Month: July 2024

  • Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlir

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək üçün iyulun 5-6-da Azərbaycana işgüzar səfərə gələcək.

    Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Məlumat üçün qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər.

    Mənbə: Sputnik Özbəkistan

  • Евро-2024: первый игровой день 1/4 финала – АНОНС

    Сегодня стартуют первые матчи 1/4 финала Евро-2024.

    В матчах, обещающих напряженную борьбу, Испания сыграет с Германией, а Португалия – с Францией.

    В матче открытия 1/4 финала встретятся сборные Испании и Германии. Эту встречу можно назвать досрочным финалом турнира. Немцам, победившим Данию двумя безответными голами, и испанцам, разгромившим впервые участвовавшую в чемпионате Европы Грузию со счетом 4:1, предстоит нелегкая борьба за выход в следующий этап. Испания и Германия до сих пор встречались 17 раз. Германия побеждала шесть раз, а Испания – пять. Встреча начнется 5 июля в 20:00 по бакинскому времени.

    Франция и Португалия, встречавшиеся в финале чемпионата Европы 2016 года, теперь сыграют в 1/4 финала. Португальцы хотят проводить Криштиану Роналду, для которого нынешний чемпионат Европы является последним, с кубком. Именно поэтому можно предположить, что игра будет изобиловать забитыми мячами. Вызывает вопрос, в каком состоянии выйдет на эту встречу Роналду, упустивший пенальти в матче со Словенией. Команды встречались в общей сложности 10 раз. В семи из них победила сборная Франции, в одной – Португалия. Единственная победа португальцев произошла в финальном матче чемпионата Европы, состоявшемся в 2016 году. Стартовый свисток матча прозвучит 5 июля в 23:00 по бакинскому времени.

    5 июля

    1/4 финала

    Испания – Германия

    20:00, стадион МХП-Арена

    Португалия – Франция

    23:00, стадион “Фолькспаркштадион”

  • AVRO-2024: 1/4 final mərhələsində ilk oyun günü – ANONS

    Bu gün AVRO-2024-ün 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.

    Gərgin mübarizə vəd edən görüşlərdə İspaniya Almaniya ilə, Portuqaliya isə Fransa ilə qarşılaşacaq.

    1/4 final mərhələsinin açılış matçında İspaniya və Almaniya seçmələri üz-üzə gələcəklər. İstər qrup, istərsə də 1/8 final mərhələsində inamlı təsir bağışlayan ispanlar və almanlar bu dəfə rəqib olacaqlar. Bu görüşü AVRO-2024-ün erkən finalı da adlandırmaq mümkündür. Danimarkanı iki cavabsız qolla məğlub edən almanlar və Avropa çempionatına ilk dəfə qatılan Gürcüstanı 4:1 hesabı ilə məğlub edən ispaniyalılar növbəti mərhələyə adlamaq üçün gərgin mübarizə aparmalı olacaqlar. İspaniya və Almaniya indiyədək 17 dəfə görüşüblər. Altı dəfə Almaniya, beş dəfə isə İspaniya qalib gəlib. Görüş Bakı vaxtı ilə iyulun 5-də saat 20:00-da start götürəcək.

    2016-cı ildə Avropa çempionatının finalında qarşılaşan Fransa ilə Portuqaliya bu dəfə 1/4 final mərhələsində üz-üzə gələcəklər. Fransa millisi 2016-cı ildəki məğlubiyyətin acısını çıxarmaq üçün bütün fürsətlərdən layiqincə yararlanmağa çalışacaq. Portuqaliyalılar isə sonuncu Avropa çempionatını keçirən Kriştianu Ronaldunu kubokla yola salmaq istəyirlər. Məhz bu səbəbdən görüşün bolqollu olacağını düşünmək olar. Sloveniya ilə görüşdə penalti fürsətini qaçıran Kriştianu Ronaldunun bu qarşılaşmaya necə çıxacağı da əsas sual yaradan məqamlardan biridir. 2016-cı il finalını nəzərə alsaq, bu görüşü də erkən final adlandıra bilərik. Komandalar ümumilikdə 10 dəfə üz-üzə gəliblər. Bunlardan yeddisində Fransa millisi, birində isə Portuqaliya seçməsi qalib gəlib. Portuqaliyalıların yeganə qələbəsi isə məhz 2016-cı ildə keçirilən Avropa çempionatının final görüşünə təsadüf edib. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə iyulun 5-də saat 23:00-da səslənəcək.

    5 iyul

    1/4 final mərhələsi

    İspaniya – Almaniya

    Saat 20:00, “MHPArena”

    Portuqaliya – Fransa

    Saat 23:00, “Volksparkstadion”

  • Okeanın sirləri: Parıldayan mərcan adalarının kosmosdan unikal görüntüləri

    Rusiyalı kosmonavt Aleksandr Qrebenkin Yerin orbitindən heyrətamiz fotolar çəkib. Kadrlarda okeanın ən sirli və gözəl guşələrindən olan parıltılı atolların unikal görüntüləri əks olunub.

    Fotoları Rusiya Federal Kosmik Agentliyi (“Roskosmos”) paylaşıb.

    Qeyd edək ki, atolllar – sualtı vulkanlar və ya dağlar üzərində formalaşan halqavari mərcan adalarıdır. Bu təbii möcüzələr isti tropik və subtropik sularda formalaşır, onlara əsasən Sakit və Hind okeanlarında rast gəlinir.

  • Paket çaylar qəfil ürək dayanmasına səbəb olur – VİDEO

    Müxtəlif bitki çaylarının insan orqanizminə müsbət təsirləri olsa da, bəzi çay növlərinin zərərləri də mövcuddur.

    Ölkəmizdə ən çox istifadə edilən çay növlərindən biri də birdəfəlik dəmlənən paket çaylarıdır.

    Bu çaylarla bağlı alimlərin xəbərdarlığı var. Belə ki, çayların dəmlənməsi üçün bükülən paketlərin tərkibində zəhərli birləşmələr var ki, bu da orqanizm üçün təhlükə mənbəyidir.

    Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, paket çaylar zamanla ürək-damar problemlərinə və qəfil ürək dayanmasına gətirib çıxarır:

    “Paket çaylarda istifadə olunan kimyəvi maddələr insan orqanizmində xərçəng xəstəliklərinin yaranmasına, mədə-bağırsaq problemləri, yaddaşın zəiflənməsi və sonsuzluq kimi fəsadlara yol açır”.

    Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, paket çaylarının hazırlanmasında istifadə edilən bağlama yalnız qida ilə birbaşa təmasına icazə verilən materialdan hazırlanır və mütəmadi olaraq agentliyin əməkdaşları tərəfindən yoxlamalar aparılır.

    Ətraflı APA TV-nin süjetində:

  • Günəşdəki partlayışlar Yerin ozon qatını məhv edə bilər

    Günəş Yerin ozon qatına ciddi ziyan vura və planetimizin səthində ultrabənövşəyi şüalanmanın səviyyəsini kəskin şəkildə artıra bilər.

    Bu barədə Avstriya və Avstraliyadan olan beynəlxalq alimlər qrupu araşdırma aparıblar.

    Məlumata görə, komanda ekstremal günəş emissiyalarının təsirlərini öyrənmək üçün qlobal atmosfer kimyasının böyük kompüter modellərindən istifadə edib.

    Hesablamaların göstərdiyi kimi, ulduzumuz təxminən hər min ildə bir dəfə güclü günəş küləyi “hücumunu” buraxır. O, atmosferdə kimyəvi reaksiyalara səbəb olan və qoruyucu ozon təbəqəsini məhv edən, yer səthinə çatan günəş radiasiyasının miqdarını artıran elektron və protonlardan ibarətdir.

    Modelləşdirməyə görə, daha bir belə hadisə təxminən bir il ərzində Yerin ozon səviyyəsini məhv edə bilər. Lakin boşalma Yerin maqnit sahəsinin zəifləməsi dövründə baş verərsə, ozonun zədələnməsi altı il davam edəcək. Bu müddət ərzində daxil olan günəş ultrabənövşəyi radiasiyasının səviyyəsi 25%, bunun nəticəsində DNT zədələnməsinin dərəcəsi isə 50% artacaq.

    Şimal və cənub qütblərinin müvəqqəti dəyişməsi də daxil olmaqla, zəif maqnit sahəsinin sonuncu dövrü 42.000 il əvvəl başlamış və təxminən 1000 il davam edib. Alimlər qeyd ediblər ki, bu dövrdə Avropada sonuncu neandertalların yoxa çıxması və Avstraliyada marsupial meqafaunanın yox olması kimi bir neçə əsas təkamül hadisəsi baş verib.

    Mənbə: Gazeta.ru

  • Növbəti delimitasiya hansı ərazilərdə aparılacaq?

    Azərbaycanla-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində ciddi irəliləyişlər əldə edilib.

    Hazırda Azərbaycanın məhz qalib tərəf kimi diqtə etdiyi şərtlər fonunda Ermənistan delimitasiya prosesində məqsədli şəkildə ləngimələrə yol verə bilmir.

    Bunun nəticəsidir ki, Qazaxda artıq müəyyən olunmuş dövlət sərhəddi var.

    Hazırda delimitasiya danışıqları davam edir.

    Bəs növbəti demarkasiya və delimitasiya prosesi hansı ərazidə həyata keçiriləcək?

    Ətraflı Baku TV-nin süjetində:

  • Yeni portal eyni evin bir neçə şəxsə satılmasının qarşısını alacaq

    Azərbaycanda daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı vahid elektron portal hazırlanır. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. Məqsəd evlərin sənədləşdirilməsində bütün proseslərin həmin portal vasitəsilə tam elektronlaşdırması və rəqəmsal idarəetmə yaratmaqdır.

    İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədovun sözlərinə görə, hazırda nəzərdə tutulan informasiya vasitəsində mənzillərlə bağlı xüsusi modul yaradılacaq ki, bu da tikinti şirkətləri binanı tikməyə başladığı andan etibarən həmin binanın elektron imitasiyasını sistemləşdirəcək:

    “Belə olan halda bir mənzilin iki və ya daha artıq şəxsə satılması hallarının da qarşısı alınacaq. Sözügedən portalın təşkili sənədsiz evlərlə bağlı problemi də həll edəcək”.

    Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirib ki, qanunvericiliyə zidd olmayan, digər ərazilərdə tikilən fərdi yaşayış evlərinə çıxarışlar verilərsə, həmin əmlaklar əmlak və torpaq vergisinə cəlb oluna, sığortalana və alqı-satqı xidmətinə çevrilə bilər ki, bu da aztəminatlı insanların kreditli və digər şərtlərlə mənzil sahib olmalarına səbəb ola bilər.

    Ətraflı AZƏRTAC-ın süjetində:

  • Finlandiya sentyabrın 1-dən ölkəyə giriş qaydalarını sərtləşdirəcək

    Finlandiya sentyabrın 1-dən ölkəyə girişlə bağlı bir sıra hüquqi tənzimləmələri sərtləşdirəcək.

    Məlumata görə, müvafiq dəyişikliklər Finlandiya hökuməti tərəfindən təsdiqlənib, Prezident Aleksandr Stubb da iyulun 5-də bu müddəaları rəsmən təsdiq edəcək.

    Daxili İşlər Nazirliyinin izahatında deyilir ki, Əcnəbilər Qanunu yaşayış icazəsindən imtina edilməli olan hər bir vəziyyəti, o cümlədən yalan məlumat vermək, qeyri-qanuni qalmaq, Finlandiyada qeyri-qanuni işləmək və evlilik razılaşmasını müəyyən edəcək. Sığınacaq axtaran şəxslər üçün yaşayış icazəsinin alınması, o cümlədən onların şəxsiyyətinin təsdiqi proseduru xeyli sərtləşdiriləcək. Qaçqınlar, məsələn, işə düzəlməklə ölkədə qalmağın hüquqi əsaslarını dəyişə bilməyəcəklər. Həmçinin biometrik məlumatlar Şengen informasiya sisteminə girişdən imtina barədə məlumatlara əlavə olunacaq.

    Qeyd edək ki, dəyişikliklər Baş nazir Petteri Orponun immiqrasiya siyasətini sərtləşdirmək üçün hökumət proqramının bir hissəsidir.

    Mənbə: TASS

  • Стоимость биткоина опустилась ниже 55 000 долларов впервые с 27 февраля

    Стоимость биткоина в ходе торгов опустилась до 54 922 долларов, свидетельствуют данные площадки Binance на 08:15 по бакинскому времени.

    По состоянию на 08:26 по Баку биткоин ускорил снижение и находился на уровне 54 254 долларов.

    По состоянию на 08:31 по бакинскому времени биткоин замедлил снижение и находился на уровне 54 451 долларов.

    Источник: ТАСС