Month: July 2024

  • Azərbaycanlı şagirdlər Anadolu Liseyindən çıxarılır? – Direktordan CAVAB

    Bakı Türk Anadolu Liseyində oxuyan azərbaycanlı şagirdlərin təhsil müəssisəsindən kütləvi şəkildə çıxarılacağı ilə bağlı iddialar yayılıb.

    Bu barədə “Qafqazinfo”ya övladı həmin liseydə oxuyan bir qrup valideyn müraciət edib.

    Onlar bildirirlər ki, məktəbdə illərdir təhsil alan uşaqlar Azərbaycandakı digər təhsil müəssisələrindən fərqli proqramla oxuyublar. İndi təhsillərini başqa məktəblərdə davam etdirmələri çətinlik törədə bilər. Liseyin Azərbaycan və Türkiyədən olan şagirdlərin bir yerdə oxuması üçün yaradıldığını söyləyən valideynlər azərbaycanlı uşaqların məktəbdən yarımçıq çıxarılmasını haqlarının pozulması kimi qiymətləndirirlər.

    “Liseydə 9-cu sinifdə imtahan keçirilir və ən yüksək bal toplayan şagirdlər liseyə yenidən qəbul edilir. Ancaq liseydən sızan son qeyri-rəsmi məlumat azərbaycanlı şagirdlərin valideynlərini çox narahat edir. Belə ki, bu il liseyə qəbulu planlaşdırılan 150 şagirddən 120 nəfərinin Türkiyə, 30 nəfərinin isə azərbaycanlı olacağı deyilir. Yəni, azərbaycanlı şagirdlər kənarlaşdırılacaq. Hazırda 9-cu sinfi bitirən 7 sinfin sayının azaldılaraq 5-ə salınacağı deyilir.

    Həmçinin, əldə etdiyimiz məlumata görə, imtahanda Türkiyə vətəndaşları üçün 200 bal keçərlidir, Azərbaycan vətəndaşları üçün isə 300 bal müəyyənləşib. Biz imtahan nəticələrinin şəffaf formada elan olunmasını istəyirik, amma onu da açıqlamırlar ki, hansı şagirdin neçə bal topladığını görə bilək”, – valideynlər bildiriblər.

    Şikayətçilər artıq 2 ilə yaxındır ki, məktəbə yeni qəbul edilən şagirdlərin ya valideynlərindən birinin, ya da hər ikisinin Türkiyə vətəndaşı olanlar arasından seçildiyini iddia edirlər.

    Məsələ ilə əlaqədar Bakı Türk Anadolu Liseyinin direktoru Abdullah Yılmaz açıqlamasında yayılan iddiaların əsassız olduğunu deyib:

    “Qəti şəkildə belə bir şey yoxdur. İndiyə qədər heç bir şagirdi liseydən çıxarmamışıq və çıxarmayacağıq da. Belə bir qərar qəbul olunmayıb, bunu kim söyləyibsə, düz söyləməyib.

    Hətta azərbaycanlı şagirdləri qəbul etmək üçün kvota verilib. Bu, daha öncə olmayan bir şeydir. Yəni, azərbaycanlı şagirdlərin liseydən çıxarılması ilə bağlı hal yoxdur”.

    A.Yılmaz həmçinin 9-cu sinif imtahanında azərbaycanlı şagirdlərə az yer ayrılması və digər məsələlərə də münasibət bildirib:

    “Belə bir şey yoxdur. Biz dövlət qurumuyuq, Türkiyə Cümhuriyyətinin buradakı məktəbiyik, bizdən eşitmədiyiniz heç bir şeyə əsla inanmayın”.

  • Министр освободил от должности замначальника

    Заместитель начальника Каспийской бассейновой аварийно-спасательной службы Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана по спасательным и подводно-техническим работам Эльдар Гулиев освобожден от занимаемой должности.

    Как сообщает Qaynarinfo, соответствующий приказ подписал министр по чрезвычайным ситуациям генерал-полковник Кямаледдин Гейдаров.

    Отметим, что в мае текущего года начальник Каспийской бассейновой аварийно-спасательной службы Фуад Багиров был освобожден от должности, а на его место был назначен Акрам Гахраманов.

  • Nazir rəis müavinini işdən çıxardı

    Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin Xilasetmə və sualtı texniki işlər üzrə rəis müavini Eldar Fərhadoviç Quliyev sözügedən vəzifəsindən azad olunub.

    “Qaynarinfo”nun məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

    Qeyd edək ki, bu ilin may ayında Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin rəisi Fuad Ramiz oğlu Bağırov vəzifəsindən azad edilmiş, yerinə Əkrəm Xanlar oğlu Qəhrəmanov təyin edilmişdi.

  • Nanə Ağamalıyeva ATV-dən ayrılır? – Özü açıqlama verdi

    Ötən gün məşhur aparıcı Nanə Ağamalıyevanın illərdir çalışdığı ATV telekanalından ayrılacağı barədə mətbuatda xəbərlər dərc olunub.

    ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli, bu xəbərin əsassız olduğunu və həqiqəti əks etdirmədiyini bildirib.

    Nanə Ağamalıyeva isə açıqlamasında “Yay mövsümü bitdikdən sonra, yeni mövsümdə zövqlü musiqilərin təbliği ilə ATV-nin efirində olacam” deyərək, bütün suallara açıq şəkildə aydınlıq gətirib.

  • В Астане на приеме с участием Президента Ильхама Алиева была исполнена песня Ey Vətən – ВИДЕО

    Сегодня в городе Астана (Казахстан) проходит саммит Шанхайской организации сотрудничества (ШОС). Это важное международное событие собрало лидеров стран-участниц и наблюдателей организации.

    4 июля был организован официальный прием в честь участников саммита ШОС. Президент Азербайджанской Республики Ильхам Алиев также принял участие в мероприятии.

    Однако настоящим сюрпризом вечера стал неожиданный музыкальный номер. Во время приема была исполнена известная азербайджанская песня Ey Vətən. Эта композиция, слова к которой написал Аслан Абдуллаев, а музыку сочинила Эльза Ибрагимова, является одной из самых любимых патриотических песен в Азербайджане.

    Этот музыкальный момент на саммите ШОС еще раз продемонстрировал, как культура может служить мостом между народами и странами, создавая атмосферу взаимопонимания и уважения.

  • Astanada Prezident İlham Əliyevin iştirak etdiyi ziyafətdə “Ey Vətən” mahnısı ifa olundu – VİDEO

    Bu gün Qazaxıstanın Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı keçirilir.

    İyulun dördündə toplantının iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib.

    Ziyafətdən yayılan kadrlarda maraqlı məqam diqqət çəkib. Belə ki, ziyafət zamanı sözləri Aslan Abdullayev, musiqisi Elza İbrahimovaya məxsus “Ey Vətən” mahnısı ifa edilib.

  • В Азербайджане два генерала уволены в запас

    Начальник Главной военной инспекции генерал-лейтенант Закир Агаев и руководитель Главного управления связи, информационных технологий и кибербезопасности Министерства обороны Азербайджана генерал-майор Мамед Эминов освобождены от занимаемых должностей.

    Как сообщает Qafqazinfo, оба генерала уволены в запас.

    Информацию подтвердили в военном ведомстве. Было отмечено, что З.Агаев и М.Эминов уволены по собственному желанию соответствующими распоряжениями Президента Азербайджана.

  • Azərbaycanda iki general ehtiyata buraxıldı

    Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi, general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Məmməd Eminov vəzifələrindən azad ediliblər.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.

    Generallar Ağayev və Eminov ehtiyata buraxılıblar.

    Məlumatı Müdafiə Nazirliyindən təsdiqləyiblər. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi, general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Məmməd Eminov öz istəkləri ilə ehtiyata buraxılıblar.

  • Bakıda 55 yaşlı kişi ocaqda yanaraq öldü

    Bakıda faciəli hadisə baş verib.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl paytaxtın Zirə qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Əkbər Kənan oğlu Əliyev yaşadığı evin həyətində məişət tullantılarını yandırarkən ehtiyatsızlıqdan ocağa yıxılıb.

    Nəticədə xəstəxanaya yerləşdirilən Ə.Əliyev orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Кыргызстана совершит рабочий визит в Азербайджан

    Президент Кыргызской Республики Садыр Жапаров 5-6 июля совершит рабочий визит в Азербайджан.

    Об этом сообщил заведующий отделом внешней политики Администрации президента Муратбек Азымбакиев.

    Согласно данным, глава кыргызского государства примет участие в неформальном Саммите глав стран-участниц Организации тюркских государств (ОТГ).

    Источник: kg.akipress.org