следственной и оперативно-разыскной деятельности органов внутренних дел Генеральной прокуратуры.

    Кроме того, соответствующим приказом генерального прокурора Кямрана Алиева на должность исполняющего обязанности военного прокурора Физули на второй срок назначен Эльчин Гаджиев.

  • Baş prokurordan yeni TƏYİNATLAR

    Fərid Nağıyev Qaradağ rayon prokuroru vəzifəsinə təyin edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyevin müvafiq əmr imzalayıb.

    Vurğulanıb ki, Fərid Nağıyev bu təyinata qədər Bakı şəhər prokurorunun müavini vəzifəsində işləyib.

    Baş prokurorun digər əmri ilə Toğrul Muxtarov Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub. Toğrul Muxtarov bu təyinata qədər Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyib.

    Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Füzuli hərbi prokuroru vəzifəsini icra edən Elçin Hacıyev ikinci səlahiyyət müddətinə həmin vəzifəyə təyin edilib.

  • DİN: Seçki ilə əlaqədar səlahiyyətdən kənar məsələlərə polisin müdaxiləsi birmənalı istisnadır

    Asayişin mühafizəsi digər hüquq mühafizə orqanları ilə birgə cari ilin sentyabr ayının 1-nə nəzərdə tutulan Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində və dövründə etibarlı təmin ediləcəkdir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

    Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin qarşısının alınması, açılması, hüquq qaydasının qorunması, hər bir şəxsin hüquq və azadlığının müdafiəsi sahəsində qanunla müəyyən edilmiş vəzifələrin icrası davam etdirilir.

    Vətəndaşların seçkidə öz iradəsini azad və sərbəst ifadə etməsi üçün yüksək təhlükəsizlik şəraiti yaradılacaqdır.

    Elşad Hacıyev vurğulayıb ki, seçki ilə əlaqədar heç bir xüsusi hazırlıq işi aparılmır, eyni zamanda, səlahiyyətdən kənar məsələlərə polisin müdaxiləsi birmənalı istisnadır:

    “Şəxsi heyət yalnız Seçki Məcəlləsindən irəli gələn aidiyyəti müddəaların tələblərinin həyata keçirilməsinə, vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə vaxtında təmin edilməsi və yaşayış yeri üzrə qeydiyyata alınması vəzifələrinin yerinə yetirilməsinə səfərbər olunmuşdur”.

  • Xətai və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq

    SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Qum adası-Bayramzadə İEM” yüksək təzyiqli magistral qaz kəmərinin 10-cu kilometrliyində dayaqlar üzərinə qaldırılması ilə bağlı 12.07.2024-cü il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

    “Azəriqaz”dan verilən məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Xətai rayonu üzrə M.Müşfiq, M.Davud, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonu üzrə isə Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rüsum müəyyən edildi

    Nazirlər Kabineti avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın və yenidən hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması qaydasının, qiymətləndirmənin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləğini təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydası”, “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədlərin formaları” təsdiq edilib, Dövlət İmtahan Mərkəzi tərəfindən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin, həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının nəticələrinə dair qiymətləndirmənin aparılmasına görə operatorun məsul şəxsi və ya beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər tərəfindən ödənilən haqqın məbləği 60 manat müəyyən olunub.

    Qərar “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin, həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair Proqram”ı bitirmək haqqında etibarlılıq müddəti başa çatmamış şəhadətnamələrə malik olan şəxslərə şamil edilmir.

  • Bu ay temperatur normadan yüksək olub

    İyul ayının ötən ongünlüyü ərzində ölkə ərazisində orta aylıq temperatur iqlim normasından 4.5 dərəcə yüksək olub.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    O qeyd edib ki, havanın maksimal temperaturu iyul ayının ilk ongünlüyündə bəzi günlərində Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da və Aran rayonlarında 38-40 dərəcəyədək yüksəlib:

    “İyul ayının ötən dövrü ərzində havanın temperaturunun normadan yüksək olduğuna baxmayaraq çoxillik məlumatlarla müqayisədə rekord göstərici yenilənməyib. Belə ki, çoxillik müşahidə məlumatlarına əsasən iyul ayında ən isti hava 2018-ci il iyulun 1-də qeydə alınıb və havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 44.5, bölgələrdə isə 44 dərəcəyədək isti olub”.

    N.Mahmudovun sözlərinə görə, iyul ayının ötən on günü ərzində əksər bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunsa da, xüsusilə dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb:

    “İyul ayının ötən müddəti ərzində bölgələrdə 8 gün küləyin sürəti 15 m/s-dən çox olub, küləyin maksimal sürəti isə arabir 23 m/s-dək güclənib. Gözlənilən küləkli hava şəraiti ilə bağlı öncədən əhaliyə və aidiyyəti qurumlara sarı və narıncı xəbərdarlıqlar verilib”.

    N.Mahmudovun sözlərinə görə, yaxın günlərdə əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilsə də, bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

  • Əjdər Ol haqda son qərar verildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, yazıçı Əjdər Cəbiyevin (Əjdər Ol) kassasiya şikayətinə baxılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda yekun qərar qəbul edilib.

    Vidadi Cəfərovun sədrlik etdiyi məhkəmə heyəti ona təyin edilmiş 8 il 3 ay azadlıqdan məhrumetmə cəzasını qanunauyğun hesab edib. Qərara əsasən, şikayət əsassız sayılaraq təmin edilməyib.

    Qeyd edək ki, Əjdər Ol sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

    O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

    Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb. Səlim Müslümova isə şərti cəza verilib.