Month: July 2024

  • Париж-2024: Азербайджанский дзюдоист завоевал золото, одолев французского спортсмена

    Азербайджанский дзюдоист Хидаят Гейдаров завоевал золото летних Олимпийских игр в Париже.

    Как сообщает сотрудник Report из Парижа, спортсмен в весовой категории 73 кг завоевал золотую медаль Олимпиады, победив в финале француза Джона Бенджамина Габана.

    ***

    Азербайджанский дзюдоист Хидаят Гейдаров в полуфинальном поединке на летних Олимпийских играх в Париже одолел своего соперника Акила Гякова из Косово.

    Как сообщает сотрудник Report из Парижа, победив в полуфинале, Х.Гейдаров вышел в финал соревнования.

    ***

    Азербайджанский дзюдоист Хидаят Гейдаров вступил в борьбу в 1/4 финала на летних Олимпийских играх в Париже.

    Как сообщает сотрудник Report из Парижа, спортсмен в весовой категории 73 кг встретился с канадцем Артуром Маргелидоном.

    Одержав победу над соперником, Гейдаров вышел в полуфинал.

    ***

    Хидаят Гейдаров (73 кг) вышел в финал соревнований по дзюдо на Олимпиаде в Париже.

    В полуфинале он встречался с Акилом Гяковым (Косово).

    Основное время поединка не принесло баллов, а в дополнительное – Хидаят победил своим фирменным броском.

    В финале азербайджанский дзюдоист встретится с французом Жоаном-Бенджамином Габа.

  • Paris-2024: Hidayət Heydərov fransa idmançısına qalib gələrək olimpiya çempionu olub – YENİLƏNİB – 3

    Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

    “Report”un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

    Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub.

    Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.

    ***

    Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

    “Report”un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı kosovolu Akil Qyakova ilə qarşılaşıb.

    Rəqibinə qalib gələn H.Heydərov finala vəsiqə qazanıb.

    O, həlledici mərhələdə fransalı Con Benjamin Qaba ilə üz-üzə gələcək.

    ***

    Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

    73 kq çəki dərəcəsində yer alan idmançı Kosovolu Akil Qyakova ilə qarşılaşıb.

    Rəqibinə qalib gələn H.Heydərov həlledici mərhələyə vəsiqə qazanıb.

    O, həlledici mərhələdə fransalı Con Benjamin Qaba ilə üz-üzə gələcək.


  • Ağadadaş Ağayev xalqdan üzr istədi – VİDEO

    Xalq artisti Ağadadaş Ağayev xalqdan üzr istəyib.

    Median.Az xəbər verir ki, Xalq artistinin müraciəti onun yutub kanalında yayımlanıb.

    A.Ağayev baş vermiş hadisə ilə bağlı xalqdan üzr istəyib və hadisənin təfərrüatı barədə geniş məlumat verib.

  • Gəncədə evdən meyit tapılıb

    Gəncədə evdən meyit tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, FHN-in “112” qaynar xəttinə bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Mormon kilsəsi Azərbaycanda qeydiyyata alınıb

    Azərbaycanda yeni kilsə qeydiyyata alınıb.

    Bu barədə APA-nın sorğusuna cavab olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Qeyd edilbi ki, Azərbaycanda İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi (Mormon kilsəsi) dini icması Komitədə rəsmi dövlət qeydiyyatına alınıb.

  • Сотрудница погранслужбы показала средний палец и скрылась с места аварии – НАЧАТО РАССЛЕДОВАНИЕ

    Утверждается, что женщина-водитель, спровоцировавшая аварию в Баку и скрывшаяся с места происшествия, является сотрудницей Государственной пограничной службы (ГПС).

    В ответ на запрос в Управлении Государственной дорожной полиции города Баку сообщили, что в связи с распространившимися кадрами в структуре ведется расследование.

  • DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı AÇIQLAMA

    Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı DSX-də araşdırma aparılıb.

    Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən üç nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stress vəziyyətində cavab verib:

    “Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir”.

  • Fransa aviaşirkətləri Livana uçuşları dayandırıb

    Fransanın “Air France” və “Transavia” aviaşirkətləri İsrailin Livanın “Hizbullah” hərəkatına qarşı mümkün əməliyyatı ilə əlaqədar təhlükəsizlik təhdidləri ilə bağlı narahatlıqlar fonunda Livana uçuşları dayandıracaq.

    Bu barədə “BFMTV” telekanalı məlumat yayıb.

    “”Air France” aviaşirkəti uçuş təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək üçün xidmət etdiyi ərazilərdə geosiyasi vəziyyətin inkişafını daim izləyir”, – aviaşirkətin mətbuat xidmətindən bildirilib.

    Uçuşların dayandırılması iyulun 29 və 30-na planlaşdırılan reyslərə təsir edəcək. Eyni zamanda, Almaniyanın “Lufthansa Group” aviadaşıyıcısı Livanın paytaxtı Beyruta uçuşlara qoyulan qadağanın avqustun 5-dək uzadıldığını açıqlayıb. Daha əvvəl Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Həbib bildirmişdi ki, bir sıra xarici aviaşirkətlər İsrailin Livana hücumundan ehtiyatlandıqları üçün Beyruta uçuşları dayandırıb.

  • Keylor Navasın yeni komandası bəlli olub

    PSJ klubundan sərbəst agent kimi ayrılan Keylor Navasın yeni komandası açıqlanıb.

    Median.Az idman jurnalisti Fabrizio Romanonun şəxsi “Instagram” hesabından etdiyi paylaşıma istinadla xəbər verir ki, İtaliyanın “Monza” klubu Keylor Navasla müqavilə imzalayıb.

    Təcrübəli qolkiperlə 2 illik müqavilə imzalanıb.

    Qeyd edək ki, Keylor Navas karyerası ərzində “Levante”, “Real Madrid” və PSJ klublarının şərəfini qoruyub.

  • Rza Xudiyev vəzifədən azad edildi

    Fövqəladə Hallar Nazirliyində (FHN) növbəti kadr dəyişikliyi baş tutub.

    Median.Az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

    Qeyd edək ki, Rza Xudiyev FHN-in məşhur polkovniklərindən biridir və 47 il Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb. Onun babası və atası da məşhur yanğınsöndürənlərdən olub.