Month: July 2024

  • Qəza törədən sərhəd xidmətinin xanım əməkdaşı barmaq göstərib qaçdı – VİDEO

    Bakıda qəza törədən xanım sürücü hadisə yerindən yayınıb.

    Bu barədə Avtosfer.az-a məlumat verən zərərçəkmiş sürücü başına gələn hadisənin görüntülərini videoya çəkib.

    Belə ki, 99-RL-370 qeydiyyat nişanlı VAZ markalı avtomobilin sürücüsü 77-GH-786 qeydiyyat nişanlı KIA markalı avtomobili arxadan vurub. Lakin xanım sürücü qəza törətmədiyini iddia edərək hadisə yerindən yayınmağa çalışıb.

    Zərərçəkən sürücü onun videosunu qeydə alan zaman, xanım sürücü nalayiq hərəkətlər edərək oradan uzaqlaşıb.

    Qeyd edək ki, qəzaya səbəb olan xanım sürücünün Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu bildirilir.

    Sözügedən videonu təqdim edirik:

  • По маршруту Баку – Агстафа – Баку назначены дополнительные рейсы

    ЗАО “Азербайджанские железные дороги” (АЖД) в связи с растущим пассажирским спросом назначило дополнительные рейсы по маршруту Баку – Агстафа – Баку на 31 июля и 1 августа.

    Об этом сообщает Median.Az со ссылкой на АЖД.

    Согласно традиционному графику, поезда Баку – Агстафа – Баку ежедневно курсируют в утренние и вечерние часы в обоих направлениях.

    Билеты можно приобрести в кассах железнодорожных вокзалов, на официальном сайте или онлайн через приложение ADY Mobile.

  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

    “Azərbaycan Dəmir Yolları” (ADY) QSC sərnişin tələbatını təmin etmək məqsədilə iyulun 31-də və avqustun 1-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

    Bu barədə ADY məlumat yayıb.

    Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür.

    Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

  • Президент назначил ректора Азербайджанского технического университета

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о назначении Вилаята Мамед оглу Велиева ректором Азербайджанского технического университета.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • Azərbaycan Texniki Universitetinə rektor təyin edilib

    Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib.

    AZƏRTAC-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

  • “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edildi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

    President.az-ın xəbərinə görə, əsasnaməyə aşağıdakı dəyişikliklər edilir:

    “1. 3.1.4-cü, 3.1.24-cü, 3.1.38-3.1.40-cı, 3.1.43-3.1.45-ci, 3.1.51-ci, 3.1.53-cü, 3.1.54-cü və 3.1.57-ci yarımbəndlərdən “tabeliyindəki qurum vasitəsilə” sözləri çıxarılsın.

    2._3.1.42-ci, 3.1.48-ci, 3.1.49-cu, 3.1.52-ci və 3.1.55-ci yarımbəndlərdən “strukturuna daxil olan qurum vasitəsilə” sözləri çıxarılsın”.

    Qeyd edək ki, dəyişikliklərin edildiyi 3-cü maddə agentliyin vəzifələrini ehtiva edir.

  • Yasamalda 87 yaşlı qadına qarşı soyğunçuluq edilib

    Yasamalda 87 yaşlı qadına qarşı soyğunçuluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, polisə müraciət edən 87 yaşlı qadın iyulun 26-da günorta saatlarında Yasamal rayonu ərazisində yaşadığı evin yaxınlığında bir nəfərin ona zor tətbiq edərək içərisində 65 manat pulu və mobil telefonu olan çantasını taladığını bildirib.

    Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 33 yaşlı Səməd Məmmədov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ильхам Алиев поздравил Николаса Мадуро

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо президенту Боливарианской Республики Венесуэла Николасу Мадуро Моросу.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент,

    Сердечно поздравляю Вас с переизбранием на пост Президента Боливарианской Республики Венесуэла.

    Динамичное развитие азербайджано-венесуэльских отношений вызывает удовлетворение. Верю, что мы и впредь будем прилагать совместные усилия для успешного продолжения дружественных связей между нашими странами в интересах наших народов, взаимовыгодного сотрудничества как в двустороннем, так и в многостороннем порядке.

    Еще раз передаю Вам поздравления и наилучшие пожелания, желаю успехов в Вашей ответственной деятельности на благо дружественного народа Венесуэлы”.

  • Prezident İlham Əliyev Nikolas Maduronu təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Morosa təbrik məktubu ünvanlayıb.

    President.az-ın xəbərinə görə, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Venesuela Bolivar Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

    Azərbaycan-Venesuela münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrinin, həm ikitərəfli, həm də çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

    Bir daha Sizə təbriklərimi və ən xoş arzularımı çatdırır, dost Venesuela xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

  • Qadını fotolarla şantaj etməkdə şübhəli bilinən şəxs saxlanılıb

    İyulun 28-də bir qadının şəkillərinin sosial şəbəkədə paylaşılaraq nalayiq ifadələr yazılması və silinməsi müqabilində ondan pul tələb edilməsi barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Xətai Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən A.Ağayev müəyyən olunaraq saxlanılıb.

    Xətai RPİ-də araşdırma aparılır.