Month: July 2024

  • Azərbaycanda milyonlarla dəyəri olan iki şirkət birləşdi

    “Caspian Coast Vinery And Vineyards-2” şirkəti ilə “Merit Brand” şirkəti birləşib.

    İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı razılıq əldə olunub.

    Belə ki, “Caspian Coast Vinery And Vineyards-2″nin fəaliyyətinə xitam verilib və şirkət “Merit Brand”a qoşularaq ləğv olunduğunu elan edib.

    “Merit Brand” isə qoşulması nəticəsində yenidən təşkil ediləcək.

    Qeyd edək ki, “Caspian Coast Vinery And Vineyards-2” şirkəti 2022-ci ildə dövlət qeydiyyatına alınıb. 3 810 550 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Mollayev Fuad Rayib oğludur. “Merit Brand” isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb. 3 810 560 manat nizamnamə kapitalına malik olan bur şirkətin isə qanuni təmsilçisi Boris Polosuxin Nikolayeviçdir.

  • Qarabağ Universiteti belə olacaq (FOTOLAR)

    Qarabağ Universitetin gələcəkdə necə görünəcəyi ilə bağlı görüntülər yayılıb.

    Görüntüləri elm və təhsil naziri Emin Əmrullayev paylaşıb.

    Həmin fotoları təqdim edirik:




  • Hüseyn bütün əmlakını itirmək üzrədir

    Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun vergi idarəsi ilə qalmaqalı bitmək bilmir.

    Rus mediası bununla bağlı daha bir məlumat yayıb. Yazıda qeyd edilib ki, Hüseyn bütün gəlir mənbələrini və əmlakını itirmək üzərədir.

    “Hər şey bu ilin mayında, vergi orqanları onun 40 faiz paya sahib olduğu “Banda Foods” şirkətinin hesablarını blokladıqdan sonra başlayıb. Buna səbəb 153 milyon rubl borc olub. Lakin Həsənov sosial şəbəkələrdə borcunu ödədiyini deyib” deyə, məqalədə yazılıb.

    Bununla belə, “Komsomolskaya pravda” nəşrinin məlumatına görə, şirkətin hesabları hələ də bloklanıb.

    Üstəlik, vergi orqanları “Banda Foods” şirkətini ləğv edir. Hüseynin konsaltinq və informasiya xidmətləri göstərən “Banda” şirkətinin təsisçilərindən ayrıldığı da məlum olub. Vergi orqanları Həsənovdan əmlakı, yəni ilkin dəyəri 7 000 000 rubl olan “Chevrolet Tahoe” avtomobili, ilkin dəyəri 35 000 000 rubl olan “Rolls-Royce” avtomobili və Moskva şəhərində 123,8 kv.m sahəsi olan binalarını geri almaq istəyirlər. Evlərin ilkin dəyəri 70 000 000 rubldur. //Axşam.az

  • Дэвид Лэмми стал новым главой МИД Великобритании

    Премьер-министр Великобритании Кир Стармер назначил Дэвида Лэмми на пост главы МИД в новом лейбористском правительстве.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом говорится в заявлении канцелярии на Даунинг-стрит, 10.

    “Король был рад утвердить следующие назначения: достопочтенный Дэвид Лэмми в качестве министра иностранных дел”, – говорится в сообщении.

    Д.Лэмми попал в команду Стармера в 2020 году сразу после избрания того лидером Лейбористской партии.

  • Devid Lemmi Britaniyanın yeni xarici işlər naziri təyin edilib

    Böyük Britaniyanın Baş naziri Kir Starmer Devid Lemmini yeni xarici işlər naziri təyin edib.

    Median.Az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

  • Президенты Азербайджана, Узбекистана и Кыргызстана посетили I жилой комплекс в Шуше и мечеть Ашагы Говхар Ага

    5 июля президент Азербайджана Ильхам Алиев и находящиеся с визитом в нашей стране президент Узбекистана Шавкат Мирзиёев и президент Кыргызстана Садыр Жапаров посетили первый жилой комплекс в Шуше и мечеть Ашагы Говхар Ага, прогулялись по Шуше.

    Об этом сообщает пресс-служба президента Азербайджана.

  • Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər

    Azərbaycan Prezidenti İlham Əliyev, ölkədə səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, Şuşa şəhərini gəziblər.

    Məlumatı Prezdentin Mətbuat Xidməti yayıb.

  • Naftalanda kişi nərdivandan yıxılaraq ölüb

    Naftalanda 61 yaşlı kişi binanın nərdivanından yıxılaraq ölüb.

    Hadisə şəhərin İ.Həsənzadə küçəsində qeydə alınıb.

    Naftalan şəhər sakini, 1963-cü il təvəllüdlü Nazir İsmayılovun bədbəxt hadisə nəticəsində ölüm faktı ilə bağlı araşdırma aparılır.

  • В Турции обстреляны люди, тушившие подожженный фаэтон, есть погибший

    В городе Измире в Турции открыта стрельба по людям, вышедшим на улицу, чтобы потушить горящий фаэтон.

    Как сообщает Median.Az со ссылкой на турецкие СМИ, инцидент произошел в районе Каршыкая.

    Отмечается, что фаэтон был подожжен людьми, у которых возник спор с его владельцем. Затем по людям, вышедшим из домов, чтобы потушить пожар, был открыт огонь из огнестрельного оружия. В результате один человек погиб, пятеро получили ранения.

    В связи с инцидентом задержаны четверо подозреваемых.

  • Türkiyədə yandırılan faytonu söndürmək istəyənlərə atəş açılıb, ölən və yaralananlar var

    Türkiyənin İzmir şəhərində yandırıldığı ehtimal edilən faytonu söndürmək üçün küçəyə çıxanlara atəş açılıb.

    Median.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Karşıkaya rayonunda baş verib.

    Qeyd olunub ki, faytonu sahibi ilə aralarında mübahisə olan şəxslər yandırıb. Ardınca yanğının söndürülməsi üçün evdən çölə çıxanlara odlu silahdan atəş açılıb. Nəticədə bir nəfər ölüb, 5 nəfər yaralanıb.

    Hadisə ilə bağlı 4 şübhəli saxlanılıb.
    //report