Month: July 2024

  • MTK rəhbəri Vidadi Zeynalovun evini baş həkimə satmaq istəyirmiş

    Ev almaq istəyən sabiq baş həkimi aldadıb külli miqdarda pulunu ələ keçiriblər.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət Nəsimi rayonunda yerləşən 1 saylı uşaq poliklinikasının əvvəlki baş həkimi Ceyran Məmmədovadan gedir. Hazırda təqaüddə olan 70 yaşlı həkimi “Azər-Ross İk” MTK-nın sədri işləmiş Rauf Kərimov aldadıb.

    İstintaq materiallarında yazılıb ki, zərərçəkmiş şəxs baş həkim işlədiyi vaxtlarda şəhərin mərkəz hissəsində mənzil almaq məqsədilə MTK rəhbərinə 87 min manat pul verib. Razılaşmaya əsasən, şirkət həmin pulun qarşılığında baş həkimə Nəsimi rayonu ərazisində inşa edilmiş çoxmərtəbəli ev verməli imiş. C.Məmmədova pulu verdikdən bir müddət sonra onun yaxında köçməli olduğu evin əslində illər əvvəl başqa şəxsə satıldığını öyrənib. Həmin şəxsin də evi satmaq kimi bir fikri olmayıb. Bundan sonra zərərçəkmiş MTK rəhbəri Rauf Kərimovdan şikayət edib. R.Kərimov əvvəl həbs edilsə də, sonradan azadlığa buraxılıb. Hazırda barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

    İstintaq vaxtı zərərçəkmiş C.Məmmədovanın ifadəsi əsasında maraqlı məqam ortaya çıxıb. Məlum olub ki, şirkət rəhbərinin ona satacağını dediyi ev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (ləğv edilib – red.) keçmiş aparat rəhbəri Vidadi Zeynalovun olub.

    Məlumat üçün deyək ki, V.Zeynalov 2015-ci ildə korrupsiya cinayətlərinə görə həbs edilib. Həmin vaxt onun özünün və ailə üzvlərinin 50 milyona yaxın qiymətləndirilən əmlakı üzərinə həbs qoyulub. Sonradan isə həmin əmlakların bir qismi sahiblərinə qaytarılıb.

    MTK rəhbəri R.Kərimov zərərçəkmiş şəxsə özünü Vidadi Zeynalovun kirvəsi kimi təqdim edib. Deyib ki, V.Zeynalovun cinayət işinə görə, 2008-ci ildə mənzili onun adından çıxararaq yaxınının adına keçirib. Onun dediyinə görə, mənzilin əsl sahibi də evinin satıldığını bilmir.

    İstintaq vaxtı mənzilin qanuni sahibi olan Vidadi Zeynalovun qızı Lalə Zeynalova da dindirilib. L.Zeynalova şahid qismində tanındığı və hələ məhkəmə başlamadığı üçün onun ifadəsində dediklərini təqdim edə bilmirik. R.Kərimov isə özünü təqsirli bilmir.

    Buna baxmayaraq, zərərçəkmişdən 87 min manat aldığını etiraf edib. O, həmin pulun əksər hissəsinin xəstəliyi ilə bağlı xərcləndiyini, hazırda zərərçəkmişə 71 min manat borcu qaldığını deyib. İş üzrə ilkin istintaq artıq tamamlanıb. Yaxın vaxtlarda məhkəmə başlayacaq.

  • 5 direktor işdən çıxarıldı, 28-nə töhmət verildi

    Məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məlumat verilib.

    Qurumdan bildirilib ki, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini yoxlamaqdır.

    Bakı və digər bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrində aparılmış yoxlamalara əsasən, 26 direktora xəbərdarlıq, 12 direktora töhmət, 16 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 5 müəssisə rəhbəri işdən azad edilib.

    Monitorinqlər davam etdiriləcək.

  • Prokurorluq Masallıda kişinin dirəkdən yıxılıb ölməsi ilə bağlı araşdırma aparır

    İyulun 4-də 1962-ci il təvəllüdlü İsbəndiyar İsmayılov Masallı rayonunun Qızılağac kəndi ərazisində elektrik dirəyində təmir işləri aparan zaman dirəyin qırılması nəticəsində hündürlükdən yerə yıxılıb.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, kişinin almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Azərbaycanda yeniyetmə qızlar həmcinsləri tərəfindən döyüldülər – VİDEO

    Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər yayılıb.

    Videoda yeniyetmə qızların həmcinsləri tərəfindən döyülməsi və təhqir olunması əks olunub.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Qurumdan bildirilib ki, sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılır:

    “Görüntüdə əks olunan yeniyetmələrin şəxsiyyəti müəyyən olunaraq valideynləri və vəkilləri ilə birlikdə polis orqanına dəvət olunublar.

    Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək”.

  • İyulun 6-da 39 dərəcə isti olacaq

    Ölkə ərazisində iyulun 6-da gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 35-40% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

  • Nazirlər Kabineti dəmiryol nəqliyyatı barədə qərar verdi

    Nazirlər Kabineti dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsvirinin, spesifikasiyasının, nümunəsinin və verilməsi qaydasının təsdiq edilməsi haqqında qərar qəbul edib.

    Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

    Qərara əsasən, “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsviri”, “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin spesifikasiyası”, “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin nümunəsi”, “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin verilməsi Qaydası” təsdiq edilib.

  • Aygün Kazımova “Vogue Kraliçası” oldu – VİDEO

    Xalq artisti Aygün Kazımova uzun müddətdir anons etdiyi “S.O.S” adlı yeni layihəsini sevənlərinin ixtiyarına verib.

    Pop kraliça bu dəfə də məşhur türkiyəli rejissor Selim Akara müraciət edib.

    Ekran işində Kazımovanı “Vogue” tərzində rəqs edən 15 rəqqas müşayiət edib. İddialı layihə üzərində 60 nəfərdən ibarət yaradıcı heyət çalışıb. Çəkiliş üçün türkiyəli şoumen Okan Bayülgenin sahibi olduğu “Dada Salon Kabarett” bağlatdırılıb.

    Onu da qeyd edək ki, ölkəmizdə bu günə kimi “Vogue” rəqs tərzinə müraciət edən ifaçı olmayıb. Aygün Kazımova klipində “Vogue” rəqs tərzinə müraciət edən ilk müğənni olub.

    Klipdə əsas yaradıcı insanlardan biri də dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıldır. O, çəkiliş zamanı Aygün Kazımovanı tək qoymayıb.

    Mahnının sözləri Orxan Qarabasmaya, musiqisi Kazımcana aiddir.
    //azxeber.com

  • Nazir müavini anons verdi: Əmək müqavilələri ilə bağlı YENİLİK OLACAQ

    “İşğaldan azad edilmiş ərazilərdə mütəmadi monitorinqlər aparırıq. İşəgötürənlərlə bağlı hər hansı uyğunsuzluq aşkarlananda onlara müvafiq xəbərdarlıqlar edirik”.

    Bunu əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi, “DOST” müfəttiş layihəsinin təqdimatı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

    Onun sözlərinə görə, işəgötürənlərin sözügedən ərazilərə işə cəlb etdikləri şəxslərlə həmin gün əmək müavilələri bağlaması vacibdir:

    “Əks halda uyğunsuzluq olur. Bəzən işçilərlə işə başlayandan sonra əmək müqavilələri bağlanır. Bu kimi hallara yol verilməməsi üçün işəgötürənlərə müraciət edirik ki, diqqətli olsunlar. Eyni zamanda, qarşıda duran hədəflərə uyğun olaraq bir sıra yeniliklər gözlənilir. 2016-cı ildən başlayaraq əmək müqaviləsi bildirişləri nazirliyin əmək müqaviləsi bildirişlərin altsistemində yerləşdirilir. Əmək münasibətlərinin sağlamlaşdırılması üçün yaxın zamanlarda əmək bildirişləri deyil, əmək müqavilələrinin birbaşa özünün altsistemə daxil edilməsi, qeydə alınması həyata keçiriləcək. Əmək Müfəttişliyi Xidmətinin məqsədi heç bir halda işəgötürənlərin cəzalandırılması deyil. Onlarla birgə əməkdaşlıq etmək və işəgötürənlərin hüquqlarının qorunmasını təmin etməkdir. Biz qanunla işəgötürülən şəxslərin hüquqlarını pozan işəgötürənlər barəsində hüquqi müstəvidə tədbir görülməsini təmin etmişik”.

  • Üç qurumdan əhaliyə ÇAĞIRIŞ

    Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə birgə müraciəti ünvanlayıblar.

    Müraciətdə qeyd olunur:

    “Yay fəslində, o cümlədən turizm və taxıl biçini mövsümündə havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalı da artır.

    Aidiyyəti qurumlar tərəfindən aparılan genişmiqyaslı maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd etməliyik ki, meşə və kənd təsərrüfatı sahələrində baş vermiş yanğınların təhlili onların əsas səbəbinin insanların yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi, o cümlədən biçindən sonra bəzi fermerlər tərəfindən sahələrin yandırılması, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsız davranışı olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə əhalinin ərzaq təminatı, ölkənin torpaq fondu, meşə sahələri, flora və fauna üçün ağır fəsadlarla nəticələnə bilər.

    Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə, o cümlədən fermerlərə, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkarlara və təbiət qoynunda istirahət edən vətəndaşlara müraciət edərək, onları isti keçən və insanların təbiətdəki aktivliyinin artdığı bu mövsümdə yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət etməyə çağırır. Ölkəmizə, həmçinin insanların həyat və sağlamlığına zərər vurmamaq üçün taxıl zəmilərində və meşələrdə açıq alovdan istifadə etməyin, bu ərazilərdə tonqal qalamayın, tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın. Küləkli havada xüsusilə diqqətli olun. Kiçik yanğın ocağı görərsinizsə, su, torpaq və ya qum ilə onu söndürməyə çalışın. Yanğın, yaxud onun əlamətlərini aşkarlasanız bu barədə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verin”.

  • Azərbaycanda DƏHŞƏT: Özünü ürəyindən güllələdi

    Astarada dəhşətli intihar hadisəsi baş verib.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Pensər kəndində qeydə alınıb.

    Kənd sakini, 1973-cü il təvəllüdlü Hikmət Paşa oğlu Əliyev yaşadığı evdə ov tüfəngi ilə ürəyinə atəş açaraq özünü öldürüb.