Month: July 2024

  • В Гёйчайском районе задержаны причастные к обороту наркотиков

    Сотрудники Гёйчайского районного отдела полиции провели операции против незаконного оборота наркотических средств.

    Как сообщили в шекинской региональной группе пресс-службы Министерства внутренних дел, в результате проведенных мероприятий были задержаны лица, занимавшиеся культивированием наркосодержащих растений – Баба Бабаев, ранее судимый Хабиль Салехов и Рашад Гулиев. Во дворах их домов было обнаружено в общей сложности 10 кг конопли. Задержанные заявили, что осуществляли агротехнический уход за этими кустами.

    В ходе других мероприятий на территории района задержаны еще шесть человек, причастных к незаконному обороту наркотиков и психотропных веществ – Талех Аскеров, Гаджи Керимов, Мушвиг Мамедов, Фариз Алиев, Мубариз Мамедов и Рашад Баялыев. У них были обнаружены и изъяты героин, марихуана и метамфетамин.

    По данным фактам возбуждены уголовные дела, расследования продолжаются.

  • Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olanlar saxlanılıblar

    Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həyata keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan – Baba Babayev, əvvəllər məhkum olunmuş Habil Salehov və Rəşad Quliyev saxlanılıblar. Onların yaşadıqları evlərin həyətyanı sahələrindən kultivasiya edilərək yetişdirilən, çəkisi 10 kiloqram olan çətənə bitkiləri aşkar edilib. Saxlanılan şəxslər çətənə kollarına aqrotexniki qulluq göstərdiklərini bildiriblər.

    Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər – Taleh Əsgərov, Hacı Kərimov, Müşviq Məmmədov, Fariz Əliyev, Mübariz Məmmədov və Rəşad Bəyalıyev saxlanılıblar. Onlardan heroin, marixuana və metamfetamin aşkar edilərək götürülüb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

  • Prezident: “Azərbaycan Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır”

    “Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan, hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubunda bildirilib.

    Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı olaraq sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş etdirir. Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-nin hər zaman dəstək vermək əzmini təqdir edirik.

    “Bu gün qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin şaxələndirilməsi, xüsusilə də yüksək texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd təsərrüfatı, investisiyalar, aviasiya və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır.

    İnanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik”, – deyə Prezident İlham Əliyev qeyd edib.

  • В селах Лянкяранского района поочередно не будет электричества

    Начиная с сегодняшнего дня и до 15 июля в ряде сел Лянкяранского района будет поочередно ограничена подача электроэнергии.

    Об этом сообщает Median.Az со ссылкой на ОАО “Азеришыг”.

    Согласно данным, на ряде территорий, входящих в Лянкяранскую районную электросеть, воздушные линии электропередачи будут обесточены в связи с заказом на обрезку деревьев. В частности, будет ограничена подача электроэнергии в населенных пунктах Ширин Гую, Урга, Сапнекеран, Шихакеран, Сепаради, Паракенд, Гирдени, Хавзова, Ляж.

    После завершения работ по обрезке деревьев села будут полностью обеспечены электроэнергией.

  • Lənkəranın kəndlərində növbəli şəkildə işıq olmayacaq

    Bu gündən başlayaraq iyulun 15-nə qədər Lənkəran rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində növbəli şəkildə məhdudiyyət yaranacaq.

    Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

    Bildirilib ki, Lənkəran rayon elektrik şəbəkəsinə daxil olan bir sıra ərazilərdə elektrik hava xətləri ağac budanması ilə əlaqədar sifarişə əsasən açılacaq. Odur ki, rayonun Şirin Quyu, Ürgə, Səpnəkəran, Şıxakəran, Separadi, Parakənd, Girdəni, Havzova, Ləj kəndlərinə elektrik enerjisinin verilməsi məhdudlaşdırılacaq.

    Ağac budanması işləri yekunlaşdıqdan sonra kəndlər elektrik enerjisi ilə tam təmin olunacaq.

  • Prezident: “Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir”

    “Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə xüsusi əhəmiyyət verir”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubunda yer alıb.

    Dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib:

    “Ölkələrimiz mürəkkəb regional çağırışların həlli istiqamətində, terrorizmə qarşı mübarizə və beynəlxalq təhlükəsizlik məsələlərində hər zaman yaxından əməkdaşlıq ediblər. Enerji sahəsindəki uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir. Birləşmiş Ştatların Azərbaycanın enerji strategiyasının gerçəkləşməsinə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin reallaşmasına verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndiririk”.

  • Прошло семь лет со дня убийства полуторагодовалой Захры и ее бабушки вооруженными силами Армении

    Сегодня исполняется семь лет со дня убийства вооруженными силами Армении полуторагодовалой Захры Гулиевой и ее бабушки Сахибы Аллахвердиевой (1967 г.р.) в селе Алханлы Физулинского района.

    4 июля 2017 года село было обстреляно из 82- и 120-мм минометов и станковых гранатометов.

    Захра Гулиева была единственным ребенком в семье.

    Также в результате обстрела ранили жительницу села Сарвиназ Гулиеву (1965 г.р.).

  • Erməni terrorunun qurbanı olan balaca Zəhra və nənəsinin anım günüdür

    Bu gün yaşyarımlıq Zəhra Quliyevanın Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən yeddi il ötür.

    2017-ci il iyulun 4-də saat 21 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

    Zəhra Quliyeva 2016-cı ildə Füzuli rayonunun Alxanlı qəsəbəsində anadan olub.

    Ermənistan tərəfinin bu təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Allahverdiyeva qətlə yetiriliblər. Eyni zamanda, atəş nəticəsində rayon sakini, 1965-ci il təvəllüdlü Sərvinaz İltifat qızı Quliyeva yaralanıb və xəstəxanaya çatdırılaraq əməliyyat edilib.

    Zəhranın ölümündən sonra sosial şəbəkələrdə geniş “I am Zahra” aksiyası keçirilib, onun faciəsi ilə bağlı kitablar yazılıb.

  • Кабмин продлил льготный период на ввоз нута для посева

    Импорт в Азербайджан нута для посева не будет облагаться таможенной пошлиной в период с октября по март.

    В связи с этим Кабинет министров внес изменения в “Товарную номенклатуру внешнеэкономической деятельности, ставки импортных таможенных пошлин и ставки экспортных таможенных пошлин”, утвержденную постановлением от 17 ноября 2017 года.

    Ранее льготный период был определен с февраля по май. Таким образом, период беспошлинного ввоза нута для посева составит полгода.

  • Azərbaycanda əkin üçün noxudun idxalına güzəşt müddəti ARTIRILDI

    Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, bundan sonra əkin üçün Azərbaycana idxal olunan noxud oktyabr, noyabr, dekabr, yanvar, fevral və mart aylarında gömrük rüsumuna cəlb edilməyəcək.

    İndiyə qədər azadolma fevral, mart, aprel və may aylarında ölkəyə gətirilən noxuda aid edilirdi.

    Başqa sözlə, əkin üçün noxudun idxalına güzəşt müddəti 2 ay artırılıb.