Month: July 2024

  • Gəncədə dilənçilik və tufeyli həyat tərzi keçirən 25 nəfər saxlanıldı

    Gəncə şəhərində polis əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq sakinlərin narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, tədbir zamanı ümumilikdə 25 nəfər saxlanılaraq şöbəyə gətirilib.

    Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

    Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

  • Bakıda məşhur restoranda YANĞIN – VİDEO

    Nizami rayonunda yerləşən binalardan birində baş vermiş yanğın zamanı bir qadın tüstüdən zəhərlənib.

    “Qafqazinfo” xəbər verir ki, polis əməkdaşları tüstüdən boğulan, ölüm təhlükəsi ilə üz-üzə qalan qadını vaxtında tibb müəssisəsinə çatdırıblar.

    Həkimlərin müdaxiləsindən sonra onun həyatı xilas edilib.

    Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:30-da Nizami rayonundakı məşhur restoranlardan birində yanğın baş verməsi səbəbi ilə çağırış daxil olub.

    “Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə yerində yardım göstərilib”.

  • Azərbaycanda yeddi yaşlı uşaq hovuzda boğuldu

    Şərur rayonunda bədbəxt hadisə baş verib, yeddi yaşlı uşaq hovuzda boğulub.

    Hadisə Şərur rayonunun Aşağı Yaycı kəndində olub.

    Kənd sakini, 2017-ci il təvəllüdlü Fərzəliyev İbrahim Nofəl oğlu ehtiyatsızlıqdan hovuzda boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda gənc qız binadan düşüb öldü

    Bakıda gənc qız binadan yıxılaraq ölüb.

    Lent.az-ın məlumatına görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.

    Rayon sakini, 29 yaşlı İlhamə Hacıyeva yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.

    Nəticədə o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

    Hadisənin intihar, yoxsa ehtiyatsızlıqdan baş verməsi araşdırılır.

    Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda iş aparılır.

  • Kürdə batan şəxslərin axtarışına SOCAR-ın xüsusi texniki vasitələri cəlb olunub – VİDEO

    Yeni yaradılmış Ağdərə rayonunun əhalisinin sayı məlum olub.

    “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib ki, 2024-cü il aprel ayının 1-nə olan göstəricilərə əsasən, Ağdərə rayonunda 12 min 100 nəfər qeydiyyatdadır.

    Komitənin məlumatında o da vurğulanıb ki, Ağdərə rayonu 5 dekabr 2023-cü il tarixli Qanuna əsasən bərpa edilib. Beləliklə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər olunub. Hazırkı Ağdərə əhalisi isə rayonun yaradılmasından öncə Ağdam, Kəlbəcər və Tərtər rayonlarında qeydiyyatda olub.

    Xatırladaq ki, Ağdərə rayonu bu il ilk dəfə Milli Məclisdə təmsil olunacaq. Belə ki, 2024-cü il sentyabr ayının 1-nə təyin edilən parlament seçkisində Ağdərə əhalisi 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsində səs verəcək.

  • Yeni yaradılmış Ağdərə rayonunun əhalisinin sayı AÇIQLANIB

    Yeni yaradılmış Ağdərə rayonunun əhalisinin sayı məlum olub.

    “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib ki, 2024-cü il aprel ayının 1-nə olan göstəricilərə əsasən, Ağdərə rayonunda 12 min 100 nəfər qeydiyyatdadır.

    Komitənin məlumatında o da vurğulanıb ki, Ağdərə rayonu 5 dekabr 2023-cü il tarixli Qanuna əsasən bərpa edilib. Beləliklə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər olunub. Hazırkı Ağdərə əhalisi isə rayonun yaradılmasından öncə Ağdam, Kəlbəcər və Tərtər rayonlarında qeydiyyatda olub.

    Xatırladaq ki, Ağdərə rayonu bu il ilk dəfə Milli Məclisdə təmsil olunacaq. Belə ki, 2024-cü il sentyabr ayının 1-nə təyin edilən parlament seçkisində Ağdərə əhalisi 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsində səs verəcək.

  • Xamənei səsvermə zamanı problemlə ÜZLƏŞDİ

    İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei səsvermə bülletenini imzalayan zaman qələm yazmayıb, ona yenisini veriblər.
     
    Bu, yayılan videolarda görüntülənib.
     
    Xaməneinin yazmayan qələmi masanın üstünə sakitcə atmadığı da həmin videoda açıq-aşkar görünür.
     
    Xatırladaq ki, iyulun 5-də İranda prezident seçkisinin ikinci turu keçirilir. Bu mərhələdə Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.
     
    Qeyd edək ki, Xamənei seçki məntəqəsi fəaliyyətə başlayan kimi səsverməyə gedib.

  • Milli Məclis buraxıldıqdan sonra deputatların maaşları ödənilməyəcək? – AÇIQLAMA

    Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Eləcə də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki 2024-cü il sentyabrın 1-nə təyin edilib.

    Bəs bu müddət çərçivəsində hazırda millət vəkillərinin hüquqları qüvvədə qalır, yoxsa necə? Bu vəziyyətdə millət vəkillərinin aylıq məvacibləri ödəniləcək, yoxsa bu, məzuniyyət kimi hesablanacaq?

    Oxu.az məsələ ilə bağlı qaranlıq qalan məqamlara aydınlıq gətirilməsi üçün Milli Məclisə sorğu ünvanlayıb.

    Azərbaycan Respublikası Milli Məclisinin Aparatından sorğuya cavab olaraq bildirilib ki, səlahiyyətləri bitdiyi günədək Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının maddi təminatlarının saxlanılması və onların məzuniyyət hüquqlarını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilmələri nəzərdə tutulur.

  • Ожидается ли в Азербайджане разрушительное землетрясение? – ОФИЦИАЛЬНО

    Распространяемая в ряде СМИ информация о разрушительных землетрясениях, якобы ожидаемых в Азербайджане, не имеет под собой никаких научных оснований.

    Как передает Report, об этом заявила руководитель пресс-службы Республиканского центра сейсмологической службы (РЦСС) при Национальной академии наук Азербайджана Вюсаля Рафиггызы.

    “Через территорию Азербайджана проходит Альпийско-Гималайской складчатый пояс, в связи с чем не только наша страна, но и весь регион Южного Кавказа является сейсмически активным. Ежедневно не только в Азербайджане, но и во всех сейсмически активных регионах мира регистрируются сотни небольших толчков. Большинство этих землетрясений не доходит до поверхности Земли и не ощущается. Тем не менее на наших территориях периодически регистрируются толчки магнитудой 4-5, которые могут ощущаться гражданами”, – пояснила она.

    Представитель РЦСС подчеркнула, что в течение года сейсмические станции регистрируют 4 000 – 5 000, а в некоторых случаях и около 6 000 землетрясений на территории Азербайджана.

    “Что касается “прогнозов” о сильных и разрушительных землетрясениях в Азербайджане, хочу отметить, что это природное явление невозможно точно предсказать. Нигде в мире нет точного способа прогнозирования землетрясений. Причина в том, что очаги землетрясений расположены на больших глубинах. Поэтому “прогнозы” о сильных и разрушительных землетрясениях в нашей стране не имеют никаких научных и логических оснований, и гражданам не стоит проявлять беспокойство из-за подобных слухов”, – заключила В.Рафиггызы.

  • Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? – RƏSMİ AÇIQLAMA

    “Azərbaycanda güclü, dağıdıcı zəlzələlərin baş verəcəyinə dair verilən “proqnozlar”ın heç bir elmi və məntiqi əsası yoxdur və vətəndaşlarımız bu cür əsassız məlumatlardan narahat olmasınlar”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

    O bildirib ki, son günlər bəzi media orqanlarında bu il Azərbaycanda güclü zəlzələlər olacağına dair məlumatlar yayılır:

    “Bildirmək istəyirəm ki, Azərbaycan ərazisi Alp-Himalay qırışıqlıq zonasında yerləşir. Təkcə bizim ölkəmiz deyil, ümumilikdə Cənubi Qafqaz regionu seysmik baxımdan aktiv bölgədir. Seysmik aktiv bölgələrdə zəlzələlərin qeydə alınması ərazinin seysmikliyi ilə əlaqədardır və hər gün təkcə bizim ölkəmizdə deyil, bütün dünyadakı aktiv bölgələrdə yüzlərlə kiçik təkanlar qeydə alınır. Bu zəlzələlərin əksəriyyəti xırda təkanlar olduğuna görə Yer səthinə gəlib çatmır və insanlar tərəfindən hiss olunmur. Bununla belə seysmik bölgələrimizdə vaxtaşırı maqnitudası 4, bəzən 4-dən bir qədər çox, 5 və ya 5-dən bir qədər yüksək olan, insanlar tərəfindən hiss olunan zəlzələlər də qeydə alınır”.

    O vurğulayıb ki, il ərzində seysmik stansiyalar Azərbaycan ərazisində 4000-5000, bəzi hallarda isə 6000-ə yaxın zəlzələ qeydə alır:

    “Onların arasında maqnitudası 4-5 olan hiss olunan zəlzələlər də olur ki, bu da yuxarıda qeyd etdiyim kimi ərazimizin aktiv bölgədə yerləşməsi ilə bağlıdır. Yəni burada qeyri-adi və proqnozluq heç nə yoxdur. Bu, bütün seysmik baxımdan aktiv olan bölgələr üçün xarakterik bir haldır. O ki qaldı, Azərbaycanda güclü, dağıdıcı zəlzələlər gözlənildiyi barədə “proqnozlara” bildirmək istəyirəm ki, zəlzələ bu günə qədər dəqiq proqnozu olmayan təbiət hadisəsidir. Heç kim deyə bilməz ki, zəlzələ baş verəcək, yaxud baş verməyəcək. Çünki bütün dünyada zəlzələnin dəqiq proqnozu yoxdur. Bunun da əsas səbəbi zəlzələ ocaqlarının Yerin dərin qatlarında yerləşməsi ilə bağlıdır. Odur ki, ölkəmizdə güclü, dağıdıcı zəlzələlərin baş verəcəyinə dair verilən “proqnozlar”ın heç bir elmi və məntiqi əsası yoxdur və vətəndaşlarımız bu cür əsassız məlumatlardan narahat olmasınlar”.