Month: July 2024

  • Atasının aldığı velosipedlə əcəlinə gedən 12 yaşlı Zəhranın FOTOSU

    Ötən gün faciəli şəkildə ölən 12 yaşlı Zəhra İbrahimovanın görüntüsü yayılıb.

    Median.Az həmin fotonu təqdim edir:

    Məlumat üçün bildirək ki, o, M.Füzuli adına 15 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi olub.

    Hadisə Sumqayıtda qeydə alınıb.

    Belə ki, 2012-ci il təvəllüdlü Zəhra İbrahimovanın üzərinə qapının şüşəsi düşüb. Azyaşlı qanaxmadan hadisə yerindəcə keçinib.

    Qonşuların bildirdiyinə görə, azyaşlının atası iki gün öncə qızına velosiped alıb. Uşaq velosipedi evdə sürərkən qapıya dəyib və şüşə onun üstünə düşüb. 12 yaşlı Zəhra İbrahimova və bacısı evdə nəzarətsiz şəkildə olublar. Azyaşlının bacısı qonşuya qaçıb. Kömək çağırmaq istəsə də, heç kimi tapmayıb. Zəhra İbrahimova elə qanaxmadan kirayə yaşadıqları evdə ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

    Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhərinin ərazisində yerləşən çimərlikdə istirahət edən vətəndaşlar arasında, Sumqayıt şəhər 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində, Aran Regional Mərkəzi tərəfindən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Qulbəndə kənd və Yevlax Rayon İcra Hakimiyyəti başçısının Aşağı Bucaq kənd İnzibati ərazi dairələri üzrə nümayəndəliklərində, Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzində, Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan rayon Dövlət Aqrar İnkişaf Mərkəzində, Muğan Regional Mərkəzi tərəfindən “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə, Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Dövləti Su Ehtiyatları Agentliyinin Gədəbəy Sukanal İdarəsində və Gədəbəy rayonu, Arıqıran bələdiyyəsində və həmin kəndin sakinləri ilə, Qazax rayonunda Qafqaz Konserv Zavodunda və “Qazax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə maarifləndirmə tədbirləri keçirilib.

    Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

    Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

    İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

  • Saatlıda 72 yaşlı kişi şüşə parçası ilə qətlə yetirilib, oğlu saxlanılıb

    İyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

    Araşdırma aparılır.

  • Babək rayon sakinini öldürməkdə şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb

    İyunun 28-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tunbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

    Bu barədə Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən bildirilib.

    Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlu Türkiyə Respublikasında saxlanıb. O, istintaqa təhvil verilib.

    Araşdırma aparılır.

  • MSK partiyaların təqdim etdiyi şəxsləri səlahiyyətli nümayəndələr kimi qeydə alıb

    Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

    Komissiyadan verilən məlumata görə, əvvəlcə MSK-nın 29 iyun və 2 iyul 2024-cü il tarixli iclas protokolları təsdiq edilib.

    Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, “Ana Vətən” Partiyası, Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinə hər bir siyasi partiyanın MSK-ya müvafiq müraciəti barədə ayrı-ayrılıqda məlumat verilib və sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınması qərara alınıb.

    İclasda daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib, həmçinin cari məsələlərə baxılıb.

    MSK-nın iclası media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılıb.

  • “Formula 1” üzrə Böyük Britaniya Qran-prisində sıralama turunun qalibi müəyyənləşib

    “Formula 1” üzrə Böyük Britaniya Qran-prisində sıralama turunun qalibi müəyyənləşib.

    Silverston trekində baş tutan yarışda “Mersedes”in pilotu Corc Rassel finiş xəttinə hamıdan birinci çatıb.

    “Mersedes”in digər üzvü Luis Hemilton ikinci, “Maklaren”dən Lando Norris üçüncü yeri tutub.

    Qeyd edək ki, əsas yarış iyulun 7-də baş tutacaq.
    //report

  • Banqladeşli qrossmeyster oyun zamanı dünyasını dəyişib

    Banqladeşli qrossmeyster Ziaur Rəhman oyun zamanı dünyasını dəyişib.

    50 yaşlı şahmatçı iyulun 5-də Dəkkədə keçirilən ölkə çempionatının XII turunda Enamul Hossain Rajib ilə oyun zamanı infarkt keçirib.

    Ürəyi dayanan Z.Rəhman xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

    Banqladeşin ən çox medal qazanan şahmatçısının həyat yoldaşı və bir oğlu qalıb.
    //report

  • “Sumqayıt”ın Rusiya klubu ilə yoxlama matçının vaxtı müəyyənləşib

    Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” klubunun Rusiya təmsilçisi “Orenburq”la keçirəcəyi yoxlama matçının vaxtı müəyyənləşib.

    “Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma sabah Qızılcahamam stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

    Qeyd edək ki, “Sumqayıt” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda baş tutacaq.

  • Завтра в Азербайджане местами пройдет дождь

    7 июля в Азербайджане местами ожидаются кратковременные дожди.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Завтра в Баку и на Абшероне ожидается переменно-облачная, временами пасмурная погода, преимущественно без осадков. Однако в течение дня в некоторых частях полуострова возможны кратковременные дожди и грозы. Будет дуть умеренный северо-западный ветер.

    Температура воздуха ночью составит 21-26° тепла, днем – 32-37° тепла. Атмосферное давление составит 755 мм рт.ст., относительная влажность – 60-65% ночью и 35-40% днем.

    В некоторых регионах Азербайджана временами ожидаются дожди и молнии. Преимущественно в горных и предгорных районах возможны сильные ливни и град, которые к вечеру постепенно прекратятся. Восточный ветер местами усилится.

    Температура воздуха ночью составит 22-26° тепла, днем – 35-39° тепла, в горах ночью – 12-17° тепла, днем – 20-25° тепла.

  • Sabah bəzi yerlərdə yağış yağacaq – PROQNOZ

    İyulun 7-də Azərbaycanda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.