Month: July 2024

  • Hacıqabulda yük maşını aşıb, ölən və yaralananlar var

    Hacıqabulda yük maşınının aşması nəticəsində ölən və yaralananlar var.

    Hadisə Bakı-Qazax magistralının rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “Kamaz” markalı yük maşını anidən idarəetməni itirərək yolun kənarına aşıb.

    Qəza nətisəsində Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Məmmədov Samir hadisə yerində ölüb. Digər Bakı sakinləri – 1955-ci il təvəllüdlü Məmmədov Sahib Fərzəli oğlu, 1954-cü il təvəllüdlü Məmmədova Firuzə Əsəd qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    F. Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Балакене принимаются превентивные меры для защиты от селей

    Балакенское эксплуатационное управление при Государственном агентстве водных ресурсов Азербайджана реализует превентивные мероприятия для защиты от селевых потоков.

    Меры борьбы с селями осуществляются на Мазымчае, Катехчае, Балакенчае, Дяличае, Химбулчае, Интерчае и других горных реках.

    Представитель Управления Илькин Асланов в беседе с корреспондентом Report сообщил, что на фоне сезонных явлений реки выходят из берегов и наносят ущерб окрестным селам и сельскохозяйственным полям.

    “В целях защиты от опасностей, вызванных селями, управление принимает меры по регулированию русла и проводит берегоукрепительные работы. За 6 месяцев 2024 года на различных реках проведены земляные работы объемом 157 тыс. м³”, – добавил он.

    Отметим, что Балакенское эксплуатационное управление также продолжает работу по усовершенствованию оросительных систем. В частности с применением тяжелой техники создаются линии, откуда вода из рек поступает в каналы. Они, в свою очередь, очищаются от ила для предотвращения потери воды.

  • Balakəndə selə qarşı mübarizə tədbirləri həyata keçirilir

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Balakən rayonunda yerləşən yerli istismar idarəsi selə qarşı mübarizə tədbirləri həyata keçirir.

    Mühafizə tədbirləri Mazımçay, Katexçay, Balakənçay, Dəliçay, Himbulçay, İnterçay və digər dağ çaylarında aparılır.

    ADSEA-nın yerli istismar idarəsinin nümayəndəsi İlkin Aslanov “Report”un yerli bürosuna bildirib ki, mövsümlə əlaqədar olaraq həmin çaylar daşaraq ətrafdakı kəndlərə, əkin sahələrinə ziyan vurur:

    “Baş verə biləcək sel hadisələrinin yarada biləcəyi təhlükələrdən müdafiə olunmaq məqsədi ilə idarə məcra tənzimləmə və sahilbərkitmə işləri aparır. 2024-cü ilin 6 ayı ərzində ayrı-ayrı çaylarda texnikalar vasitəsi ilə ümumilikdə 157 min kub metr tənzimləmə işləri yerinə yetirilib”.

    Qeyd edək ki, Balakəndə yerləşən yerli istismar idarəsi selə qarşı mübarizə tədbirləri ilə yanaşı suvarmanın yaxşılaşdırılması istiqamətində də işlərini davam etdirir. Rayonda suvarma əsasən dağ çaylarından gələn suların, subartezian və artezian quyularının hesabına aparılır. Suvarma suyu çaylardan suvarma kanallarına texnikaların köməyi ilə verilir. Hazırda rayon ərazisində su itkisinin qarşısının alınması məqsədi ilə lildən təmizləmə işləri davam etdirilir.

  • Azərbaycan Prezidenti ilə Pakistanın baş naziri arasında geniş tərkibdə görüşü başlayıb

    İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü başlayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Rusiya Yuliya Navalnayanı ekstremistlərin reyestrinə daxil etdi

    “Rosfinmonitorinq” Yuliya Navalnayanı terrorçular və ekstremistlər siyahısına əlavə edib.

    Bu barədə idarənin rəsmi saytında məlumat verilib.

    Departamentin reyestrində Aleksey Navalnının arvadının adı 9480-cidir. “Navalnaya Yuliya Borisovna, 24 iyul 1976-cı il təvəllüdlü, anadan olduğu yer Moskvada”, deyə siyahıda qeyd edilir.

    İyulun 9-da Moskvanın Basmannı məhkəməsi istintaqın tələbi ilə razılaşıb və Navalnayanın ekstremist icmada iştirak ittihamı ilə qiyabi həbs edilməsinə qərar verib. Məhkəmənin qərarına əsasən, o, Rusiya ərazisinə gələn kimi iki ay müddətinə həbs olunacaq.

    Məhkəmənin qərarı Daxili İşlər Nazirliyinin aprel ayında Yuliya Navalnayanın Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiqi çağırışları ilə bağlı açıqlamalarını araşdırmağa başlamasından sonra verilib. Dövlət Dumasının deputatı Andrey Alşevskix Aleksey Navalnının dul arvadı ilə bağlı sorğu ilə polisə müraciət edib. Çox güman ki, buna səbəb onun 2024-cü il fevralın sonunda Avropa Parlamentindəki çıxışı olub.

    İyun ayında Fransa prezidenti Emmanuel Makron Navalna ilə görüşüb. Fransa lideri və Yuliya Navalnaya Fransanın Rusiya vətəndaş cəmiyyətinə, o cümlədən Rusiya Federasiyasından kənarda necə kömək edə biləcəyini müzakirə ediblər.

    Aleksey Navalnı fevralın 16-da 3 saylı islah koloniyasında dünyasını dəyişib. Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidməti onun gəzintidən sonra özünü pis hiss etdiyini və huşunu itirdiyini bildirib.

    Navalnı 2021-ci ildən həbsdə idi, məhkəmə onun Yves Rocer işi üzrə 3,5 illik şərti cəzasını real cəza ilə əvəz edib. 2022-ci ilin martında Navalnı dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum olunub.

    2022-ci ilin oktyabrında o, ekstremist icma yaratmaq və təşkil etmək, orada iştirak etmək, habelə ekstremist fəaliyyəti maliyyələşdirməkdə ittiham olunub. 2023-cü il avqustun 4-də Moskva Şəhər Məhkəməsi bu iş üzrə Navalnıya xüsusi rejimli koloniyada 19 il həbs cəzası verib.

    2022-ci ilin yanvarında Rosfinmonitorinq Navalnı və onun bir neçə şərikini ekstremistlər və terrorçular siyahısına əlavə edib.

    İyun ayından Navalnı Vladimir vilayətindəki İK-6-da cəza çəkirdi. 2023-cü ilin dekabrında onun Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki IK-3 “Qütb canavarı”na köçürüldüyü məlum olub.
    //qaynar.az

  • НАТО в декларации Вашингтонского саммита не упоминает перпективы для Грузии

    В итоговой декларации Вашингтонского саммита НАТО нет традиционного упоминания евроатлантической перспективы для Грузии, на это обратил внимание научный сотрудник Гудзоновского института Люк Коффи.

    Об этом сообщает Median.Az со ссылкой на newsgeorgia.

    “Из итоговой декларации Вашингтонского саммита убраны все упоминания о стремлении Грузии вступить в НАТО. Вся тяжелая работа с Бухареста-2008 сведена на нет из-за “российского закона”, – написал Коффи в сети X.

    Прямо Грузия упоминается в декларации только один раз, где Альянс призывает Россию вывести свои войска из Грузии и Молдовы, в конце 17 пункта.

    Грузию на саммите НАТО представлял глава МИД Илия Дарчиашвили. Он заявил, что интеграция в НАТО остается внешнеполитическим приоритетом Грузии.

    Тот факт, что в итоговой декларации мало внимания уделено Грузии он объяснил тем, что основная линия саммита проходит по Украине.

    “Украина нуждается в сильной поддержке и солидарности. Именно юбилейный саммит дает возможность США и их партнерам еще раз продемонстрировать сильную поддержку Украине, а с другой стороны, искать дополнительные механизмы, которые усилят ее, чтобы страна могла защитить себя. Это главная тема саммита”, – заявил Дарчишвили.

    Визит Дарчиашвили проходит на фоне пересмотра Вашингтоном отношений с официальным Тбилиси. На прошлой неделе Вашингтон принял решение отложить проведение ежегодных учений NOBLE PARTNER (“Достойный партнер”) в Грузии. Учения должны были пройти с 25 июля по 6 августа.

  • Vaşinqton sammitinin bəyannaməsində Gürcüstanın NATO perspektivləri barədə qeydlər çıxarılıb

    “NATO-nun Vaşinqton sammitinin yekun bəyannaməsində Gürcüstanın Avro-Atlantik perspektivi haqqında ənənəvi qeyd yoxdur”.

    Bunu Hudson İnstitutunun elmi əməkdaşı Lük Koffi özünün “X” sosial şəbəkə hesabından yazıb.

    “Vaşinqton sammitinin yekun bəyannaməsindən Gürcüstanın NATO-ya üzv olmaq istəyi ilə bağlı bütün qeydlər çıxarılıb. 2008-ci ildən Buxarestdə görülən bütün ağır işlər “Rusiya qanunu” səbəbindən heçə endirildi”, – deyə paylaşımda bildirilib.

    Qeyd edək ki, NATO sammitində Gürcüstanı xarici işlər naziri İliya Darçiaşvili təmsil edib. O bildirib ki, NATO-ya inteqrasiya Gürcüstanın xarici siyasət prioriteti olaraq qalır.

    Yekun bəyannamədə Gürcüstana az diqqət yetirilməsini isə o, sammitin əsas xəttinin Ukraynadan keçməsi ilə izah edib.

    Darçiaşvilinin səfəri Vaşinqtonun rəsmi Tbilisi ilə münasibətlərini yenidən nəzərdən keçirdiyi bir vaxtda baş tutur. Ötən həftə Vaşinqton Gürcüstanda hər il keçirilən “Noble partner” (“Layiqli tərəfdaş”) təlimlərini təxirə salmaq qərarına gəlib. Təlimlər 25 iyul – 6 avqust tarixlərində keçirilməli idi.

  • Parkinqlə bağlı SMS-lər pullu oldu

    “Azparking”də giriş-çıxışda göndərilən hər SMS-ə görə artıq 0.10 AZN ödəniş çıxılması ilə bağlı iddialar yayılıb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə vətəndaşlar qeyd ediblər. Onların sözlərinə görə, 24 iyundan etibarən sözügedən SMS-lər pullu olub.
    Sürücülər qeyd edir ki, əvvəllər parkinqin ilk 15 dəqiqəsi tamamilə ödənişsiz idi, mesaj göndərildiyi halda belə həmin müddətdə heç bir pul çıxılmırdı. Amma bu dəyişiklikdən sonra SMS bildirişi göndərildiyi an vətəndaşın kontur hesabından 10 qəpik silinir. Eyni proses çıxışda da aparılır və parkinqdən 15 dəqiqədən az belə istifadə edənlər ümumilikdə 0.20 AZN ödəniş etməlidirlər.

    Buna müvafiq olaraq 15 dəqiqəni keçdiyi halda avtomobillə parkinqə giriş və çıxış üçün göndərilən SMS-ə görə çıxılan pul isə ümumi parkinq pulunun üstünə gəlir.

    Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirdi ki: “Parklanmaya görə SMS-lərin ödənişli olması ilə bağlı bildiririk ki, bu, “Bakcell” və “Nar” mobil operatorları tərəfindən tətbiq edilən komissiya haqqıdır və parklanmaya görə ödəniş deyil. “Azercell” mobil operatoru tərəfindən bu xidmət üçün heç bir komissiya haqqı tətbiq edilmir.

    Parklanmaya görə ödənişləri SMS-lə yanaşı, “Azparking” mobil tətbiqi üzərindən etmək mümkündür. Ödəniş üsulu vətəndaşlar tərəfindən könüllü seçilir. “Azparking” mobil tətbiqindən istifadəyə görə heç bir komissiya haqqı tutulmur”.

  • Qəbələ sakinini cərəyan vuraraq öldürdü

    Qəbələ sakinini elektrik cərəyanı vurub.

    APA xəbər verir ki, hadisə rayonun Zarağan kəndində baş verib.

    Belə ki, Zarağan kənd sakini Xalid Seyidməmməd oğlu Abdullayev evində iş görən zaman onu elektrik cərəyanı vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • İslamabadda İlham Əliyevin Məhəmməd Şahbaz Şərif ilə məhdud tərkibdə görüşü başlayıb

    İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə məhdud tərkibdə görüşü başlayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.