Month: July 2024

  • UEFA Merih Demiralı cəzalandırıb, TFF CAS-a müraciət edəcək

    UEFA Türkiyə millisinin futbolçusu Merih Demiralı cəzalandırıb.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi 2 oyunluq diskvalifikasiya edilib.

    Türkiyə Futbol Federasiyası (TFF) məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

    Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı. “Ay-ulduzlular” iyulun 6-da, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.

  • Azərbaycan karateçisi Dünya Kubokunda üçüncü olub

    Kyokuşin karate üzrə Azərbaycan millisinin üzvü Cavid Kazımlı (+75 kq) Bolqarıstanın Varna şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

    O, 16-17 yaş qrupunda bu mükafata sahib çıxıb.

    Daha sonra yarışda senşi döyüşlərinə start verilib. Bu növdə Orxan Məmmədov ilk görüşünü qələbə ilə bitirib. O, ikinci döyüşünü bu gün keçirəcək.

    Qeyd edək ki, Azərbaycan yarışda 12 idmançı ilə təmsil olunur.

  • İran səfiri ermənilərə xəbərdarlıq etdi

    Посол Ирана в Армении Мехди Собхани в интервью армянским СМИ заявил, что политика США в регионе не имеет ничего общего с интересами народов Южного Кавказа, “Большой Сатана” преследует иные цели.

    “Они хотят превратить Южный Кавказ в платформу, для того, чтобы свести счеты с другой страной. Учитывая имеющийся у нас опыт в отношениях с Большим Сатаной, мы очень скептичны относительно их заявлений”, – сказал он.

    Дипломат добавил, что формат 3+3, включающий страны региона, может позволить достичь долговременного мира, и это не только политические, но и экономические, торговые аспекты.

    “Приветствуем усилия, прилагаемые Арменией и Азербайджаном для достижения мира. Нет никакой альтернативы миру в регионе. Такова наша принципиальная позиция”, – подчеркнул Собхани.

  • İran səfiri ermənilərə xəbərdarlıq etdi

    “ABŞ-nin regiondakı siyasəti Cənubi Qafqaz xalqlarının maraqları ilə heç bir əlaqəsi yoxdur, “Böyük Şeytan” başqa məqsədlər güdür”.

    Bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani erməni mediasına müsahibəsində bildirib.

    Onun sözlərinə görə, Vaşinqton Cənubi Qafqazı başqa bir ölkə ilə hesablaşmaq üçün platformaya çevirmək istəyirlər.

    “Böyük Şeytan”la münasibətlərimizdə olan təcrübəmizi nəzərə alaraq, onların bəyanatlarına şübhə ilə yanaşırıq”, – deyə diplomat bildirib.

    Səfir region ölkələrini əhatə edən “3+3” formatının uzunmüddətli sülhə nail olmağa imkan verə biləcəyini deyib və bunun təkcə siyasi deyil, həm də iqtisadi və ticarət aspektlər olduğunu vurğulayıb.

    “Biz Azərbaycanın və Ermənistanın sülhə nail olmaq üçün göstərdiyi səyləri alqışlayırıq. Regionda sülhə alternativ yoxdur, regionda sülh bərqərar olmalıdır. Bu bizim prinsipial mövqeyimizdir. Biz Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün aparılan dialoqu alqışlayır və dəstəkləyirik”, – deyə Mehdi Sobhani sözlərini yekunlaşdırıb.

  • Президент Ильхам Алиев принял в Шуше генерального секретаря ОТГ

    5 июля Президент Азербайджанской Республики Ильхам Алиев принял в Шуше генерального секретаря Организации тюркских государств (ОТГ) Кубанычбека Омуралиева.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Bakıda xadimə işlədiyi evi soydu

    Bakıda evdən oğurluq edilib.

    “Qafqazinfo”nun məlumatına görə, hadisə Xətai rayonunda yerləşən evlərdən birində baş verib.

    Əməliyyat tədbirləri nəticəsində xadimə kimi işlədiyi evdən yanvar-iyun ayları ərzində hissə-hissə 20 000 manat pul oğurlayan Bakı şəhər sakini Ş.Məmmədova saxlanılıb.

  • Həkimlər də işə qəbul üçün imtahan VERƏCƏKLƏR

    Müəllim olmaq istəyən şəxslər işə qəbulla bağlı hər il imtahan verirlər. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji sahələr üzrə bitirmiş və dövlət nümunəli diplom almış, eləcə də xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınan şəxslər iştirak edə bilərlər.

    Necə ki müəllimlər cəmiyyətin savadlanması və inkişafında müstəsna rol oynayırlar, eləcə də həkimlər insanların sağlamlığının keşikçisi hesab olunurlar.

    Maraqlıdır, bəs həkimlər niyə işə qəbulla bağlı imtahan vermirlər? Yaxın gələcəkdə onların da imtahan edilməsi nəzərdə tutulurmu?

    Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Bizim.media-nın bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, artıq aidiyyəti qurumlar tərəfindən bu barədə layihə hazırlanıb:

    “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu qaydasının layihəsinin hazırlanması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tapşırılıb.

    Aidiyyəti orqanlar tərəfindən müvafiq layihə hazırlanıb və razılaşdırılması üçün Dövlət İmtahan Mərkəzinə göndərilib. Layihə ilə bağlı DİM-in rəy və təklifləri həmin orqanlara təqdim edilib”.

  • В Кыргызстане предотвращена попытка захвата власти

    Сотрудники спецслужб Кыргызстана обезвредили группу, которая планировала осуществить в стране насильственный захват власти.

    Об этом сообщил пресс-центр Государственного комитета национальной безопасности (ГКНБ) республики.

    “ГКНБ в рамках проводимых мероприятий по обеспечению безопасности граждан и защиты основ конституционного строя была пресечена противоправная деятельность деструктивной группы, которая вынашивала планы по осуществлению насильственного захвата власти и дестабилизации общественно-политической ситуации в стране путем организации массовых беспорядков, сопряженных с гибелью граждан”, – говорится в сообщении.

    Источник: ТАСС

  • Qırğızıstanda hakimiyyətin zorla ələ keçirilməsi cəhdinin qarşısı alınıb

    Qırğızıstanın xüsusi xidmət orqanları ölkədə hakimiyyətin zorla ələ keçirilməsi cəhdinin qarşısını alıblar.

    Məlumatı Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi yayıb.

    Qeyd olunub ki, hakimiyyəti ələ keçirmək istəyən qrup fanatik şəkildə dini ideologiyaya etiqad edən şəxslərdən ibarət olub.

    Mənbə: Akipress.org