Qəzza zolağında daha 5 fələstinli jurnalist həyatını itirib.
Bu barədə yerli hökumətin media ofisi məlumat yayıb.
Bununla da 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında həlak olan jurnalistlərin sayı 158-ə yüksəlib.
Kartof, düyü və makaron kimi qidalar necə hazırlandıqlarına və istehlak edildiyinə görə bədənə fərqli təsir göstərə bilər.
Mütəxəssislər maksimum fayda əldə etmək üçün bu qidaları soyudulmuş halda yeməyi məsləhət görürlər.
Bişmiş və şirin kartof, düyü və ya makaron soyudulursa, davamlı nişasta əmələ gəlir. Soyuduqdan sonra onları istəyə görə yenidən qızdırmaq olar.
Davamlı nişastanın üstünlükləri:
Lipid mübadiləsinə müsbət təsir edərək arıqlamağa kömək edir.
Bağırsaq mikrobiomunu dəstəkləyir, patogen bakteriyaların böyüməsini maneə törədir.
Qan şəkərinin səviyyəsini tənzimləyir və hüceyrələrin insulinə həssaslığını artırır.
Bağırsaqlarda mineralların sorulmasını yaxşılaşdırır.
Bağırsaq selikli qişasının hüceyrələrini qidalandıraraq immuniteti artırır (burada immun hüceyrələrin çoxu yerləşir).
Bağırsaq hərəkətliliyini yaxşılaşdırır.
//lent.az
Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə birgə dənizkənarı ərazilərdə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir.
Lənkəran rayonunda keçirilən tədbirlər zamanı “Beluqa”, “Palm Beach”, “Aysberq”, “Yeddi bulaq” dənizkənarı istirahət mərkəzlərində sanitar-texniki normaların pozulması, çirkab suların kənara axması və ya sızması, zibil tullantılarının urnalardan kənara atılması və digər neqativ hallar aşkarlanıb.
Həmçinin rayonun Aşağı Nüvədi kəndi ərazisində yerləşən “Səfalı” istirahət mərkəzində məişət tullantılarının urnalardan kənara atılması halları müəyyən edilib. Aşkarlanan hallarla bağlı sözügedən obyektlərin məsul əməkdaşları barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
(qafqazinfo)
Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Məmmədov Qinyaz Şahid oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə yolu keçmək istəyən Gədəbəy rayon sakini, 1955-ci il təvəllüdlü İbrahimov Abdurahman Qədir oğlunu ehtiyatsızlıqdan vurub. Aldığı xəsarətlərdən reansimasiyaya yerləşdirilən piyada 4 gün sonra orada ölüb.
Faktla bağlı Şəki RPİ-də cinayət işi başlanılıb.
143 milyonluq yeyintiyə görə mühakimə edilən general-mayor Nizami Məmmədov və onunla birgə həbs edilmiş üç zabitin məhkəməsi davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən budəfəki iclasda ittiham tərəfinin sonuncu şahidi dindirilib.
Söhbət məhkəmənin çoxdan axtardığı, lakin uzun müddətdir hakim qarşısına çıxmaqdan yayınan A.Rzayevdən gedir. Onun haqda polis vasitəsilə məcburi gətirilmə qərarı da çıxarılmışdı.
A.Rzayev bir neçə şirkətin rəhbəridir. Həmin şirkətlər Müdafiə Nazirliyinin keçirdiyi tenderlərdə dəfələrlə qalib gəliblər.
Tenderi necə qazanmalarına gəlincə, bu işdə ona elə bu yeyintiyə görə həbs edilmiş, hazırda ayrı-ayrı icraatlarda məhkəmələri davam edən polkovniklər kömək ediblər.
Şahid Rzayev məhkəmədə geniş danışmasa da, istintaq vaxtı tək-tək ad çəkib. O, əvvəlki ifadəsində yazır ki, tenderləri udmasında ona Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisləri – polkovniklər Məlikməmməd Qurbanov və Mahir Şirvanov kömək edib. 31 il nazirliyin keçirdiyi tenderlərdə qalib gələn şahid deyir, müstəntiqə etiraf edib ki, onun şirkətinə ayrılan vəsaitdən 10-15 faizini MN-in Satınalmalar və Təchizat İdarəsinə, 3 faizini isə Maliyyə və Büdcə idarəsinə verib.
Rzayevin şirkəti müxtəlif vaxtlarda 22 milyon, 4 milyon, 3 milyon və digər məbləğlərdə pul ayrılmış tenderləri qazanıb. Şahid istintaq ifadəsində onu da əlavə edib ki, şirkətinə köçürülən puldan idarə rəisi Məlikməmməd Qurbanova iki dəfəyə 360 min manat “otkat” qaytarıb. Bundan başqa, general Məmmədova 30 min, Mahir Şirvanova isə 165 min manat pul verib.
Şahid əvvəlki ifadəsinin bir hissəsini qəbul etməyib. O, heç kimə əlbəəl pul vermədiyini, maliyyə işlərini də əsasən köməkçisi İlqar İsayevin apardığını bildirib: “Ola bilər ki, İlqar kiməsə pul verib. Çünki maliyyə işləri ilə əsasən o, məşğul olub”.
Müttəhim general Məmmədov isə şahidin istintaq dövründə dediklərinin yalan olduğunu bildirib: “Mən o adamı, ümumiyyətlə, tanımıram. Deyir ki, guya mənə pul verib. Əgər elə idisə, bizi üzləşdirərdilər. Nə onu, nə köməkçisi İlqar İsayevi tanıyıram. Bu şəxsi də ilk dəfədir burada görürəm”.
İttiham tərəfinin bütün şahidlərinin dindirilməsi bitdikdən sonra tərəflərin vəsatətləri dinlənilib.
Təqsirləndirilən Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə xidmət etdiyi hərbi hissədə aparılan maliyyə yoxlamalarının nəticəsi ilə razılaşmır. O, bu məsələ ilə bağlı vəsatətini məhkəmənin diqqətinə çatdırıb, təmin edilməsini xahiş edib: “Hərbi hissədə düzgün yoxlama aparılmayıb. Yoxlamadan belə çıxır ki, mən tərxis olunan hərbçilərə pul ödəməmişəm. Belə şey olar?! Bilgili şəxslər tərəfindən əlavə yoxlama aparılmasını xahiş edirəm”.
Təqsirləndirilən polkovnik Cəlal Kazımov zabit yoldaşının vəsatətini müdafiə edib. Polkovnik özü də yoxlama aparanlardan gileylənib: “Yoxlamanı mülki şəxslər aparıb. Nə tapşırıq veriblər, onu yerinə yetirmişəm. 29 ay vəzifədə olmuşam, 30 aydır cəza çəkirəm. Hələ iş uzanır. Görünür, 30 ayda içəridə çürüyərəm”.
Hakim Fikrət Əliyev əlavə yoxlamaya ehtiyac olmadığını deyərək vəsatətin rədd edildiyini elan edib.
Prosesin davamında təqsirləndirilən Cəlal Kazımovun 100 min manatlıq əmlakı üzərindən həbs qərarının götürülməsi istənilib. Bu haqda Kazımovun vəkili Əli Adıgözəlov vəsatət qaldırıb. Vəkil Şüvəlan qəsəbəsində yerləşən, müvəkkilinin ailə üzlərindən birinin adına rəsmiləşdirilmiş 100 min manatlıq bağ evinin ziyanın ödənilməsi üçün satılacağını deyib.
Məhkəmə vəsatəti təmin edib. 100 minlik əmlak üzərindəki həbs qərarı o şərtlə ləğv edilib ki, satılaraq dəymiş ziyanın ödənilməsinə sərf edilsin. Satış cinayət işi üzrə istintaq aparan Dövlət Təhlükəsizliyi Xidmətinin iştirakı ilə həyata keçirilməli, məbləğ Xidmətin depozit hesabına köçürülməlidir.
Növbəti proses iyulun 12-nə təyin olunub.
Qeyd edək ki, Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmənin üstü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açılıb. Hazırki iş üzrə ittiham olunan Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi işləmiş Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə hər biri həbsdə mühakimə edilir.
Ümumdünya Səhiyyə Təşkilatı meymun çiçəyi virusunun (Mpox) yeni variantının Konqo Demokratik Respublikasının şərq sərhədi boyunca sürətlə yayıldığını və “hələ ki, ən təhlükəli variant” olduğunu açıqlayıb.
Bu mövcud epidemiya cinsi yolla ötürülmə ilə başladı, lakin bu xəstəliyin dəridən dəriyə yaxın təmasda da ötürülə biləcəyinə dair sübutlar var.
Hazırda yoluxmuş şəxslər arasında məktəbli uşaqlar, tibb işçiləri kimi şəxslər var.
Cənubi Afrikada epidemiya indiyədək 3 nəfərin həyatına son qoyub.
Mpox simptomları əvvəlcə olduqca qeyri-müəyyəndir: yorğunluq, ağrılar, qızdırma, baş ağrısı, tənəffüs simptomları və səpgi.
Səpkinin simptomu digər ümumi viral xəstəliklərdən daha fərqlidir. Mpox-da səpgi qaşınma və ağrılı ola bilər və tez bir zamanda maye ilə dolu blisterlərə çevrilir və sonra qabıqlanır. Bu blisterlərdəki maye yoluxucudur və məsələn, dəsmal və ya diş fırçalarını paylaşmaqla yayıla bilər.
Bəzi insanlarda yalnız bir neçə blister var və bədəndəki yerlərindən asılı olaraq onları görmək çətin ola bilər. Bəzi insanlarda simptomlar yoxdur. Mpox müalicəsi ilk növbədə dəstəkləyici müalicə olsa da (istirahət, maye qəbulu və ağrıların aradan qaldırılması kimi), ağır mpox diaqnozu ilə xəstəxanaya yerləşdirilən insanlar geniş spektrli virus əleyhinə preparatlarla müalicə oluna və daha yaxından izlənilə bilər.
Getdikcə daha çox insan mpox xəstəliyinə tutulduqca, epidemiya Afrikadan kənarda da yayılaraq digər Afrika ölkələrinə yayıldı və o vaxtdan bəri 116 ölkədə aşkarlanıb. 2022-ci ilin iyul ayında ÜST mpox-u beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə vəziyyəti elan etdi.
Epidemiya başlayandan indiyədək ümumilikdə 97 min 745 nəfər virusa yoluxub, 203 nəfər ölüb. Əksər hallar daha az ağır dərəcəli II variant kimi təsdiq edilmişdir./Yenisabah.az
Sabahdan Azərbaycanda Məhərrəmlik ayı başlayacaq.
Bu il Məhərrəmlik ayının ilk günü iyulun 7-ə, Aşura günü isə iyulun 16-na, Məhərrəmlik ayından sonra başlayan Səfər ayı isə avqustun 7-ə təsadüf edəcək.
Qeyd edək ki, bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq.
Mütəxəssislər bəzi su qabları ilə bağlı xəbərdarlıqlar edir.
Yay aylarında günəş altında qalan plastik butulkalardakı suyun sağlamlığımız üçün təhlükə yarada biləcəyi üzə çıxıb.
Mütəxəssislər, xüsusilə bəzi kodları olan plastik butulkalarda bisfenol A (BPA) adlı kimyəvi maddənin olduğuna diqqət çəkərək, bu kodlu şüşələrdən istifadə etməməyimizi tövsiyə edir.
Su şüşəsindəki bu kodlara diqqət yetirin!
İstanbul Aydın Universiteti Qida Tətbiqi Araşdırma Mərkəzi Müdir Köməkçisi Dr. Ayla Ünver Alçay plastik istehsalında istifadə edilən bisfenol A-nın (BPA) təsirlərinə diqqət çəkib.
Alçay, “3 və 7 kodlu plastik şüşələrdə bisfenol A adlı kimyəvi maddə var. Uzun müddət istilik və ultrabənövşəyi şüalara məruz qaldıqda, bisfenol A-nın suya keçidi artacaq. Bu suyu içən insanlar yüksək dozada bisfenol A-ya məruz qala bilərlər. Xüsusilə uşaq və körpələrdə inkişaf, endokrin pozğunluqlar, qızlarda erkən yetkinlik, hiperaktivlik və aqressiv davranış kimi problemlər yarana bilər. Yüksək miqdarda bisfenol A qəbulu kişilərdə və qadınlarda reproduktiv pozğunluqlarla əlaqələndirilir”, deyə bildirib.
//medicina.az
Hazırda həbsdə olan meyxana ustadı Rəşad Dağlının övladlarının təhsilhaqqını Anar Əlizadə adlı şəxs ödəyib.
Bu barədə meyxanaçının övladları Yusif və Bətül sosial şəbəkədə qeyd ediblər:
“Keçən il təhsilhaqqımızı ödəyən anonim şəxs bu ilin də ödənişini edib. Təşəkkür edirəm. Həmin şəxsin kim olduğunu öyrəndim. İstəmir ki, kim olduğunu hamı bilsin. Amma adı Anar Əlizadədir. O, adam üçün dua edirik. Deyib ki, təhsilimizdə nə problem olsa, bizə kömək edəcək”.
Tanınmış türk yutuber Enes Batur avtomobil qəzasına düşüb.
Median.Az türk mediasına istinadən bildirir ki, hadisə Kocaeli şəhərində baş verib. İki avtomobilin toqquşması nəticəsində Enes Batur, sevgilisi Zelal Işıl və digər iki nəfər yaralanıb.
Xəsarət alanların vəziyyətinin yaxşı olduğu bildirilir.