Month: July 2024

  • Paris 2024-də terror aktı hazırlayanlar saxlanılıblar

    Paris-2024 Yay Olimpiya Oyunlarında terror aktları törətməyə hazırlaşan bir neçə nəfər saxlanılıb.

    Məlumata görə, bunu Fransanın daxili işlər naziri Cerald Darmanin açıqlayıb.

    O bildirib ki, iki fərqli ərazidə bir neçə nəfər saxlanılıb.

    Onlar Parisdə keçiriləcək Olimpiada zamanı terror aktları törətməyə hazırlaşırdılar:

    “Seçki kampaniyası apardığımızdan son günlər bu barədə danışmamışıq. Amma nələrisə planlaşdıran və terror aktları hazırlayan insanları saxlamışıq. Böyük tədbirlərin təhlükəsizliyini təmin etməyə hazırlaşırıq. Terror aktı təkcə Olimpiya Oyunları zamanı deyil, istənilən vaxt baş verə bilər. Ona görə də biz ayıq-sayıqıq”.

    Qeyd edək ki, Paris-2024 iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

    Mənbə: Lequipe.fr

  • В Сабирабадском районе скончались роженица и младенец

    Трагический случай произошел в Сабирабадском районе – скончались роженица и младенец, сообщает lent.az.

    Обратившейся по поводу родов в районную больницу Гюнель Велиевой было проведено кесарево сечение.

    После рождения ребенка женщина умерла. Спустя несколько дней скончался и младенец.

    По данному факту в районной прокуратуре ведется расследование.

  • Azərbaycanda DƏHŞƏT: Ana və körpəsi öldü

    Sabirabadda qadın doğuş zamanı, körpəsi isə bir neçə gün sonra ölüb.

    Lent.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl qeydə alınıb.

    Rayon xəstəxanasına doğuş üçün müraciət edən Günel Vəliyeva üzərində qeysəriyyə əməliyyatı aparılıb.

    G.Vəliyeva uşaq dünyaya gətirəndən sonra ölüb.

    Bir neçə gündən sonra qadının dünyaya gətirdiyi körpə də dünyasını dəyişib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Polşa klubundan ayrılan millimizin üzvünün yeni komandası bəlli oldu

    Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədov tezliklə “Radomyak” klubu ilə müqavilə imzalayacaq.

    Məlumata görə, klub Rahil Məmmədovu yaxın günlərdə ictimaiyyətə təqdim edəcək. Hazırda Məmmədov viza məsələlərini həll edir.

    Məhz bundan sonra millimizin üzvü Polşaya yollanacaq.

    Xatırladaq ki, Məmmədov son 6 ayı Polşanın “LKS Lodz” klubunda keçirib.

    Qeyd edək ki, “Radomyak” 2023/2024 mövsümündə Polşa yüksək liqasını 18 komanda arasında 15-ci pillədə başa vurub.

    Mənbə: Echodini.eu

  • Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başlayıb

    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 5-də Azərbaycana səfərə gəlib.

    AZƏRTAC xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

  • Məhkum hakimin təcridxanada yazdığı şikayət rədd edildi

    Rüşvət müqabilində qanunsuz qərardad çıxardığına görə 9 il azadlıqdan məhrum edilmiş məhkəmə hakimi İlyas Məmmədovun şikayətinə baxılıb.

    “Qafqazinfo”nun məlumatına görə, eks-hakimin şikayəti Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılıb.

    İ.Mahmudov ittihamları qəbul etmədiyini, əsassız həbs olunduğunu deyib. Müdafiə tərəfi çıxışlarında məhkəmədən bəraət qərarı çıxarılmasını xahiş edib.

    Prokuror isə hökmün eynən qüvvədə saxlanılmasını tələb edib.

    Məhkəmə tərəflərin çıxışlarını dinlədikdən sonra hökmdə hər hansı qanun pozuntusu olmadığı qənaətinə gəlib.

    Qərara əsasən, apellyasiya şikayəti rədd edilib. Artıq qərardan Ali Məhkəməyə kassasiya şikayəti də verilib.

    Xatırladaq ki, İ.Mahmudov apellyasiya şikayətini istintaq təcridxanasında özü yazmışdı.

    Qeyd edək ki, İlyas Mahmudov 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləyib. Üç il sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mahmudov verilmiş ittihamlarla təqsirli bilinib.

  • Quş qripi yeni pandemiyaya səbəb olacaq? (ŞƏRH)

    “Quş qripi mutasiyaya uğrayaraq hava damcı yolu ilə sürətlə yayılmaq imkanı əldə edərsə, onun geniş epidemiyalar yarada biləcəyi də realdır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla quş qripinin mutasiya yaradaraq yeni pandemiyaya rəvac verə biləcəyi barədə səslənən xəbərdarlıqları şərh edərkən deyib.

    Adil Qeybulla bildirib ki, həyəcan təbilinin çalınması yaxşı haldır:

    “Amma bir şeyi nəzərə almalıyıq ki, bir infeksiyanın pandemiya yaratması üçün yüksək yolxuculuq indeksi tələb olunur”.

    Həmsöhbətimiz qeyd edir ki, yalnız yolxuculuq indeksinin yüksək olması onu təmin edə bilər:

    “Hazırda xəstəliyi yerindəcə lokallaşdıra bilmək üçn müasir təbabətin əlində xeyli imkan var. Quş qripi bir müddət idi ki, bəzi yerlərdə yayılmışdı. Hətta Azərbaycana da öz təsirini göstərmişdi. Lakin təbabətin imkanları sayəsində onun qarşısı alındı. Hazırkı situasiyada quş qripi mutasiyaya uğrayaraq hava damcı yolu və digər təmaslarla sürətlə keçmək imkanı qazanarsa, onun geniş epidemiyalar yaratması imkanı realdır. Əks halda bu cür yoluxmalar geniş arealı əhatə edə bilməz”.

    Qeyd edək ki, son zamanlar ekspertlər dünyanın yeni pandemiya astanasında olduğu barədə xəbərdarlıqlar etməyə başlayıblar. Hər il quş qripi getdikcə daha çox ölkədə görünür və mutasiyaya uğrayır. Hesab olunur ki, ona qarşı tədbir görülməsə, çox güman gələcəkdə quş qripi xəstəliyi insandan insana keçəcək və dünya yeni pandemiya ilə üz-üzə qalacaq.

    Materialda deyilir ki, quş qripi 2021-ci ildə Şimali Amerikaya çatıb və artıq 2023-cü ilin payızında inəklər ilk dəfə ona yoluxub. İndi infeksiya dalğası 12 ştatda yayılıb. Tədqiqatçıların fikrincə, insanlar nəinki bu virusa yoluxa biləcəklər, həm də gələcəkdə insandan insana keçə biləcək. “İnsanlara yoluxma ehtimalı, virusun müxtəlif məməlilər arasında daha uzun və daha geniş yayılması ilə daha böyükdür”, deyə Cenevrə Universitetinin İnkişaf etməkdə olan Viral Xəstəliklər Mərkəzinin rəhbəri, virusoloq İzabella Ekkerle bildirib.

    Harvard epidemioloqu Maykl Mina da vurğulayıb ki, ABŞ səlahiyyətliləri xəstəliyin yayılmasına qarşı kifayət qədər tədbir görməməklə odla oynayırlar. H5N1 virusu indi siçan və pişiklərdə də aşkar edilib. ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri bildiriblər ki, virus insanlarda yüngül yuxarı tənəffüs yolları və göz infeksiyalarına, həmçinin pnevmoniya kimi potensial ölümcül xəstəliklərə səbəb ola bilər.

  • Ölkə ərazisində sabit, isti hava şəraiti müşahidə olunur

    Bu gün havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 33-38, dağlıq rayonlarda 22-27 dərəcə isti təşkil edir.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    O qeyd edib ki, isti hava şəraitinin iyulun 6-da da davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 34-39, Naxçıvan MR və Aran rayonlarında 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

    “İyulun 6-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. Günorta vaxtı açıq havada uzun müddət qalmaq məsləhət deyil”.

  • Ərdoğan: Türkiyə gələcəkdə ŞƏT-in daimi üzvü olmağa ümid edir

    Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daimi üzv olmağa ümid edir və buna heç bir maneə görmür.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    “Bizim mövqeyimiz ondan ibarətdir ki, bizi təşkilata dialoq tərəfdaşı kimi deyil, təşkilatın digər üzvləri kimi qəbul etməlidirlər. İran nəhayət ŞƏT-ə qoşulub, Pakistan da onun üzvüdür. Hazırda ŞƏT-in 9 daimi üzvü var. Türkiyənin bu ölkələr sırasında olacağına şübhə yoxdur. Doğrudur, bu, bir qədər vaxt apara bilər”, – o vurğulayıb.