Month: July 2024

  • Metro və avtobuslarda istidən ürəyi gedən insanlara nə edək? – HƏKİMDƏN AÇIQLAMA

    İnsanın orqanizmi üçün ən komfortlu temperatur 20-24 C sayılır. Temperatur artdıqda, xüsusilə də yüksək rəqəmlərə çatdıqda bu insan sağlamlığı üçün ciddi risk faktoru sayılır. İsti havalarda insan orqanizmi tərləmə ilə əlaqədar çox miqdarda su, duz və minerallar itirir. Bunun isə ürək-damar sisteminə mənfi təsiri olur.

    İstidə damarlar genişlənir, ürək döyüntüsü artır, qan qatılaşır, damarlarda tromblar əmələ gələ bilər və bütün bunlar da ürək tutması, insult və infarktın riskini xeyli artırır.

    Kim risk qrupuna daxildir?

    Yaşı 50-dən yuxarı olan insanlar, siqaret çəkənlər, artıq çəki və piylənmədən əziyyət çəkənlər, şəkərli diabet və ürək-damar sistemi xəstəlikləri olanlar. Bu qrup insanlarda isti havada ürək problemlərinin riski daha yüksəkdir.

    Son zamanlar isə havaların kəskin istiləşməsi səbəbindən metro və avtobuslarda, insanların sıxlıq təşkil etdiyi ictimai nəqliyyatlarda istidən ürəkgetmə, səhhətin pisləşməsi, hətta infarkt halları ilə tez-tez qarşılaşırıq.

    Bəs, bu hallarda yaxınlıqda olan insanlar nə etməlidir? Hansı ilkin tibbi yardım göstərilməlidir?

    Bu barədə Lent.az-ın sualını cavablandıran kardioloq Aynur Əlizadə bildirib ki, bu hallarda heç bir ilkin yardım göstərilməli deyil:

    “İsti havada avtobus və metroda insanlar əksər hallarda təzyiqin düşməsi səbəbi ilə bayılırlar. Yay aylarında əsasən qış aylarının əksinə olaraq təzyiqin aşağı olması müşahidə olunur. Qapalı, havasız yerlərdə uzun müddət ayaq üstə, eyni vəziyyətdə durduqda təzyiq düşür və bayılma ilə nəticələnir. Belə hallarda həmin şəxsi daha havalı bir yerə çıxartmaq, başını yüksək olmayan, aşağı yerə qoymaq lazımdır. Və hər bir halda səbəbini dəqiqləşdirmək gərəkdir. Bunun üçün təcili yardıma müraciət etmək vacibdir. Çünki bayılmanın səbəbi hər zaman ani təzyiq düşməsi olmur. Altda yatan daha ciddi ürək problemləri, aritmiyalar ola bilər.

    Heç bir müdaxilə edilməməməlidir. Xəstə sadəcə açıq havada, uzanıqlı vəziyyət saxlanılmalıdır”.

  • Telefonun enerjisi tez boşalır? – Sadəcə bu funksiyanı söndürün

    Bir çox istifadəçi telefonunun sarjının çox tez bitməsindən şikayətlənir.

    Buna adi bir funksiyanın aktiv olması səbəb ola bilər. Söhbət geolokasiyadan gedir. Bildirilir ki, ehtiyacınız olmadıqda onu söndürün.

    Tövsiyəyə məhəl qoymasanız, batareyanın doldurulma səviyyəsi çox tez düşəcək.

    Niyə geolokasiya həmişə pisdir?

    Geolokasiyadan istifadə edən proqramlar smartfonunuzda quraşdırılıbsa, batareya şarjı çox yaxşı saxlamaya bilər. Səbəb sadədir. Müvafiq tələbi olan proqramlar işləmək üçün çoxlu enerji tələb edir.

    Problem asanlıqla həll edilə bilər. Ehtiyacınız olmayan vaxtlarda geolokasiyanı söndürün.

    Və unutmayın ki, bir çox proqramlar arxa planda işləyir. Onlar hətta qadcet sahibinin onlardan istifadə etmədiyi anlarda belə enerjini bitirə bilərlər. Buna görə də GPS-i söndürmək lazımdır.

    Yeri gəlmişkən, hansı proqramların geolokasiyadan istifadə etdiyini başa düşmək çox asandır. “Parametrlər” bölməsinə daxil olun. Daha sonra “Yer” bölməsinə və “Tətbiq icazələri” alt bölməsinə keçin.

    Bəlkə də bəzi proqramların geolokasiyaya girişi qadağan edilməlidir.

  • Hər gün çuğundur yesək, orqanizmdə nə baş verər?

    Bütün faydalı xassələrinə və keyfiyyətlərinə baxmayaraq, çuğunduru hər gün istehlak etmək olmaz.

    Yüksək oksalat tərkibinə görə, çuğundurun tez-tez istehlakı böyrək problemlərinə səbəb ola bilər.

    Eyni maddələr kalsiumun udulmasına mane olur və həmçinin oksalat daşlarının meydana gəlməsinə səbəb olur.

    Çuğundur yüksək glisemik indeksinə görə risk yarada bilər. Onun istehlakı qan şəkərinin səviyyəsini artırmağa kömək edir.

    Əgər şəkərli diabetiniz varsa və ya xəstəliyə meyllisinizsə, çuğundur yemək də sağlamlığınız üçün təhlükəlidir.

    Lif bolluğuna görə çuğundur şişkinlik, ishal, həmçinin allergiyaya – dəri səpgiləri, qaşınma və digər narahatlıqlara səbəb ola bilər.

    Ona görə də müntəzəm olaraq çuğunduru istehlak etmək məsləhət görülmür və əgər sizdə böyrək xəstəliyi, şəkərli diabet varsa və müəyyən dərman qəbul edirsinizsə, həkimə müraciət etməyiniz daha yaxşı olar.
    //lent.az

  • Səfər zamanı bel ağrısından necə xilas olmalı?

    Uzun müddət avtomobil idarə etdikdə beldə, qollarda, aşağı ətrafda ağrılar yaranır. Bu özünü minik avtomobilində daha çox göstərir.

    Saatlarla dayanmadan sükan arxasında olan şəxsin əzələlərinin yorulması normaldır. Hətta uzun müddət yola baxmaq göz əzələlərində də problem yarana bilər. Lakin vəziyyətdən sadə çıxış yolu var.

    Həkimlərin qənaətinə görə, oturaq vəziyyətdə uzun müddət qalmaq insanın təbii xüsusiyyətlərinə uyğun deyil. Buna görə də, oturaq vəziyyətdən qaçmaq lazımdır.

    Avtomobillə uzaq səfər çıxdıqda isə birinci şərt sürücünün sükanı düz tutması, avtomobildə düzgün əyləşməsidir. Təəssüf ki, əksər sürücülər buna əməl etmir. İkinci şərt hər 1,5-2 saatda bir dəfə fasilə vermək, bir qədər kəskin əl-qol hərəkətləri etməkdir. Orqanizmin özünü bərpa etməsi üçün fasilə azı 20 dəqiqə olmalıdır.

    Yay vaxtı ağrı və narahatlığın bir səsəbi də orqanizmin sürətlə susuzlamasıdır. Bunu da aradan qaldırmaq üçün ən yaxşı vasitə çaydır. Bu olmadıqda adi sudan istifadə etmək olar.
    //avtosfer.az

  • Dövlət bankının avtomobilləri özəlləşdirildi – MƏBLƏĞLƏR

    İyulun 5-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac keçirilib. Hərracda 4 avtomobil satılıb.

    Hərracda “Azərtürk-Bank” ASC-nin balansında olan 4 avtomobil özəlləşdirilib. Hərracda satılan Auudi A6 markalı avtomobillərin buraxılış ili 2015-ci ildir. İlkin hərrac qiyməti 13 750 – 15 000 manat, yekun satış qiyməti isə 21 000 – 25 000 manat aralığında dəyişir.

    Xidmətdən verilən məlumata görə, özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiyməti ilə https://clck.ru/36iFgs linki vasitəsilə tanış olmaq olar.

    Hərraclarda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.

    Balanssaxlayıcı təşkilatın adı Nəqliyyat vasitəsinin markası Dövlət nömrə nişanı Buraxılış ili İlkin hərrac qiyməti (manatla) Yekun hərrac qiyməti (manatla)
    1 “Azərtürk-Bank” ASC Audi A6 90 PG 546 2015 15000 23050
    2 “Azərtürk-Bank” ASC Audi A6 77 AX 443 2015 14250 21500
    3 “Azərtürk-Bank” ASC Audi A6 10 AH 181 2015 13750 25000
    4 “Azərtürk-Bank” ASC Audi A6 77 PR 557 2015 14500 21000

    //fed.az

  • İş yükünə dözməyən robot intihar etdi

    İyunun 20-də saat 16:00 radələrində baş verən hadisədə şahidlər Robot Nəzarətçisi ləqəbli robotun qəribə hərəkət etdiyini və “bir yerdə nəsə varmış kimi dövrə vurduğunu” bildiriblər.

    Kaliforniyada yerləşən Bear Robotics şirkəti tərəfindən istehsal edilən robotun hissələri şəhər şurasının rəsmiləri tərəfindən tez bir zamanda toplanaraq təhlilə göndərilib. Lakin robotun bu qeyri-sabit davranışının səbəbi hələ də aydın deyil.

    Hətta işçi kartı olan robot digərlərindən daha çox çalışıb. O, digər işçilər kimi səhər saat 9-dan axşam 4-ə kimi işləyirdi.

    Ancaq bir mərtəbə ilə məhdudlaşan əksər robotlardan fərqli olaraq, bu robot heç bir kənar yardım olmadan asanlıqla mərtəbələr arasında hərəkət edə və hətta lifti çağıra bilirdi.

    Qumi şəhər rəsmisinin sözlərinə görə, robot gündəlik sənədlərin çatdırılmasında, şəhərin tanıtımında köməklik edib və rəsmi olaraq şəhər meriyasının bir hissəsi olub.

    Yerli media iş yükünün robotun nasazlığı ilə əlaqəsi olub-olmadığını soruşan başlıqlar dərc edib.

    Qeyd edək ki, hadisə ölkədə ilk robot intiharı kimi qeyd olunub.

    Keçən ilin avqustunda təyin edilən Robot Nəzarətçisi şəhərdə istifadə edilən ilk növlərdən biri olub.

    Beynəlxalq Robototexnika Federasiyası bildirir ki, Cənubi Koreya dünyada robot sıxlığı ən yüksək olan ölkələrdən biridir və hər on insan işçiyə bir sənaye robotu düşür.

    Şəhər şurasının başqa bir robota baxıb-baxmayacağını soruşduqda, məmur bildirib ki, hazırda “tərk edilmiş” Robot Nəzarətçisinin dəyişdirilməsi planları yoxdur.

    (news.24)

  • Avtomobillərə qaz qurğusu quraşdırılmaq olmaz? – DYP-dən AÇIQLAMA

    Son günlər dizel və Aİ-92 markalı benzinin bahalaşması sürücüləri alternativ və ucuz yanacaq növlərinə sövq edir. Yeni nəsil elektrik avtomobillərinə maraq artsa da, bu gün ölkəmizdə elektrik avtomobilləri və onların enerji yığma məntəqələri geniş yayılmayıb. Ona görə də bəzi şəxslər ən sərfəli variant kimi avtomobilə qaz avadanlıqlarının quraşdırılmasını göstərirlər.

    Qanuna əsasən, avtomobilə əlavə olaraq qaz avadanlığı quraşdırıla bilər. Hətta bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) elektron qaydada müraciət edə bilərsiniz.
    Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatda deyilir:
    “Yanacaq sistemi benzinlə işləyən avtomobillərin eyni zamanda qazla işləmək üçün və ya əksinə quraşdırılması, bu növ yenidən quraşdırmaya istehsalat tələbatı, istismar şəraiti ilə əlaqədar, Yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi tədqiqat institutunun (laboratoriyanın) rəyinə uyğun olaraq yerinə yetirilməsinə icazə verilir. Belə quraşdırmalar bu cür xidmətlər üçün nəzərdə tutulmuş texniki təmir sahələrində (stansiyalarında) aparılmalıdır. Həmin texniki təmir sahəsi (stansiyası) quraşdırma işlərini texniki tələblərə uyğun aparılmasını və təhlükəsiz işləməsini təmin etməlidir”.
    Qaz avadanlığı quraşdıran servisin mütləq qaydada sertifikatı olmalıdır. Daha sonra Yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi Tədqiqat İnstitutuna (laboratoriya) müraciət edilməlidir.
    Hazırda qüvvədə olan qanunvericiliyə görə, mühərrikin yanacaq növünün dəyişdirilməsi və əlavə avadanlıqların quraşdırılması mümkündür. Amma bu iş ixtisaslaşmış müəssisələrdə həyata keçirilməli və sürücüyə qaz avadanlığı quraşdıran şirkət sertifikat verməlidir.
    Ekspertlər onu da əlavə edirlər ki, bu təcrübə dünyanın istənilən ölkəsində var və hətta qonşu Türkiyə, İran və Rusiyada daha geniş yayılıb.
    Sürücülər deyirlər ki, 5 manatlıq metan qazı ilə hətta 190 kilometr yol qət etmək mümkündür.

    Qeyd edək ki, paytaxt yollarında hərəkət edən müasir avtobuslar da metan qazı ilə işləyir.
    Metan qazı propana nisbətən təhlükəlidir. Belə ki, yüksək təzyiqlə vurulduğu üçün metan qazla işləyən avtomobillərdə partlayış riski var. Propan qaz avadanlığının quraşdırılması zamanı isə hətta qəza riski də nəzərə alınır və zəmanət verilir.
    Onu da qeyd edək ki, avtomobillərə qaz avadanlıqları qənaət məqsədilə quraşdırılır və benzinlə işləyən maşına nisbətən yanacağa 50-65 faizə qədər qənaət etməyə imkan verir.
    Taksi fəaliyyəti göstərən Rəhman Səfərov (ad şərtidir) sahibkarlardan biri ilə əməkdaşlıq edir. Yeni alınan “Chevrolet Cobalt” markalı avtomobil ilə taksi fəaliyyəti göstərən şəxs deyir ki, nəqliyyat vasitəsinə qaz avadanlığı quraşdırılıb:
    “Bu, mənim öz maşınım deyil. Sahibkardan icarəyə götürmüşəm. O da qaz qurğusu quraşdırıb. Yanacaq qiymətləri qalxdı. Belə baxanda qaz daha ucuz başa gəlir. Təhlükəsizlik zəmanətinin olduğunu dedilər. Eşitdiyimə görə, 1600 manat pul veriblər quraşdırılmasına. Heç olmasa gün ərzində getdiyimiz gedişlərdən bizə də 3-5 manat pul qalır”.
    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev oxu.az-a bildirib ki, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsinin qaz yanacağı ilə istismarı üçün əlavə avadanlığın quraşdırılması ilə bağlı məsələyə “Məişət Maye Qaz” QSC-nin sınaq aktı və Yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi Tədqiqat İnstitutunun (laboratoriyanın) müvafiq rəyi alındıqdan sonra BDYPİ-də baxıla bilər.

  • Mövsümi meyvələr niyə bahadır?

    Artıq yayın ikinci ayını yaşayırıq. Bu dövrdə, adətən, mövsümi meyvələrin qiymətində azalma müşahidə olunur. Lakin buna baxmayaraq, marketlərdə və bazarlarda satışa çıxarılan meyvələrin qiyməti hələ də “əl yandırır”. Piştaxtalarda təklif olunan meyvələrin qiymətində ötən aylarla müqayisədə o qədər də ciddi fərq müşahidə edilmir.

    Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli “İqtisadiyyat.az”a açıqlamasında bunun səbəblərindən danışıb.

    A.Nəsirli qeyd edib ki, Azərbaycanda ənənəvi problemlərdən biri fermerlərin böyük şəhərlərdəki bazarlara əlçatanlığının aşağı səviyyədə olmasıdır.

    Ekspert bildirib ki, bu səbəbdən nəqletmə, daşımada, yəni bazarlara məhsulların çıxarılmasında müəyyən problemlər yaşanır: “Məhsulu satışa bazar adamları çıxarır. Yəni fermer özü birbaşa bazara çıxış əldə edə bilmir. Bu, ənənəvi problemdir. Amma bu ilin də spesifik xüsusiyyəti ondan ibarətdir ki, yaz-yay ayları əlverişsiz və qeyri-sabit keçir. Ayrı-ayrı yerlərdə yağış, dolu, külək, tufan, sel müşahidə olunur. Bütün bunlar meyvə-tərəvəzin məhsuldarlığına ciddi təsir edir. Bu da bazara daha az meyvə-tərəvəzin çıxmasına səbəb olur. Meyvə-tərəvəzin azlığı isə göründüyü kimi qiymətləri xeyli yüksəldir”.

    İqtisadçının sözlərinə görə, havası sabit olan ərazilərdə yetişən meyvə-tərəvəz digərlərinə nisbətən ucuzdur: “Məsələn, qarpız artıq 40-50 qəpiyə düşüb. Qarşıdakı həftələrdə bu məhsulun qiyməti bir qədər də ucuzlaşa bilər. Yemiş isə bir manata düşüb. Xiyar, pomidor əsasən Azərbaycanın şimal və cənub bölgələrində əkilir. Hər iki ərazilər üzrə də qeyri-sabit hava şəraiti hökm sürür. Bu da məhsuldarlığa və nəticə etibarilə qiymətlərə özünü yansıdır”.

    A.Nəsirli vurğulayıb ki, ən çox qiymətini qoruyan tərəvəz pomidordur: “O, iqlimə həssaslığı ilə seçilir. Yəni iqlimə həssas tərəvəz olduğuna görə pomidorun bazarda bahalaşması hələ müşahidə edilmir. Ümumiyyətlə, qiymətlərin indiki durumu qıtlıqla əlaqəlidir. Qıtlıq isə hava şəraiti ilə bağlıdır”.

  • Qadınlar üçün 8 faydalı xüsusiyyəti olan ədviyyat

    Sarıkök antioksidan və iltihab əleyhinə fəaliyyətinə görə qadınlar üçün faydalı xüsusiyyətləri ilə tanınır.

    Sarəkökün tam faydalarını müəyyən etmək üçün araşdırmalar hələ də davam edir. Amma bir sıra elmi araşdırmalar onun tibbin müxtəlif aspektlərində effektivliyini artıq nümayiş etdirib.

    Alzheimer xəstəliyi və müxtəlif növ demans kimi beyin və yaddaşın pozulması ilə əlaqəli xəstəliklər beynin neyrotrofik fəaliyyətinin azalması nəticəsində yarana bilər. Sarıkök amiloid lövhələrinin əmələ gəlməsini azaltmaqla bu xəstəliklərin qarşısını almağa kömək edə bilər.

    Tədqiqatlar həmçinin sarıkök ekstraktının antiinflamatuar və antioksidan xüsusiyyətlərinə, həmçinin əhval-ruhiyyəyə təsir etmə qabiliyyətinə görə Parkinson xəstəliyinin simptomlarını aradan qaldırmaq potensialına işarə edir.

    Ürək-damar xəstəliklərinin bütün dünyada qadınlar arasında əsas ölüm səbəbi olduğunu nəzərə alsaq, sarıkök antiinflamatuar xüsusiyyətlərinə görə bu xəstəliklərin riskini azaltmaqda rol oynaya bilər.

    Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri xərçəngi qadınlar arasında ölümün ikinci səbəbi olaraq siyahıya alır. Bir sıra tədqiqatlar kolon xərçəngi və limfoma da daxil olmaqla xərçəngin qarşısını almaq üçün zerdeçalın istifadəsinin mümkünlüyünə baxır.
    //lent.az

  • İranda polis zabiti öldürüldü

    Bu gün İranın Xorasan əyalətinin Nişabur rayonunun Cilo kəndində silahlı qarşıdurma nəticəsində polis kapitanı Hadi Mirabadi güllələnərək öldürülüb.

    Bu barədə İran mediası məlumat yayıb.

    Bildirilib ki, atışma nəticəsində daha iki polis əməkdaşı yaralanıb.

    Hadisənin təfərrüatı barədə açıqlama verilməyib.