Month: July 2024

  • Pəncərəni silən qadın yıxılaraq öldü

    Bakı şəhərində qadın pəncərədən yıxılaraq ölüb.

    APA xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.

    Yaşadığı mənzilin pəncərəsini silən 1995-ci il təvəllüdlü İlhamə Vaqif qızı Hacıyeva yıxılıb. İ.Əliyeva xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Fakt araşdırılır.

  • İspaniya ilk yarımfinalçı olub

    Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.

     Ştutqartdakı “MHP Arena” stadionunda keçirilən qarşılaşmada ispanlar 2:1 hesablı qələbə qazanıb.

    Görüşdə hesabı 52-ci dəqiqədə ispanlardan Dani Olmo açıb. 89-cu dəqiqədə isə Florian Virts “status kvo”nu bərpa edib. Matçın əsas vaxtı heç-heçə ilə yekunlaşdığından qalib əlavə dəqiqələrdə müəyyənləşib. Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissənin sonuncu dəqiqəsində dubl edən Dani Olmo pireneyliləri yarımfinala daşıyıb.

    Qeyd edək ki, İspaniya millisinin yarımfinaldakı rəqibi Portuqaliya – Fransa cütünün qalibi olacaq.

  • Naxçıvanda iyun-iyul ayları ərzində iki erkən nikaha cəhdin qarşısı alınıb

    Naxçıvan Muxtar Respublikasında iyun-iyul aylarında iki erkən nikahın qarşısı alınıb.

    “Report”un yerli bürosunun məlumatına görə, erkən nikaha hər iki cəhd Şərur rayonunda olub.

    Rayonun Dərəkənd kəndində 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan sakinlə 2000-ci il təvəllüdlü kənd sakini arasında nişan mərasimindən sonra toy mərasiminin keçiriləcəyi gün təyin edilib.

    Digər cəhd isə Şərur rayonunun Maxta kəndində olub. Burada 2007-ci il təvəllüdlü kənd sakini ilə Sabirabad rayonu Bulduq kəndinin 23 yaşlı sakini arasında toy mərasiminin keçiriləcəyi ilə bağlı məlumat əldə edilib.

    Hər iki halda respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Şərur Rayon İcra Hakimiyyəti yanında yaradılmış Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və Şərur Rayon İcra Hakimiyyətində yaradılmış gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə məsələlər yerindəcə araşdırılıb, toy mərasimləri keçiriləcək ünvanlara baxış keçirilib və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.

    Beləliklə erkən nikahların qarşısı alınıb.

    Aidiyyatı qurumlar vətəndaşlardan bu cür hadisələrə qarşı diqqətli olmağı, belə hallarla rastlaşdıqda dərhal Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat vermələri xahiş olunub.

  • Azərbaycanda məktəblər rəqəmsal dərsliyə keçir?

    Hazırda dünyanın bir çox ölkəsində məktəblərdə rəqəmsal dərsliyə tam keçid edilib. Müxtəlif fənn kitablarının ağırlığından başqa, bu keçid şagirdlərin yeni rəqəmsal dünyaya uyğunlaşması və hazırlanması üçün bir addımdır.

    Bəs Azərbaycanda rəqəmsal dərsliyə tam keçid nə dərəcədə mümkündür?

    Rəqəmsal dərsliyə keçidlə bağlı Elm və təhsil nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, E-dərslik portalı 2014-cü ildən istifadədədir. https://www.e-derslik.edu.az/portal/. Müəllimlər üçün metodiki vəsaitlər artıq 2 ildir ki, yalnız rəqəmsal formatda hazırlanır (onların kağız versiyası çap edilmir).

    “Rəqəmsal dərslik texniki standartları Beynəlxalq Rəqəmsal Nəşriyyat Forumu (İDPF) tərəfindən müəyyənləşdirilən elektron dərslikdir. Həmin dərslikləri müxtəlif elektron məlumat daşıyıcılarının, smartfonların, tabletlərin, kompüterlərin yaddaşına köçürmək və ya birbaşa açaraq istifadə etmək mümkündür. Dərsliklər müasir veb brauzerlərdə açılan internet səhifələrində olduğu kimi multimedia, video, səs və interaktiv xarakterli proqramları özündə ehtiva edir. Həmin versiyalarda məlumatı açar söz əsasında axtarışa vermək, hissələri kəsmək, köçürmək və s. əməliyyatları həyata keçirmək mümkündür. Bu dərsliklərin məzmunu kağız dərsliklərlə eynidir. Bütün təhsil müəssisələri rəqəmsal dərsliklər barədə məlumatlıdır. Müəllimlər və şagirdlər dərsliklərdən onlayn və ya oflayn istifadə edir”, – deyə qeyd edilib.

    Median.Az bildirir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, elektron dərsliklər sırf kağız formatında olan dərsliyin elektron formaya çevrilməsi ilə məhdudlaşmamalıdır. Orada əlavə resurlarla dəstəklənməlidir.

    “Azərbaycanda pandemiya dövründə məcburən dərsliklər sistemi formalaşdırıldı. Kağız formatında dərsliklər onlayn formata çevrildi. Buarda təbii ki, kağız dərsliklərin çağı müəyyən qədər ekoloji problem yaradır. Amma bütün dərsliklərin rəqəmsal olması uyğun olmaya bilər. Qərbdə bir çox məktəblərdə dərs sinifdə öyrənilir, yəni ev tapşırığı olmur. Onlayn resurslar da bu nöqtədə onların işinə yarıyır. Rəqəmsal dərslikdə müxtəlif izahlar, interaktiv metodlar yer almalıdır. Tədricən müəyyən dərslər elektron formata çevrilə bilər”, – deyə o bildirib.

  • Kart məlumatlarının təhlükəsizliyini qorumaq üçün nələr edilməlidir?

    Kart məlumatlarının təhlükəsizliyini qorumaq üçün nələr etməliyik?

    Median.Az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Qeyd olunan addımları izləyərək fərdi məlumatlarınızın təhlükəsizliyini qoruya bilərsiniz.

    1) Kart məlumatlarınızı brauzerlərin və veb-saytların yaddaşında saxlamayın;

    2) Bank tətbiqlərinin təklif etdiyi təhlükəsizlik funksiyalarından yararlanın;

    3) Kartınızla üzv olduğunuz aylıq abunəlikləri nəzərdən keçirin, istifadə etmədiklərinizi deaktiv edin;

    4) Şübhəli keçidlər vasitəsilə kart məlumatlarınızı qarşı tərəfə ötürməyin.

  • Sürücülük vəsiqəsi neçə günə dəyişdirilir? – CAVAB

    Median.Az Lent.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzu sürücülük vəsiqəsi ilə bağlıdır.

    Maraqlıdır, görəsən, sürücülük vəsiqəsi neçə günə dəyişdirilir?

    Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız 30 dəqiqə ərzində həyata keçirilir.

  • Azərbaycanda halal turizm xidmətləri nə yerdədir? – VİDEO

    Azərbaycanda halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlanır.

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hazırlanmaqda olan dövlət standartı islam qaydalarına cavab verəcək.

    Rəsmi statistik məlumatlara əsasən, hər il Azərbaycana ərəb ölkələrindən 300 minə yaxın turist axın edir. Nəzərdə tutulan standart isə turizm sektorunu müsəlman ölkələrindən gələn, eyni zamanda yerli turistlər üçün daha cəlbedici etmək, həmçinin turizm xidmətlərini bu standartların tələblərinə uyğunlaşdırmaq və müsəlman turistlərin artan tələblərini qarşılamaq məqsədilə hazırlanır.

    Hazırlanacaq standartda isə müsəlman turistlərin istirahəti üçün halal qida, halal kosmetika, eyni zamanda halal dərman vasitələri barədə tələblər qoyulub. Bununla yanaşı, həmin turistlər üçün bir sıra yeni xidmətlər də göstəriləcək.

    Ekspertlər isə bildirirlər ki, bir çox ölkələrdə mövcud olan halal turizm standartının Azərbaycanda da tətbiq edilməsi turizm sektorununun, eyni zamanda göstərilən xidmətlərin bir neçə istiqamətdə yaxşılaşmasına səbəb olacaq.

    Qeyd edək ki, halal turizm standartının bu ildən həyata keçirilməsi nəzərdə tutulur.

    Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

  • Məşhur qrup dağıldı

    Türkiyənin məşhur “KÖFN” qrupu dağılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qrup üzvləri Salman Tin və Bilge Kaan Etil karyeralarını ayrıca davam etdirmək qərarına gəliblər. Qeyd olunub ki, buna səbəb Etilin bir müddət xaricdə yaşamaq qərarına gəlməsidir.

    Qrupun birlikdə yeni layihələr hazırlamayacağı, yalnız birgə konsertlər verəcəyi bildirilib.

    Qeyd edək ki, onların instaqramda bir-birini izləmədən çıxarmasından sonra qrupun dağılması ilə bağlı şayiələr yayılmışdı.

    Onu da xatırladaq ki, 2018-ci ildə yaradılan qrup “Bi tek ben anlarım” mahnısı ilə məşhurlaşıb.

  • Maşını vedrə ilə yumağın ZƏRƏRİ

    Azərbaycanda maşın yumaq üçün yerlər bol olsa da, bu gün maşını əllə yuyanlar da az deyil.

    Ucuz və əlçatan olduğu üçün bu yola baş vuranlar az deyil. Amma belə yumanın avtomobil boyasını zədələməsini çoxları bilmir.

    Məsələ bundadır ki, maşın yumaq üçün istifadə edilən süngər və ya əski kuzovdakı toz və qum dənələrini özündə toplayıb abraziv materiala çevrilir. Dəfələrlə yuyulma zamanı lak örtüyündə mikrocızıqlar əmələ gəlir, boya solur. Köhnə avtomobildə bu çox da hiss edilməsə də, təzə avtomobildə bu proses özünü tez büruzə verir.

    Ekspertlərin fikrincə, maşını yumaq üçün ən təhlükəsiz üzul kontaktsız yumadır. Lakin burada da ifratçılıq olmaz. Avtomobilə su çox yaxından püskürdülməməlidir. Su özü də filtrdən keçirildikdən sonra istifadə edilməlidir.

    Avtomobilyuma məntəqələrində əksər hallarda belə səhvə yol verilir: maşın gələn kimi quru kuzova qələvi tərkibli köpük yaxılır, bir neçə dəqiqə gözlənir və sonra yuyulur. Halbuki, avtomobil əvvəlcə isladılmalı, sonra köpüklə örtülməlidir.
    //avtosfer.az

  • Gəncə şəhərində daha bir qanunsuz tikintinin qarşısı alınıb

    Gəncədə qanunsuz tikintilərin qarşısının alınması istiqamətində aparılan monitorinqlər davam edir.

    İcra Hakimiyyətindən verilən xəbərə görə, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, DYNX-nın Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin, o cümlədən Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən monitorinq zamanı daha bir qanunsuz tikinti aşkarlanıb.

    Belə ki, şəhərin F. Həsənov küçəsi ilə Ə.Nəzmi küçəsinin kəsişməsində aparılan tikinti işləri dərhal dayandırılaraq söküntüsü təmin edilib.

    Qeyd edilib ki, bu kimi tədbirlər şəhər ərazisində mütəmadi olaraq keçiriləcəkdir.