Month: July 2024

  • “Bitcoin”in qiymətində qeyri-stabillik yarandı

    “Bitcoin”in qiymətində dalğalanmalar müşahidə olunur.

    “Binance” platformasının Bakı vaxtı ilə 08:15-ə olan məlumatına görə, “Bitcoin”in dəyəri fevralın 27-dən bəri ilk dəfə 55 min dollardan enib və 54 922 dollara düşüb.

    On bir dəqiqə sonra “Bitcoin” enişini sürətləndirib və 54 254 dollar olub. Daha sonra qiymət 54 451 dollara qalxıb.

    Xatırladaq ki, sonuncu dəfə “Bitcoin”in yüksək qiymət həddi bu il mayın 21-də qeydə alınmışdı – 71 min dollar.

    Mənbə: TASS

  • 1 stəkan su infarkt və insultun qarşısını alır

    Gündüzlər şaquli vəziyyətdə olduğunuz zaman su bədəninizin aşağı hissəsində toplanır.

    Yatarkən bədənin aşağı hissəsi (ayaqlar və s.) böyrəklərlə eyni səviyyədə olur ki, bu da böyrəkləri suyu xaric etməyə məcbur edir.

    Məlum olduğu kimi su bədənin toksinlərdən təmizlənməsinə birbaşa təsir edir. Kardioloqların sözlərinə görə, suyun hansı saatlarda qəbul edilməsinə diqqət yetirmək lazımdır.

    Ölkə.az publika.az-a istinadla xəbər verir ki, müəyyən olunmuş vaxtlarda su içmək orqanizmə daha çox fayda verir.

    Səhər yuxudan durduqdan sonra 2 stəkan su – daxili orqanları aktivləşdirir;

    Yeməkdən yarım saat əvvəl 1 stəkan su – həzm sistemini yaxşılaşdırır;

    Duş qəbul etməzdən əvvəl 1 stəkan su – arterial təzyiqi aşağı salmağa kömək edir;

    Yatmazdan əvvəl 1 stəkan su insult və ürək tutmasını azaldır.

  • Evlərin birindən noutbuk oğurlamaqda şübhəli bilinən “keçmiş məhkum” saxlanıldı

    Evlərin birindən 3000 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

    Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elcan Hüseynzadə müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

  • Ötən gün 2 kq-dan çox narkotik aşkarlanaraq götürülüb

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 3-də ümumi çəkisi 2,3 kiloqramdan artıq olan narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 45 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

  • Dinozavrlardan 40 milyon il əvvəl yaşamış heyvan tapıldı

    Alimlər müəyyən ediblər ki, salamandra bənzər heyvan dinozavrlardan 40 milyon il əvvəl yaşayıb.

    “Nature” jurnalında dərc edilən araşdırmaya görə elm adamları təxminən 10 il əvvəl kəşf edilən və 4 fərqli nümunədən götürülmüş kəllə və onurğa sümükləri də daxil olmaqla bəzi qalıqları analiz ediblər.

    Tədqiqatçılar Namibiyada tapılan və “Gaiasia jennyae” adlandırılan 280 milyon illik bu canlının başının təxminən 60 santimetr olduğunu müəyyən ediblər.

    Elm adamları bu heyvanın bataqlıqların və göllərin dibində yaşadığını təxmin edərək, bu salamandra bənzər canlının ilk dinozavr növündən təxminən 40 milyon il yaşlı olduğunu müəyyən ediblər.
    //lent.az

  • Хуситы атаковали более 160 судов в Красном и Аравийском морях

    Хуситы из йеменского мятежного движения “Ансар Аллах” с ноября 2023 года атаковали в общей сложности 162 судна в Красном и Аравийском морях.

    Об этом сообщил лидер движения Абдель Малек аль-Хуси, выступление которого транслировал телеканал Al Masirah.

    По его словам, только за неделю нападениям, в ходе которых применялись баллистические и крылатые ракеты, беспилотники и катера, подверглись шесть судов.

    После обострения конфликта в секторе Газа движение “Ансар Аллах” предупредило, что будет обстреливать территорию Израиля и не позволит связанным с ним судам проходить через воды Красного моря и Баб-эль-Мандебского пролива, пока операция в палестинском анклаве не прекратится.

  • Husilər Qırmızı və Ərəb dənizlərində 160-dan çox gəmiyə hücum ediblər

    Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) ötən ilin noyabrından bəri Qırmızı və Ərəb dənizlərində ümumilikdə 162 gəmiyə zərbələr endirib.

    Bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

    Hərəkatın lideri Abdel Malek əl-Husinin sözlərinə görə, cəmi bir həftə ərzində 6 gəmi hücuma məruz qalıb, bu müddət ərzində ballistik və qanadlı raketlərdən, pilotsuz uçuş aparatlarından istifadə edilib.

    Qeyd edək ki, Qəzza zolağında münaqişənin alovlanmasından sonra “Ənsar Allah” İsrail ərazisinə hücum etməklə Qəzzada əməliyyat dayandırılanadək İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi ilə hədələyib.

  • Azərbaycan nazirlərinin ilk iş yerləri hara olub? – SİYAHI

    Azərbaycan nazirlərinin bəzisi universiteti bitirdikdən sonra əmək fəaliyyətinə başlayıb, bəziləri də təhsillərini davam etdirib. Onların içərisində təhsil aldığı müddətdə işləyənləri də olub. Bəs Azərbaycan nazirləri əmək fəaliyyətinə harada başlayıb?

    Valyuta.az Azərbaycan nazirlərinin ilk iş yerlərini təqdim edir:

    Baş nazir – Əli Əsədov

    Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlayıb.

    Daxili işlər naziri – Vilayət Eyvazov

    Vilayət Eyvazov 1994-cü ilin noyabr ayında daxili işlər orqanlarında polis nəfəri kimi fəaliyyətə başlayıb, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib.

    Ekologiya və təbii sərvətlər naziri – Muxtar Babayev

    1992-1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib.

    Elm və təhsil naziri – Emin Əmrullayev

    2005-2009-cu illərdə Qafqaz Universiteti, Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi çalışıb.

    Energetika naziri – Pərviz Şahbazov

    1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib kimi işləyib.

    Əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Babayev

    1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi, daha sonra şöbə rəisi vəzifələrində çalışıb.

    Fövqəladə hallar naziri – Kəmaləddin Heydərov

    Əmək fəaliyyətinə 1978-ci ildə “Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində başlayıb, texnik və geoloq vəzifələrində çalışıb.

    Gənclər və idman naziri – Fərid Qayıbov

    2000-ci ildən 2001-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin anbarında işləyib. 2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman və logistika üzrə meneceri kimi fəaliyyət göstərib.

    Xarici işlər naziri – Ceyhun Bayramov

    1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

    İqtisadiyyat naziri – Mikayıl Cabbarov

    Əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb.

    Kənd təsərrüfatı naziri – Məcnun Məmmədov

    Məcnun Məmmədov əmək fəaliyyətinə “AER” MMC-də başlayıb. 2010-2011-ci illərdə həmin qurumun direktoru olub.

    Maliyyə naziri – Samir Şərifov

    1983–1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq demokratik Respublikası) iqtisadçı kimi çalışıb.

    Mədəniyyət naziri – Adil Kərimli

    Adil Kərimli əmək fəaliyyətinə 1999-cu ildə “Hüquq ədəbiyyatı” nəşriyyatında hüquq məsləhətçisi kimi başlayıb.

    Müdafiə naziri – Zakir Həsənov

    1985-1993-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb.

    Müdafiə sənayesi naziri – Vüqar Mustafayev

    Vüqar Mustafayev bakalavr təhsili dövründə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə təlim koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib.

    Rəqəmsal inkişaf və nəqliyyat naziri – Rəşad Nəbiyev

    1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində, Xarici əlaqələr şöbəsində çalışıb.

    Səhiyyə naziri – Teymur Musayev

    1994-1997-ci illərdə Bakı şəhəri 16 saylı poliklinikada sahə həkim-uroloq kimi fəaliyyət göstərib.

  • Aysel Teymurzadənin direktor həyat yoldaşı saxlanılıb? – RƏSMİ (FOTO)

    Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.

    Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək. Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir.

    ***

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama həyata keçirib.

    Yoxlama zamanı Filarmoniyanın bir neçə vəzifəli şəxsinin izahatının alındığı, habelə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin saxlanıldığı bildirilir. Onların arasında Filarmoniya direktorunun müavini Ayla Kərimovanın da adı hallanır.

    Məsələ ilə bağlı Azərbaycan Dövlət Akademik Filarmoniyasının mətbuat xidmətinin əməkdaşı Cəmilə Abdinzadə News24.az-a açıqlamasında yayılan məlumatları təkzib edib:

    “Yoxlamlar sadəcə bəzi səndələr üzərində aparılıb. Azərbaycan Dövlət Akademik Filarmoniyasının heç bir əməkdaşı saxlanılmayıb. Murad bəy də işinin başındadır. Dünən konsertimiz olub, həmin konsertdən fotolar belə var”.

    Qeyd edək ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Xalq artisti Murad Adıgözəlzadədir. O, Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Aysel Teymurzadənin həyat yoldaşıdır.

  • Bu yolla qara ciyərinizi təmizləyə bilərsiniz

    Mütəxəssislər bildirir ki, orqanizmə daxil olan bütün zəhərli maddələr qara ciyərdə toplanır. Sağlamlığımız üçün çox vacib orqanlardan biri olan qara ciyər toksinlərdən təmizlənmədikdə ortaya bir çox xəstəliklər çıxır.

    Çin təbabətinə görə, insan bədənində 5 daxili orqanda zəhərli maddələr yığılır. Həmin toksinlər daha sonra bədəndə izlər qoyur.

    Qara ciyərdə zəhərli maddələr toplandıqda dırnaqların üzərində çıxıntılı cizgilər və ya dırnaq çökməsi müşahidə edilir. Çünki daxil olan zəhərli maddələrin yolu qara ciyərdən keçir. Lakin qara ciyəri təbii və bitkilər vasitəsiylə təmizləyə bilər, ilk günkü kimi sağlam edə bilərsiniz.

    Ancaq qara ciyəri ən çox təmizləyən və sürətlə gəncləşdirən dəmirhindi bitkisidir (tamarind).

    Bu bitki eyni zamanda sinir sistemini qoruyur və öd kisəsində olan problemlərin həllinə kömək edir. Belə ki, yağlanmış və içi zəhərlə dolu olan qara ciyərinizi dəmirhindi bitkisiylə tez bir zamanda əvvəlki sağlamlığına qovuşdura bilərsiniz.

    Dəmirhindi çayının hazırlanması:

    1 litr suyu qaynadın. Lakin su qaynamazdan əvvəl 20 qram dəmirhindi bitkisini suya əlavə edin. Yaxşıca qaynadıqdan sonra soyudun. Soyuduqdan sonra gündə 2 dəfə, səhər və axşamlar ac və ya toxqarına içə bilərsiniz.

    Çayın içərisinə 1 çay qaşığı bal əlavə edərək də içmək mümkündür.

    Hər hansı əlavə təsirinin olmaması üçün əvvəlcədən mütəxəssis və ya həkiminizlə məşləhətləşməyi unutmayın.//Lent.az