Month: July 2024

  • Azərbaycanda general vəzifəsindən azad edildi

    General-leytenant Ragim Əhəd oğlu Lətifovun adı Fövqəladə Hallar Nazirliyinin saytında nazir müavinləri siyahısından çıxarılıb.

    R.Lətifov vəzifəsindən azad edilib.

    Onun hansı səbəbdən işdən ayrılması ilə bağlı məlumat yoxdur.
    //oxu.az

  • Novxanıda istirahət mərkəzində qadın oğurluq etdi

    İyulun 8-də Novxanı bağlar sahəsində yerləşən istirahət mərkəzində bir nəfərin 3 900 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən bir qadın müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Во дворе Siyəzən Broyler обнаружены человеческие кости

    В Сиязанском районе обнаружены человеческие кости.

    Как сообщает Qafqazinfo, останки были найдены во время проведения земляных работ во дворе ОАО Siyəzən Broyler, расположенного на территории села Бешдам.

    По данному факту районной прокуратурой проводится расследование.

  • Siyəzəndə özəl müəssisənin həyətində insan sümükləri aşkarlandı

    Siyəzən rayonunda insan sümükləri aşkarlanıb.

    “Qafqazinfo” xəbər verir ki, sümüklər rayonun Beşdam kəndi ərazisində yerləşən “Siyəzən Broyler” ASC-nin həyətində qazıntı işləri görən zaman tapılıb.

    Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

  • Турецкий национальный спутник связи Turksat 6A запущен в космос

    В 02:30 по турецкому времени (03:30 по Баку – ред.) со станции ВВС США на мысе Канаверал во Флориде запущен турецкий спутник связи Turksat 6A.

    В церемонии запуска спутника Turksat 6A, состоявшейся на космодроме на мысе Канаверал во Флориде, приняли участие министр транспорта и инфраструктуры Абдулкадир Уралоглу, глава правления оборонной промышленности Халук Гёргюн, генеральный директор Turksat Хасан Хусейн Эрток, руководитель совета по научно-техническим исследованиям Турции (TÜBİTAK) профессор Хасан Мандал, генеральный директор Turkish Aerospace Industries (TAI) Мехмет Демироглу, генеральный директор ASELSAN Ахмет Акйол, генеральный директор CTECH Джюнейд Фырат и другие официальные лица.

    Первый отечественный спутник, разработанный турецкими инженерами Türksat 6A отправлен в космос со стартового комплекса 40 ракетой Falcon 9 компании Space X в 02.30 по турецкому времени.

    Операция по запуску, которая несколько раз откладывалась из-за неблагоприятных погодных условий, благополучно завершилась.

    Примерно через полчаса после запуска Turksat 6A отделится от ракеты. Ожидается, что первый сигнал будет принят примерно через 70 минут после отделения спутника от ракеты.

    После успешного запуска Türksat 6A в космос все управление орбитой и подсистемами будет осуществляться через станции, и спутник начнет свое космическое путешествие к своей орбите на 42-м градусе восточной долготы.

    После выхода на орбиту начнется фаза орбитальных испытаний. Türksat 6A будет введен в эксплуатацию компанией Türksat после как минимум одного месяца испытаний.

    Türksat 6A будет находиться на расстоянии 35 786 км от Земли и будет предоставлять услуги с помощью 20 передатчиков Ku-диапазона. Türksat 6A мощностью 8,4 киловатта и весом 4 229 кг будет обслуживать территории Индии, Таиланда, Малайзии и Индонезии.

    С запуском этого спутника Турция охватит своими спутниками связи более 65 процентов населения планеты. Численность населения, охваченного турецкими спутниками, увеличится с 3,5 млрд до более чем 5 млрд человек.

    Спутник Türksat 6A изготовлен турецкими инженерами в Центре интеграции и испытаний космических систем (USET) TAI в Анкаре. Доля местного компонента составляет более 80%. Заказчиками проекта Türksat 6A являются Министерство транспорта и инфраструктуры и компания Türksat, руководителем проекта – TÜBİTAK UZAY, а исполнителями проекта – ASELSAN, TAI и CTECH.

  • Türkiyənin ilk milli rabitə peyki “Türksat 6A” kosmosa buraxılıb

    Türk mühəndisləri tərəfindən istehsal edilən Türkiyənin ilk yerli və milli rabitə peyki “Türksat 6A” ABŞ-nin Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən orbitə buraxılıb.

    “Türksat 6A” ilə peyk istehsalında yeni mərhələyə qədəm qoyduq”, – deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

  • İşə düzəltmək adı ilə dələduzluq edən şəxs saxlanılıb

    Naxçıvanda polis işə düzəltmək adı ilə dələduzluq edən şəxsi saxlayıb.

    Bu barədə Naxçıvan Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin külli miqdarda pul vəsaitini mənimsəyən Naxçıvan şəhər sakini Bəxtiyar Quliyev müəyyən olunaraq saxlanılıb.

    Faktlarla bağlı araşdırma aparılır.

    B.Quliyevin əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə “102” Zəng Mərkəzinə və ya Naxçıvan MR Daxili İşlər Nazirliyinin (036 545-08-03, 036 545-28-96) telefon nömrələrinə məlumat vermələri xahiş olunur.

  • В Азербайджане осужден один из задержанных по делу FETÖ

    Завершено судебное расследование по уголовному делу арестованного в рамках дела FETÖ Гюмраха Абдурахманова, который был ответственным за финансовую деятельность организации в Азербайджане.

    Как сообщает Qafqazinfo, приговор был зачитан на последнем заседании в Наримановском районном суде.

    Судья Вюсал Гурбанов пришел к выводу, что предъявленное подсудимому обвинение было доказано в ходе судебного следствия. Суд приговорил Г.Абдурахманова к 5 годам и 6 месяцам лишения свободы.

    Прокурор в обвинительной речи потребовал для подсудимого 7 лет лишения свободы.

    Напомним, в июле 2023 года Министерство внутренних дел МВД провело специальную операцию против FETÖ. Согласно информации, были задержаны один из бывших лидеров FETÖ в Азербайджане Дойруш Джафаров, отвечающий за финансовые дела организации Гюмрах Абдурахманов, директор центра Yurd Руслан Алиев и ответственный за организационные вопросы Анар Алиев.

    Им были предъявлены обвинения по статьям 204.1 (изготовление, приобретение или сбыт поддельных денег или ценных бумаг) и 167-1 (принуждение к вероисповедованию или финансирование совершения этих деяний на почве религиозной вражды, религиозного радикализма или религиозного фанатизма) Уголовного кодекса Азербайджана.

  • Azərbaycanda FETÖ ilə bağlı tutulanlardan birinə hökm oxundu

    Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyat zamanı həbs edilən Gümrah Əbdürəhmanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

    Hakim Vüsal Qurbanov belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı ilə sübuta yetirilib. Hökmə əsasən, G.Əbdürəhmanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Prokuror ittiham nitqində müttəhimin 7 il həbsini tələb etmişdi.

    Qeyd edək ki, rəsmi məlumata görə, G.Əbdürəhmanov FETÖ ilə bağlı yaradılmış təşkilatın maliyyə işlərinə cavabdeh olub. Ona və eyni iş üzrə həbs edilənlərə qarşı Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 167.1-ci (dinə etiqada məcbur etmə) maddələri ilə ittiham irəli sürülüb.

  • Kimlərə ayda 345 manat ödəniləcək?

    “Azərbaycan Prezidenti İlham Əliyev “Məşğulluq haqqında” qanuna edilən dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, 3 ay ərzində Nazirlər Kabineti kvotadan əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi qaydalarını təsdiq edəcək”.

    Bu fikirləri VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial media hesabında bildirib:

    “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti yarımil ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək. Hər iki qurum hazırlanan sənədlər ilə bağlı Ölkə Prezidentinə məlumat verəcək.

    Qanuna edilən dəyişikliklər iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əməkhaqqı məbləğində, yəni 345 manat vəsait almasına imkan verəcək. Minimum əməkhaqqı artdıqca bu məbləğ də yüksələcək.

    Yeni qanun özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək. Praktik olaraq ilkin qiymətləndirmələrə görə təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar.

    Yeni qanun eyni zamanda, dövlət və özəl tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək, işaxtaranların daha qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq. Xüsusən də əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə dövlət tərəfindən maaşların ödənilməsi həyata keçiriləcək. Kvotadan əlavə iş yerlərinin yaradılması və həmin iş yerlərində çalışanlanların maaşlarının dövlət tərəfindən ödənilməsi həm özəl sektor üçün işçiləri cəlb etmək baxımından, həm də işsizlərin daha qısa zamanda işlə təmin olunması baxımından yeni bir imkandır.

    Bütövlükdə, qanun ölkəmizdə məşğulluğun daha yaxından təmin olunmasına və işaxtaranların qısa müddətdə işlə təmin olması üçün yeni imkanlar yaratmaqla əhalinin sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək”.