Month: July 2024

  • Bakının əsas prospektlərindən birində yeraltı tunel tikilir – VİDEO

    8 Noyabr prospektində yeraltı tunel tikilir.

    Bu barədə layihənin rəhbəri Raqif İsmayılov “İTV xəbər”ə açıqlamasında deyib.

    O bildirib ki, COP29-la əlaqədar ərazidə bütün qurumlar özlərinə məxsus kommunikasiya xətlərini yenidən bərpa edirlər.

    Onun sözlərinə görə, işlərin növbəti ayın ortalarında yekunlaşması nəzərdə tutulub.

    Ətraflı süjetdə:

  • ВНИМАНИЮ водителей: на одной из дорог республики снижен скоростной режим

    На 61,5-м км автодороги Алят – Астара – госграница с Исламской Республикой Иран (участок, проходящий через село Марышлы Сальянского района) в целях повышения безопасности участников дорожного движения скоростной предел снижен со 110 км/ч до 90 км/ч.

    Об этом сообщили в Агентстве наземного транспорта Азербайджана (AYNA).

    Агентство просит водителей для охраны безопасности дорожного движения соблюдать скоростной режим.

  • Sürücülərin NƏZƏRİNƏ: Bir yolda sürət həddi endirildi

    Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 61.5-ci kilometrliyində (Salyan rayonu, Marışlı kəndindən keçən hissəsində) hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədi ilə sürət həddi 110 km/saatdan 90 km/saata endirilib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Qurum sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət həddinə riayət etmələrini xahiş edir.

  • 3 №-li internat məktəbində hansı nöqsanlara yol verilib?

    Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika İnternat Məktəbi cərimələnə bilər.

    Məktəb barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə protokol tərtib edilib.

    İşə Nizami Rayon Məhkəməsində baxılacaq.

    Nigar Qədirli iş üzrə hakim təyin edilib.

    192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.
    Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
    //qaynarinfo

  • Premyer Liqa klubu heyətini yeni futbolçu ilə gücləndirib

    İngiltərə Premyer Liqa təmsilçisi “Lester” heyətini yeni futbolçu ilə gücləndirib.

    “Tülkülər” İtaliyanın “Atalanta” klubunda çıxış edən Kaleb Okolini sıralarına cəlb edib.

    22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə bağlanılıb.

    Qeyd edək ki, italiyalı futbolçu “Atalanata”nın heyətində 17 görüşdə meydana çıxıb.

  • Dünyanın ən kiçik 5G smartfonu – Xüsusiyyətləri

    Balaca və çox yığcam smartfonları ilə tanınan “Unihertz” yeni “Jelly Max” modelinin detallarını açıqlayıb.

    İstehsalçı bu cihazın bazarda ən kiçik 5G smartfonu olacağını iddia edir.

    Dəqiq ölçülər hələ məlum deyil, lakin Dimensity 7300 çipset sayəsində yüksək performans vəd edir. Jelly Max da 12 GB RAM və 256 GB daxili yaddaşa sahib olacaq.

    Şirkət yeni məhsulu ölçüdə oxşarlığı nəzərdə tutan “Jelly Star” modeli ilə müqayisə edir. “Jelly Star” yalnız 3 düymlük ekran diaqonalı ilə təchiz olunub, lakin mövcud fotoşəkildən yeni məhsul nəzərəçarpacaq dərəcədə böyük görünür.

    Jelly Max 4000 mAh batareyaya sahib olacaq və 66 Vt doldurmanı dəstəkləyəcək.
    //lent.az

  • Röya qardaşları ilə bir yerdə

    Xalq artisti Röya Ayxan ailəsi ilə bağlı diqqət çəkən paylaşım edib.

    Müğənni öz sosial şəbəkə hesabında qardaşları Ayxan, İsmayıl və onun həyat yoldaşı Cansu ilə çəkilən fotosunu paylaşıb.

    Röyanın qardaşı İsmayıl Nəcəfov iki il əvvəl Türkiyə vətəndaşı Cansu adlı xanımla ailə qurub və İstanbulda yaşayır.
    //lent.az

  • Sabirabadda 33 yaşlı qadın özünü zəhərlədi – Vəziyyəti AĞIRDIR

    Sabirabadda 33 yaşlı qadın kimyəvi maddədən zəhərlənib.

    Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini Əliyeva Aygün Zöhrab qızı heyvanlarda parazitlərə qarşı istifadə olunan kimyəvi pereparat içərək zəhərlənib.

    Qadın ağır vəziyyətdə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

    Faktla bağlı araşdırma aparılır.
    //APA

  • Azərbaycanda qızı polisə şikayət edənkişi cərimələndi

    Sosial şəbəkələrdə Astara rayon sakini olan kişini polisin səbəbsiz yerə saxlaması barədə məlumatlar yayılıb.

    Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Astara rayon sakini Oruc Məmmədovu polisin heç bir səbəb olmadan saxlaması barədə səsləndirilən iddialar əsassızdır.

    O.Məmmədovun qızı Fatma Məmmədova DİN-in “102” xidməti zəng mərkəzinə müraciət edərək qonşusu Rövşən İsmayılovun təhqir etməsi barədə məlumat verib. Həmin müraciətlə əlaqədar Polis Şöbəsində F.Məmmədovanın izahatı alınarkən Oruc Məmmədov şöbənin inzibati binasının qarşısına gələrək uca səslə nalayiq ifadələr işlədib, ictimai qaydanı pozub.

    Polis əməkdaşları dəfələrlə intizama dəvət etsə də, o, buna məhəl qoymayıb və hərəkətlərini davam etdirib.

    O.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə cərimə olunaraq sərbəst buraxılıb.

  • “WhatsApp”da çat-botu redaktə etmək olacaq

    “WhatsApp”ın 2.24.14.20 nömrəli beta versiyasında yeni funksiya ortaya çıxıb.

    Ortaya çıxmış yeni funksiya istifadəçilərə Meta AI adlı çat-bot ilə fotoları bölüşmək imkanını verir.

    Süni zəka əsaslı bu çat-bot öz növbəsində istifadəçi tərəfindən təqdim edilmiş fotonu analiz edəcək və istifadəçiyə onun tərkibi barəsində konteksti və ya məlumatı təqdim edəcək. İstifadəçi hətta Meta AI vasitəsilə fotonu redaktə də edə bilər. İstifadəçilər Meta AI-ya öz fotoları barəsində suallar verə və çat-botdan fotodakı obyektləri, yerləri təyin etməyi istəyə biləcəklər. Met AI öz növbəsində istifadəçilərə fotoların redaktə edilməsi imkanını təklif edəcək. Məlumata əsasən bu yeni funksiya hələ hazırlanma mərhələsindədir.