Month: July 2024

  • Tokionun şərqində 5,4 bal gücündə zəlzələ oldu

    Yaponiyanın paytaxtı Tokionun şərqində, Çiba sahillərində zəlzələ baş verib.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) yaydığı məlumata görə, Çiba əyaltinin Katsuura və İsumi sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

    Yerli vaxtla saat 12.12-də 50 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə “nəhəng dalğa” xəbərdarlığı olmayıb.

    Zəlzələ bütün Çibada, eləcə də paytaxt Tokioda və ətrafdakı Kanaqava, İbaraki və Saitama əyalətlərində hiss olunub.
    //azxeber.com

  • Bakıda sevgilisi qadın həkimi şantaj etdi: “Videonu ərinə və oğluna göndərəcəyəm”

    Azərbaycanda məşhur xəstəxanalardan birinin qadın həkimi şantaj edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həkimin yaxın münasibətdə olduğu kişi sonradan ona hədə-qorxu gəlməyə başlayıb.

    Ramin Əkbərov (ad və soyad dəyişdirilib-red) planlı şəkildə həkim xanımla səmimi olduğu anın görüntülərini çəkib. Sonradan isə həmin videonu qadının ərinə və oğluna göndərəcəyini deyib. R.Əkbərov həkimi və ailəsini əvvəldən tanıdığı üçün xanımın onun hədə-qorxularından çəkinəcəyinə əmin olub.

    Zərərçəkmiş şəxs isə videonun yayılacağı halda rüsvay olacağını düşünərək qarşı tərəfin tələblərini yerinə yetirib. Bundan sonra Raminə müxtəlif vaxtlarda 10 min dollar, 10 min manat və fərqli məbləğlər olmaqla ümumilikdə 42 min manat pul verib. Həkim ifadəsində deyib ki, onu şantaj edən şəxsə verdiyi pulları məcbur qaldığı üçün bankdan kredit götürüb.

    Bir müddət sonra Ramin başqa cinayətə görə həbs edilib. Lakin o, həbsdə olduğu vaxt da həkimi şantaj edib, yanına sovqat gətirməsini istəyib. Həkim xanım isə yenə də çəkinərək onun yanına gedib, istədiyi şeyləri aparıb.

    Zərərçəkmiş şəxs bir müddət sonra bankdan götürdüyü krediti ödəyə bilməyib. Digər tərəfdən də hədə-qorxular davam etdiyi üçün polisə şikayət edib.

    R.Əkbərova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü təqsirli bilmədiyini deyib. O, zərərçəkmişi və ərini çoxdan tanıdığını, nəyə görə sonradan ondan belə bir ittihamla şikayət etdiyini bilmədiyini deyib.

  • İlham Əliyev Astanadakı “Müstəqillik” Sarayında

    İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gedib.

    AZƏRTAC xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dövlətimizin başçısını qarşılayıb.

  • В отношении еще трех задержанных по делу Toplum TV продлена мера пресечения

    Еще одному задержанному по делу Toplum TV продлен срок ареста.

    Как сообщает Report, в Хатаинском районном суде мера пресечения в виде ареста в отношении Руслана Иззятли была продлена еще на три месяца.

    * * * * *

    Хатаинский районный суд продлил арест еще двум задержанным по делу Toplum TV.

    Как сообщает Report, мера пресечения, избранная в отношении Мушфига Джаббарова и Акифа Гурбанова, продлена еще на три месяца.

    Напомним, 6 марта в соцсетях распространилась информация о проведении обысков в офисе Toplum TV и наличии задержанных. Пресс-служба МВД Азербайджана сообщила, что на основании поступившей информации сотрудники правоохранительных органов провели оперативно-разыскные мероприятия в офисе, расположенном по адресу: Наримановский район, улица Ю.Чеменземинли, дом 98B, а также по другим адресам.

    Отмечается, что в отношении соучредителя Toplum TV Акифа Гурбанова и его сотрудников – Рамиля Бабаева, Илькина Амрахова, Мушфига Джаббарова и Али Зейналова – избрана мера пресечения в виде заключения под стражу сроком на 4 месяца.

    В отношении А.Гурбанова и вышеуказанных лиц возбуждено уголовное дело по статье 206.3.2 (контрабанда, совершенная группой лиц по предварительному сговору) УК АР.

  • “Toplum TV” işi üzrə saxlanılan daha bir nəfərin həbs müddəti uzadılıb

    “Toplum TV” işi üzrə saxlanılan daha bir nəfərin həbs müddəti uzadılıb.

    “Report” xəbər verir ki, Xətai Rayon Məhkəməsində Ruslan İzzətli barəsində olan həbs qətimkan tədbiri daha üç ay uzadılıb.

    Xatırladaq ki, ötən gün “Toplum TV” işi üzrə həbs olunan Ələsgər Məmmədli, Əli Zeynalov, Ramil Babayev və İlkin Əmrahov, bu gün isə Müşfiq Cabbarov və Akif Qurbanov bərələrində olan həbs qətimkan tədbiri daha üç ay uzadılıb.

    Qeyd edək ki, bu il martın 6-da sosial şəbəkələrdə “Toplum TV”nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi, ev 98B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

    Həmin ay Bakı şəhəri Xətai Rayon Məhkəməsi Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Ruslan İzzətli və Ələsgər Məmmədlinin həbsi ilə bağlı təqdimata baxıb və onların hər biri dörd ay müddətinə həbs olunublar.

    Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    * * * * *

    “Toplum TV” işi üzrə saxlanılan daha iki nəfər barəsindəki həbs qətimkan tədbiri uzadılıb.

    “Report” xəbər verir ki, Xətai Rayon Məhkəməsində Müşfiq Cabbarov və Akif Qurbanov bərələrində olan həbs qətimkan tədbiri daha üç ay uzadılıb.

    Qeyd edək ki, bu il martın 6-da sosial şəbəkələrdə “Toplum TV”nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi, ev 98B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

    Həmin ay Bakı şəhəri Xətai Rayon Məhkəməsi Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Ruslan İzzətli və Ələsgər Məmmədlinin həbsi ilə bağlı təqdimata baxıb və onların hər biri dörd ay müddətinə həbs olunublar.

    Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, ötən gün “Toplum TV” işi üzrə həbs olunan Ələsgər Məmmədli, Əli Zeynalov, Ramil Babayev və İlkin Əmrahov barələrində olan həbs qətimkan tədbiri daha üç ay uzadılıb.

  • В Турции прекращено вещание радиостанции, пропагандировавшей армянскую ложь – ФОТО

    В Турции запрещено вещание “Ачык Радио”, которое принимало и транслировало армянские тезисы, включая так называемый “геноцид армян”.

    Об этом сообщил член Высшего совета радио и телевидения (RTÜK) страны Ильхан Ташджи.

    По его словам, причиной отзыва лицензии стало то, что радиостанция не выполнила ранее наложенное RTÜK пятидневное наказание в виде приостановки программы за подстрекательство общества к ненависти и вражде, продолжив вещание.

  • Türkiyədə erməni yalanlarını təbliğ edən radionun yayımı dayandırıldı – FOTO

    Türkiyədə qondarma erməni soyqırımı da daxil olmaqla erməni tezislərini qəbul edib yayımlayan “Açık Radyo”nun yayımı qadağan edilib.

    Bu barədə ölkənin Radio və Televiziya Ali Şurasının (RTÜK) üzvü İlhan Taşcı xəbər verib.

    Onun sözlərinə görə, lisenziyanın ləğv səbəbi radionun cəmiyyəti nifrət və düşmənçiliyə təhrikinə görə RTÜK tərəfindən bundan əvvəl verilən beş günlük proqramı dayandırma cəzasına əməl etməməsi, yayımı davam etdirməsidir.

  • В некоторых горных и предгорных районах прошли ливни – ФАКТИЧЕСКАЯ ПОГОДА

    По состоянию на 11:00 4 июля, в большинстве регионов Азербайджана погода была в основном без осадков. Однако в некоторых горных и предгорных районах прошли кратковременные дожди, грозы и ливни.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Количество выпавших осадков в Алибее (Загатала) составило 12 мм, Шахдаге – 10 мм, Ордубаде, Исмайыллы, Шахбузе, Джульфе, Балакене, Загатале, Шеки, Шамахы, Губе, Гусаре, Хачмазе, Халтане, Шабране, Астаре – 5 мм.

    3 июля в Нахчыване западный ветер усилился до 16 м/с в соответствии с желтым предупреждением.

    Максимальная температура воздуха в Баку и на Абшеронском полуострове составила 34, Нахчыванской АР – 31, низменных районах – 34, в горах – 20-25 градусов тепла.

  • Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyulun 4-ü saat 11:00-a olan məlumata əsasən gözlənildiyi kimi əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.

    Düşən yağıntının miqdarı Əlibəydə (Zaqatala) 12 mm, Şahdağda 10 mm, Ordubad, İsmayıllı, Şahbuz, Culfa, Balakən, Zaqatala, Şəki, Şamaxı, Quba, Qusar, Xaçmaz, Xaltan, Şabran, Astarada 5 mm-dək olub.

    İyulun 3-də qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Naxçıvanda 16 m/s-dək güclənib.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 31, Aran rayonlarında 34, dağlıq rayonlarda 20-25 dərəcə isti olub.

  • Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

    Azərbaycanda məhkum həbsdə ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum Azad Müseyib oğlu İsmayılov dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.