Month: July 2024

  • Türkiyədə Merih Demiralın heykəli ucaldılacaq

    Türkiyədənin Bolu şəhərində Merih Demiralın heykəli ucaldılacaq.

    Məlumata görə, Bolu Bələdiyyə Başçısı Tanju Özcan “bozqurd” işarəsi üçün UEFA-nın futbolçunu 2 oyunluq cəzalandırmasına reaksiya verib.

    Özcan verilən cəzanı şiddətlə qınayıb və yerli futbol qurumunu da tənqid edib:

    “Bu cəzanın qarşısını ala bilmədiyi üçün Futbol Federasiyasını lənətləyirəm”.

    Boluda “bozqurd” işarəsi göstərən Merihin heykəlini ucaldacağına da söz verən Tanju Özcan, “Avropa gəlsin məni də cəzalandırsın” deyib.

    Sporx.com

  • Мнимый ветеран: в Ширване задержан подозреваемый в шантаже

    Сотрудники Ширванского городского отдела полиции задержали жителя города Талеха Гадирова, подозреваемого в шантаже и вымогательстве денежных средств у граждан, угрожая распространением порочащей их информации.

    Как сообщили в региональной группе пресс-службы МВД, в ходе следствия установлено, что Т.Гадиров, представившись ветераном, присвоил у жителя города 1 000 манатов и потребовал такую же сумму от другого человека.

    По данному факту в следственном отделении горотдела полиции возбуждено уголовное дело, ведется расследование.

    Другие граждане, пострадавшие от противоправных действий Т.Гадирова, могут сообщить об этом в полицию.

  • Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən şəxs saxlanılıb

    Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində vətəndaşlardan barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul almaqda şübhəli bilinən şəhər sakini Taleh Qədirov saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, özünü qazi kimi tanıdan T.Qədirov bir nəfər şəhər sakinindən 1000 manat alıb, bir nəfərdən isə eyni məbləğdə pul tələb edib.

    Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

    T.Qədirovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

  • Özbəkistanda cütlük yeni ev almaq üçün körpəsini satışa çıxarıb

    Özbəkistanda yeni doğulan övladını satmağa cəhd edən cütlüyə məhkəmədə hökm oxunub.

    Məlumata görə, birlikdə yaşayan 35 yaşlı qadın və kişinin körpəsi dünyaya gəlib. Qadın sevgilisinə körpəni satıb, əldə etdiyi gəlirlə ev almaq istədiyini bildirib. Tezliklə uşağı götürmək istəyən bir adam tapılıb, qısa bir “bazarlıqdan” sonra uşağı 190 milyon soma (25 664 manat) satmağa razılaşıblar.

    Ailə başçısı məbləğin birinci hissəsini alan zaman saxlanılıb. Cütlük barəsində uşaq alveri maddəsi ilə cinayət işi açılıb. Nəticədə o, beş il müddətinə, qadın isə dörd il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, kişinin yeddi uşağı olduğu üzə çıxıb. Onların kiminlə yaşadığı məlum deyil.
    //oxu.az

  • Названы десять самых мощных смартфонов в мире

    Разработчики бенчмарка AnTuTu опубликовали глобальный топ самых производительных Android-смартфонов, доступных на глобальном рынке. Этот рейтинг заметно отличается от опубликованного ранее для китайского рынка.

    Первое место в мировом топе занял игровой смартфон Asus ROG Phone 8 на базе Snapdragon 8 Gen 3, который по итогу 1 000 тестов в AnTuTu показал средний результат в 2.11 млн баллов. За ним следуют Red Magic 9 Pro (2.07 млн) и iQOO 12 (2.03 млн) с тем же процессором.

    Четвертое место закрепилось за Vivo X100 Ultra (1.99 млн) на Snapdragon 8 Gen 3, тогда как Vivo X100 Pro с чипом MediaTek Dimensity 9 300 набрал 1.96 млн баллов и занял пятое место. За ними следуют Nubia Z60 Pro (1.95 млн), Vivo X100 (1.95 млн) и iQOO Neo9S Pro (1.94 млн), за производительность которых отвечают Snapdragon 8 Gen 3, Dimensity 9 300 и 9 300+ соответственно.

    Замыкают десятку лидеров Xiaomi 14 Ultra (1.94 млн) и Xiaomi 14 (1.94 млн), работающие на Snapdragon 8 Gen 3.

    В китайском топе первое место, как и в глобальном, удерживает Asus ROG Phone 8.

    Источник: gazeta.ru

  • Dünyanın ən güclü smartfonlarının adları AÇIQLANDI

    “AnTuTu” bençmarkının tərtibatçıları qlobal bazarda mövcud olan ən səmərəli “Android” smartfonlarının siyahısını dərc ediblər.

    Bu, daha əvvəl Çin bazarı üçün dərc edilmiş reytinqdən ciddi şəkildə fərqlənir.

    Qlobal liderlikdə birinci yeri “AnTuTu”da 1000 sınaq əsasında orta hesabla 2,11 milyon xal göstərmiş “Snapdragon 8 Gen 3” əsasında “Asus ROG Phone 8” oyun smartfonu tutub. Onun ardınca eyni prosessorlu “Red Magic 9 Pro” (2,07 milyon) və “iQOO 12” (2,03 milyon) gəlir.

    Dördüncü yeri “Snapdragon 8 Gen 3” əsasında “Vivo X100 Ultra” (1,99 milyon), beşinci yeri isə “MediaTek Dimensity 9300” çipli “Vivo X100 Pro” 1,96 milyon xal toplayaraq tutub. Siyahıda ardıcıl olaraq “Snapdragon 8 Gen 3”, “Dimensity 9300” və “Dimensity 9300+” ilə təchiz edilən “Nubia Z60 Pro” (1,95 milyon), “Vivo X100” (1,95 milyon) və “iQOO Neo9S Pro” (1,94 milyon) yer alıblar.

    İlk onluğu “Snapdragon 8 Gen 3″də işləyən “Xiaomi 14 Ultra” (1,94 milyon) və “Xiaomi 14” (1,94 milyon) tamamlayır.

    Çin liderliyində, eləcə də qlobal zirvədə “Asus ROG Phone 8” birinci yeri tutur.
    //oxu.az

  • Ильхам Алиев назвал несправедливым наказание Мериху Демиралу и пожелал сборной Турции победы – ФОТО

    Президент Азербайджана Ильхам Алиев пожелал сборной Турции по футболу победы в матче с Нидерландами в 1/4 финала чемпионата Европы, который пройдет сегодня на арене “Олимпиаштадион” в Берлине.

    Об этом говорится в публикации главы государства в официальном аккаунте в социальной сети X.

    “Поздравляю сборную братской Турции, успешно выступающую на чемпионате Европы по футболу в Германии, с выходом в 1/4 финала и вхождением в восьмерку сильнейших европейских команд. В частности, поздравляю Мериха Демирала, который забил два гола в 1/8 финала и был признан лучшим футболистом матча. Наказание, назначенное Мериху, несправедливо, и я категорически осуждаю эту меру. Желаю сборной Турции победы в матче с Нидерландами!

    Да здравствует тюркский мир!” – говорится в посте.

  • Prezident İlham Əliyevdən Türkiyə millisinə dəstək paylaşımı – FOTO

    Azərbaycan Prezidenti İlham Əliyev Avro-2024-ün 1/4 final mərhələsində bu gün Niderlandla qarşılaşacaq Türkiyə millisinə uğurlar arzu edib.

    Bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında paylaşım edilib.

    Paylaşımda deyilir:

    “Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm. Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Niderlandla oyunda qələbə arzu edirəm!

    Yaşasın Türk dünyası!”

  • Əti necə bişirək ki, xərçəngə yol açmasın?

    “Ət qızartması sevənlər gərək onu hazırlayan zaman diqqətli olsunlar. Düzgün bişirilməyən ət xərçəng xəstəliyinə səbəb ola bilər”.

    Bu sözləri ABŞ-dən olan diyetoloq Emi Pendlton Key deyib.

    “Əti tüstü əmələ gətirmədən, aşağı temperaturda, qısa müddətdə qızartmaq lazımdır. Bu, xərçəngə səbəb olan maddələrin yığılmasını azaltmağa kömək edir”, – deyə diyetoloq bildirib.

    Həkim qeyd edib ki, manqalda möhkəm qızardılmış ətdə heterosiklik aminlər və polisiklik aromatik karbohidrogenlər yaranır ki, onlar yoğun bağırsaq, mədə, prostat və süd vəzi xərçənginə səbəb ola bilər.

    Pendletonun fikrincə, bir dəfə qızardılmış qırmızı ət yemək sağlamlıq üçün təhlükə yaratmır:

    “Bununla belə, qovurma üsulları ilə hazırlanmış əti sevənlər xərçəngin inkişaf riskini azaltmaq üçün bir neçə qaydaya riayət etməlidirlər. Ət uzun müddət manqalda qalmamalıdır – bu, onun tərkibində daha çox kanserogenlərin əmələ gəlməsi ehtimalını artırır. Bişirmə vaxtını azaltmaq, əti kiçik hissələrə bölmək tövsiyə olunur”.

    Marinad sevənlər üçün həkim otlar və ədviyyatlardan istifadə etməyi, həmçinin yağlı sousları əlavə etməməyi məsləhət görür:

    “Mümkünsə, yağsız ətləri seçin və ya yeməkdən əvvəl görünən artıq piyləri kəsin. Yağlı ətlər daha çox tüstülənir və xərçəngə səbəb olan maddələr toplayır”.

    Mənbə: Gazeta.ru

  • “Səndən iy gəlir”: Yaponiyada işçini paltaryuyan maşında “yudular”

    Yaponiyada baş verən inanılmaz bir hadisə bütün ölkəni şoka salıb. Belə ki, iki nəfər təmizlik işçisi əlil həmkarlarını sənaye paltaryuyan maşınında “yumağa” cəhd ediblər.

    Qorxunc hadisə Kioto şəhərində baş verib.

    Məlumata görə, onlar – “Səndən pis qoxu gəlir! Paltaryuyan maşına gir!” – deyərək iş yoldaşlarını zorla maşına basıblar, sonra da paltaryuyanı işə salıblar. Bununla da həmkarlarına ciddi bədən xəsarətləri yetiriblər.

    Zərərçəkənin yaralarının sağalması üçün bir neçə həftə lazım olub. Ancaq o, tibbi yardım üçün müraciət etməyib. Ancaq əlilin müalicə həkimi onun bədənindəki qançırları görəndən sonra dərhal bu barədə polisə məlumat verib.

    İşçilər artıq saxlanılıblar. Onlar barəsində cinayət işi açılıb.

    Mənbə: Kp.ru