Month: July 2024

  • Ermənistan parlamenti iyulun 11-də növbədənkənar iclas keçirəcək

    Ermənistan parlamenti iyulun 11-də növbədənkənar iclas keçirəcək.

    Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

    Parlamentin yaz sessiyası üçün qəbul edə bilmədiyi qanun layihələri gündəliyə daxil edilib.

    Məlumata görə, bunlar arasında nazirlər kabinetinin özəl sektorla birlikdə həyata keçirilən investisiya proqramlarını təsdiqləmək hüququ alacağı “hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna dəyişikliklər layihəsi var.

    Bundan başqa, “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik layihəsinə də baxılacaq.

  • Министерство энергетики во втором квартале этого года выдало 51 разрешение

    Во втором квартале этого года Министерство энергетики выдало 51 разрешение на импорт, экспорт и транзит товаров, подпадающих под экспортный контроль, в соответствии с правилами “Выдачи специальных разрешений на товары, подпадающие под экспортный контроль (работы, услуги, результаты интеллектуальной деятельности)”.

    Как сообщает Report со ссылкой на Минэнерго, 33 из них были связаны с импортом товаров, подпадающих под экспортный контроль, 1 – с экспортом, 15 – с транзитом, 1 – с производством электроэнергии и 1 – с разрешением на оборот предметов, гражданский оборот которых ограничен.

    За отчетный период выдача всех разрешений осуществлялась через Бакинский центр ASAN xidmət №7.

  • Energetika Nazirliyi II rübdə 51 icazə verib

    Bu ilin II rübündə Energetika Nazirliyi “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 51 icazə verib.

    Onlardan 33-ü ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixracı, 15-i tranziti, 1-i elektrik enerjisinin istehsalı, 1-i isə mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların dövriyyəsinə icazə ilə bağlı olub.

    Hesabat dövründə bütün icazələrin verilməsi 7 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

  • Прогноз погоды на 5 июля

    5 июля в Баку и на Абшеронском полуострове преимущественно будет без осадков.

    Об этом сообщили в Национальном управлении гидрометеорологии.

    Будет преобладать юго-западный ветер.

    Температура воздуха ночью составит 20-25°, днем 32-37° тепла. Атмосферное давление составит 755 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 60-70%, днем 40-45%.

    В районах Азербайджана преимущественно будет без осадков. Однако днем в горных районах возможны кратковременные дожди, грозы, град. Ночью и утром местами ожидается туман. Будет преобладать восточный ветер.

    Температура воздуха ночью составит 20-25°, днем 32-37° тепла, в горах ночью 8-13°, днем 18-23° тепла.

  • Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

    İyulun 5-də Bakıda hava yağmursuz keçəcək, rayonlarda isə şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək.

    Bu barədə Milli Hidremeteorologiya İdarəsindən məlumat verilib.

    Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

  • Mütəxəssis: Vətəndaş həkimdən elektron resept tələb edə bilər

    Vətəndaş kağız üzərində yazılan resept əvəzinə həkimdən elektron resept tələb edə bilər.

    Bu sözləri Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Elektron səhiyyənin standartları və təsnifatlarının nəşriyyatı bölməsinin mütəxəssisi Sevinc Məhərrəmova “Sağlam radio”da yayımlanan “Sağlam həyat” verilişində deyib.

    Onun sözlərinə görə, elektron resept sistemi dövlətin tapşırığı ilə tətbiq edilib və hər bir vətəndaş müalicəni təyin edən həkimdən Elektron Resept yazılmasını tələb etməli, həkimlər isə Elektron Resept Sistemini tətbiq etməyə təşəbbüs göstərməlidir.

    “Həkimlər elektron resept yazmaqdan imtina etdiyi təqdirdə və yaxud apteklər elektron reseptlə dərman buraxmaqdan imtina etdiyi təqdirdə, vətəndaşlara Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar Xətt” nömrələri ilə (+994 12 431 38 28; +994 55 531 38 28 (“WhatsApp”)) əlaqə saxlamağı tövsiyə edirik”- o qeyd edib.

    Mütəxəssis onu da bildirib ki, e-resept əhaliyə keyfiyyətsiz və vaxtı ötən dərman preparatlarının satışının qarşısını alır, şəffaf qiymətləndirmə ilə yanaşı, onların istehlakçı hüquqlarının qorunmasına xidmət edir.

    “Rəqəmsal reseptə yalnız dövlət qeydiyyatından keçən və Tarif Şurası tərəfindən təsdiqlənən dərmanlar daxildir. Bioloji fəal maddələrin təyini rəqəmsal reseptə daxil deyil. Rəqəmsal resept sistemin yaddaşında saxlanılır. Bu da gələcək həkim müayinələri zamanı həkimlər tərəfindən daha öncə yazılan reseptləri görmək imkanı yaradır”, – S.Məhərrəmova vurğulayıb.
    //report

  • Из Сианя в Баку по Среднему коридору ежедневно отправляется контейнерный блок-поезд

    Начиная с этого месяца, из китайского города Сиань в Баку по Среднему коридору ежедневно отправляется контейнерный блок-поезд.

    Об этом сообщает Median.Az со ссылкой на ЗАО “Азербайджанские железные дороги” (АЖД).

    Как ожидается, первый поезд, загруженный бытовыми товарами, автомобилями и запчастями, прибудет в Баку примерно через 12 дней, пройдя через Казахстан и Каспийское море.

  • Siandan Bakıya Orta Dəhlizlə gündə bir dəfə konteyner blok qatarı göndərilir

    Bu aydan başlayaraq Çinin Sian şəhərindən Bakıya Orta Dəhlizlə gündə bir dəfə konteyner blok qatarı göndərilir.

    Median.Az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

    Məlumata görə, məişət malları, avtomobil və ehtiyat hissələri ilə yüklənmiş ilk qatarın Qazaxıstan və Xəzər dənizindən keçməklə təqribən 8-12 günə Bakıya çatacağı gözlənilir.

    Siandan daşımalar bu il yanvarın 1-dən başlanılıb. Orta Dəhlizin potensialının genişləndirilməsi istiqamətində aparılan davamlı və səmərəli fəaliyyət nəticəsində iyulun 1-dən bu daşımalar gündəlik həyata keçirilir.
    Çindən məişət əşyaları, avtomobillər və ehtiyat hissələri ilə dəhliz vasitəsilə daşınır və ümumi səyahət müddəti təxminən 12 gündür.

    Orta Dəhliz 2014-cü ildən fəaliyyət göstərir və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2,8 milyon tona yaxın yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü ildə yükdaşımaların həcmi 4 milyon tonu keçəcək. Bu ilin sonuna qədər Orta Dəhliz vasitəsilə 250-yə yaxın konteyner bloku qatarının göndərilməsi planlaşdırılır. Bununla yanaşı, iyun ayından etibarən Lyanyunqan limanından, eləcə də Sian limanından Bakıya konteyner bloku qatarları göndəriləcək.

  • В нескольких провинциях Турции продолжаются лесные пожары

    В нескольких провинциях Турции продолжаются лесные пожары.

    Об этом сообщает Median.Az со ссылкой на CNN Turk.

    Отмечается, что пожар в квартале Бешйол района Борнова в Измире распространился и на прилегающие территории. Из-за пожара эвакуированы жители кварталов Бешйол и Сарныш. В общей сложности повреждены семь домов.

    В тушении пожара задействованы вертолеты ВС Турции. Пожар удалось локализовать.

    В провинции Балыкесир, в районах Тюркоглу и Пазарджик Кахраманмараша также продолжаются меры по тушение лесных пожаров.

  • Türkiyənin bir neçə bölgəsində meşə yanır, kəndlər təxliyə edilib, evlərə ziyan dəyib

    Türkiyənin bir neçə vilayətində meşə yanır.

    Bu barədə “CNN Türk” məlumat yayıb.

    Bildirilib ki, İzmirin Bornova rayonunda Beşyol məhəlləsindəki yanğın ətraf ərazilərə də yayılıb. Yanğın səbəbindən Beşyol və Sarnış yaşayış məhəllələrindən insanlar təxliyə edilib. Hər iki kənddə ümumilikdə yeddi evə ziyan dəyib.

    Yanğının söndürülməsi üçün hadisə yerinə Türkiyə Silahlı Qüvvələrinin helikopterləri də cəlb olunub. Havadan və qurudan müdaxilə nəticəsində yanğın lokallaşdırılıb.

    Bundan başqa, Balıkesir vilayətində başlayan yanğın meşəlik əraziyə keçib. Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

    Kahramanmaraşın Türkoğli və Pazarcık rayonlarında da meşə yanğınlarına havadan və qurudan müdaxilə edilir. Güclü külək yanğının söndürülməsinə əngəl yaradır.