Month: July 2024

  • Aleksey Navalnının həyat yoldaşı axtarışa verilib

    Yuliya Navalnaya federal axtarışa verilib.

    APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Potok” teleqram kanalı məlumat yayıb.

    Bildirilib ki, Yuliya Navalnaya ekstremist cəmiyyətdə iştirakda ittiham olunur. Bundan əlavə onun 75.5 milyon rubl dəyərində məbləğin leqallaşdırılmasında iştirakı araşdırılır.

    Qeyd edək ki, Yuliya Navalnaya Korrupsiyaya qarşı mübarizə Fondunun yaradıcısı, müxalif siyasətçi, bu ilin fevralın 16-da həbsxanada vəfat edən Aleksey Navalnının həyat yoldaşıdır.

  • Yayda bu qidaları yemək ölümcül ola bilər

    “Yay ishalı” və ya “turist ishalı” adlandırılan xəstəlik ölümcül ola bilər.

    Median.Az türk mediasına istinadən bildirir ki, bu barədə professor Alper Şener danışıb. Onun sözlərinə görə, xəstəliyə yayda daha çox rast gəlinir:
    “Tətillərdə müxtəlif qidalar qəbul etdikdə, heç bir xəstəlik olmasa da, bağırsaqlarda dəyişiklik baş verə bilər. Bəzi hallarda ishalı salmonella və shigella kimi bağırsaq patogenləri ilə qarışdırırlar. Onları fərqləndirmək lazımdır. Çünki zəhərlənmə zamanı mütləq antibiotik qəbul edilməlidir.

    Çimərliklərdə satılan hazır yeməklər təhlükəli ola bilər. Bu cür qidalar isti havada qalıb xarab olur və ürəkbulanma, qusma, ishal kimi əlamətlərə səbəb olur. Ona görədə, bu cür qidaları almaqdansa, özünüz bişirdiyiniz yeməkləri istifadə edin. Bu cür məhsulların qəbul edilməsi yay ishalına səbəb olur ki, bu da 65 yaşdan yuxarı və 5 yaşa qədər olan uşaqlar üçün ölümcül ola bilər”.
    //metbuat.az

  • “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsindən azad olunub

    “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsindən azad olunub.

    Bununla bağlı müvafiq əmr imzalanıb.

    Əmrə əsasən, Naxçıvan Muxtar Respublikası “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru Bağırov Səxavət Abbas oğlu vəzifəsindən azad edilib.

    Bu vəzifəni yerinə yetirmək muvəqqəti olaraq Sevinc Rzayevaya həvalə edilib.

  • Dənizdə “sudurqa” tutsa nə etmək lazımdır? – VİDEO

    41 nəfər suda boğulub öləcəkdi, son anda xilas olundular – “Süni nəfəs verilməlidir”

    Median.Az APA TV-nin videosunu təqdim edir:

  • Təhlükə: ChatGPT-nin bu versiyası dialoqları özündə saxlayır

    OpenAI şirkəti bir neçə müddət bundan öncə ChatGPT tətbiqinin macOS versiyasını istifadəyə verdi.

    Lakin bəzi istifadəçilər sözügedən tətbiqdə konfidensiallıqla bağlı narahatlıq duyduqlarını açıqlayıblar. Məsələ burasındadır ki, ChatGPT tətbiqinin macOS versiyası istifadəçi ilə çat-bot arasındakı bütün dialoqları öz sistemində adi mətn şəklində saxlayır. Bu isə öz növbəsində istifadəçilərin konfidensial məlumatlarının ortaya çıxması riskini artırır. Məlumatda qeyd edilib ki, tətbiq macOS-in standart sandbox təhlükəsizlik sistemindən istifadə etmir. Qeyd etmək lazımdır ki, sözügedən təhlükəsizlik sistemi tətbiqləri və onların məlumatlarını izolyasiya edilmiş mühitdə işə salır.

    Nəticədə xüsusi icazənin təqdim edilmədiyi halda tətbiqlər sistemin digər hissələrinə keçid edə bilmirlər. Bununla yanaşı sandbox təhlükəsizlik sistemi izolyasiya edilmiş mühitdə işə salınmış tətbiq daxilində məlumatların qorunmasını təmin edir. MacOS üçün nəzərdə tutulmuş ChatGPT tətbiqinin ayarlar ilə bağlı fayllarının və tətbiq keşinin analizi zamanı məlum olub ki, çat-bot ilə olan dialoqlar adi mətn şəklində saxlanılır. Bu isə onların əldə edilməsi riskini yüksəldir. Bu fayllar Mac kompüterindən istifadə edə biləcək istənilən şəxs üçün açıqdır. Həmin faylları həmçinin digər tətbiqlər və ya zərərli proqram təminatları da əldə edə bilərlər. OpenAI bu mövzu ilə bağlı hələ fikir bildirməyib.
    //lent.az

  • Yasamalda qadına qarşı DƏLƏDUZLUQ – 8 min manatını…

    Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən qadın bir nəfərin onu aldadaraq hesabına 8000 manat ödətdirməsini bildirib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən tədbirlərlə polis əməkdaşları dələduzluqda şübhəli bilinən Camal Gülməmmədovu müəyyən edərək saxlayıblar.

    Araşdırma aparılır.

  • Nazirlikdən XƏBƏRDARLIQ: Sabah hava bu insanlara pis təsir edəcək

    Tibbi-meteoroloji proqnozİyulun 5-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və isti temperatur diskomfortu gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

  • Pendiri uzun müddət saxlamağın asan yollarından biri

    Pendiri uzun müddət saxlamağın əsas yolu qidanın nəfəs almasına icazə verməkdir.

    Pendiri məsaməli bir qaba yığmaq lazımdır. Perqament kağızı bu iş üçün idealdır.

    Sıx plastik qablaşdırmadan uzaq durun. Pendirə kifayət qədər oksigenlə təmin olunmasa, o tez quruyacaq. Nəticədə tez xarab olacaq.
    //lent.az

  • Qazax müğənni təyyarədə asayişi pozduğuna görə həbs edildi

    Qazaxıstanlı müğənni Kayrat Nurtas təyyarədə asayişi pozduğuna görə 15 sutka həbs edilib.

    Qaynarinfo bu barədə “Orda”ya isinadən xəbər verir.

    Müğənniyə qarşı Almatı-Astana reysi ilə uçan təyyarənin göyərtəsində xırda xuliqanlıq və qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddələri ilə iş açılıb. Məhkəmədə Nurtas israrla zərərçəkmiş olduğunu bildirib.

    “Mən dava salmamışam, qurban olmuşam. Əvvəlcə məni vurdular, sonra döyməyə başladım”, deyə müğənni bildirib.

    Kayrat Nurtas ötən gün Çimkənddə saxlanılıb. Bu günlərdə müğənnini restoran sahibi də məhkəməyə verib və ifaçını baş tutmayan tamaşaya görə avans almaqda ittiham edib. O, məhkəməni uduzub. Nurtas səhnədə nalayiq hərəkətlərə və yol hərəkəti qaydalarını pozduğuna görə də cərimə ödəyib.