Month: July 2024

  • Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

    Azərbaycanın bəzi bölgələrində iyulun 30-31-də, avqustun 1-də qısa müddətə küləkli hava şəraiti gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

    Bildirilib ki, bununla bağlı xidmət tərəfindən sarı xəbərdarlıq verilib.

    “Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan MR, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Altıağac, Qobustan, Gəncə, Goranboy, Samuxda şərq küləyinin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək”, – deyə məlumatda qeyd olunub.

  • 50 manata görə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsə 15 il 6 ay həbs cəzası verilib

    Bakının Qaradağ rayonunda 50 manata görə tanışını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Rauf Salayevə hökm oxunub.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Rauf Salayev 15 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 18 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, hadisə ötən ilin iyulunda paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

    Belə ki, Rauf Salayev Qoşqar Qarazadəyə çatdırmaq üçün onun plastik kart hesabına göndərilmiş 50 manat məbləğində pulu xərcləyib.

    O, Lökbatan yolunda yerləşən “Cənub Qapısı” Yaşayış Kompleksinin həyətindəki bərbərxananın qarşısında Qoşqarla rastlaşarkən, Qoşqar həmin pulu qaytarmasını tələb edib və aralarında mübahisə yaranıb. Bu zaman təqsirləndirilən şəxs Qoşqar Qarazadənin ünvanına nalayiq ifadələr işlədərək onu yerə yıxıb, ona qarşı qərəzli xuliqanlıq hərəkətləri edib.

    Təsadüfən həyətdə olan Ömər Hudulov müdaxilə edərək mübahisəni sakitləşdirməyə cəhd edib.

    Belə olan halda Ömər mübahisəyə aydınlıq gətirmək üçün saat 00:00-da zəng vuraraq qardaşı Həsən Hudulovu çağırıb və Həsən həyətdəki supermarketin arxa giriş qapısının yaxınlığına gələrək Rauf Salayevə hücum çəkib. Bu məqamda Rauf Həsən Hudulovun şalvarının bel hissəsinə qoyduğu bıçağı görüb, cǝld sağ əli ilə həmin bıçağı götürüb və Həsənin ürəyindən vuraraq öldürüb.

    Rauf Salayevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

  • Создана специальная комиссия по решению проблемы домов без документов

    В Азербайджане дома без соответствующих документов, безусловно, являются одной из наиболее актуальных и волнующих все общество проблемой.

    Об этом сообщила в пресс-релизе председатель правления юридического лица публичного права “Государственный кадастр и реестр недвижимости” Нигяр Алимова.

    По ее словам, решение этого вопроса требует скоординированных действий многих государственных органов.

    “В настоящее время в нашем плане мероприятий есть положения, связанные с этим. Именно по инициативе Министерства экономики создана специальная комиссия с участием государственных органов, которые будут вовлечены в регулирование этой деятельности – Государственный комитет по градостроительству и архитектуре, МЧС, Министерство юстиции, местные органы исполнительной власти и т.д.”, – отметила Н.Алимова.

    Основная цель работы комиссии – подготовка нормативно-правовых актов, направленных на решение проблем в этой сфере, и представление их по назначению, добавила она. По словам Н.Алимовой, уже начались предварительные обсуждения проекта.

  • Sənədsiz evlərlə bağlı xüsusi komissiya yaradılıb

    “Sənədsiz evlər, təbii ki, ölkədə hamını maraqlandıran və köklü həllini gözləyən önəmli məsələlərdən biridir”.

    Bunu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Nigar Alimova mətbuata açıqlamasında deyib.

    O qeyd edib ki, bu problem bir çox dövlət orqanlarının əlaqələndirici fəaliyyətinin həyata keçirilməsini nəzərdə tuturdu:

    “Bu gün tədbirlər planımızda da bununla bağlı müddəalar var. Bu məqsədlə, məhz İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə bu fəaliyyəti tənzimləməyə cəlb olunacaq dövlət orqanlarının iştirakı ilə – Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və s. – xüsusi komissiya yaradılıb.

    Komissiyanın fəaliyyətinin əsas məqsədi bu sahədə olan problemlərin həllinə yönəlmiş normativ-hüquqi aktların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsidir. Artıq ilkin olaraq layihə üzərində müzakirələr başlayıb”.
    //oxu.az

  • Главный тренер по ММА и его подопечные вышли на свободу

    Главный тренер по смешанным единоборствам Федерации грэпплинга и ММА Руслан Эфендиев и его подопечные – Хазар Рустамов и Руфат Асадов, приговоренные к 6 месяцам лишения свободы за хулиганство, сегодня вышли на свободу.

    Как сообщает Qafqazinfo, назначенный спортсменам срок отбывания наказания завершился, они были освобождены из следственного изолятора. Вугар Керемов, арестованный вместе со спортсменами, выйдет на свободу через шесть дней.

    Отметим, что инцидент произошел в торговом центре в Сабаильском районе Баку в ноябре прошлого года. Во время сбора спортсменов в связи с турниром, организованным Федерацией боевых искусств Rizin в столице, возникла потасовка. В ходе последовавшей за нею драки был избит спортсмен Гасан Азизов. Помимо Руслана Эфендиева, Хазара Рустамова, Вугара Керемова и Руфата Асадова, виновным был признан и Тофиг Мусаев, которому было назначено наказание в виде штрафа.

  • Əfəndiyevlə tələbələri azadlığa çıxdılar

    MMA və Qrapplinq Federasiyasının xuliqanlığa görə 6 ay azadlıqdan məhrum edilmiş qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov və Rüfət Əsədov həbsdən azad ediliblər.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, idmançılara təyin edilmiş 6 aylıq həbs cəzası bu gün başa çatıb, onlar istintaq təcridxanasından azadlığa buraxılıblar. İdmançılarla birgə həbs edilmiş Vüqar Kərəmov isə 6 gün sonra azadlığa buraxılacaq.

    Qeyd edək ki, hadisə ötən ilin noyabrında Səbail rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində baş verib. İttihama görə, idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.

    Hadisəyə görə Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədovla birgə Tofiq Musayev də təqsirli bilinib. Ona cərimə cəzası verilib.

  • Завтра в населенных пунктах Имишлинского и Саатлинского районов не будет газа

    30 июля будет прекращено газоснабжение части Имишлинского и Саатлинского районов.

    Как сообщает Report, в связи с проведением ремонтных работ на газопроводе PE-315 мм, питаемого от измерительного узла “Имишли 1”, планируется приостановка газоснабжения с 09:00 и до их завершения в районном центре Имишли, 20 селах, 2 поселках (17 969 абонентов), а также в одном селе Саатлинского района (224 абонента).

  • Sabah İmişli və Saatlının ümumilikdə 24 yaşayış məntəqəsində qaz kəsiləcək

    İmişli və Saatlı rayonlarının bir hissəsində iyulun 30-da qazın verilişi dayandırılacaq.

    “Report”un Muğan bürosunun məlumatına görə, “İmişli 1” ölçü qovşağından qidalanan PE-315 mm-lik daşıyıcı qaz kəmərində kipliyin sınağı məqsədilə əlaqədar olaraq, iyulun 30-u saat 09:00-dan etibarən, işlər yekunlaşana qədər İmişlinin rayon mərkəzi, 20 kənd, 2 qəsəbəsində (17 969 abonent), həmçinin, Saatlı rayonunun bir kəndində (224 abonent) “İmişli 1” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

  • Уровень воды в реках повысится – ПРЕДУПРЕЖДЕНИЕ

    30-31 июля, а также 1 августа в горных и предгорных районах ожидаются кратковременные дожди.

    Об этом Median.Az сообщает со ссылкой на Национальную службу гидрометеорологии.

    На отдельных территориях (Карабах и Восточный Зангезур, Балакен-Шеки, Губа-Гусар) ожидаются интенсивные дожди, грозы, возможен град.

    Есть вероятность, что уровень воды в реках повысится.

  • Çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

    İyulun 30-31-də, həmçinin avqustun 1-də, əsasən, dağlıq və dağətəyi rayonlarda gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar) qısamüddətli leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı ehtimalı var.