Month: July 2024

  • США планируют разместить в Японии 48 истребителей F-35A

    США в ближайшие несколько лет планируют разместить в Японии 48 истребителей пятого поколения F-35A.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, об этом на пресс-конференции сообщил журналистам генсек кабинета министров Японии Ёсимаса Хаяси.

    По его словам, в ближайшие несколько лет на базе ВВС Японии Мисава будут размещены 48 истребителей F-35A и 36 истребителей F-16. При этом они заменят размещенные на Мисаве F-16 и F-15 соответственно. “Мы рассматриваем это как шаг, направленный на дальнейшее повышение как потенциала ВС США, так и потенциала сдерживания и реагирования японского-американского альянса”, – отметил он.

    Ранее о соответствующих планах также объявил Пентагон.

  • ABŞ Yaponiyada “F-35A” qırıcıları yerləşdirməyi planlaşdırır

    ABŞ yaxın bir neçə il ərzində Yaponiyaya 48 beşinci nəsil “F-35A” qırıcıları yerləşdirməyi planlaşdırır.

    Bunu jurnalistlərə açıqlamasında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi deyib.

    Onun sözlərinə görə, yaxın bir neçə il ərzində Yaponiyanın Misava Hərbi Hava Qüvvələri bazasında 48 “F-35A” və 36 “F-16” qırıcısı yerləşdiriləcək: “Biz bunu həm ABŞ Silahlı Qüvvələrinin potensialının, həm də Yaponiya-ABŞ müttəfiqliyinin çəkindirmə və cavab tədbirləri imkanlarının daha da artırılmasına yönəlmiş addım kimi qiymətləndiririk”.

  • Xətai rayonunda yaşayış binasında yanğın olub

    Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 3 ədəd qoruyucu açar, və 5 p.m. kabeli yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

    Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

  • Şahin Bağırov yeniyetmə və gənc voleybolçularla görüşüb

    Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov bu gün “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsində, həmçinin yeniyetmə və gənc voleybolçular üçün keçirilən təlim-məşq toplanışında idmançılarla görüşüb.

    Görüşdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov da iştirak ediblər.

    İlk olaraq AVF-nin idman zalında təşkil olunan düşərgədə, ardınca isə GİN-nin Voleybol Mərkəzində təlim-məşq toplanışında məşqçilərlə və idmançılarla görüşən federasiya rəhbərliyinə ümumi vəziyyətlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, məşqlər müxtəlif proqramlar üzrə keçirilir, iştirakçılar üçün hər cür şərait yaradılıb.

    Ş.Bağırov federasiya tərəfindən uşaq voleybolunun inkişafı üçün bu cür məşqlərin və düşərgələrin davamlı təşkil olunacağını deyib. Qurum rəsmisi idmançılara məşqlərə ciddi yanaşmalarını, öz üzərlərində çox çalışmalarını və məşqçilərin tapşırıqlarını düzgün yerinə yetirmələrini tövsiyə edib.

  • Türkiyə və Belarus prezidentləri Astanada Rusiya-Ukrayna böhranının nizamlanmasını müzakirə ediblər

    Türkiyə və Belarus dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Aleksandr Lukaşenko Astanada keçirilən ŞƏT sammiti çərçivəsində Rusiya-Ukrayna böhranının nizamlanmasını müzakirə ediblər.

    “Report” bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, iki ölkə liderləri Ankara və Minsk arasında ikitərəfli gündəliyi, Ukraynadakı müharibənin nəticələrini, eləcə də aktual regional və qlobal problemləri müzakirə ediblər.

    Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymağa yönəlmiş addımların vacibliyini vurğulayıb.

    Ərdoğan bildirib ki, Türkiyə sülh üçün səylərini və hər iki tərəflə səmimi əlaqələri davam etdirəcək.

    Daha əvvəl Belarus Prezidentinin mətbuat xidməti Türkiyə dövlət başçısı ilə danışıqlar barədə məlumat yayıb, lakin iki lider arasında söhbətin təfərrüatları verilməyib.

  • “Mançester Yunayted” klubu baş məqşçisi ilə müqavilə müddətini uzadıb

    İngiltərənin “Mançester Yunayted” klubu baş məqşçisi Erik ten Haqla müqavilə müddətini uzadıb.

    “Qırmızı şeytanlar”ı daha 4 il niderlandlı mütəxəssis çalışdıracaq.

    Qeyd edək ki, Erik ten Haq 2022-ci ildən “Mançester Yunayted”ə rəhbərlik edir.

  • Azərbaycanda bu sahədə işləyənlər 7 000 – 15 000 manat qazanırlar

    Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı baxımından turizm sektorunu prioritet seçib.

    Hazırda ölkədə minlərlə insan bu sahədə çalışır.

    Dövlət Statstika Komitəsinin məlumatına görə, ötən il turistlərin yerləşdirilməsi və ictimai iaşə üzrə orta aylıq əməkhaqqı 720 manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 60 manat və yaxud təxminən 9 % çoxdur.

    Bəs sektorun müxtəlif seqmentlərində çalışanlar nə qədər qazanır? “Report” bununla bağlı araşdırma aparıb.

    “Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” İctimai Birliyinin katibi Tural Musayev deyir ki, bələdçilərin qazancı əsasən onların xarici dil bilməsindən asılıdır:

    “Xarici dil bilənlər xarici turistlərlə işləyir və nisbətən çox qazanır. Məsələn, bələdçi ingilis dilində azı B2 səviyyəsində bilirsə, gündəlik 60-80 manat qazana bilir.

    Rus dilini bilənlərin gündəlik qazancı isə 80-120 manatdır. Çin, alman, ispan dillərini bilənlər isə gündəlik 120-150 manat qazanc əldə edir.

    Yalnız Azərbaycan dilində danışan bələdçilər isə yerli turistlərlə işləyə bilir və onların qazancı elə də çox deyil – 40-60 manat civarında dəyişir. Yaxşı qazanmaq üçün bələdçilər həm də məlumatlı olmalıdır. Ümumilikdə bələdçilərin aylıq gəliri 1 200 – 2 500 manat arasındadır”.

    “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi isə deyir ki, ölkədəki hotellərdə çalışanların qazancı onların təhsilindən, iş təcrübəsindən, eləcə də hotelin səviyyəsindən, yəni ulduzlarının sayının asıdılır:

    “Məsələn, 5 ulduzlu hotellərdə menecment heyəti ay ərzində 7 000 – 15 000 manat gəlir əldə edirsə, orta səviyyəli hotellərdə bu məbləğ 1 200-2 500 manat, aşağı səviyyəli hotellərdə isə 1 000 – 2 000 manat təşkil edib. Eyni sözü işçi heyəti (personal) haqqında da demək olar.

    Məsələn, adi hotellərdə işçilərin aylıq qazancı 600 – 800 manatdan çox olmur. Otelin səviyyəsi bir qədər yüksək olduqda işçi ayda 1 000 manat qazana bilir”.

    Bundan başqa, onun sözlərinə görə, turizm sektoru ilə hansısa formada əlaqəsi olanlar da bu sahədən orta səviyyədə gəlir əldə edə bilirlər:

    “Turizm digər iqtisadi sektorlara bilavasitə və yaxud dolayısı yolla müsbət təsir edir. Misal üçün, hər hansı bir destinasiyada turizmın inkişafı yerli əhaliyə əl işləri olan suvenirlər, şəxsi təsərrüfatlarda becərilmiş meyvə-tərəvəz, süd və süd məhsulları, ət və əl məhsulları satmağa və gəlir əldə etməyə imkan verir”.

  • Qəzza zolağında ölən fələstinlilərin sayı 38 mini keçib

    2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında ölən fələstinlilərin sayı 38 011 nəfərə yüksəlib.

    Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bu dövr ərzində ümumilikdə 87 445 nəfər yaralanıb.

    Məlumata görə, son 24 saat ərzində 58 nəfər ölüb, 179 nəfər yaralanıb.

  • Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri iyulun 4-də başa çatıb.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

  • Türkiyə səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

    Türkiyə səfiri Ahmet Başar Şen Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

    Bu barədə nazirlik rəsmi məlumat yayıb.

    Səfirə Türkiyə yığmasının futbolçusu Merih Demiralın Avstriya ilə matç zamanı bozqurd işarəsi göstərdiyinə dair irad bildirilib.

    Qeyd edək ki, insident iyulun 2-də Futbol üzrə Avropa Çempionatının 1/8 final mərhələsində yaşanıb. Bundan sonra Almaniyanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

    “Der Spiegel” onu da yazıb ki, hazırda Almaniyada “Bozqurd” təşkilatının 18 500 nəfərədək üzvü var. Onun fəaliyyəti qadağan edilməsə də, müvafiq qurumların mütəmadi nəzarəti altındadır.

    ///APA